Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İcra başçısı ali məktəbə yüksək balla qəbul olan tələbələrlə görüş keçirib

Görüşdə şəhid və qazi ailələrinin üzvləri də iştirak edib

 

Veteran.gov.az xəbər verir ki, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunaraq tələbə adını qazanan gənclərlə, şəhid və qazi ailələrinin üzvləri ilə görüş keçirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci-vitse prezidenti Mehriban xanım Əliyevanın təhsilə, gənc nəslin hərtərəfli yetişdirilməsi üçün göstərdiyi mühüm diqqət və qayğının nəticəsi olaraq əldə olunmuş yüksək nəticə münasibətilə valideynləri və təhsil ictimaiyyətini təbrik edən RİH başçısı Məmməd Məmmədov, bu istiqamətdə işlərin yüksələn xətt üzrə davam etdiriləcəyini bir daha diqqətə çatdırıb.

 

Sonda tələbə adını qazanan şəhid və qazi ailələrinin üzvlərinə, 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunan tələblərə rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələri təqdim olunub.

 

2021-09-09 12:11:00
828 baxış

Digər xəbərlər

“Qalib xalqın sağlam gəncləri” layihəsi sona çatıb

Azərbaycan Respublikası Gənclər Fondunun XV qrant müsabiqəsinin qalibi olan “Gənc Velosipedçilər” İctimai Birliyi “Qalib xalqın sağlam gəncləri” layihəsi çərçivəsində Respublika Velotrekində velosiped idman növü üzrə nəzəri və praktiki təlimlər təşkil edib. Layihənin məqsədi yeniyetmə və gənclər, o cümlədən şəhid və qazi övladları, həmçinin 29 yaşadək qazilər arasında velosiped idmanına marağı artırmaq, bu idman növünün sağlamlıqda rolu və ondan düzgün istifadə qaydalarını təşviq etməkdir.   Layihə Biləsuvar, Zaqatala və Bakı şəhərində 150 nəfərə yaxın gəncləri əhatə etmiş, rayonlarda “Gənclərin inkişaf və karyera mərkəzi”nin velosiped bölməsinin işinin fəallaşması və təkmilləşməsi işinə öz töhfəsini vermişdir. Respublika Velotrekində keçirilən son günün seminarında Azərbaycan Velosiped İdmanı Federasiyasının Baş katibi Fərhad Əliyev, Gənclər və İdman nazirliyinin məsul əməkdaşı Elçin Qasımov və Respublika Olimpiya Velosiped Məktəbinin direktoru Faiq Qurbanov iştirak etmişdir. Toplantıda ilk öncə Qarabağ Müharibəsi Şəhidlərinin ruhları 1 dəqiqəlik sükutla yad edilmiş, daha sonra layihə haqqında geniş məlumat verilmişdir. Seminar zamanı "Gənc Velosipedçilər" İctimai Birliyininin sədri Nur Axundova, velobloger Nurlan Qədirli və məşqçi müəllim Elçin Qasımov layihə iştirakçılarına velosiped idmanı haqqında və onun sağlamlıqdakı rolu ilə bağlı məlumat vermiş, ikitəkər nəqliyyat vasitəsinin üzərində nəzəri və praktiki təlimlər keçirilmişdir. Daha sonra müxtəlif çap materialları paylanılıb, iştirakçıları maraqlandıran suallara cavab verilib. Tədbirin sonunda fərqlənən iştirakçılar diplomla təltif edilib.  

Hamısını oxu
“AzerGold” QSC Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Göygöl və Daşkəsəndə səyyar tamaşalar təşkil edib

Veteran.gov.az xəbər verir ki, “AzerGold” QSC-nin təşkilatçılığı, Göygöl və Daşkəsən Rayon İcra Hakimiyyətlərinin dəstəyi ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Göygöl və Daşkəsən şəhərlərində səyyar kukla tamaşaları təşkil olunub. Göygöl şəhərində açıq hava şəraitində keçirilən tədbirdə 300 uşaq iştirak edib. Peşəkar yaradıcı teatr heyəti tərəfindən rus yazıçısı Korney Çukovskinin məşhur nağılı əsasında səhnələşdirilmiş “Milçək-Vizilçək” tamaşası nümayiş olunub. Rəngarəng personajlar və maraqlı süjet xətti ilə seçilən tamaşa uşaqlara dostluq, cəsurluq və xeyirxahlıq kimi dəyərləri aşılayıb. Daşkəsən Rayon Mədəniyyət Mərkəzində təşkil olunan növbəti tamaşada dramaturq Vüqar Haqverdiyevin “Qarınqulu ayı balası” pyesi əsasında hazırlanmış səhnə əsəri təqdim edilib. 350 uşağın izlədiyi tamaşa sadəlik, təvazökarlıq və qənaətçillik kimi müsbət mənəvi keyfiyyətləri təbliğ edərək iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Tədbirlər çərçivəsində nağıl qəhrəmanlarının iştirakı ilə müxtəlif əyləncəli proqramlar təşkil olunub, uşaqlar üçün interaktiv oyunlar və maraqlı çıxışlar təqdim edilib. Tamaşalarda şəhid ailələrinin övladları, müharibə iştirakçıları və müharibə nəticəsində sağlamlığını itirmiş şəxslərin ailə üzvləri, eləcə də “AzerGold” QSC-nin fəaliyyət göstərdiyi mədənlərin ətrafında yerləşən kəndlərdə yaşayan uşaqlar iştirak ediblər. “AzerGold” QSC-nin regionlarda həyata keçirdiyi bu mədəni-maarifləndirici təşəbbüs şirkətin korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində uşaqların fərdi inkişafına və dünyagörüşünün genişləndirilməsinə yönəlmiş layihələrinin tərkib hissəsidir. Tədbirlərin əsas məqsədi uşaqların asudə vaxtının səmərəli təşkili, onların mədəni istirahət imkanlarının artırılması və bayram sevincinin daha yaddaqalan olmasıdır.

