Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Ağdam səfəri əsnasında erməni vəhşiliyi ilə yanaşı, nəhəng quruculuq prosesinə şahid olduq”

Cəlil Xəlilov: “Qarabağımızın bərpasını arzulayan hər kəsi Qarabağ Dirçəliş Fondunun fəaliyyətinə dəstək verməyə səsləyirəm”

 

“Biz quruculuq prosesinin tamaşaçısı deyil, iştirakçısı qismində çıxış etməliyik”

 

Dünən  QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü ilə 70-dən artıq QHT nümayəndəsinin Ağdama səfəri təşkil olunub. Səfərdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlkilov da iştirak edib.

 

Saytımıza açıqlamasında səfərlə bağlı təəssüratını dilə gətirən polkovnik Cəlil Xəlilov, belə səfərlərin bir çox baxımdan mühüm əhəmiyyətə malik olduğunu vurğualyıb:

 

“30 ilə yaxın işğal altında qalan rayonlarımızda Ermənistanın böyük vəhşiliklər törətdiyi, hər şeyi məhv etdiyi, amansızcasına taladığı məlumdur. Ağdam şəhəri də uuzn illər ərzində erməni faşizminin talıanına məruz qalıb. Şəhər erməni işğalçıları tərəfindən tamamilə dağıdılıb, məhv edilib. Bu talanın, bu vəhşiliyin miqyası həddindən artıq böyükdür. Odur ki, Vətən müharibəsi başa çatsa da, erməni vəhşiliyinin büqtün dünyada ifşası prosesi davam etdirilməli, erməni faşizminin anti-insani mahiyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır.

 

Səfər əsnasında bizi  sevindirən məqmalar da oldu. Bu məqamlardan biri dövlətimizin qısa müddət ərzində işğaldan azad edilmiş torpaqlarımızda mühüm layihələrə start verməsi oldu.  Səfər əsnasında işğaldan azad edilmiş ərazilərdə yeni yolların çəkilməsinə, çoxşaxəli nəqliyyat infrastrukturunun yaradıldığına şahid olduq. Görülən işlərin miqyas və keyfiyyəti söyləməyə əsas verir ki, prezidentimizin rəhbərliyi altında qısa zamanda işğaldan azad edilmiş ərazilər daha müasir şəkildə bərpa ediləcək, Qarabağ və ətraf rayonlarımız öz əzəli gözəlliyinə qovuşacaq Təbii, bu işdə hər birimiz dövlətimizə, Ali Baş Komandan dəstək verməli, əlimizdən gələni əsirgəməməliyik.

 

Qarabağımızın bərpa olunmasında, dirçəlməsində iştirak etmək istəyən, bu müqəddəs işə töhfə verməyə çalışan hər bir vətəndaş Qarabağ Dirçəliş Fonduna ianə etməklə bu prosesdə çox asanlıqla iştirak edə bilər. Bunun üçün Qarabağ Dirçəliş Fondu tərəfindən hər cür imkan yaradılıb.  Biz hamımnız üçün doğma olan bu Fonda dəstək verməklə öz arzularımızı reallaşdıra bilərik.

 

Bunu da qeyd edim ki, Qarabağ Dirçəliş Fondu qarşısında duran əsas vəzifələrdən biri, həm də erməni faşizmi tərəfindən məhv edilən meşələrimizin bərpasıdır. Biz Qarabağımızın füsunkar təbiətini bərpa etmək, onun flora və fauna aləminin zənginliyini təmin etmək istəyiriksə, Qarabağ Dirçəliş Fondunun fəaliyyətinə dəstək verməli, quruculuq prosesinin tamaşaçısı deyil, iştirakçısı qismində çıxış etməliyik”.

