Председателю Организации Ветеранов Войны, Труда и Вооруженных Сил Азербайджанской Республики Д.М. Халилову




Martın 19-da Respublika Veteranlar Təşkilatının inzibati binasında "Alyans" Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin, müharibə, əmək və Silahlı Qüvvələr veteranlarının, ziyalıların, gənclər təşkilatının, müəllimlərin, şagirdlərin və media nümayəndələrinin iştirakı ilə Azərbaycanda təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi munasibəti ilə tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd dövlətçiliyimizin, milli maraqlarımızın etibarlı qorunmasında dövlət təhlükəsizlik orqanlarının fəaliyyətinin gənc nəslə çatdırlmasıdır. video Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov xüsusi xidmət orqanlarının Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı taleyüklü fəaliyyətindən, Ulu Öndər Heydər Əliyevin bu sahədə həyata keçirdiyi islahatlardan, prezident İlham Əliyevin milli təhlükəsizliyin hərtəfli təminatı sahəsində gördüyü işlərdən danışıb. O, Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşlarının vətənpərvərliyini, əzmkarlığını, sayıqlığını yüksək qiymətləndirib. Bu sahədə Azərbaycanın dünyaya nümunə ola biləcəyini bildirib. Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov xüsusi xidmət orqanlarının Azərbaycan tarixindəki rolundan, Respublikamızda milli təhlükəsizliyin hər tərəfli təminatından, şəxsiyyətin, cəmiyyətin və dövlətin milli maraqlarının qorunmasından danışıb. C.Xəlilov Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli təhlükəsizlik orqanlarının formalaşdırılmasından və xalqımızın ümummilli lideri, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin bu sahədəki fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verib. Ulu Öndər Heydər Əliyevin dövlət strukturlarının, o cümlədən təhlükəsizlik orqanlarının inkişafı və təkmilləşməsi üçün göstərdiyi diqqət və qayğını hər zaman xatırlandığını bildirən Cəlil Xəlilov bu siyasətin Prezident İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirildiyini söyləib. C.Xəilov: “Heydər Əliyevin təklükəsizlik orqanlarında 25 illik fəaliyyəti dövründə qurumun yad ünsürlərdən təmizlənməsinə, milliləşmə siyasətinin aparılmasına, milli kadrların irəli çəkilməsinə geniş yer verilib. 1967-ci ildə Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə azərbaycanlının, məhz Heydər Əliyevin təyin olunması bu orqanın tarixində yeni bir səhifənin başlanğıcı olub. Milli Təhlükəsizliyin hərtərəfli təminatı sahəsində Ulu Öndər fundamental işlər gördü. Azərbaycan iqtisadiyyatının, siyasətinin, mədəniyyətinin, incəsənətinin, ümumiyyətlə ölkə həyatının elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyevin imzası olmasın”. Xüsusi xidmət orqanlarının bu günkü fəaliyyətinə nəzər salan natiq dövlətin təhlükəsizliyinin daxili və xarici sferalarda etibarlı təmin olunmasından danışıb. Cəlil Xəlilov dünya təcrübəsindən bəhrələnməklə müasir dövlətçiliyimizdə bu sahədə yüksək nailiyyətlərə imza atmış xüsusi xidmət orqanlarının aşkar və gizli iş üsulları, onun dövlət idarəçiliyində rolu, xarici xüsusi xidmət orqanları, onların Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti, beynəlxalq terrorçu təşkilatlar, narkomaniya və insan alveri kimi transmilli cinayətkarlığın qarşısının alınmasındakı fəaliyyətinə nəzər salıb. O, Ermənistanın düşmənçilik siyasətinin qarşısının alınmasında xüsusi xidmət orqanlarının daim hazır olduğunu qeyd edib. Cəlil