Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Müzəffər ordumuzun zəfər yürüşü" adlı onlayn inşa-yazı müsabiqəsinə start verilib

 

Veteran.gov.az xəbər verir ki, Binəqədi rayon İcra Hakimiyyəti və Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən 13-20 sentyabr 2021-ci il tarixlərində "27 sentyabr-Anım günü" ilə əlaqədar Binəqədi rayon orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında "Müzəffər ordumuzun zəfər yürüşü" adlı onlayn inşa-yazı müsabiqəsinə start verilir.

 

Müsabiqənin keçirilməsində məqsəd:

 

- Azərbaycan gəncliyi “2017-2021-ci illərdə” Dövlət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi;

 

-Qarabağ döyüşlərində qəhrəmanlıq göstərmiş vətən oğullarınln tanıdılması;

 

-Böyüməkdə olan gənc nəslin doğma vətənə sevgi, məhəbbət hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun təbliğ oluması;

 

- Ordumuzun möhtəşəm qələbgələrinin əks etdirilməsi, işğaldan azad olmuş şəhər və qəsəbələrimizin yeniyetmə və gənclərimiz tərəfindən tanınması;

 

- Yeniyetmə və gənclərimizdə mübarizə və qələbə əzminin yüksəldilməsi, vətənin hər bir qarış torpağının bizim üçün əziz olmasının aşılanması;

 

- İstedadlı şağırdlərin inşa-yazı və rəsm işi sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmək üçün şəraitin yaradılması.

 

Müsabiqəyə təqdim olunmuş inşa-yazılar təşkilatçılar tərəfindən yaradılmış münsiflər heyəti tərəfindən qiymətləndirilir.

 

- Müsabiqədə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdləri iştirak edə bilər

 

- İnşalar 2-5 səhifə həcmində olmalıdırlar;

 

-İnşa yazılarının üzərində müəllifin soyadı, adı və təmsil etdiyi təhsil müəssisəsinin adı qeyd olunmalıdır;

 

-Müsabiqədə I, II, III yerləri tutmuş iştirakçılar Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla təltif olunacaqlar.

 

Qeyd; İştirakçılar inşa-yazıları onlayn qaydada 13-20 sentyabr 2021-ci il tarixlərində İdarənin whatsapp nömrəsinə 077 228 00 70 göndərilməlidir.

 

2021-09-14 09:52:00
1673 baxış

Digər xəbərlər

“İşğaldan azad edilən ərazilərdə 28 SES-in tikintisi Azərbaycanın ekologiyaya verdiyi töhfədir”

Məşhur Məmmədov: “Bu, həm də ölkəmizin “yaşıl enerji” potensialından xəbər verir” Məlum olduğu kimi, Qarabağ və Şərqi Zəngəzurda 28 su elektrik stansiyası (SES) tikiləcək. Məlum yenilik “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da yer alıb. Veteran.gov.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib: “İşğaldan azad edilən ərazilərdə 28 SES-in tikintisi Azərbaycanın ekologiyaya verdiyi töhfədir. Bu fakt bir daha sübut edir ki, Azərbaycan təbiətin qorunmasına, ekoloji mühitin yaxşılaşmasına həssaslıqla yanaşır, bunun üçün hər imkandan maksimum istifadə edir. Bu mənada, işğaldan azad edilən ərazilərdə 28 SES-in tikintisini alqışlayır, dövlətimizə uğurlar arzulayıram. Bundan başqa, bu fakt həm də ölkəmizin nəhəng “yaşıl enerji” potensialından xəbər verir. Bildiyiniz kimi, işğaldan azad edilən ərazilərimizdə böyük hidroenerji potensialı mövcuddur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun Vətən müharibəsində əldə etdiyi şanlı qələbə nəticəsində bu potensialdan istifadə imkanı yaranıb ki, dövlətimiz bu imkandan səmərəli şəkildə yararlanmaqdadır. İşğaldan azad edilən ərazilərdə 28 SES-in tikintisi başa çatandan sonra ölkəmizin elektrik enerjisi imkanları da əhəmiyyətli dərəcədə yaxşılaşacaq, habelə, su təsərrufatının daha ağıllı və məqsədyönlü şəkildə idarəsi imkanları genişlənəcək”. Seymur ƏLİYEV  