 

Seymur ƏLİYEV

2021-08-17 15:32:00
1315 baxış

Digər xəbərlər

Ermənistan cəbhədə təxribat törətdi – Mövqelərimiz atəşə tutuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 36 dəfə pozub. Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.   Qeyd olunur ki, Ermənistan Respublikası Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq və Muncuqlu kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Hamısını oxu
Mənəvi Dəyərlərin Təbliği Fondu yeniyetmə və gənclər arasında “Ulu Öndərin izi ilə” adlı rəsm müsabiqəsi elan edir

Veteran.gov.az xəbər verir ki, Mənəvi Dəyərlərin Təbliği Fondu yeniyetmə və gənclər arasında “Ulu Öndərin izi ilə” adlı rəsm müsabiqəsi elan edir. Müsabiqənin keçirilməsində məqsəd Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi, Heydər Əliyevin  anadan olmasının 100-cü ildönümününün qeyd olunması, xatirəsinin yad edilməsi və irsinin öyrənilməsi, yeniyetmə və gənc istedadlı rəssamların üzə çıxarılmasıdır. Məzmunu, sənətkarlıq xüsusiyyətləri, bədii düşüncə tərzi ilə fərqlənən əsərlər yaradıcı gənc rəssamların Ümumilli Liderə məhəbbətinin ifadəsinin göstəricisi olacaqdır. Müsabiqəyə təqdim olunan materiallar aşağıdakı  qaydalar üzrə qəbul ediləcək: İsiqamətlər: Heydər Əliyevin portreti, eyni zamanda onun adı ilə bağlı olan memarlıq abidələri, Ulu Öndərin hakimiyyəti dövründə bərpa edilən və yeni yaradılan mədəniyyət abidələri, abadlıq-quruculuq işlərini özündə əks etdirən rəsmlər qəbul olunur. Müsabiqənin şərtləri: • Müsabiqədə 14-35 yaş aralığında olan şəxslər iştirak edə bilər • Müsabiqədə iştirak etmək istəyən hər bir şəxs yalnız bir istiqamət üzrə bir əsər təqdim edə bilər • Müsabiqəyə təqdim edilən material müəllifin özünə məxsus olmalı, plagiat xarakteri daşımamalıdır • Kənar şəxslərin müdaxiləsi, həmçinin kompüter qrafikası proqramları ilə hazırlanan  rəsmlər qiymətləndirilməyəcək • Təqdim olunan rəsmlərdə janr məhdudiyyəti yoxdur • Rəsmin ölçüsü maksimum 50x50 sm olmalıdır • Seçim zamanı düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək Qeyd 1: Müsabiqədə iştirak etmək istəyən şəxslər hazırladıqları rəsm əsərini birbaşa və yaxud poçt vasitəsilə Mənəvi Dəyərlərin Təbliği Fonduna təqdim etməlidir. Qeyd 2: Müsabiqə materialları Fonda təqdim olunan zaman ayrıca vərəqdə aşağıdakı məlumatlar mütləq qeyd edilməlidir: 1) Ad, soyad, ata adı 2) Əlaqə nömrəsi 3) Təvəllüdü 4) Təhsil aldığı müəssisənin adı (Əgər varsa) Qeyd 3: Nəzərinizə çatdırırıq ki, müsabiqə üzrə materialların qəbulu 20 fevral 2023-cü il tarixdən 20 aprel 2023-cü il saat 17:00-dək müddəti əhatə edir. Mükafat: I yer - 1000 AZN II yer - 800 AZN III yer - 600 AZN Hər biri 300 AZN olmaqla 5 həvələndirici mükafat Əlaqə vasitələri: Tel: 012-436-98-33 E-mail: mdtf.press@gmail.com Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsi 29 Əlaqədar şəxsin nömrəsi : 055-475-87-09

Hamısını oxu
Azərbaycan Ordusu Laçına daxil oldu

Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub. Publika.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, işğaldan azad olunan Laçın rayonunda Azərbaycan bayrağı qaldırılıb.Təsvirlərdə qaranlıq şəraitdə bir qrup hərbçinin Prezident İlham Əliyevə Laçın şəhərində dövlət bayrağının asılması haqqında məruzə etdiyi göstərilir.

