Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Belarus Respublikasının ölkəmizdəki səfirliyi 13 veteranı təbrik edib

Belarus Respublikasının müstəqillik günü ilə əlaqədar olaraq adıçəkilən ölkənin Azərbaycandakı səfirliyi Belarusun ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edən 13 azərbaycanlı veteranı təbrik edib. Bu münasibətlə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında olan Belarus səfirliyinin nümayəndələri, veteranlara xoş arzularını çatdırıb, minnətdarlıqlarını ifadə ediblər.   Xatırladaq ki, İkinci Dünya müharibəsində xeyli sayda azərbaycanlı Belarus Respublikasının faşist işğalçılarından müdafiəsində yaxından iştirak edib, bu mübarizədə böyük qəhrəmanlıqlar göstərib.

2021-06-29 00:00:00
2282 baxış

Digər xəbərlər

Millət vəkili Respublika Veteranlar Təşkilatının sədri ilə görüşüb

Millət vəkili Şahin Seyidzadə bu gün Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilovla görüşüb. Təşkilat sədrinin timsalında veteranları faşizm üzərində qələbənin 76-cı ildönümü münasibəti ilə təbrik edən millət vəkili, Fatma Səttarovaya gül dəstəsi və hədiyyə təqdim edib.   İkinci Dünya müharibəsində babasının da yüz minlərlə azərbaycanlı kimi döyüşlərdə iştirak etdiyini bildirən milllət vəkili, xalqımızın erməni faşizmi üzərində də böyük zəfər əldə etdiyinə diqqət çəkib.   Gəlişinə görə millət vəkilinə təşəkkürünü bildirən təşkilat sədri, Azərbaycanın hərb tarixinin qəhrəmanlıqlarla zəngin olduğunu, 44 günlük Vətən Müharibəsinin isə xüsusi yer tutduğunu vurğulayıb.   Millət vəkili hərbi vətənpərvərlik xidmətlərinə görə Respublika Veteranlar Təşkilatı tərəfindən medalla təltif edilib.   Millət vəkili Şahin Seyidzadə isə Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilova Azərbaycan Xalq Cümhuriyəti dövrü əsgərinin libasını əks etdirən hədiyyə təqdim edib.   Respublika Veteranlar Təşkilaıtnın mətbuat xidməti  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı ilə “TÜRKEL” Media Qrupu arasında gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb

Veteran.gov.az xəbər verir ki, bu gün Almatı və Bişkek Mərkəzli “TÜRKEL” Yayın Qrupunun prezidenti, Qırğızıstan Respublikasının Əməkdar mədəniyyət xadimi Hökümə Xəlilova və sözügedən yayın qrupunun baş redaktoru, filologiya elmləri namizədi Ramiz Məşədihəsənli Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında qonaq olub. Təşkilat sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilovla görüşən qonaqlar rəhbərlik etdikləri qurumun fəaliyyəti haqqında ətraflı məlumat verib, bu fəaliyyətin bütün türk dünyasının maraqlarına xidmət etdiyini vurğulayıblar. Görüş əsnasında gələcək əməkdaşlıqla bağlı geniş fikir mübadiləsi aparılıb, birgə əməkdaşlığın üqmumi istiqamətləri müəyən edilib. Qeyd edək ki, TÜRKSOY laureatları olan Hökümə Xəlilova və Ramiz Məşədihəsənli həm də Qırğızıstanın “Piramida” televiziya kanalının “Dostluq körpüsü” proqramının aparıcılarıdır və sözügedən proqram türk dünyasındakı dostluq əlaqələrinin daha da inkişaf etdirilməsinə, türk xalqlarına məxsus mədəniyyətlərin, adət-ənənələrin, tarixi həqiqətlərin təbliğinə xidmət edir.  Görüşdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat katibi – Veteran.gov.az saytının baş redaktoru Seymur Əliyev, Təşkilati və beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi polkovnik Samir Musayev, yazıçı-publisist, ehtiyatda olan polkovnik-leytenant Azər Hacıbəyli Səlimov da iştirak edib.    

