Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti həlak olan hərbi qulluqçularla bağlı başsağlığı verib

Məlum olduğu kimi, 16.06.2021-ci il tarixdə Laçın rayonu ərazisində hərəkətdə olan "MAZ" markalı yük avtonəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları - baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oğlu həlak olub.    Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti həlak olan hərbi qulluqçularla bağlı onların ailə üzvlərinə, o cümlədən Dövlət Sərhəd Xidmətinin komandanlığa dərin hüzünlə başsağlığı verir, həlak olan hərbçilərimizə Allahdan rəhmət diləyir.

2021-06-18 00:00:00
4033 baxış

Digər xəbərlər

Saatlı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib

Saatlı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə S.Vurğun adına 2 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin, Təhsil şöbəsinin nümayəndələri, RPŞ-nin əməkdaşları, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.   Veteran.gov.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin sosial şəbəkədəki rəsmi səhifəsində məlumat verilib. Məlumatda deyilir:   “Tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Azər Tağıyev müasir dövrümüzün ən ağrılı problemlərindən biri olan və ən başlıcası, cəmiyyətin ciddi bəlasına, onun inkişafı üçün təhlükə mənbəyinə çevrilən narkomaniyanın fəsadlarından bəhs edib. O bildirib ki, narkotik qəbul etmək təklifinə aldanan gənclər çox vaxt bu vasitələrin təhlükəliliyi haqqında informasiyaya malik olmurlar. Hamin maddələrdən istifadə etdikdə isə onlarda dəhşətli vasitəyə ömürlük asılılıq yaranır, vaxt keçdikcə cəmiyyətdən təcrid olunmağa başlayırlar. Ona görə də, gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunmasında əsas vəzifə valideynlərin, müəllimlərin və bütün ziyalıların üzərinə düşür.   Daha sonra çıxış edən digər iştirakçılar erkən nigah və dini radikalizm mövzusunda danışaraq, cəmiyyətdə rast gəldiyimiz belə halların doğurduğu sosial problemlər, fizioloji fəsadlar və ailə zorakılığı barədə geniş məlumatlar veriblər.   Görüşün sonunda gəncləri maraqlandıran suallar cavablandırılıb”.   Məlumat üçün qeyd edək ki, Daxili İşlər Nazirliyi mütəmadi şəkildə ölkənin müxtəlif şəhər və rayonlarında analoji tədbirlər həyata keçirir, “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici görüşlər təşkil edir.   Seymur ƏLİYEV  

Hamısını oxu
Dörd kəndin qaytarılması Müzəffər Ali Baş Komandanın tarixi zəfərlər silsiləsinin davamıdır