Xəliov: “Dağlıq Qarabağ müharibəsində xüsusi orqan əməkdaşları fədakarlıqlar göstərmiş, əsl vətənpərvərlik, vətəndaşlıq nümayiş etdirmişdirlər. İnanırıq ki, bu gün gənclərimiz milli təhlükəsizliyimizin təminatı sahəsində əllərindən gələni edəcək, xüsusi xidmət orqanlarına hər cür dəstəyi və yardımı göstərəcəklər. Gənclər həyatlarını vətənə, millətə xidmətə həsr etmiş xüsusi xidmət orqanlarının əməkdaşlarından, veteranlardan örnək götürərək əsl vətənpərvər olacaqlar”. Çıxışında ölkəmizin təhlükəsizlik orqanlarının fəaliyyətindən söz açan Ş.Süleymanov ulu öndər Heydər Əliyev ilə bağlı xatirələrini bölüşüb: “Təhlükəsizlik orqanlarında fəaliyyətə başlayanda ilk görüşdüyüm şəxs Heydər Əliyev idi. Onunla görüşdüm, iki saata yaxın söhbətimiz oldu. Həmin söhbət əsnasında Heydər Əliyevin dediyi sözləri, verdiyi məsləhətləri heç vaxt unutmadım. Otuz altı illik fəaliyyətimi Ulu Öndərin məsləhətləri üzərində qurdum”. Ş.Süleymanov Ümummilli Liderin sadəliyini və qayğıkeşliyini xüsusi vurğulayıb. O, həmçinin qeyd etdi ki, Ulu Öndər kadrların təkcə xüsusi xidmət orqanları üçün deyil, digər hüquq-mühafizə orqanları üçün də yetişməsinə çalışır, bütün sahələrlə maraqlanır, Azərbaycanın, xalqımızın inkişafı üçün əlindən gələni edirdi. O, Ümummilli Liderin apardığı əməliyyatların o vaxt bütün sovet ölkələrində birinci qəbul edilən əməliyyatlardan olduğunu bildirdi. Digər çıxış edənlər təhlükəsizlik orqanlarının fəaliyyəti cəmiyyətdə yüksək qiymətləndirildiyini, Ulu öndər Heydər Əliyevin siyasi xəttini qətiyyətlə və uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hərtərəfli tərəqqisi və qüdrətlənməsi naminə görülən işlər nəticəsində Azərbaycan dünyada ən sabit, sürətlə inkişaf edən və təhlükəsizlik mühitinə malik ölkələrdən birinə çevrilidiyi diqqətə çatdırıblar. Hər bir azərbaycanlının xüsusən də gənclərimiz müasir müstəqil Azərbaycanın milli mənafeyini qorumalı olduqlarını ölkəmizin inkişafı və qüdrətlənməsi üçün bütün səylərini səfərbər etməli olduqlarını vurğulayıblar. Tədbirin sonunda "Alyans" Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin bir qrup əməkdaşı Respublika Veteranları Təşkilatı tərəfindən yubiley medalı və fəxri fərmanla təltif ediliblər. Xatirə şəkli çəkdirib.
Hamısını oxu
Milli.Az bildirir ki, bunu Trend-ə UNESCO-nun xoşməramlı səfiri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar şurasının üzvü, 2020-ci ildə BMT-nin Nelson Mandela mükafatının laureatı Marianna Vardinoyannis deyib. O bildirib ki, Mehriban Əliyeva ilə ilk dəfə Parisdə, UNESCO-nun xoşməramlı səfiri təyin olunarkən görüşüb: "Görüşdüyümüz ilk andan mən onun parlaq şəxsiyyətinə, təmiz ürəyinə və gördüyü böyük işlərə heyranlıq duyuram. UNESCO-da əməkdaşlığımız sayəsində bizim dostluğumuz möhkəmlənib və Mehriban Əliyeva ilə bağlı bu cür səmimi məqamları bölüşmək böyük şərəf və iltifatdır. Biz müxtəlif ölkələr, o cümlədən Yunanıstan və Azərbaycan arasında həmrəylik və mədəniyyət körpüləri ucaltmağa çalışaraq birgə işləmişik. Mehriban Əliyeva tarixi və mədəni dəyərlərin həqiqi müdafiəçisi və humanizmin parlaq nümunəsidir. Mehriban Əliyevanın Yunanıstanda onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqları dəstəkləməsi, xüsusilə, Afinada uşaq onkologiya xəstəxanasını və xəstə uşaqları olan ailələr üçün qonaq evini ziyarət etməsi, Yunanıstan məktəblərinə göstərdiyi dəstək, Yunanıstanda böyük abidə və muzeylərdə olması, Olimpiya idman ruhunu təşviq etməsi, Yunanıstanda və