Hamısını oxu
Dayanıqlı inkişaf üçün birgə addımlar

Son günlər ölkəmiz üçün əhəmiyyətli hadisələrindən biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə rəsmi səfərdə olan Somali Federativ Respublikasının Prezidenti Həsən Şeyx Mahmudla görüşü oldu. Bu görüş iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Həmin səfər təkcə diplomatik jest deyil, eyni zamanda, siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq perspektivlərinin formalaşmasına xidmət edir.Azərbaycan-Somali münasibətlərinin inkişaf dinamikasına nəzər salanda görürük ki, bu dost dövlətin başçısı Həsən Şeyx Mahmudun Bakıya səfəri və iki lider arasında aparılan danışıqlar 2023-cü ildən bəri müşahidə edilən aktiv diplomatik təmasların davamıdır. Xatırladaq ki, 2023-cü ilin noyabrında Somali Prezidenti Azərbaycanın ev sahibliyi edəcəyi COP29 tədbirinə qatılmaq niyyətində olduğunu bildirmişdi. Bundan əlavə, yanvar ayında Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndə heyətinin Somali paytaxtı Moqadişoya səfəri iki ölkə arasında münasibətlərin inkişafına yönəlmiş ardıcıl addımlardan biri oldu.Bu səfərlərin fonunda Somali Prezidentinin Azərbaycana gəlişi bir sıra mühüm məsələlərin müzakirəsinə imkan yaratdı. Görüşlərdə siyasi dialoqun intensivləşdirilməsi, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və humanitar əməkdaşlığın dərinləşdirilməsi məsələləri ön plana çıxdı.Azərbaycanın iqtisadi inkişaf modeli və enerji resurslarının səmərəli idarə edilməsi Somali üçün maraqlıdır. Somali neft və qaz ehtiyatlarının kəşfi və işlənməsi sahəsində hələ yeni addımlar atır. Azərbaycan isə bu sahədə böyük təcrübəyə malikdir və Somali ilə bilik və texnologiya mübadiləsi aparmaq potensialına sahibdir. Bundan əlavə, iki ölkə arasında kənd təsərrüfatı, logistika və ticarət sahələrində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.İkitərəfli əlaqələr nəticəsində Azərbaycanın geostrateji mövqeyi və nəqliyyat infrastrukturunun inkişafı Somalinin də diqqətini cəlb edir. Bakı limanı, Orta Dəhliz layihəsi və digər tranzit imkanları Somalinin Şərqi Afrika regionunda ticarət potensialını artırmaq üçün yeni yollar aça bilər.Humanitar və təhsil sahəsində əməkdaşlıqda da uğurlu nəticələrin əldə ediləcəyinə əminlik ifadə olunub. Təhsil sahəsində əməkdaşlıq Afrika ölkələri ilə Azərbaycanın münasibətlərində mühüm istiqamətlərdən biridir. Somali gənclərinin Azərbaycanda ali təhsil alması üçün təqaüd proqramlarının tətbiqi gələcəkdə iki ölkə arasında inteqrasiya prosesini sürətləndirə bilər. Azərbaycan artıq bir sıra Afrika ölkələrinə bu istiqamətdə dəstək verir və Somali də bu təşəbbüslərdən yararlana bilər. Bundan əlavə, Azərbaycan humanitar sahədə də Somaliyə dəstək göstərə bilər. Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması təcrübəsi Somalinin müharibədən zərər çəkmiş bölgələrinin bərpası üçün faydalı ola bilər.Bir sözlə, Prezident İlham Əliyevlə Prezident Həsən Şeyx Mahmud arasında keçirilən görüş Azərbaycan-Somali münasibətlərində yeni mərhələnin başlanğıcıdır. Həm siyasi, həm iqtisadi, həm də humanitar əməkdaşlıq üçün mövcud olan potensial iki ölkə arasında uzunmüddətli əlaqələrin qurulmasına zəmin yaradır. Azərbaycan beynəlxalq arenada Afrika ölkələri ilə əməkdaşlığını gücləndirməklə qlobal siyasətdə daha aktiv rol oynamağa davam edir və Somali ilə münasibətlərin dərinləşməsi bu strategiyanın bir hissəsidir.Bu səfər çərçivəsində keçirilən görüşlər Azərbaycan və Somali arasında müxtəlif sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində atılan mühüm addımlardır. Məşhur MəmmədovMilli Məclisin deputatı

Hamısını oxu