“Qazaxın dörd kəndinin geri qaytarılması dövlətimizin, onun lideri Müzəffər Ali Baş Komandanın tarixi zəfərlər silsiləsinin davamıdır”. Bunu “İki sahil”ə açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, baş verənlər dövlətimizin diplomatik qüdrətinin təntənəsidir: “Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin Azərbaycana qaytarılması dövlətimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərin diplomatik müstəvidə davamı deməkdir. Bir güllə belə atılmadan 4 kəndin azad edilməsi faktı bir kəs daha sübut etdi ki, ölkəmiz hərbi müstəvidə olduğu kimi diplomatik müstəvidə də güclüdür və öz istəyini diktə edə bilir. Unutmaq olmaz ki, bu gün erməni kilsəsi və Ermənistan daxilindəki revanşist qüvvələr, habelə, xaricdəki erməni diapsoru Azərbaycanla Ermənistan arasında istənilən razılaşmaya qarşıdır. Onlar tarixi Azərbaycan torpaqlarının ölkəmizə qaytarılmasını düzgün hesab etmir, rəsmi İrəvanın ünvanına ciddi ittihamlar səsləndirirlər. Məhz belə bir mürəkkəb situasiyada rəsmi Bakının mili maraqlarımızın müdafiəsi istiqamətində bu cür mühüm razılaşma əldə etməsi ikiqat uğur əldə edilə bilər”. Polkovnik qeyd edib ki, bu uğuru özünəməxsus edən mühüm nüasnlardan biri də məlum razılaşmanın heç bir vasitəçi olmadan əldə edilməsidir: “Sevindirici məqamlardan biri də ondan ibarətdir ki, dörd kəndin geri qaytarılması və bu kəndlərlə bağlı delimitasiya və demarkasiya prosesinin yekunlaşması heç bir vasitəçinin iştirakı olmadan – Azərbaycan Ermənistan işçi qrupları arasındakı razılaşmaya əsasən baş tutub. Bu isə bir daha vasitəçisiz danışıqların daha uğurlu və effektiv olduğunu göstərir. Xatırladaq ki, Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında Azərbaycanın vasitəçiyə ehtiyac duymadığını, vasitəçisiz danışıqların daha səmərəli olduğunu vurğulayıb”. Cəlil Xəlilov qeyd edib ki, bu kimi razılaşmalar Azərbaycanla Ermənistan arasında imzalanması gözlənilə sülh müqaviləsi üçün də əlverişli zəmin formalaşdırır: “Bildiyiniz kimi, 44 günlük Vətən müharibəsinin üstündən 4 il ötsə də, hələ də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayıb. Buna səbəb İrəvanın 10 noyabr bəyanatından irəli gələn öhdəliklərə əməl etməməsi, bu öhdəliklərdən müxtəlif vasitələrlə yayınmasıdır. Qazaxın dörd kəndinin geri qaytarılması, sərhədlərin delimitasiyası ilə bağlı əldə edilən razılaşmalar Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün əlverişli zəmin yaradır. Əminəm ki, rəsmi İrəvan sərhədlərin delimitasiyası və Azərbaycanın sülh səylərinin dəstəklənməsi siyasətindən imtina etməzsə, biz qısa zamanda iki dövlət arasında daha ciddi razılaşmalara şahid olacağıq”.

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov Belarus, Moldova və Baltikyanı dövlətlərin veteran təşkilatlarının nümayəndələri ilə görşüb

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Belarus Respublikasına səfəri əsnasında Belarus, Moldova və Baltikyanı dövlətlərin veteran təşkilatlarının nümayəndələri ilə görüşüb.   Görüş əsnasında sözügedən xalqların İkinci Dünya müharibəsində faşizmə qarşı birlikdə mübarizə apardığına diqqət çəkən polkovnik Cəlil Xəlilov, tarixi dostuq əlaqələrini davam etdirməyin vacibliyini vurğulayıb. Polkovnik qeyd edib ki, Azərbaycanla Belarus, Moldova və Baltikyanı ölkələrin veteran təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi həm tarixi yaddaşın qorunub saxlanılması, həm də gələcək əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. İkinci Dünya müharibəsi zamanı bu ölkələrdə çoxlu sayda azərbaycanlının faşizmə qarşı mübarizədə böyük qəhrəmanlıqlar göstərdiyini vurğulayan Cəlil Xəlilov, onların xatirəsinin əbədiləşdirilməsi istiqamətində daha əhatəli addımların atılmasına ehtiyac olduğunu bildirib.   Polkovnik Cəlil Xəlilovun çıxışı veteran təşkilatlarının, eləcə də bu ölkələrin diplomatik korpusunun nümayəndələri tərəfindən böyük maraqla qarşılanıb və təqdir olunub.   Seymur ƏLİYEV

Hamısını oxu
Zəfər Gününə həsr edilmiş “Dəmir yumruq” açıq Bakı turniri keçirilib

