Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Onun bütün fəaliyyətinin şüarı “hər şey İnsan üçün, xalq üçün, Vətən üçün, bəşəriyyət üçün”dür

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESKO və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın həyat fəlsəfəsinin əsasında vətənə sədaqət, milli dəyərlərə hörmət, humanizm, şəfqət, xeyriyyəçilik, mərhəmətlilik, kübarlıq, alicənablıq kimi yüksək mənəvi keyfiyyətlər dayanır. Onun bütün fəaliyyətinin, həyata keçirdiyi hər bir layihəsinin mühüm şüarı “hər şey İnsan üçün, xalq üçün, Vətən üçün, bəşəriyyət üçün”dür. Azərbaycan ailəsinin problemlərini həmişə diqqət mərkəzində saxlayan Mehriban xanım ölkədə ailə, qadın və uşaq problemlərinin həllinə böyük dəstək verir. Mehriban xanımın təşəbbüsü və rəhbərliyi ilə hər bir vətəndaşın bərabər, əlçatan və keyfiyyətli təhsillə təminatı, əhalinin sağlamlığının qorunması, sosial baxımdan daha həssas əhali qruplarının (şəhid ailələri, qazilər, məcburi köçkünlər, ahıllar, kimsəsizlər, irsi qan xəstəliyindən və digər irsi xəstəliklərdən əziyyət çəkən şəxslər və s.) problemlərinin həlli istiqamətində həyata keçirdiyi layihələr, bütövlükdə ailələrin rifahının daha da yaxşılaşmasına öz müsbət təsirini göstərir.

 

Mehriban xanım həyatının bütün mənasını xalqına, dövlətinə xidmətdə görür və bu yolda yorulmadan çalışır, ideoloji mübarizə aparır. 2004-cü ildən yaratdığı Ulu Öndər Heydər Əliyevin adını daşıyan Fondun vasitəsilə Avropa və dünyada bir sıra ciddi və xüsusi mahiyyət daşıyan mədəni və sosial layihələrə verdiyiniz dəstəklə diqqəti Azərbaycan yönəltməyi bacardı. Azərbaycanın idman, dostluq, sülh ölkəsi kimi tanınmasında müstəsna xidmətləri vardır. Ölkəmizdə və dünyada mədəniyyətə, tarixə, idmana xüsusi qayğı ilə yanaşan, elm, təhsil, səhiyyə, ekologiya sahələrində, o cümlədən, sivilizasiyalar və mədəniyyətlərarası dialoqun reallaşması, tolerantlığın bərqərar olması istiqamətində Respublikada və beynəlxalq miqyasda böyük layihələr həyata keçirən prinsipial və peşəkar bir ictimai xadimdir. Onun geniş miqyaslı fəaliyyətinin əhəmiyyətini və qlobal aktuallığını əks etdirən ali mükafatlar və təltiflər həyata keçirdiyi humanitar missiyaya verilən yüksək dəyərin təzahürüdür.

 

Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində, Azərbaycanda ictimai sabitliyin təmin olunmasında böyük əməyi var. Özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxışıniz ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açmış, idarəetmədə qadınların rolunun artmasına səbəb olmuşdur. Mehriban xanım Azərbaycanı dünyada mədəniyyət carçısı, sivilizasiyalararası dialoq, mültikulturalizm və tolerantlıq məkanı kimi təqdim etməklə Prezident İlham Əliyevin müzəffər lider portretini uğurla tamamlayır. Pandemiya səbəbindən ölkəmizdə yaşanan böhran zamanı onun peşəkarlığı sayəsində idarəetmədə güc birliyi təmin olunmuş, ailələrin sosial ehtiyaclarının qarşılanması, onların ərzaq və tibbi ləvazimatlarla təminatı həyata keçirilmişdir. Həssas və qayğıya ehtiyacı olan insanlara, qazi və şəhid ailələrinə lazımi köməyi göstərir, onların daha rahat yaşayışı üçün bütün imkanları səfərbər edir. Hər dəfə heç bir rəsmiyyət olmadan, titullar göstərilmədən “Sizin Mehriban” sözləri ilə bitən bir ana, bacı, dost kimi xalqımıza etdiyiniz müraciətlər, çağırışlar istər ölkə daxilində, istərsə də ölkədən kənarda yaşayan hər bir vətəndaşımızın qarşısında öhdəlik və cavabdehlik, eyni zamanda, insanlarda ruh yüksəkliyi yaradır .

Bu gün doğma Qarabağ və Şərqi Zəngəzur torpaqlarında quruculuq işləri aparılır, 30 ildə erməni vandalları tərəfindən dağıdılan evlərimiz, sosial infrastrukturumuz, talan olan ərazilərimiz, meşələrimiz, tarixi - mədəni - dini abidələrimizin yenidən tikilib- qurulmasında da Mehriban xanımın və rəhbərlik etdiyi Heydər Əliyev Fondunun özünəməxsus rolu vardır.

