Под Ростовом открылся народный военно-исторический музей
В Ростовской области открыли народный военно-исторический музей "Самбекские высоты". Он создан по инициативе ветеранов и поисковиков. video

В Ростовской области открыли народный военно-исторический музей "Самбекские высоты". Он создан по инициативе ветеранов и поисковиков. video

Malik və sahib olduğumuz ən böyük iki dəyər var - vicdan və zaman. Hər ikisinin itkisi ağrılıdır, acıdır. Əfsuslar olsun ki, bu günlərdə zamanımın təxminən 2 saatını itirdim. Vicdanlarını çoxdan itirmiş, daha doğrusu, lazımsız nəsnə kimi bir kənara atmış Arif Məmmədovun, Vidadi İsgəndərlinin və Sevinc Osmanqızının veb-kameralar qarşısında oturaraq özlərinə əl qatmalarına baxmalı oldum. Kimsə vadar etmədi - maraq almışdı məni ki, əcəba, insanda koqtiniv dissonans hansı səviyyədə və miqyasda olmalıdır ki, ağı qara, qaranı da bəmbəyaz kimi qələmə versin. Vidadi İsgəndərli ilə məsələ məlum. Adam qeyri-adekvat, hikkəli, absurdizm dalanlarında vurnuxan biridir. Mənə heç zaman maraqlı olmayıb, sadəcə, sırf eksperimentin tamlığı və təmizliyi səbəbindən dinlədim onu. Fransada "maison sociale"da yaşayan, "carte de secour" ilə dolaşan, OFPRA-dan rədd cavabı almamaq üçün bu ölkənin xüsusi xidmət orqanları ilə əlaqələr quran və "verbovka" edilməsini danan, "vicdanım haqqı" andını aman kimi sıralayıb ona baxanları nəyəsə inandırmağa çalışan vətənsiz, yurdsuz, amalsız biridir Vidadi İsgəndərli. O deyir ki, Fransa ordusuna çağırılarsa, vuruşacaq - Dağlıq Qarabağın və erməni işğalında olan digər ərazilərimiz uğrundasa əsla vuruşmaq niyyətində deyil. Üstəlik, ona avtomat verilərsə, həmin silahı ermənilərə qarşı çevirməyəcək: hədəf ermənilərlə üzbəüz duranlar olacaq. Belə deyir Vidadi İsgəndərli. İkinci məxluq Arif Məmmədovdur. 56 yaşlı A.Məmmədov 2000-ci ilin may ayından 2006-cı ilin noyabr ayınadək Brüsseldə Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri, 2007-ci ilin yanvarından 2012-ci ilin sentyabrınadək Strasburqda Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi, 2013-cü ilin iyun ayından etibarən Brüsseldə yerləşən İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyi yanında nümayəndəliyinin rəhbəri kimi çalışıb. Vəzifədən qovulandan sonra Belçikada siyasi sığınacaq alıb, indi Brüsseldə yaşayır. Özü haqqında yazıb ki, bəs "ingilis, fransız, rus, həbəş, ispan dillərində sərbəst danışır". Arif Məmmədovun diplomatik karyerasının belə sürətlə irəliləyişdə olması hələ də mənimçün qaranlıqdır. Vilayət Quliyev və Elmar Məmmədyarovun XİN başçısı postunda işlədikləri, daha doğrusu işlədiklərini göstərməyə çalışdıqları zamanı bu bacarıqsız, yarıtmaz nazirlərin yanlış qərarlarından biri də Arif Məmmədovun "diplomat"lığı idi. İndi bu "başabəla diplomat" bəyan edir ki, sən demə, Avropa ölkələrində və ABŞ-da azərbaycanlıların aksiyalarını rəsmi Bakı "təşkil edib". Səbəb? Arif Məmmədovun ağzından səslər tökərək dediyinə görə, sən demə, əsas məqsəd "xalqın diqqətini Azərbaycandakı hadisələrdən yayındırmaq"dır. İkinci məqsəd isə - gülməyin, Məmmədov ciddidir - "Avropa ölkələrində yaşayan siyasi mühacirləri "ovlamaq"dır". Bunu ona digər plintus səviyyəsi "bloqer" Tural Sadıqlı da deyibmiş. "Dərhal Belçika polisinə məlumat verdim. Mənə dedilər ki, narahat olmayın, məlumatımız artıq var", - Arif Məmmədov söyləyib. Onun Facebook-da paylaşdığı videoçıxışını ermənilər çox bəyəniblər. Maraqlı olan bu məxluqatların dedikləri yox, onların söylədiklərinin az qala eyni mətn üzrə bəyanatlar olmasıdır. Deyəsən, bu Yalıncıqları bir mərkəzdən idarə edirlər və onlar da "ifşaedici" çıxışlar üçün tezisləri eyni yerdən alırlar.
