Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Binəqədi rayon veteranları ilə görüşüb

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Bakının Binəqədi rayonu ərazisində yaşayan bir qrup veteranla görüşüb. Binəqədi rayon icra başçısının müavini Sevinc Süleymanovanın da iştirak etdiyi görüşdə, veteranlara olan dövlət qayğısından bəhs edilib, Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsindəki şanlı qələbəsindən danışılıb.

 

Dövlətin şəhid ailəlrinə, qaziləri daim diqqət mərkəzində saxladığını bildirən polkovnik Cəlil Xəlilov, veteranların da öz növbəsində dövlət siyasətini, milli maraqları, ölkə başçısının çağırışlarını qətiyyətlə dəstəklədiklərini qeyd edib. Sədr müavini bildirib ki, veteranlar bundan sonra da Ali Baş Komandanın ətrafında sıx birləşməkdə, ona dəstək verməkdə davam edəcək.

 

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova da öz çıxşında dövlətin veteranlara, şəhid ailələrinə, müharibə əlillərinə daim diqqət və qayğı göstərdiyini, bu kateqoriyadan olan vətəndaşlara xüsusi həssaslıqla yanaşdığını bildirib. Binəqədi Rayon İcra Hakimiyyəti olaraq rayon ərazisindəki veteranları, şəhid ailələrini daim diqqət mərkəzində saxladıqlarını vurğulayan Sevinc Süleymanova şəhid ailələrinə, veteranlara qayğı göstərməyin hər bir vətəndaşın ilk növbədə mənəvi borcu olduğunu qeyd edib.

 

Görüş əsnasında çıxış edən veteranlar ölkə başçısının böyük qələbədəki rolundan danışıb, Azərbaycan ordusunun Ali Baş Komandanın rəhbərliyi altıdna qazandığı tarixi zəfərin əsrlər sonra da qürur və rəğbət hissi ilə xatırlanacağını bildiriblər.

 

Tədbirin sonunda əmək veteranı Teyyub Həsənov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Binəqədi rayon təşkilatının sədri seçilib.

 

Görüşdə  Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Təşkilati və Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri polkovnik Nadir İsmayılov, təşkilatın mətbuat katibi Seymur Əliyev, Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, onun  müavini - dini qurumlarla işin təşkilatçısı Elnur Məmmədov və digər şəxslər də iştirak edib.

2021-08-04 10:45:00
1410 baxış

Digər xəbərlər

Qobuda şəhid ailələri və veteranlar üçün xeyriyyə aksiyası keçirilib

Qobu qəsəbəsində məskunlaşan müharibə, əmək və Silahlı Qüvvələr  veteranlarının bir qrup üzvü millət vəkili Nigar Məmmədovaya müraciət edərək qəsəbədəki şəhid ailələrinin, qazi və ahıl vətədaşların səhiyyə xidmətlərinə əlçatanlığına köməklik göstərilməsini xahiş edib. Vətəndaşların müraciətini nəzərə alan 48 saylı Abşeron rayon seçki dairəsindən Milli Məclisə deputat seçilən Nigar Məmmədovanın təşəbbüsü və “Universal” hospitalın baş həkimi, tibb elimləri doktoru professor Aytən Sultanovanın rəhbərliyi ilə göz xəstəlikləri üzrə xeyriyyə tədbrinə başlanılıb.. Dairəyə daxil olan  Abşeron rayon qəsəbə və kəndlərini əhatə edən aksiyaya oktyabr 21 - də Qobu qədəbəsində start verilib. Səmimi və mehriban munasibəti ilə diqqət çəkən tibbi personal müraciət edənləri məmuniyyətlə qəbul edərək  müayinədən kecirib, müalicəyə ehtiyacı olanlara reseptlər yazıb. Əməliyyata ehtiyacı olanlar isə hospitala dəvət edilib. Millət vəkili Nigar Məmmədova eyni zamanda Qobu qəsəbəsindəki “Sənətkarlıq evi”ndə seçicilərlə görüşb, onların şikayətlərini dinləyib, qaldırılan məsələlərin aidiyyatı strukturlara çatdıracağını bildirib. Qobu qəsəbə müharibə, əmək və Silahlı Qüvvələri veteranları millət vəkili Nigar Məmmədovaya və hospitalın baş həkimi professor Aytən Sultanovaya təşəkkür edib, minnətdarlığını bildirib. Xatırladaq ki, xeyriyyə aksiyasının dairənin başqa yaşayış məntəqələrində də keçirilməsi nəzərdə tutulub. Seymur ƏLİYEV    

