Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Ermənistanı təzminat verməyə məcbur etmək, maddi itkilərlə üz-üzə qoymaq lazımdır”

Məşhur Məmmədov: “Rəsmi İrəvan etdiyi cinayətlərə görə beynəlxalq məhkəmələrdə cavab verməlidir”

 

“XİN-nin bu yöndəki səyləri alqışlanmalıdır”

 

"Yaxın günlərdə biz Ermənistanı İrqi Ayrı-seçkiliyin Bütün formalarının Ləğv Edilməsi Haqqında Beynəlxalq Konvensiyanı pozmasına görə məsuliyyətə cəlb edəcəyik. İşğal zamanı 30 il ərzində azərbaycanlıların hüquqlarının pozulması qəbuledilməzdir".

 

Bu barədə “Twitter" səhifəsində Azərbaycan Xarici İşlər Nazirinin müavini Elnur Məmmədov yazıb.

 

Ermənistanın İrqi Ayrı-seçkiliyin Bütün formalarının Ləğv Edilməsi Haqqında Beynəlxalq Konvensiyanı pozmasına, habelə, xalqımıza qarşı həyata keçirdiyi çoxsaylı cinayətlərə görə beynəlxalq məhkəməyə verilməsi, günahkarlaırn məsuliyyətə cəlb olunması, rəsmi İrəvanın etdiyi əməllərə görə təzminat ödəməsi ədalətin bərqərar olunması baxımından nə dərəcədə zəruridir?

 

Veteran.gov.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov bu istiqamətdə sistemli addımların atılmasının vacibliyini vurğulayıb:

 

“Heç kimə sirr deyil ki, beyhnəlxalq ictimaiyyət, o cümlədən beynəlxalq təşkilatlar hər zaman ermənilərin törətdiyi cinayətlərə o qədər də diqqət yetirməyib, Ermənistanın özünü cəzasızlıq mühitində hiss etməsinə şərait yaradıb. Biz Ermənistanın xalqımıza qarşı törətdiyi çoxsaylı cinayətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün bütün vasitələrdən istifadə etməli, o cümlədən beynəlxalq məhkəmələrə müraciət etməliyik. Bu baxımdan Ermənistanın İrqi Ayrı-seçkiliyin Bütün formalarının Ləğv Edilməsi Haqqında Beynəlxalq Konvensiyanı pozmasına görə məsuliyyətə cəlb edilməsi üçün gərəkli addımların atılması vacibdir və XİN-nin bu yöndəki səyləri alqışlanmalıdır.

 

Hesab edirəm ki, Ermənistanı təzminat verməyə məcbur etmək, maddi itkilərlə üz-üzə qoymaq lazımdır. Belə olarsa, Ermənistan o zaman etdiyi əməllər, törətdiyi cinayətlər haqqında daha çox düşünər. Bəlkə yalnız o zaman nəyisə anlayar, başa düşər. Görünən odur ki, onlar başqa cür başa düşmür.

 

Bu yöndə addımlar atmağa bizim mənəvi haqqımız çatır. Çünki illərdir ki, bu proses davam edib. Azərbaycanın torpaqlarını viran qoyan, insanlarını şəhid edən, hətta qəbirləri belə dağıdan bir dövlət mütləq beynəlxalq məhkəmələr tərəfindən cəzalandırılmalıdır. Ermənistan etdiyi əməllərə görə beynəlxalq məhkəmələr qarşısında cavab verməlidir və verəcəkdir də!”

 

Seymur ƏLİYEV

2021-09-17 14:22:00
892 baxış

Digər xəbərlər

Polkovnik Cəlil Xəlilov Qəbələdə şəhid mayor Xəyyam Səmədovun ailəsini ziyarət edib

Veteran.gov.az xəbər verir ki, 1 iyul 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Qəbələdə 2023-cü ilin lokal anti-terror əməliyyatı zamanı şəhid olan mayor Xəyyam Səmədovun ailəsini ziyarət edib. Şəhidlərin xalqımızın əbədi qürur və iftixar mənbəyi olduğunu bildirən polkovnik Cəlil Xəlilov, onların işıqlı xatirəsinin heç zaman unudulmayacağını, xalqımızın qəlbində daim yaşayacağını vurğulayıb. Görüş zamanı şəhid övladlarına hədiyyələr təqdim olunub, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının daxili imkanları hesabına şəhid ailəsinə maddi yardım göstərilib. Şəhid ailəsinin üzvləri gəlişinə görə polkovnik Cəlil Xəlilova təşəkkür edib, həssas kateqoriyadan olan vətəndaşlara göstərdikləri yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər. Görüşdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ Rayon Şöbəsinin rəisi polkovnik-leytenant Lətif Heydərov, Qəbələ Rayon İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Şahmurad Abbasov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidmətinin rəhbəri Seymur Əliyev də iştirak edib. Seymur ƏLİYEV  

