Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Cəlil Xəlilov: "Azərbaycan ona yönəlik hər təhlükəni və təhdidi aradan qaldırmağa qadirdir"

Vətən müharibəsindəki Qələbəmizdən sonra Azərbaycan bölgədə yeni geosiyasi reallıqlar yaratdı, eyni zamanda, müharibənin bitməsindən ötən doqquz ayda Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev dəfələrlə işğaldan azad olunmuş ərazilərimizə səfərlər edib. Bu gün işğaldan azad edilmiş torpaqlarımızın bərpası ilə bağlı verilmiş tapşırıqlar müvəfəqiyyətlə yerinə yetirilir. Quruculuq işləri, infrastruktur layihələrinin icrası sürətlə davam etdirilir.

 

Azərbaycanın istər beynəlxalq, istər regiondakı uğurları Ermənistanı sözsüz ki, narahat etməyə bilməzdi. Belə ki, “mehriban qonşumuzun” hökumət dairələri təşviş və qorxu içərisindədir. Elə bunun səbəbidir ki, hər yerdən əli üzülən Ermənistan çıxış yolunu təxribatda, xalqını aldatmaqda, Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqda görürlər.  

 

Sentyabrın 3-ü saat 01:00-dan 02:15-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa istiqamətində yerləşən bölmələrimizin mövqeyi intensiv atəşə tutulub, düşmən cavab atəşi ilə susdurulub. Hadisə baş verən kimi Azərbaycan tərəfi Rusiya sülhməramlılarının komandanlığını və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzini erməni təxribatı haqqında məlumatlandırıb, onları zəruri informasiya ilə təmin edib.

 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki,  Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidən mövqelərimizin erməni hərbçiləri tərəfindən atəşə tutulması Azərbaycan tərəfini narahat edən, eyni zamanda, rəsmi İrəvanın məkirli niyyətlərindən xəbər verən hadisədir: “Xatırladım ki, erməni hərbçiləri bundan əvvəl də dəfələrlə Azərbaycan Ordusunun mövqelərini atəşə tutub, 10 noyabr Bəyanatının şərtlərini kobud şəkildə pozmaqla öz məkrli niyyətlərini ortaya qoyublar. Hesab edirəm ki, baş verən bu təxribatlar bir neçə aspektdən şərh edilə bilər. Bunlardan biri Ermənistanın hələ də 44 günlük Vətən müharibəsindəki rüsvayçı məğlubiyyətindən lazımi dərs çıxarmaması ilə bağlıdır”.

 

“Cəmi 44 gün ərzində öz hərbi potensialının 80 faizindən məhrum olan Ermənistan yeni təxribatlara əl atmaqla bölgədə gərginliyi artırmağa, sabitliyi pozmağa çalışır” deyən C. Xəlilov Ali Baş Komandanın fikirlərinə diqqət çəkərək bildirib: “Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, “Dəmir yumruq” öz yerindədir və Azərbaycan ona yönəlik hər bir təhlükəni dəf etməyə, hər bir təhdidi aradan qaldırmağa qadirdir.

 

Məsələnin ikinci tərəfi təxribatların Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə reallaşmasıdır. Halbuki, 2020-ci ilin 10 noyabr Bəyantında açıq şəkildə qeyd olunub ki, Rusiya sülhməramlıları yerləşdikləri ərazidə bu cür təxribatlara yol verməməli, onların qarşısını qətiyyətlə almalıdırlar. Lakin təəssüflər olsun ki, biz hələ də Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdən ermənilərin mövqelərimizə atəş açmasına, yeni təxribatlara cəhd etməsinə şahid oluruq. Məhz buna görədir ki, bugünlərdə Azərbaycanın müdafiə naziri bu təxribatların  qarşısının qətiyyətlə alınması ilə bağlı göstəriş verdi və sentyabrın 3-də mövqelərimizə hücum edən düşmən hərbçiləri itki verərək geri çəkilməyə məcbur oldu”.

 

Polkovnik C. Xəlilov söylədi ki, istər 44 günlük Vətən müharibəsi, istərsə də savaşdan sonra erməni təxribatlarının qarşısının qətiyyətlə alınması göstərir ki, Azərbaycan bundan sonra da öz ərazi bütövlüyünü, mülki və hərbi vətəndaşlarının təhlükəsizliyini yüksək səviyyədə təmin edəcək: “ Bu məsələdə hər zaman olduğu kimi ciddi, prinsipiallıq sərgiləyəcək. Başqa sözlə desək, erməni hərbçilərinin həyata keçirməyə çalışdıqları təxribatlar bundan sonra da Ermənistanın özü üçün üzücü və faciəvi sonluqla bitəcək”.