Veteran.gov.az xəbər verir ki, sentyabrın 26-dа Bakı İdman Sarayında uşaq və yeniyetmələr arasında karate-do idman növü üzrə Zəfər Gününə həsr edilmiş “Dəmir yumruq” açıq Bakı turniri keçirilib.   Turnirin açılış mərasimində ölkəmizin idman ictimaiyyətinin nümayəndələri, eləcə də, Vətən müharibəsinin qaziləri, şəhid valideynləri iştirak ediblər. Tədbirdə əvvəlcə 44 günlük Vətən müharibəsində şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.   Mərasimdə çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndəsi Gündüz Vəliyev 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycanın mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif növ artilleriya qurğularından atəşə tutduğunu və cavab tədbirləri olaraq Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan Respublikasının silahlı qüvvələrinin darmadağın edilərək torpaqlarımızın işğaldan azad olunduğunu qeyd edib: “Torpaqlarımızı işğal edərək otuz ilə yaxın əsarətdə saxlayan Ermənistan ordu hissələrinə sarsıdıcı zərbələr vuran igid oğul və qızlarımız qəhrəmanlıq dastanı yaratdılar, torpağımıza göz dikən düşməni yurdumuzdan həmişəlik qovdular. Bu günlər böyük qürur hissi ilə xalqımız Qələbənin ildönümünü qeyd edir. Torpaqlarımızın azad edilməsi uğrunda canlarından keçən şəhidlərin xatirəsini anırıq. Onların xatirəsi hər zaman yaddaşlarda yaşayacaq”.   Şəhid Muxtar Qasımlının atası Əli Qasımov qeyd edib ki, tarixi Qələbə ilə başa çatan Vətən müharibəsi nəticəsində Azərbaycanın yenilməz Ordusu düşməni torpaqlarımızdan qovub, həm də xalqımızın hərb və qürur tarixini yazıb: “44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın yenilməz Ordusu torpaqlarımızı düşmən işğalından azad etməklə, həm də xalqımızın hərb və qürur tarixini yazıb. Xalqımızın 30 illik həsrətinə son qoyulması, torpaqlarımızın işğaldan azad edilməsi böyük Zəfərdir. Bu gün vətənpərvər, cəsarətli gənc nəsil yetişir və biz yaşlı nəsil onlarla qürur duyuruq”.   Bakı Karate-do Akademiyasının (BKA) prezidenti Vüsal Abdullazadə Azərbaycan xalqının bu günlərdə böyük iftixar hissi və fəxrlə torpaqlarımızda 30 illik erməni işğalına son qoyulmasının, tarixi Qələbənin birinci ildönümünü qeyd etdiyini bildirib: “Azərbaycan xalqı bu günlərdə böyük qürur hissi ilə torpaqlarımızda 30 illik erməni işğalına son qoyulmasının, tarixi Qələbənin birinci ildönümünü qeyd edir. Vətən müharibəsinin və Qələbəmizin rəmzi kimi bütün dünyaya səs salan “Dəmir yumruq” əməliyyatı idman sahəsində də qələbənin simvoluna çevrilib. Gənclərimizə və gələcək nəsillərə bu tarixi Qələbəmizi bir daha aşılamaq və hafizələrinə ömürlük həkk etmək üçün Zəfər Gününə həsr ediləcək “Dəmir yumruq” adlı çempionat və turnirlərin təşkili bundan sonra da davam etdiriləcək”.   O, Vətən müharibəsində şəhid olan igid oğul və qızlarımızın xatirəsinin xalqımızın yaddaşında həmişəlik yaşayacağını bildirib.   Sonra Vətən müharibəsində iştirak etmiş qazilərə, şəhid valideynlərinə, eləcə də idman ictimaiyyətinin nümayəndələrinə, turnirlərin qaliblərinə “Dəmir yumruq” simvolu ilə hazırlanmış xüsusi medal və diplomlar təqdim edilib.   Mərasimin rəsmi hissəsindən sonra nümunəvi çıxışlar nümayiş etdirilib.   Daha sonra turnir yarışlarla davam edib. Turnirin qalibləri “Dəmir yumruq” simvolu ilə hazırlanmış xüsusi medal və diplomlarla təltif edilib.  

Hamısını oxu