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Daməd Nəbiyevin vəfatı ilə bağlı nekroloq yayıb

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Daməd Nəbiyevin vəfatı ilə bağlı nekroloq yayıb. Nekroloqda deyilir:   “Böyük Vətən Müharibəsi veteranı, ehtiyatda olan mayor Nəbiyev Daməd Məcid olu vəfat edib.   Daməd Nəbiyev 1925-ci ildə oktyabr ayının 15-də Yevlax rayonunun Varvara kəndində anadan olub. İkinci Dünya Müharibəsi dönəmində Moskva ətrafınmdakı döyüşlərə qatılan Daməd Nəbiyev, Şərqi Avropa dövlətlərinin faşist işğalından azad edilməsində şücaətlər göstərib.   Daməd Nəbiyev 1945-ci ilin mayında Berlinə hücum əməliyyattında da iştirak edib, şəhər üzərində döyüş uçuşları həyata keçirib.   Böyük Vətən Müharibəsi veteranı "Döyüşdə fərqlənməyə görə”, "Varşavanın azad olunması", "Berlinin alınması" medalları ilə təltif olunub.   İkinci Dünya Müharibəsi iştirakçısı, Silahlı Qüvvələr veteranı Daməd Nəbiyevin işıqlı xatirəsi veteranların, o cümlədən onu tanıyan hər kəsin qəlbində həmişə yaşayacaqdır.   Allah rəhmət eləsin!”        

Hamısını oxu
“ABŞ Azərbaycana münasibətdə siyasi riyakarlıq və mənəviyyatızlıq sərgiləyir”

“ABŞ Azərbaycana münasibətdə siyasi riyakarlıq və mənəviyyatızlıq sərgiləyir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov deyib. Təşkilat sədri qeyd edib ki, “2024-cü il Arsax gəlirlərinin bərpası haqqında Akt” adlı qanun layihəsinin müəllifi olan ABŞ konqresmeni Adam Şiffin məlum təşəbbüsü bu ölkənin Azərbaycana qarşı ədalətsiz münasibətinin təsdiqidir: “2024-cü il Arsax gəlirlərinin bərpası haqqında Akt” adlı qanun layihəsi ABŞ-ın dünyanın digər bölgələrində olduğu kimi, regionumuzda baş verən hadisə və proseslərə də beynəlxalq hüquq aspektindən deyil, öz maraqları baxımından yanaşdığını göstərir. Bu akt bir daha sübut edir ki, Ağ Ev ədalətin təntənəsində deyil, öz dövlət maraqlarının təminində maraqlıdır və bunun üçün beynəlxalq qanunları ayaq altına atmaqda əsla tərəddüd etmir. Bu baxımdan, ABŞ konqresmeni Adam Şiffin müəllifi olduğu “2024-cü il Arsax gəlirlərinin bərpası haqqında Akt” adlı qanun layihəsi ABŞ-ın Azərbaycana qarşı növbəti ədalətsiz münasibəti, tarixi-siyasi reallıqların təhrifidir. Bir faktı da qeyd edim ki, 2023-cü ildə lokal antiterror tədbirlərindən sonra Qarabağa səfər edən BMT missiyası bu ərazidə Azərbaycan Ordusunun heç bir mülki infrastruktura ziyan vurmadığını, mülki əhalinin anti-terror tədbirlərindən zərər görmədiyini vurğulamış, bunu öz hesabatına daxil etmişdir. BMT-nin məlum hesabatı Adam Şiffin hazırladığı qanun layihəsinin absurd olduğunun isbatıdır”. Polkovnik Cəlil Xəlilov Cəbrayıl şəhərində sakinlərlə görüşündə Prezident İlham Əliyevin ABŞ əleyhinə səsləndirdiyi tənqidlərə də toxunub: “Bildiyiniz kimi, Prezident İlham Əliyev Cəbrayıl sakinləri ilə görüşündə ABŞ-ın Azərbaycan əleyhinə siyasətini tənqid etdi, bu siyasətin əsl mahiyyətini ortaya qoydu. Dövlət başçısı haqlı olaraq qeyd etdi ki, ABŞ lazım gələndə sanksiya tətbiq edir, lazım gələndə isə onu müvəqqəti olaraq ortadan qaldırmaqla dost maskasını taxır. Bütün bu davranışlaırn kökündə isə ABŞ maraqlarının müdafiəsi dayanır. Şübhəsiz, hər bir dövlət öz milli maraqlarının keşiyində durur və burada qeyri-adi heç nə yoxdur. Lakin bu maraqları beynəlxalq hüququ pozmaq, haqlı tərəfə münasibətdə ədalətsiz mövqe sərgiləmək, qanun və demokratiya anlayışlarını imitasiya etmək hesabına təmin etmək yolverilməzdir. Bu, əxlaqi baxımdan olduğu kimi, siyasi etika baxımından da qəbuledilməzdir. Ağ Ev bilməlidir ki, bu cür ikili, riyakar siyasət ABŞ-ın öz imicinə mənfi təsir edir və onu gözdən salır. Və çətin ki, ABŞ bu cür siyasətlə bölgəmizdə və dünyada hörmət qazana bilsin”.

Hamısını oxu