Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Veysəloğlu Şirkətlər Qrupu aztəminatlı ailələrdən olan 44 gəncin ali təhsil almasına imkan yaratdı

Təhsilə dəstək Veysəloğlu Şirkətlər Qrupunun əsas prioritet istiqamətlərindəndir.

 

Veteran.gov.az xəbər verir ki, Şirkətlər Qrupu 2018-2020-ci illərdə “Gələcəyini Qur!” Gəncliyə Dəstək Layihəsi çərçivəsində Bakı və regionlarda yaşayan və ali məktəblərdə təhsil almaq arzusunda olan aztəminatlı ailələrdən 44 gəncin biliklərinin artırılmasına və yüksək təhsil əldə etmələrinə imkan yaradıb.

 

Ali təhsil müəssisələrinə qəbul imtahanlarında Veysəloğlu Şirkətlər Qrupunun dəstəklədiyi şagirdlər yüksək nəticələr göstərərək  tələbə adını qazanıblar və hazırda Bakı Mühəndislik Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti və Azərbaycan Texniki Universitetinin tələbələridirlər.

 

Korporativ sosial məsuliyyət  strategiyasına uyğun olaraq,  pandemiya dövründə də təhsilə dəstəyini davam etdirən Veysəloğlu Şirkətlər Qrupu universitetə giriş balı və GPA balı yüksək olan gənclər “Veysəloğlu ilə İlk Addım” təcrübə proqramında iştirak edirlər.

 

2021-09-15 12:23:00
1180 baxış

Digər xəbərlər

Ermənistanın Tovuz istiqamətində törətdiyi hərbi təxribatl

Türkiyənin ingilis dilində yayımlanan beynəlxalq xəbər kanalı - "TRT World" Ermənistanın ötən ay Azərbaycanla sərhəddə Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatla bağlı geniş reportaj yayıb. Milli.Az bildirir ki, kanalın heyəti Ermənistanın təxribatına məruz qalan ərazilərdə çəkiliş aparıb. "TRT World"ün müxbiri Oubai Şahbandar dünyanın ən həssas sərhədlərindən birində baş vermiş toqquşmanın onu yenidən Azərbaycana - illər ərzində daha yaxından tanıdığı ölkəyə gətirdiyini deyir. O, tamaşaçılara Ermənistan silahlı qüvvələrinin təxribatı barədə ətraflı məlumat verir. Milli.Az

Hamısını oxu
Председателю Организации Ветеранов Войны, Труда и Вооруженных Сил Азербайджанской Республики Д.М. Халилову

Hamısını oxu
AD GÜNÜNÜZÜ TƏBRIK EDIRIK!

Böyük Vətən Müharibəsi iştirakçıları - Timçenko İvan İvanoviçin 102  və Həsənov Tamleyxa Abbas oğlunun  99 yaşlarının tamam olması münasibətilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov və Təşkilatın bir qrup əməkdaşları onlarla görüşüb təbrik etmişlər.    Görüş zamanı C.Xəlilov Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov adından səmimi təbrikləri veteranlara çatdırmış, keçdikləri şərəfli döyüş yollarının gənc nəslə örnək olduğunu bildirmişdir. C.Xəlilov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müharibə veteranlarına daim diqqət və qayğı göstərdiklərini qeyd etmişdir. Müharibə veteranları İvan Timçenko və Tamleyxa Həsənov göstərilən diqqətə görə möhtərəm Prezidentə, Birinci vitse-prezidentə, eləcə də Veteranlar Təşkilatının rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər. Daha sonra C.Xəlilov Respublika Veteranlar Təşkilatının sədri adından Təbrik Məktublarını, Fəxri Fərmanları, hədiyyələri  İ.Timçenko və T.Həsənova təqdim etmiş, xatirə şəkilləri çəkilmişdir.