Hamısını oxu
İlham Əliyev Vaşinqtonda Amerika İsrail İctimai Əlaqələr Komitəsinin icraçı direktoru və digər rəhbər heyəti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaşinqtonda keçiriləcək Sülh Şurasının ilk iclasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə bu ölkədə işgüzar səfərdədir. Fevralın 18-də dövlətimizin başçısı Vaşinqtonda Amerika İsrail İctimai Əlaqələr Komitəsinin (AIPAC) icraçı direktoru Elliot Brandt və digər rəhbər heyəti ilə görüşüb. Söhbət zamanı Amerika İsrail İctimai Əlaqələr Komitəsinin nümayəndə heyətinin ölkəmizə səfəri və dövlətimizin başçısı ilə görüşləri məmnunluqla xatırlandı. Azərbaycanda bütün dinlərin və mədəniyyətlərin nümayəndələrinin bir ailə kimi sülh və mehribanlıq şəraitində yaşadıqlarını, bunun dünya üçün nümunə olduğunu deyən Elliot Brandt ölkəmizdə yəhudi icmasına dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Dövlətimizin başçısı Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin əsrlər boyu harmoniya şəraitində yaşadıqlarını vurğuladı, tolerant mühitin ölkəmiz üçün tarixən həyat tərzi olduğunu dedi. Görüşdə Azərbaycanın dinlər və mədəniyyətlər arasında dialoq prosesinə qlobal səviyyədə verdiyi töhfələr yüksək qiymətləndirildi. Söhbət zamanı, həmçinin Azərbaycan-ABŞ əlaqələrinə toxunuldu, Donald Trampın hakimiyyətə gəlməsindən sonra ölkələrimiz arasında münasibətlərin inkişaf etdiyi vurğulandı. Bir müddət əvvəl Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vensin ölkəmizə uğurlu səfərinə və “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanmasının əhəmiyyətinə toxunuldu. Bu Xartiyada ölkələrimiz arasında ənənəvi əməkdaşlıq sahələri ilə yanaşı, süni intellekt və rəqəmsal transformasiya məsələlərinin də prioritet istiqamətlər kimi müəyyən edildiyi qeyd olundu. Amerika İsrail İctimai Əlaqələr Komitəsinin Azərbaycan-ABŞ və Azərbaycan-İsrail ikitərəfli münasibətlərinin dərinləşdirilməsində rolu vurğulandı. Görüşdə ölkəmizlə bu təşkilat arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.  

Hamısını oxu
Посольство Российской Федерации в Азербайджанской Республики

Hamısını oxu
Özbəkistan mətbuatı Samir Abbasovun Ermənistanın törətdiyi ekoloji terrora dair müsahibəsini yayımlayıb

