Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Millət vəkili: “Qanunçuluğun möhkəmlənməsində prokurorluq əməkdaşlarının xidməti böyükdür”

Naqif Həmzəyev: “Hərbi Prokurorluq cinayətkarlıqla mübarizədə böyük uğurlara imza atıb”

Bu gün 1 oktyabr - Azərbaycan Respublikası prokurorluğu işçilərinin peşə bayramı günüdür. Bununla bağlı Veteran.gov.az-a açıqlama verən millət vəkili Naqif Həmzəyev ölkəmizdə qanunçuluğun möhkəmlənməsində, ədalətin bərqərar olmasında, cinayətkarlığa qarşı mübarizədə prokurorluq əməkdaşlarının böyük əmək sərf etdiyini bildirib:

“Hər şeydən öncə peşə bayramı münasibətilə prokurorluq əməkdaşlarını təbrik edir, onlara peşə fəaliyyətlərində uğurlar arzulayıram. 

Heç kimə sirr deyil ki, ölkəmizdə ədalətin möhkəmlənnməsində, cinayətkarlığa qarşı prinsipial və effektiv mübarizədə prokurorluq orqanları mühüm rol oynayır. Digər hüquq-mühafizə orqanları ilə yanaşı, həm də prokurorluq işçilərinin gərgin əməyi, peşəkarlığı, əzmkarlığı sayəsində ölkəmizdə sabitliyin qorunub saxlanılması, cinayətkarlığa qarşı uğurlu mübarizə, hüquq sisteminə inam təmin olunub, bu sahədə çox böyük nailiyyətlərə imza atılıb. 

Mən Hərbi Prokurorluğun da fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. 44 günlük Vətən müharibəsi nəticəsində əldə edilən qələbən irəli gələn vəzifələr Hərbi Prokurorluq tərəfindən qətiyyətlə icra olunur. Bu gün orduda qanunçuluğun möhkəmlənməsində, Ulu öndər Heydər Əliyev ideyalarının təbliğində, nizam-intizamın güclənməsində Hərbi Prokurorluğun mühüm rolu var. Təsadüfi deyil ki, Hərbi Prokurorluq tərəfindən  cari ilin səkkiz ay ərzində qeydə alınmış cinayətlərin 98, bəzi qəbildən olan cinayətlərin 100 faizi açılıb. Bu fakt bir daha göstərir ki, Hərbi Prokurorluğun da fəaliyyəti son dərəcə qənaətbəxşdir.

Onu da qeyd edim ki, prokurorluq əməkdaşları Birinci Qarabağ müharibəsində törədilən erməni vəhşilikləri ilə bağlı da cinayət işlərini araşdırmaqda, bu istiqamətdə silsilə addımlar atmaqdadır.

Mən bir daha prokurorluq əməkdaşlarını təbrik edir, bu çətin və şərəfli işdə onlara uğurlar arzulayıram”.

Seymur ƏLİYEV

 

2024-10-01 12:51:18
2814 baxış

Digər xəbərlər

ANAİB sərhədləri aşmağa davam edir!

Veteran.gov.az xəbər verir ki, ANAİB Türkiyədə təşkil olunan 7-ci İstanbul "Fellowship" proqramında iştirak edib. Hədəf, Xan, Altun, Qələm, Ağıllı bala, Mimta, Libra və Qədim Qala da daxil olmaqla ümumilikdə 8 nəşriyyat ölkəmizi təmsil edib. Həmçinin Azərcaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndələri və ANAİB-in sədri Şəmil Sadiq tədbirin iştirakçılarından olublar. Tədbirlə yanaşı ANAİB və TBYM (Türkiye Basım Yayın Meslek Birliği) arasında xüsusi görüş keçirilmiş, yeni əməkdaşlıqlar, tədbirin nəticələri, oktyabr ayında Azərbaycanda keçiriləcək kitab sərgisinin planı haqqında müzakirələr aparılıb. Bununla yanaşı, Azərbaycan nəşriyyatlarından bir neçəsi müəllif hüquqlarını digər ölkə nəşriyyatlarına sataraq, yazıçılarımızın beynəlxalq ədəbi sferada tanınması üçün əhəmiyyətli addımlar atıblar. Qeyd edək ki, TBYM-nin təşkilatçılığı və Türkiyə Cümhuriyyəti Kültür və Turizm Bakanlığının dəstəyi ilə həyata keçirilən, 72 ölkədən 555 nəfərin qatıldığı 7-ci İstanbul "Fellowship" proqramının əsas məqsədi nəşriyyatlar arası inteqrasiyanı təmin etmək, müəllif hüquqlarının mübadiləsi əsasında nəşriyyat işinə dəstək verməkdir.  