Hamısını oxu
Millət vəkili şəhid ailələri ilə görüşüb

Veteran.gov.az xəbər verir ki, millət vəkili Tahir Mirkişili dünən Sumqayıtda bir qrup şəhid ailəsi ilə görüşüb. Millət vəkili sosial şəbəkədəki hesabında bu barədə aşağıdakıları yazıb:   “Vətən müharibəsinin ildönümü ərəfəsində bu gün Sumqayıtda bir qrup şəhid ailəsini ziyarət etdik. Şəhidlərimizin döyüş yolunu əks etdirən kadr və şəkilləri gördükcə düşmən üzərindəki möhtəşəm zəfərimizin hansı iradə və əzmkarlıq hesabına başa gəldiyini bir daha anlayırsan… Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun bu möhtəşəm qələbəsi tariximizin ən şərəfli səhifədir. Hər bir şəhid ailəsi onlara göstərilən qayğıya görə Prezident cənab İlham Əliyevi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanı xüsusi minnətdarlıq hissi ilə qeyd edirlər.   Şəhid ailə üzvləri ilə söhbət edib, onları narahat edən məsələləri dinlədik. İndidən sonra da şəhid ailə üzvlərinə, onların ideyalarına dəstək olmağı davam etdirəcəyik”.   Seymur ƏLİYEV    

Hamısını oxu
Cəlil Xəlilov: Cəbrayılın azad olunması Ordumuzun Xocavənd və Hadrut istiqamətində uğurlu əməliyyatlarına şərait yaratdı

Cəbrayılın azad olunması Vətən müharibəsinin ən şanlı səhifələrindən biridir. Bunu Azərtac-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Cəbrayılın azad edilməsi uzun illər erməni işğalı altında qalan torpaqlarımızın bir hissəsini düşmən tapdağından xilas etməklə yanaşı, növbəti əməliyyatlar üçün də əlverişli zəmin formalaşdırdı: “Cəbrayılın erməni işğalından azad edilməsi özlüyündə çox böyük hadisə, tarixi Qələbə idi. Çünki 30 ilə yaxın müddətdə bu torpaqlar erməni işğalı altında qalmış, düşmən bu torpaqlarda müxtəlif istehkamlar, müdafiə sədləri inşa etmişdi. Lakin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri düşmən qüvvələrini darmadağın edərək 2020-ci il oktyabrın 4-də Cəbrayılı azad etdi. Cəbrayılın azad edilməsi düşmənin müdafiə xəttinin yarılması, onun zərbə qüvvəsinin müəyyən bir hissəsinin məhv edilməsi ilə paralel şəkildə baş verdi. Cəbrayılın azad edilməsi, Ordumuzun rayonun ətrafındakı strateji əhəmiyyətli nöqtələrə nəzarəti ələ keçirməsinə və sonrakı əməliyyatlara da müsbət təsirini göstərdi. Belə ki, Cəbrayılın azad edilməsi Xocavənd və Hadrutun azad edilməsi ilə bağlı uğurlu əməliyyatlar üçün də əlverişli şərait yaratdı. Başqa sözlə desək, Cəbrayılın azadlığı digər torpaqlarımızın azad edilməsi üçün də yol açdı”. Təşkilatın sədr müavini vurğulayıb ki, bu, həm də xalqımızın böyük Qələbəyə olan inamını daha da artırdı, Ordunun özünün psixoloji əhval-ruhiyyəsinin daha da yüksəlməsinə səbəb oldu: “Şəhərin azad edilməsinin hərbi əhəmiyyəti ilə yanaşı, psixoloji-mənəvi əhəmiyyəti də böyük idi. Belə ki, Cəbrayılın azad edilməsi Azərbaycan xalqının böyük Qələbəyə olan ümidini, inamını daha da artırdı. Bu qələbə Silahlı Qüvvələrin özünün mənəvi-psixoloji durumuna da müsbət təsir göstərdi. Cəbrayılın azadlığı ordu daxilində ruh yüksəkliyinin artmasına səbəb oldu ki, bu da müharibədə uğur qazanmaq üçün başlıca şərtlərdən biri, bəlkə də birincidir. Bu baxımdan Cəbrayılın azad edilməsi mühüm hərbi-tarixi önəmə malikdir”. Polkovnik bildirib ki, hazırda Azərbaycan dövləti işğaldan azad edilən bütün ərazilərdə olduğu kimi, Cəbrayılda da böyük quruculuq işləri həyata keçirir: “Bu gün respublikamızın işğaldan azad edilən bütün bölgələrində, o cümlədən Cəbrayılda dövlətimiz tərəfindən genişmiqyaslı yenidənqurma və abadlıq işləri həyata keçirilir. Rayonun infrastrukturu, sosial obyektlər, kommunikasiya sistemləri – bir sözlə, hər şey yeni nəsil texnologiyalar əsasında müasir tələblər səviyyəsində inşa edilir. Görülən işlərin miqyas və sürəti onu söyləməyə imkan verir ki, vaxtı ilə Cəbrayıldan didərgin düşən insanlarımız qısa zamanda yenidən öz ata yurdlarına qayıda biləcək, doğma diyarlarının inkişafına öz töhfələrini verə biləcəklər”.  

Hamısını oxu
Vaşinqton görüşü tarixi görüşə çevrilib - Əldə olunan nəticələr yeni siyasi yol xəritəsidir

Hamısını oxu