Hamısını oxu
МЕХРИБАН —МИЛОСЕРДНЫЙ К ЛЮДЯМ

  Откуда у современного политика такие качества? Хочу поделиться своими мыслями на сей счет. Начну с имени. Считается, что имя человека имеет определенный смысл, отражает его судьбу, характер. Имя «Мехрибан» призвано характеризовать человека, обладающего сильным чувством сострадания и способного проявлять заботу о других. И Мехрибан - ханум действительно отличается душевной теплотой и готовностью прийти на помощь людям. Она оправдывает свое имя — это человек любящий своих близких и милосердный к судьбе каждого человека. Она обладает умением проявлять эмоциональное поддержку и доброжелательность, создавать гармоничные отношения с разными людьми, внушает доверие и любовь.   Есть порясающая, созвучная современной генетике, азербайджанская пословица – «Трава появится, если есть корень (оt kökü ystə bitər»). Дед Мехрибан-ханум по отцу — известный азербайджанский писатель и литературовед — Мир Джалал Пашаев. Отец — Ариф Пашаев, доктор физико-математических наук, профессор, академик. Дед по матери — Насир Имангулиев, был видным журналистом, основателем и главным редактором газеты «Баку». Мать — Аида Имангулиева была признанным востоковедом, доктором наук. Вот какие корни у Мехрибан – ханум, вот в какой интеллектальной семье она сформировалась. Излешне говорить, что Мехрибан – ханум патриот Азербайджана, что она всесторонне знает историю страны и гордится ею. И это нисколько не мешает ей с уважением и пониманием относится к другим странам и народам, видеть сложную палитру мировой истории.   В сознание азербайджанцев красивая, мудрая, смелая женщина неизменно ассоциируется с образами верных сподвижниц Кoроглы — Нигяр и Гачаг Наби — Хаджар. Эти образы стали своеобразными эталонами в трактове смысла и значения роли женщины в азербайджанской семье, азербайджанском обществе. Искажения от этого канона, порой происходящие под влиянием религиозных догм, социальных неурядиц всегда критически оценивались в классической азербайджанской литературе. Достаточно в этой связи вспомнить пьесы Джафара Джабарлы, Самеда Вургуна, Ильяса Эфендиева... В этих произведениях в отличие от традиций Востока, в которой женщина представлялась только как объект любви, женщина показывается активной, волевой и самостоятельной личностью. Разве не узнаем мы здесь Мехрибан-ханум?    В целом я склоняюсь к мысли, что в становлении образа Мехрибан-ханум, ее человеческих качеств счастливо сошлись и сплелись семейно-психологические истоки и социально-культурные архетипы нашего народа.  По роду службы я встречаюсь с деятелями разных стран, все они неизменно считают, что Азербайджану просто повезло с руководством в такое сложное геополитическое время. Да, и мы уверены, что наш харизматичный Президент Ильхам Алиев и ее прекрасная, надежная супруга, Вице-Президент Мехрибан-ханум уверено ведут Азербайджан в счастливое будущее!       Джалил Халилов,  полковник,  председатель Организации ветеранов войны, труда и вооруженных сил Азербайджанской Республики    

Hamısını oxu
Prezidentin tapşırığı ilə Azərbaycana yeni təcili yardım maşınları gətirilib

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ölkəmizə yeni təcili tibbi yardım avtomobilləri gətirilib. Modern.az xəbər verir ki, dövlət başçısı iyulun 30-da yeni təcili tibbi yardım avtomobilləri ilə tanış olub.

Hamısını oxu
Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb. Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli həmvətənlər! Sizi və dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən xoş arzu və diləklərimi yetirirəm. İnsanlar arasında həmrəylik və qardaşlığın, humanizm və mərhəmətin rəmzi olan Qurban bayramı İslam dininin əsas bayramlarından biridir. Müsəlmanlar bu əlamətdar gündə Uca Yaradanın adına qurbanlarla Allaha yaxınlığın sevincini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər. Yüz illərdir ki, ayrı-ayrı xalqların və dinlərin mənsublarının mehriban ailə kimi yaşadıqları Azərbaycanda qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühitinin formalaşmasında və etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılmasında İslam dininin müstəsna rolu olmuşdur. Hər il ölkəmizdə keçirilən dini bayramlar mütərəqqi milli-mənəvi dəyərlərin, sosial yardımlaşmanın və xeyirxahlıq duyğularının təntənəsinə çevrilir. Builki Qurban bayramı dünyanın qarşılaşdığı çətin sınaq dövrünə təsadüf etsə də, mömin vətəndaşlarımız Allah və din yolunda mənəvi borclarını layiqincə yerinə yetirir, öz nəcib əməlləri ilə cəmiyyətimizdə birlik və bərabərlik ovqatını daha da gücləndirirlər. Əziz bacı və qardaşlarım! Bu bayram günlərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ölməz xatirəsini minnətdarlıqla yad edir, onların yaxınlarına və bütün xalqımıza səbir diləyirəm. İnanıram ki, xalqımızın firavanlığı və əmin-amanlığı, Vətənimizin çiçəklənməsi və tərəqqisi naminə etdiyiniz dua və diləklər gerçəkləşəcəkdir. Bir daha hər birinizə səmimi bayram təbriklərimi çatdırır, ailələrinizə cansağlığı və xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram. Qurban bayramınız mübarək olsun!" Milli.Az

Hamısını oxu