Hamısını oxu
Gənclər döyüşə getmək üçün müraciət edib

Ehtiyatda olan vətənpərvər Azərbaycan gəncləri könüllü olaraq döyüşə getmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə çoxsaylı müraciətlər ediblər.  Bu barədə Dövlət Xİdmətinin rəsmi “Facebook” səhifəsində bildirilib. Qeyd edilib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək, hücuma keçməyə cəhd göstərib. Düşmən itki verərək, geri otuzdurulub.

Hamısını oxu
Bir sıra rayonlarda yaşayan İkinci Dünya müharibəsi veteranlarına ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb.

Koronavirus (COVID-19) pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması üçün ölkə rəhbərliyi tərəfindən reallaşdırılan genişmiqyaslı tədbirlər çərçivəsində 245 nəfər müharibə veteranına iyulun 4-dən etibarən ərzaq yardımları paylanılır. Aksiya Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə həyata keçirilir. Aksiyanın məqsədi koronavirusun yayıldığı dövrdə yaşayışında çətinlik yaranan və ehtiyacı olan qocaman veteranlara dəstək göstərməkdir. Xatirladaq ki, Təşkilat “Evdə qal, həyatları xilas et!” çağırışı ilə müraciət edərək veteranları, əhalini vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət olunmasını tövsiyə edib. Bildirilib ki, Prezident İlham Əliyev hər bir veteranın Vətən qarşısındakı xidmətlərini daim yüksək qiymətləndirir. Onun köməyi və dəstəyi ilə veteranlar bu çətin dövrü də arxada qoyacaqlar. Veteranlar özlərini və yaxınlarını qorumalıdırlar. Qeyd edək ki, aksiya çərçivəsində Respublika Veteranlar Təşkilatının gənclərin hərbi vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və təşkilatın mətbuat xidmətinin əməkdaşı Şəhla Qarayeva, müvafiq rayon icra hakimiyyətlərinin və rayon veteranlar təşkilatlarının nümayəndələrinin iştirakı ilə Sabirabad, Füzuli, İmişli, Ağdam, Bərdə, Tərtər, Yevlax, Mingəçevir, Ucar, Zərdab və Kürdəmirdə yaşayan İkinci Dünya müharibəsi veteranlarına ərzaq yardımları artıq paylanılıb. Veteranlarla hər görüşdə təşkilatın nümayəndələri ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminə ciddi əməl edilməsi, zərurət yaranmadan digər şəxslərlə təmas qurulmaması və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq şəxsi gigiyenik qaydalara riayət edilməsinin vacibliyini vurğulayırlar. Respublika Veteranlar təşkilatının nümayəndələri ilə görüşən Rayon İcra Hakimiyyətinin rəhbərlikləri Koronavirus (COVID-19) pandemiyası kimi çətin bir dönəmdə müharibə veteranları üçün başladılan ərzaq yardımı aksiyasını yüksək qiymətləndiriblər. Yardım aksiyası iyulun sonunadək davam edəcək.

Hamısını oxu
Zəfər qurultayında iştirak edən bir qrup diaspor nümayəndəsi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında olub

Veteran.gov.az xəbər verir ki, Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayı  çərçivəsində Rusiyadan ölkəmizə səfər edən bir qrup diaspor nümayəndəsi bu gün  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub. Təşkilat sədri Fatma Səttarova ilə görüşən diaspor nümayəndələri Rusiyada gördükləri işlər, həyata keçirdikləri layihələr haqqında məlumat verib, birgə əməkdaşlıq haqqında fikir mübadiləsi aparıblar. Görüşdə iştirak edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov qonaqlara Təşkilatın fəaliyyəti haqqında ətraflı məlumat verib, onları görülən işlərlə tanış edib.  

Hamısını oxu