Hamısını oxu
Respublika Veteranlar Təşkilatının Vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov: “Prezident İlham Əliyevin vətənpərvərliyi, vətəndaşlıq duyğusu Azərbaycan xalqının taleyinin tərkib hissəsidir.” İlham Əliyev artıq dünyada qəbul olunmuş görkəmli siyasi liderdir. Bir çox dövlət başçıları yalnız ölkəyə rəhbərlik vəzifəsini yerinə yetirməklə kifayətlənməli olurlar. Onların bir çoxunun ampulası praktik rəhbərlikdən başqa heç nə əhatə edə, yaxud əks etdirə bilmir. Prezident İlham Əliyev isə kamil dövlət xadimi olmaqla yanaşı, həm də geniş qlobal dünya görüşünə, analitik təhlil bacarığına, praqmatik baxışlara malik olan mükəmməl siyasi xadimdir. Prezident İlham Əliyevin siyasi fəaliyyətinin ana xəttini azərbaycanşılıq, millətlər arası münaqişələrin həlli, neft siyasəti, enerji təhlükəsizliyi, vətənpərvərlik, tolerantlıq fəlsəfəsi, dövlətçilikdə xalq faktorunun üstün mövqeyi və.s kimi aktual xüsusi çəkiyə malik məsələlər təşkil edir. Milli mənafeyi dövlətçilik maraqların daim üstün tutulması İlham Əliyev siyasətinin təməl prinsipidir. Prezident İlham Əliyevin vətənpərvərliyi, vətəndaşlıq duyğusu Azərbaycan xalqının taleyinin tərkib hissəsidir. Dahi şəxsiyyətin azərbayçançılıq ideyasının güclənməsində onun etnik milli müstəvidən dövlət və vətənpərvərlik müstəvisinə keçirilməsində müstəsna rolu vardır. Ümummilli lider vətənpərvərliyə və dövlətçiliyə əsaslanan azərbaycançılığı qurdu, yaratdı, eyni zamanda əməli surətdə həyata keçirdi. Milli ideologiyadan, azərbaycanşçılıq idelogiyasından danışarkən böyük insan hər bir azərbaycanlının vətənpərvərlik hissləri ilə yaşamasını daim önə çəkirdi: “Milli vətənpərvərlik hissləri hər bir vətəndaşda o qədər güclü olmalıdır ki, hər bir vətəndaş milli mənafeyi öz şəxsi mənafeyindən, öz şəxsi yaşayışında, şəxsi həyatından – hər şeydən üstün tutsun.” Böyük öndər Heydər Əliyev gənclərin vətənpərvərlik tərbiyəsinə azərbaycançılığı, qəhrəmanlığı tərənnüm etməklə bütün çətinlikləri aradan qaldırmaq vasitəsi kimi baxırdı: “Siz də Azərbaycan xalqına xidmət edərək vətənpərvərlik hissi ilə yaşayaraq özünüzü qəhrəman, cəsur, qüdrətli bir insan kimi formalaşdırmalısınız və qarşıdan gələ biləcək bütün çətinliklərə hazır olmalısınız. Məhz belə hisslərlə fəaliyyət göstərən Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov demokratik vətəndaş cəmiyyəti və hüquqi dövlət qururculuğu yolu ilə gedən Azərbaycan və bütün azərbaycanlılar ümummilli liderin layiqli siyasi varisi, ölkə prezidenti İlham Əliyevin ətrafında birləşərək milli azərbaycançılıq və vətənpərvərliyin vəhdəti şəklində öz işlərini quraraq fəaliyyət göstərir. 44 günlük II Qarabağ savaşında Respublika Veteranlar Təşkilatının göstərdiyi vətənpərvərlik ruhu da Təşkilatın sədri general-polkovnik Tofiq Ağahüseynovun müdrik siyasətinin göstəricisi olmuşdur. Beləki, vaxtaşırı cəbhə bölgələrində yerləşən Veteran Təşkilatı sədrləri ilə mütəmadi əlaqəsi, onlara müdrik məsləhətləri də vətənpərvərliyin bariz nümunəsidir. Unutmamaq lazımdır ki, bu günün gənci sabahın atası, anası, ailə başçısıdır. Onun öz övladını necə tərbiyə etməsi isə ilk növbədə onun özünü necə istiqamətləndirməsindən aslıdır. Buna görə də bu sahədə görülən işlər daim diqqətdə saxlanılmalı, gənclərin vətənpərvərlik tərbiyəsi üçün yaradılan şəraitdən səmərəli istifadə etmək lazımndır. Veteran Təşkilatının Respublikamızda bu istiqamətdə icra edilən tədbirləri diqqətəlayiqdir. Müharibə iştirakçılarının və şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması, müalicəsinin təşkili, məşğulluğunun təmini baxımından böyük işlər görülmüşdür. Əsl vətəndaş vətənpərvər olmalıdır, gənclərimizə vətən sevgisi aşılanmalıdır kimi ifadələrə tez-tez rast gəlirik. Bu da təbiidir. “Azərbaycanın gələcəyi gənclərə məxsusdur.”