Mehriban xanım yalnız Prezidentin həyat yoldaşı kimi deyil, həm də gündəlik xeyirxah fəaliyyəti, nəcib əməlləri və göstərdiyi mərhəməti ilə də Azərbaycanın birinci xanımıdır. Özünün şəxsi nümunəsi ilə müasir Azərbaycan qadınını bütün dünyada ləyaqətlə təmsil edir, Azərbaycan ailəsinin yüksək mənəvi dəyərlərə söykəndiyini əyani təcəssüm etdirir. Mehriban xanım tanınmış ictimai-siyasi xadim olmaqla, yanaşı, həm də sədaqətli, etibarlı həyat yoldaşı, qayğıkeş ana, sevimli nənədir. ​​​​​

Bir daha Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı ad günü münasibəti ilə ürəkdən təbrik edir, səadət dolu günlər, uzun ömür, can sağlığı, Azərbaycançılıq məfkurəsinin inkişafı, Vətənimizin və dünyamızın rifahı naminə şərəfli fəaliyyətində müvəffəqiyyətlər, tükənməz xalq sevgisi arzu edirəm.​​

 

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova

 

2021-08-26 11:17:00
1020 baxış

Digər xəbərlər

2030-cu ilədək müharibə əlilləri və şəhid ailələri mənzillə təmin ediləcək

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər 2030-cu ilədək davam etdiriləcək. APA-nın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Əgər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu şəxslərin 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməli idisə, artıq bu müddət 2026–2030-cu illəri də əhatə edəcək. Beləliklə, 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri bu müddət ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməlidir. İqtisadiyyat Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifləri əsasında göstərilən tədbirlər planının həyata keçirilməsi üçün tələb olunan vəsaitin bu illərdə hər il dövlət büdcəsinin tərtibi prosesində dövlət əsaslı vəsait qoyuluşunda (investisiya xərclərində) nəzərdə tutulmasını təmin etməlidir.

Hamısını oxu
Mehriban Əliyeva: Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun!

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib. AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “Bütün Azərbaycan xalqını və bizim qələbələrimizə sevinən hər kəsi səmimi qəlbdən təbrik edirəm. Vətən yolunda canından keçmiş qəhrəman şəhidlərimizə Allah rəhmət eləsin! Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!

Hamısını oxu
Fransanın Ermənistanı silahlandırmaq siyasəti sülhə xəyanətdir

Fransanın Ermənistanı silahlandırmaq siyasəti sülhə xəyanətdir. Makron rejiminin məqsədi Cənubi Qafqazda yeni gərginliyin meydana çıxmasına nail olmaqdır”. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik xatırladıb ki, 44 günlük Vətən müharibəsindən sonra Ermənistanı açıq şəkildə himayə etməyə başlayan Fransa son bir ildə İrəvana ağır artilleriya, zirehli maşınlar və raket sistemləri verməkdə davam edir: “Paris açıq şəkildə bildirir ki, Ermənistan ordusunun yenidən qurulmasına yardım göstərəcək, silahlandırma prosesini bundan sonra da davam etdirəcək. Ermənistanın müdafiə nazirinin Parisə son səfərində Ermənistanla Fransa arasında silah alqı-satqısı ilə bağlı yeni müqavilələrin imzalanması Makron hakimiyyətinin bölgə ilə bağlı məkirli niyyətlərinin əməli göstəricisidir. Ermənistan indiki həssas məqamda diqqətli olmalı, Fransanın təxribatlarına boyun əyməməlidir. Rəsmi İrəvan bilməlidir ki, Fransanın təxribatlarına uyacağı, ölkəmizə qarşı hansısa təhrikedici addım atacağı təqdirdə, bunun cəzasını ağır şəkildə ödəməli olacaq”. Polkovnik daha sonra deyib: “Bu gün Azərbaycan Ordusunun gücü, döyüş əzmi bütün dünyaya yaxşı məlumdur. Vətən müharibəsi günlərində öz gücünü əyani şəkildə ortaya qoyan Azərbaycan Silahlı Qüvvələri postmüharibə dövründə öz qüdrətini daha da artırıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışlarında bu məsələyə dəfələrlə toxunub, ordumuzun artan gücündən iftixar hissi ilə bəhs edib. Ermənistan da bu həqiqəti unutmamalı, regional sülhü hansısa uzaq dövlətlərin mənafeyinə qurban verməməlidir. Əks təqdirdə, bu, Ermənistanın özü üçün fəlakətlə nəticələnəcək”.

Hamısını oxu