Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Qarabağ Dirçəliş Fonduna ianə etmək imkanı mobil bank tətbiqlərinə əlavə olundu

Moderator.az xəbər verir ki, Qarabağ Dirçəliş Fonduna ianə etmək istəyən şəxslər artıq bir neçə saniyə ərzində “İanə et” funksiyasının əlavə olunduğu platformalardan istifadə etməklə ödəmə prosesini rahatlıqla həyata keçirə biləcək.

Artıq “Bir Bank” (Kapital Bank) rəqəmsal bankçılığının,  eyni zamanda “Azərbaycan Beynəlxalq Bankı”, “Unibank”, “Paşa Bank”, “Express Bank” və “Rabitə Bank”ın həm İOS, həm də Android istifadəçiləri mobil tətbiqdə “Xeyriyyəçilik” bölməsinə daxil olaraq “İanə et” funksiyası vasitəsilə kart və ya hesabdan istədikləri məbləği onlayn qaydada Fonda köçürməklə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasını dəstəkləyə biləcək.

Qeyd edək ki, ianə prosesini daha da asanlaşdırmaq və əlçatan etmək üçün proses davam etdirilir və yeniliklər barədə ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.

 

İOS tətbiqləri:

Azərbaycan Beynəlxalq Bankı

Birbank

Unibank

Rabitə Bank

Paşa Bank

Umico

Express Bank

Android tətbiqləri:

Azərbaycan Beynəlxalq Bankı

Birbank

Unibank

Rabitə Bank

Paşa Bank

Umico

Express Bank

Vebsaytlar:

Azərbaycan Beynəlxalq Bankı

Kapital bank

Paşa Bank

Express Bank

 

Xatırladaq ki, yuxarıda qeyd olunan mobil tətbiqlərlə yanaşı “Hesab.az”, “Hökumət ödəniş portalı”, “Asan ödəniş”, “Portmanat” və “E-pul” onlayn ödəmə portalları və Fondun rəsmi səhifəsi (//qdf.gov.az/iane-et/) vasitəsilə də Qarabağ Dirçəliş Fonduna ianə etmək mümkündür.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə yaradılan Qarabağ Dirçəliş Fondu işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini, sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini  həyata keçirilməsini təmin edən vahid platformadır.

Hər bir soydaşımız Qarabağ Dirçəliş Fonduna ianə etməklə bu mühüm missiyanın iştirakçısına çevrilə bilər.

2021-08-04 11:44:00
2050 baxış

Digər xəbərlər

Sumqayıt şəhərində Əlaqələndirmə Mərkəzi yaradılıb

Sumqayıt şəhərində şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin məşğulluğuna və sosial problemlərinin həllinə dəstək olmaq məqsədi ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Əlaqələndirmə Mərkəzi yaradılıb. Bu məqsədlə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov sərəncam imzalayıb.   Əlaqələndirmə Mərkəzində şəhid ailələrinin üzvləri, qazilər, Sumqayıt şəhər İcra Hakimiyyətinin və aidiyyatı qurumların əməkdaşları təmsil olunur.   Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Əlaqələndirmə Mərkəzinin üzvləri ilə görüşüb.   Vurğulanıb ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük müharibədə qazandığımız Zəfər xalqımızın minlərlə qəhrəman övladının canı-qanı bahasına, əsgər və zabitlərimizin, cəbhəyə könüllü yollanmış vətənpərvər gənclərimizin igidliyi və rəşadəti sayəsində tariximizə yazılmış şanlı salnamədir. Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, bu yolda canını fəda edən qəhrəmanlarımızın ailələrinə diqqət və qayğı ilə yanaşmaq bütün cəmiyyətimizin borcudur. Bu baxımdan, Sumqayıt şəhərində də şəhid ailələri və müharibə iştirakçılarının qayğıları ilə müntəzəm olaraq maraqlanılır, onlarla fərdi görüşlər keçirilir və sosial qayğıları ilə yaxından tanış olunur, onlara xüsusi diqqət göstərilir.   Qeyd olunub ki, son vaxtlar ərzində şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin həm maddi təminatının yaxşılaşdırılması, həm də məşğulluq məsələlərinin həlli istiqamətində müntəzəm olaraq tədbirlər keçirilməsinə baxmayaraq, hələ də bu istiqamətdə çoxlu işlər görülməlidir. Vətən müharibəsi zamanı şəhid olmuş ailələrin üzvlərinin, qazilər və digər imtiyazlı kateqoriyadan olan əhalinin şəhər ərazisində fəaliyyət göstərən müəssisələrdə işlə təmin olunmasında qarşıya çıxa bilən problemlər tam aradan qaldırılmalıdır.   Bununla yanaşı, şəhid ailələri və müharibə iştirakçılarının sosial problemlərinin yaxşılaşdırılması tədbirləri çərçivəsində onlarla mütəmadi olaraq toplantılar, fərdi görüşlər keçirilməli, gündəlik qayğıları ilə maraqlanmalı, həyat səviyyəsinin yaxşılaşdırılmasına yönələn əhəmiyyətli işlər görülməlidir.   Sumqayıt və onun qəsəbələri ərazisində qeydiyyatda olan şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin məşğulluğunun təmin olunması, onların sosial problemlərinin gücləndirilməsi baxımından göstərilən xidmətlərin vahid məkandan həyata keçirilməsini təmin etmək məqsədilə Əlaqələndirmə Mərkəzi yaradılmasına ehtiyac vardır.   Bildirilib ki, Əlaqələndirmə Mərkəzi məşğulluqla bağlı müvafiq tədbirlərin icrası təmin edəcək, işsiz əhalidən daxil olan məlumatlar əsasında müvafiq təkliflərin işlənib hazırlanması və zəruri tədbirlərin həyata keçirilməsini təşkil edəcək.  

Hamısını oxu
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı...

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 33 dəfə pozub. Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Ağbulaq kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Kürdlər kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub. Milli.Az

Hamısını oxu
Birinci vitse-prezident Mehriban Əliyeva Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə bağlı paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə rəsmi sosial şəbəkə səhifələrində paylaşım edib. Paylaşımda deyilir: “Əziz həmvətənlər! Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy Tanrı öz mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin! Qoy yer üzündəki bütün azərbaycanlılar sağlam və xoşbəxt olsunlar! Sizə və ailələrinizə möhkəm cansağlığı, xoş ovqat, sevinc və xoşbəxtlik arzulayıram! Dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN”.

Hamısını oxu
Под Ростовом открылся народный военно-исторический музей

В Ростовской области открыли народный военно-исторический музей "Самбекские высоты". Он создан по инициативе ветеранов и поисковиков. video 

Hamısını oxu