Hamısını oxu
Selçuk Bayraktara Azərbaycan Texniki Universitetinin fəxri doktroru adı verilib

Veteran.gov.az xəbər verir ki, mayın 25-də “Baykar” şirkətinin texnoloji lideri, “Teknoloji Takımı Vakfı”nın (T3 Vakfı) Qəyyumlar Şurasının sədri, “Qarabağ”ordenli Selçuk Bayraktara Azərbaycan Texniki Universitetinin (AzTU) fəxri doktoru adının verilməsi mərasimi keçirilib. Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı, hər iki ölkənin müxtəlif nazirliklərinin rəhbər şəxsləri, universitetin professor-müəllim heyəti və tələbələri iştirak edib. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov Selçuk Bayraktarı AzTU-da görməkdən məmnunluğunu ifadə edib. Bildirib ki, şəxsin inkişafı onun mükəmməl elmə və təhsilə yiyələnməsi ilə birbaşa bağlıdır. Bu mənada  Bayraktarı bütün dünyaya tanıdan onun mükəmməl elmə, təhsilə yiyələnməsi olub. Azərbaycanda müdafiə sənayesinin inkişafına göstərilən diqqətdən danışan nazir müavini qeyd edib ki, bu istiqamətdə yüksəkixtisaslı kadr hazırlığının aparılması da mühüm şərtlərdəndir. O qeyd edib ki, hazırda AzTU regionda müdafiə sənayesi üzrə kadr hazırlayan yeganə universitetdir. Firudin Qurbanov son illər AzTU-nun Türkiyənin aparıcı universitetləri, tədqiqat və innovasiya mərkəzləri ilə əməkdaşlıq əlaqələrini yüksək səviyyədə inkişaf etdirdiyini də diqqətə çatdırıb. Sonra AzTU-nun fəxri qonağı Selçuk Bayraktar tələbələrlə görüşüb. Müdafiə sənayesinin inkişafının ölkə üçün əhmiyyətini vurğulayan Bayraktar müəllifi olduğu müasir texnologiyalar, eyni zamanda hazırda Türkiyənin ilk uçan avtomobili olan “CEZERİ”, Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi olacaq Bayraktar Kızılelma (MİUS) layihələri və üzərində çalışdığı yeni tədqiqat işləri barədə tələbələrə məlumat verib. Daha sonra Selçuk Bayraktara Azərbaycan Texniki Universitetin fəxri doktoru adının verilməsi mərasimi keçirilib. Fəxri doktor diplomunu qonağa AzTU-nun rektoru, professor Vilayət Vəliyev təqdim edib. Rektor qeyd edib ki, Selçuk Bayraktar AzTU-nun fəxri doktorları arasında ən gəncidir. Vilayət Vəliyev Selçuk Bayraktarın rəqəmsal platformada texnoloji gələcək üçün apardığı araşdırmalar, elm və texnologiyanın inkişafına verdiyi əvəzsiz töhfələri xüsusi qeyd edib və AzTU-nun tələbələri ilə görüşdüyü üçün ona təşəkkür edib. Qeyd edək ki, bu günə qədər 15 nəfərə AzTU-nun fəxri doktoru adı verilib, onlardan biri də Selçuk Bayraktardır.  Selçuk Bayraktara AzTU-nun fəxri doktoru adı onun rəqəmsal platformada texnoloji gələcək üçün apardığı araşdırmalar, verdiyi ideyalar və ağıllı həllər nəticəsində elm və texnologiyanın inkişafına əvəzsiz töhfələrinə, Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın ən yüksək səviyyəyə çatdırılmasındakı dəstəyinə, Azərbaycanda gənc mühəndis kadrların hazırlanmasına və texnoloji innovasiyaların öyrənilməsinin kütləviləşməsinə verdiyi müstəsna xidmətlərinə görə təqdim edilib.  Tədbirdən sonra Selçuk Bayraktar universitetin foyesində “TEKNOFEST Azərbaycanda”iştirak edəcək AzTU komandalarının əl işlərindən ibarət sərgiyə və rəsm sərgisinə baxıb. Sonda xatirə şəkli çəkdirilib.  

Hamısını oxu