 

Günel Eyyubova, “İki sahil”

 

2021-09-07 10:07:00
1485 baxış

Digər xəbərlər

Qobuda şəhid ailələri və veteranların iştirakı ilə tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə Abşeron rayon Qobu qəsəbəsindəki Sənətkarlıq Evində tədbir keçirilib.  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qəsəbə nümayəndəliyi və qəsəbə Uşaq İncəsənət Məktəbinin təşkilatçılığı ilə baş tutan mərasimə şəhid ailələri və qazilər, qəsəbə ağsaqqalları, icra nümayəndəliyi və bələdiyyə, eyni zamanda ictimai fəalların nümayəndələri iştirak edib. Çıxışlarda Ulu Öndər tərəfindən təsis olunmuş 31 Dekabr  Dünya Azərbaycanlılarının Həmrəylik Gününün siyasi, tarixi, dini və mənəvi dəyərinin əhəmiyyətindən, bu sahədə ötən müddət ərzində Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətindən və  Dünya Azərbaycanlılarının Bakıda keçirilən qurultaylarından ətraflı bəhs olunub. Tədbirdə həmçinin vurğulanıb ki, Ulu Öndərin layiqli davamçısı cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində ölkəmiz regionun lider dövlətinə çevrilib. Dünyanın dörd bir tərəfində yaşayan soydaşlarımız qüdrətli və müstəqil Azərbaycanla haqlı olaraq fəxr edirlər. Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı mənfur düşməni doğma torpaqlarımızdan qovmuş bir xalqın övladı kimi fəxr edir, qürur hissi keçirir. Tədbirdə İncəsənət Məktəbinin müəllim və şagirdlərinin ifasında vətənpərvərlik mahnıları səslənib, məktəblilərin söylədikləri şeirlər alqışlarla qarşılanıb.

Hamısını oxu
Mehriban Əliyeva təşəkkür etdi

Birinci vitse-prezident Mehriban Əliyeva ad günü münasibətilə ona təbrik ünvanlayanlara təşəkkür edib. Bununla bağlı Birinci vitse-prezidentin “Instagram” hesabında paylaşım edilib:   “Nə qədər saf, təsiredici sözlər, gözəl, xoş arzular! Bu qədər ürəkdən ifadə edilmiş hisslər! Ad günü təbriklərinə görə hamıya minnətdaram! Sevginizə, etimadınıza, hörmətinizə, diqqət və səmimiyyətinizə görə təşəkkür edirəm! Qəlbləri hərarətləndirən duyğu və sözlərinizə görə çox sağ olun! Sizin hər birinizə və doğmalarınıza möhkəm cansağlığı, xoş əhval-ruhiyyə, tükənməz sevgi və xoşbəxtlik arzulayıram!”

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı və Sumqayıt şəhər İcra Hakimiyyəti şəhid ailələri və veteranlarla görüş keçirib