digər ölkələrdə mədəni xeyriyyə tədbirlərini təşkil etməsi göstərə biləcəyimiz nümunələrdir. Mehriban Əliyevanın təşəbbüsləri Şərqlə Qərbi yaxınlaşdırır, mədəniyyətlər və xalqlar arasında dialoqa xidmət edir. Sülh təşəbbüslərinə gəldikdə, Mehriban Əliyeva humanitar diplomatiyanın aparıcı qüvvəsi, qayğıya gəldikdə isə, ehtiyacı olan insanların qəlbində mərhəmətli ümid elçisidir!" M.Vardinoyannis deyib ki, Mehriban Əliyeva nəinki Azərbaycanda, həm də bütün dünyada qadınlar üçün örnəkdir: "Onun xarakterindəki mehribanlıq, təvazökarlıq və mərhəmət qətiyyət və gücü ilə həmahəngdir. Mehriban Əliyevanın şəxsi nümunəsi qadınları ictimai həyatda fəal iştiraka ruhlandırır. Onun Azərbaycan qadınlarının siyasi fəallığının təşviq olunmasında xidmətləri regionda müstəsna və novator xarakter daşıyır. Bu, ölkənin inkişafı üçün çox vacibdir. Xüsusən də gənc qadınlar tolerantlıq və müxtəlifliyin, keçmiş dəyərlərə və gələcək baxışlara hörmətin hökm sürdüyü müasir cəmiyyətlərin qurulmasına öz töhfələrini vermək üçün onun şəxsində ilham mənbəyi görürlər. Mehriban Əliyeva qadınların zehninə və ümumilikdə Azərbaycan cəmiyyətinə müsbət dəyişikliklər gətirir. Heydər Əliyev Fondunda olarkən çox duyğulu anlar yaşadım və mən Bakıya hər dəfə gələndə bu hissi keçirirəm. Azərbaycana onun gözləri ilə və niyyətləri ilə baxanda birlikdə paylaşdığımız anları çox əziz hesab edirəm". O qeyd edib ki, Yunanıstanı və Azərbaycanı çoxillik dostluq və əməkdaşlıq birləşdirir: "Mən hesab edirəm ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ölkəmizin, mədəniyyətimizin və uşaqlarımızın böyük dostudur. Ölkələrimiz arasında kifayət qədər mədəni mübadilələr var, Afinada Heydər Əliyev Fondunun və Azərbaycanın Yunanıstandakı səfirliyinin dəstəyi ilə Azərbaycan mədəniyyətinə həsr olunmuş çoxsaylı tədbirlər keçirilib. Mən heç zaman Mehriban Əliyevanın Xərçəng xəstəliyinə tutulan uşaqların Dostluq Assosiasiyasının (ELPIDA) tədbirlərinin keçirilməsində dəstəyini, "Məktəblərin dəstəklənməsi layihəsi"nin reallaşdırılmasına köməyini unutmayacağam. İncəsənət və mədəniyyət insanları yaxınlaşdırır, çünki hər bir xalqın ruhunu əks etdirir. Bizim birgə tədbirlərimiz, konsertlər, tamaşalar, konfranslar, sərgilər böyük potensiala malikdir. Mən göstərilən misilsiz dəstəyə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də Azərbaycan xalqına səmimi qəlbdən təşəkkürümü bildirirəm!" Milli.Az
Hamısını oxuMüharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Quba Rayon Veteranlar Təşkilatının sədri Ruslan Bədirov Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyevlə görüşüb. Görüş zamanı məktəblilər arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinin önəmindən, veteranların bu prosesdə iştirakının vacibliyindən bəhs edilib. Görüşün sonunda Coşqun Əliyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Quba Rayon Veteranlar Təşkilatı tərəfindən Fəxri Fərmanla təltif olunub. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti
Hamısını oxu
Son görüşümüzdən uzun müddət keçib, bu, ötən il olmuşdur. Bu vaxt ərzində bir çox hadisələr baş vermişdir. Birincisi, pandemiya bütün dünyada vəziyyəti tamamilə dəyişmişdir. Bununla yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli regionda vəziyyəti dəyişdirmişdir. Bu sözləri Prezident İlham Əliyev dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edərkən deyib. Ölkə başçısı bildirib ki, hazırda regionda tamamilə yeni vəziyyət mövcuddur:
Hamısını oxu