Hamısını oxu
Laçında “8 Noyabr zəfəri suverenliyimizin qarantıdır” mövzusunda konfrans keçirilib

19 iyun 2025-ci il tarixində Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və  Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının birgə təşkilatçılığı ilə Laçında “8 Noyabr zəfəri suverenliyimizin qarantıdır” mövzusunda konfrans keçirilib.   Konfransdan öncə Ümummilli lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.  Konfransada çıxış edən Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, 8 Noyabr zəfərinin tarixi önəminə diqqət çəkib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə sayəsində suverenliyimizin təmin edildiyini vurğulayıb. Məsim Məmmədov qeyd edib ki, 8 Noyabr zəfəri, bu zəfəri xalqımıza bəxş edən Azərbaycan Silahlı Qüvvələri respublikamızın suverenliyinin, ərazi bütövlüyünün qarantı, xalqımızın və dövlətimizin təhlükəsizliyinin etibarlı təminatçısıdır.   Ulu öndər Heydər Əliyevin “Müstəqilliyimiz əbədidir” sözlərini yada salan Məsim Məmmədov, Azərbaycanın suverenliyinin də əbədi olduğunu,  Prezident İlham Əliyevin liderliyi altında dövlətimizin təhlükəsizliyinin və rifahını hər ötən gün daha da gücləndiyini bildirib.  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov çıxışında 8 Noyabr zəfəri ilə ölkəmizin sadəcə hərbi deyil, siyasi-iqtisadi, mədəni-sosial həyatında yeni bir dönəmin başlandığını qeyd edib. Prezident İlham Əliyevin böyük sərkərdəlik qabiliyyəti, yüksək siyasi səriştəsi, diplomatik uzaqgörənliyi sayəsində xalqımızın 44 günlük Vətən müharibəsində qələbə əldə etdiyinə diqqət çəkən polkovnik Cəlil Xəlilov, məhz bu qələbə sayəsində ərazi bütövlüyümüzün, suverenliyimizin bərpa edildiyini vurğulayıb. Polkovnik qeyd edib ki, bu gün xalqımızın, eləcə də hər bir azərbaycanlının qarşısında duran başlıca vəzifə 8 Noyabr zəfərinin nəticələrinin qorunub saxlanılması, anti-Azərbaycan qüvvələrinin məkirli fəaliyyətinə qarşı birgə mübarizənin davam etdirilməsi, xalq-dövlət həmrəyliyinin gücləndirilməsidir.   Vətən müharibəsindən dərhal sonra Azərbaycan dövlətinin işğaldan azad edilən ərazilərdə böyük abadlıq-quruculuq işləri həyata keçirdiyini söyləyən polkovnik Cəlil Xəlilov, ölkəmizin bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi altında böyük iqtisadi-siyasi uğurlara imza atacağına inamını ifadə edib.   Konfransda çıxış edən Laçın rayonu Ədalət Məmmədov adına Zabux kənd orta məktəbin Çağırışaqədər Hərbi hazırlıq müəllimi, qazi Taleh İsgəndərli, Laçın rayon ictimaiyyət nümayəndəsi Qəzənfər Hüseynov 8 Noyabr zəfərinin tarixi əhəmiyyəti və bu zəfərin regionumuzda yaratdığı yeni status-kvo ilə bağlı maraqlı fikirlər səsləndirib, ölkədəki sabitlik və həmrəyliyin qorunub saxlanılmasının vacibliyinə toxunublar.   Konfransın sonunda Müdafiə Nazirliyinin Gəncə qornizonunun İdeoloji və Mədəniyyət Mərkəzinin “Vətən uğrunda” ansamblının solistləri tərəfindən vətənpərvərlik mahnıları ifa edilib.

Hamısını oxu
Şəhidlər ölməz!

Oktyabrın ayının 18-i Nehrəm qəsəbə şəhidliyində  keçirilən anım tədbirində Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalan, 44 günlük Vətən müharibəsi şəhidi leytenant Ümid Fərman oğlu Məmmədovun xatirəsi ehtiramla yad edilib. Anım mərasimində Babək Rayon İcra Hakimiyyətinin nümayəndələri, Nehrəm qəsəbə Bələdiyyəsinin nümayəndələri, iş adamı Səfər Əlirzayev, Babək rayon YAP-nın sədri İsa Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək Rayon Şöbəsinin əməkdaşları, Naxçıvan şəhərində yerləşən N saylı hərbi hissənin hərbi qulluqçuları, Vətən müharibəsi iştirakçıları, şəhidin ailə üzvləri, dini icmanın nümayəndələri, şəhid ailələri, qəsəbə sakinləri, qazilər, Vətən müharibəsi iştirakçıları, gənclər, qəsəbə məktəbliləri və digər ictimaiyyət nümayəndələri qəhrəman zabitin məzarını ziyarət ediblər. Anım mərasimində şəhidin məzarına əklillər qoyulub önünə qərənfillər düzülüb. Azərbaycanın ərazi bütövlüyünün qorunması, bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalanların ruhlarına dualar oxunub, xatirələri yad edilib. Allah rəhmət eləsin!  

Hamısını oxu