02.03.2021-ci il tarixində Sumqayıt şəhəri, Heydər Əliyev Mərkəzində Respublika Veteranlar Təşkilatı və Sumqayıt şəhər İcra hakimiyyəti iləbrğə şəhid ailələri və veteranlarla görüş keçirilmişdir. Şəhid ailələrinə, veteranlara respublikamızda göstərilən diqqət və qayğı, onların sosial problemlərinin həlli istiqamətində görülən ardıcıl işlər, vətənpərvərliyin təbliğində 44 günlük Vətən müharibəsinin iştirakçılarının cəlb edilməsi tədbirin əsasını təşkil edib. Tədbir şəhilərimizin əbədi xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov  çıxış etdi. O, Sumqayıt şəhərində son dövrlərdə həyata keçirilən abadlıq və quruculuq işləri haqqında məlumat verdi. Şəhər İcra Hakimiyyətinin bütün veteranlara xüsusi qayğı ilə yanaşması, onların problemlərinin həlli istiqamətində görülən işlər barədə danışdı.  T.Səmədov: “44 günlük Vətən müharibəsində canı və qanı bahasına ərazi bütövlüyümüzü bərpa edən hər bir əsgər və zabitimiz bizim qürurumuzdur.  Onlara hər birimiz borcluyuq, tarix yazan qəhrəmanlarımızı daim fəxr və iftixarla yada salacağımıza əminəm. Sumqayıt şəhər İcra Hakimiyyəti cənab prezident İlham Əliyevin tapşırıq və göstərişlərini daim rəhbər tutaraq Şəhid ailələrinə,  olan veteranlara diqqət və qayğı ilə yanaşır, bu məsuliyyətli iş gələcəkdə də həssaslıqla davam etdiriləcəkdir”. Daha sonra çıxış edən Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova Sumqayıtlılara qonaqpərvərliyinə görə minnətdarlığını bildirdi. Veteran, qazi, döyüşçü adını qürürla daşıyan Azərbaycan oğul və qızını xalqımızın təəssübkeşi adlandırdı. Ərazi bütövlüyümüzün, suverenliyimizin bərpası naminə canından keçmiş, sağlamlığını itirmiş hər bir şəxsə xidmət etməyi xalqımızın mənəvi borcu olduğunu vurğuladı. Şəhidlərimizin ölümsüz olduğunu, bəşəriyyət var olduqca onların da bizim qəlbimizdə əbədi yaşayacağını qeyd etdi. Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov çıxışında Respublika Veteranlar Təşkilatı haqqında məlumat verdi. Bütün qəbildən olan veteranlara respublikamızda göstərilən diqqət və qayğıdan bəhs etdi. O həmçinin 44 günlük Vətən müharibəsi iştirakçılarını RVT-a cəlb etməklə böyüməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsində onların bilik və bacarıqlarından istifadə etməyin zəruriliyini tədbir iştirakçılarının  diqqətinə çatdırdı. Sumqayıt Şəhər Veteranlar Təşkilatının sədri Sovet Şükürov və başqaları mövzü ətrafında çıxışlar etdilər. Şəhidlərimizin adlarının əbədiləşdirilməsi, veteranlarımızın, qazilərimiz bütün problemlərinin vaxtında həlli istiqamətində görülən işlər haqqında danışdı. Respublika Veteranlar Təşkilatının Mətbuat xidməti

Hamısını oxu
RVT-nin Rəyasət Heyətinin iclası keçirilmişdir

12 sentyabr  2017-ci  ildə  Azərbaycan  Respublikası Müharibə, Əmək və Silahlı  Qüvvələr Veteranlar Təşkilatının Rəyasət  Heyətinin iclası keçirilmişdir. Gündəliyinə uyğun olaraq, iclasda Respublika Veteranlar Təşkilatının fəaliyyətinin gücləndirilməsi barəsində məsələ müzakirə edilmişdir. RVT-nin sədr müavini, ehtiyatda olan polkovnik C.Xəlilov Təşkilatın son aylardakı fəaliyyəti, mövcud vəziyyət və qarşıda duran vəzifələrlə əlaqədar məruzə ilə çıxış etmişdir. İclas iştirakçıları ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən Respublika Veteranlar Təşkilatının 2017-ci üzrə fəaliyyətini yüksək qiymətləndirmiş, veteranların sosial-hüquqi müdafiəsinin gücləndirilməsi, gənclətrin hərbi vətənpərvərlik, dövlətçilik ruhunda tərbiyəsinin təşkili və s. istiqamətlərdə gördüyü işləri qənaətbəxş hesab etmişlər. Eyni zamanda, Respublika Veteranlar Təşkilatı sədrinin səhhəti ilə əlaqədar Təşkilatın gündəlik fəaliyyəti ilə bağlı bəzi məsələlərin daha operativ həllində çətinliklərin yaranması qeyd olunmuşdur. RVT-nin ümumi fəaliyyətinin gücləındirilməsi zərurəti nəzərə alınaraq, istefada olan general-mayor Dadaş Rzayevin müalicəsinin davam etdirilməsi və Respublika Veteranlar Təşkilatının sədri vəzifəsindən azad olunması məqsədəuyğun hesab edilmişdir. Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin üzvləri tərəfindən Respublika Veteranlar Təşkilatının sədri vəzifəsinin icrasının istefada olan general-polkovnik Tofiq Ağahüseynova həvalə edilməsi təklif olunmuşdur. Hər iki təklif səsə qoyularaq, yekdilliklə qərar qəbul olunmuşdur.  

Hamısını oxu