Veteran.gov.az xəbər verir ki, Özbəkistanın darakchi.uz adlı aparıcı xəbər portalında bu ölkədəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Azərbaycan Səfirliyinin birinci katibi Samir Abbasovun Ermənistanın Azərbaycan ərazilərində həyata keçirdiyi ekoloji terror, buna etiraz edən azərbaycanlı ekofəalların aksiyası, habelə yerli əhalinin blokadada saxlanılması  haqqında Ermənistan tərəfinin dünyaya yaydığı yanlış məlumatlara dair geniş müsahibəsi dərc olunub. Özbəkdilli əhali arasında ən çox oxunan darakchi.uz xəbər portalında gedən “Samir Abbosov: Ozarbayjonlik ekofaollar hududimizdagi ekologik falokatga norozchilik aksiyasi oʻtkazmoqda va hech qanaqa blokada haqida soʻz borishi mumkinmas” (tərc: Azərbaycanlı ekofəallar ərazilərimizdəki ekoloji fəlakətə etiraz aksiyası keçirməkdədir və hər hansı blokadana söz gedə bilməz) adlı müsahibədə Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələrinin, ekoloji fəalların artıq 50 gündən çoxdur ki, ölkəmizin Qarabağ bölgəsində etiraz aksiyasına dair fikirlər yer alıb. İlk öncə Samir Abbasov müsahibəsində Ermənistan tərəfindən 30 ilə yaxın Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlandığını, bir milyon azərbaycanlının öz yurd yerlərindən qovulduğunu, azərbaycanlıların etnik təmizləməyə məruz qaldığını, işğal nəticəsində şəhərlərimizin, minlərlə kəndlərimizin, tarix və mədəniyyət abidələrimizin, dini inanc yerlərimizin vəhşicəsinə dağıdıldığını qeyd edib. Diplomat Ermənistanın işğal etdiyi ərazilərimizdə 67 məsciddən 65-nin tamamilə dağıdıldığını, işğalçıların məscidlərimizdə heyvan və donuz saxlayaraq İslam irsini təhqir etdiyini vurğulayıb. Samir Abbasov 2020-ci ilin sentyabr-noyabr aylarında 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazilərini Ermənistan işğalından azad etdiyini, Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının imzaladığı üçtərəfli bəyanata əsasən ölkəmizin Qarabağ iqtisadi rayonunda erməni əhalisinin yerləşdiyi ərazidə  müvəqqəti olaraq 5 il müddətinə Rusiya sülhməramlı qüvvələrinin yerləşdirildiyini qeyd edib. Samir Abbasov müsahibədə bildirir ki, hazırda erməni separatçıları Rusiyanın sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazidə fəal şəkildə fəaliyyət göstərir, Azərbaycan dövlətinin suveren hüquqlarını pozaraq bu ərazilərdə Azərbaycana  məxsus qızıl və digər faydalı qazıntı yataqlarını talayır, bölgədə əsl ekoloji fəlakət və terror həyata keçirirlər. O, bu kimi cinayətlərə son qoyulması tələbi ilə Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri, ekoloji fəalların ölkəmizin Qarabağ bölgəsində etiraz aksiyası keçirirdiyini vurğulayır. Müsahibədə Ermənistanın işğalı altında olmuş Azərbaycan ərazilərində mövcud təbii sərvətlər və onların talanmasına dair Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına istinad edilir və Ermənistanın həmişə olduğu kimi, öz cinayətlərini ört-basdır etmək üçün azərbaycanlı ekoloqların dinc etiraz aksiyasını Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərində etnik ermənilərin humanitar fəlakətə məruz qalması kimi yalan məlumatlardan istifadə etdiyi və beynəlxalq ictimaiyyəti çaşdırdığı vurğulanır. Samir Abbasov aksiyanın ekoloji terrora son qoyulması və qanunsuz yolla talan edilmiş Azərbaycan sərvətlərinin xaricə çıxarılmasının qarşısının alınması tələbi ilə dinc şəraitdə keçirildiyini müsahibədə bir daha qeyd edib. O, sözügedən ərazidə heç bir blokadanın və humanitar fəlakətin yaşanmadığını və yayılan məlumatların erməni təbliğatının əsassız dezinformasiyası olduğunu vurğulayıb. Diplomat hər gün Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan və etnik ermənilərin məskunlaşdığı Azərbaycanın Xankəndi şəhərinə Laçın yolu ilə mülki şəxslərin və xeyli mülki yüklərin, Qızıl Xaç Cəmiyyətinin avtomobillərin maneəsiz hərəkət etdiyini vurğulayıb. Samir Abbasov Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının imzaladığı üçtərəfli bəyannamənin 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası Laçın yolu ilə iki istiqamətdə mülki vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinin təhlükəsizliyinə təminat verir. Bu təhlükəsizlik zəmanəti Laçın yolundan qanunsuz yüklərin, silah-sursatın daşınması baxımından sui-istifadənin qarşısını almaq üçündür. O, Azərbaycan XİN-nin də bəyan etdiyi kimi üçtərəfli bəyanatın əksinə olaraq, Ermənistan öz ərazisində  istehsal olunan yeni minaları Laçın yolu vasitəsi ilə Azərbaycana gətirərməsinə göz yumulduğunu və bu minaların sonradan Azərbaycan ərazilərində yerləşdirilməsi nəticəsində isə son iki ildə 300-ə yaxın dinc azərbaycanlı mina terrorunun qurbanı olduğunu qeyd edib. Diplomat Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı bölgənin olmadığını, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyul 2021-ci ildə  imzaladığı Sərəncama əsasən Azərbaycan ərazisində iqtisadi rayonların bölgüsü həyata keçiridiyini və nəticədə ölkəmizdə yeni iqtisadi rayonların, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunun  yaradıldığını bildirib. Müsahibədə qeyd olunur ki,  1920-ci illərdə sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanla Naxçıvan arasında olan Azərbaycanın tarixi Zəngəzur  mahalı Ermənistana verilmiş və Naxçıvan Muxtar Respublikası anklava çevrilmişdir. Ermənistanın Azərbaycana ərazi iddiaları başlayan 1988-ci ildən sonra Ermənistan öz ərazisindən keçən Naxçıvan yolunu bağlamış və Azərbaycandan ayrı qalmış yarım milyona yaxın Naxçıvan sakini hələ də blokada şəraitində yaşayır. Üçtərəfli bəyanata görə, Ermənistan Azərbaycanın Naxçıvan MR-ə maneəsiz çıxışını təmin etməli olsa da, bu günə qədər öhdəliyini yerinə yetirməmişdir. Müsahibədə qeyd olunur ki, bütün işğal, etnik təmizləmə və cinayətlərə baxmayaraq, Azərbaycan Prezidenti  İlham Əliyev tərəfindən Ermənistana 5 bəndlik sülh sazişinin imzalanması təklif olunmuş, Ermənistan isə bu günə qədər müxtəlif bəhanələrlə sülh müqaviləsini imzalamaqdan yayınır. Müsahibə ilə geniş şəkildə https://darakchi.uz/oz/160447 linkində tanış olmaq mümkündür.

Hamısını oxu