-deyə dahi şəxsiyyət ümummilli lider ölkəmizə rəhbərlik etdiyi dövrlərdə gənclərimizin hərtərfli inkişafına imkanlar açan müvafiq tədbirlər həyata keçirilmiş və tez bir zamanda müstəqil Azərbaycanımızın gələcəyini qoruyub saxlaya biləcək gənc nəsillərin yetişdiyinə əminliyini belə ifadə etmişdir. Müstəqil azərbaycan ifadəsi indi hamı üçün əzizdir, bunu hamı təkrar edir, ancaq hər kəs də başa düşməlidir ki, müstəqil Azərbaycanın müstəqil yaşaması üçün hər bir vətəndaşın vətəndaşlıq borcu var. Bunu təmin etmək üçün hər bir vətəndaş öz xalını verməli, öz xidmətini göstərməlidir. Tariximizə nərə salsaq görərik ki, elimizin, obamızın ən gözəl ənənələrindən biri də torpağa ana yurda, vətənə bağlılıq, xalqımızım zaman-zaman yadelli işğalçılardan qorumaq, vətən üçün canından keçmək olmuşdur. Elə buna görə də xalqımızın vətən uğrunda, torğaq uğrunda canında, qanından keçən saysız hesabsız unudulmaz qəhrəmanları olmuşdur. 44 günlük II Qarabağ savaşı məhz buna birbaşa sübutdur. Vətənpərvərlik, vətənə məhəbbət əcdadların ənənələrinə hörmət deməkdir. Vətənpərvərliyə və dövlətçiliyə söykənən azərbaycançılıq məhz ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin bərpası zamanı ölkəyə ikinci dəfə rəhbərliyə qayıdışından sonra milli bütövlüyümüzün təcəssümü olan milli ideologiya kimi formalaşdı, gerçəkləşdi və səfərbəredici fenomenə çevrildi. Respublika Veteranlar Təşkilatının Vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov
Hamısını oxu
Azərbaycanda bütün sahələrdə davamlı inkişaf bir-birini əvəzləyir. Dünyaya nümunə təşkil edən Azərbaycanın iqtisadi-sosial modeli vətəndaşların sosial rifahına və cəmiyyətin inkişafına istiqamətlənib. Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər əsaslı təməllər üzərində dayanır. Dövlətin bu sahədə siyasi xətti gündən-genə nailiyyətlərin daha da artacağından xəbər verir. Bu fikirləri Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı sədrinin müavini, polkovnik Cəlil Xəlilov AZƏRTAC-a müsahibəsində söyləyib. C.Xəlilov bildirib ki, 2019-cu ili respublikamız üçün əlamətdar illərdən hesab etmək olar. Cari ilin birinci yarısının hələ başa çatmamasına baxmayaraq, həyata keçirilən islahatlar əvvəlki illərə nisbətdə daha çoxdur. İmzalanan sonuncu sərəncamlar əhalinin gəlirlərinin artmasına, yığım imkanlarının genişlənməsinə şərait yaradacaq. Əmək haqlarının əhəmiyyətli artımı əhalinin alıcılıq qabiliyyətinə müsbət təsir etməklə, iqtisadi fəallığa töhfə verəcək. Bu ilin birinci yarısında Prezident İlham Əliyevin imzaladığı sərəncamlar hər bir vətəndaşın maddi rifah halının yaxşlaşdırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə və onlara dövlət qayğısının daha da artırılmasına xidmət edir. Sosial sahədə islahatların növbəti mərhələsində hazırlanan inqilabi addımlar Prezident İlham Əliyevin “Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili dayanır” tezisini bir daha təsdiq etdi. “Sonuncu sərəncamlarda qeyd edilən şəxslərin aylıq vəzifə maaşlarının 2019-cu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılması nəzərdə tutulur. Sərəncamlara əsasən, hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin də əmək haqlarının artırılması vətənin keşiyində dayanan insanlara göstərilən etimadı bir daha təsdiqlədi. Bundan əlavə, minimum əmək haqqının artırılması Azəbaycanda aztəminatlı ailələrin maddi rifah halına müsbət təsirini göstərəcək. İqtisadi sahədə əldə edilmiş mötəbər uğurların sosial sferaya transformasiyası dövlətimizin başçısının bəyan etdiyi sosial iqtisadi kursun başlıca prinsipi olmaqla, cari ilin əvvəlindən etibarən ölkə vətəndaşlarının sosial təminatını əhəmiyyətli dərəcədə artırıb”, - deyə Cəlil Xəlilov vurğulayıb. Respublika Veteranlar Təşkilatının sədr müavini diqqətə çatdırıb ki, ümumilikdə 2019-cu ildə Prezident İlham Əliyevin imzaladığı qanunvericilik aktları üç milyona yaxın insanın sosial müdafiəsinin gücləndirilməsi sahəsində inqilabi addım oldu. Bütün bunlar ilk növbədə Azərbaycanda xalqın dövlətinə inamından, vətəndaşın hakimiyyətə göstərmiş olduğu etimaddan, inkaf etmiş, rəqabətə davamlı iqtisadiyyatından xəbər verir. Azərbaycançılıq məfkurəsinə əsaslanaraq həyata keçirilən daxili və xarici siyasi xətt dövlətin doğru əllərdə olmasının və xalq-lider birliyinin təzahürüdür. “Veteranlar da hər zaman Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti dəstəkləyir, xüsusən sonuncu sərəncamların sosial sahədə əhəmiyyətli irəliləyişlərlə nəticələnəcəyinə dərin inam ifadə edirlər. Veteranlar xalqın birliyi və gənclərin vətənpərvər ruhda tərbiyə edilməsində üçün bundan sonra da əllərindən gələni əsirgəməyəcəklər”, - deyə polkovnik C.Xəlilov bildirib.
Hamısını oxu
Öz mənalı həyatının 60 ilini xalqına, onun inkişafına həsr edən, on il müstəqil Azərbaycan dövlətinə şərəflə xidmət edən ümummilli lider Heydər Əliyev Azərbaycanı dünyanın ən qabaqcıl ölkələrindən birinə, onu güclü və qüdrətli bir dövlətə çevirmək istəyirdi. Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə həm də Heydər Əliyevə, onun siyasi kursuna sadiqliyini nümayiş etdirdi. Bu, xalqımızın Ümummilli Liderə sevgisinin və sonsuz inamının bir daha təsdiqi oldu. Cənab Prezident İlham Əliyev on yeddi illik fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı olaraq onun uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə Azərbaycan dinamik inkişaf yolunda durmada irəliləməkdədir. Ölkəmizin beynəlxalq miqyasda mövqelərini daha da möhkəmləndirib.Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Bu gün cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasında yer alır. Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görülür. Bu gün Heydər Əliyev mənəvi-siyasi irsinin ən layiqli davamçısı — dövlət başçısı İlham Əliyevin müəllifliyi ilə Azərbaycanın çağdaş tarixinin şanlı səhifələri yazılır. İşğal altında olan tarixi Azərbaycan torpaqları düşmən tapdağından azad edilir. Cənab Prezident, Ali Baş Komandanımız İlham Əliyevə Azərbaycan xalqına yaşatdığı Qələbə sevincləri üçün minnətdarıq. Ulu öndərimizin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin məharətlə davam etdirdiyi müdrik siyasi xəttə alternativ yoxdur. Bu işıqlı yol ölkəmizi daha firavan gələcəyə aparır.
Hamısını oxu