Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Tarix yazan və adını tarixə əbədi yazdıran xalq

Belə bir deyim var: tarixi qaliblər yazır. Eyni zamanda, azadlıq, müstəqillik və Vətənin bütövlüyü uğrunda şərəfli mübarizə apararaq zəfər çalan xalqlar öz adlarını tarixə müzəffər xalq kimi yazdırırlar. Qürurverici haldır ki, XXI əsrdə döyüş meydanında işğalçını cəzalandıraraq torpaqlarını 30 ilə yaxın davam edən hərbi-siyasi əsarətdən xilas edən Azərbaycan xalqı də tarix yazıb və öz adını tarixə silinməz izlərlə - əbədi yazdırıb.

 

Hər anı və məqamı qəhrəmanlıq dastanı olan şanlı Zəfər yürüşü

 

27 sentyabr 2020-ci il tarixindən başlayan şanlı və möhtəşəm Zəfər yürüşünün hər bir anı, hər məqamı qəhrəmanlıq dastanıdır. Məlumdur ki, Ermənistanın uzun müddət işğalçı siyasətini davam etdirməsi, beynəlxalq birliyin isə laqeyd, qərəzli, ikili standartlara əsaslanan məsuliyyətsiz yanaşması Azərbaycan dövlətinin və xalqının səbrini tamamilə tükəndirmişdi. Təcavüzkar dövlətin növbəti təxribatından sonra Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başlaması ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpası ilə nəticələndi. Bu, eyni zamanda, xalqımızın milli qürurunun, milli ləyaqətinin bərpası oldu. Azərbaycan dövləti, eyni zamanda, “münaqişənin hərbi həlli yoxdur” deyən dairələrin, ikili standartlara əsaslanan, qərəzli mövqe ortaya qoyanların, ermənipərəst dairələrin siyasətini iflasa uğratdı. Dəfələrlə “Azərbaycan heç vaxt işğal faktı ilə barışmayacaq”,- deyə qətiyyətlə bəyan edən Prezident İlham Əliyevin dəmir məntiqi, xalqımızın həmrəyliyinin, dövlətimizin isə qüdrətinin ifadəsi olan “Dəmir yumruq” öz sözünü dedi – Azərbaycan uzun illər BMT-nin kağız üzərində qalmış 4 qətnaməsinin icrasına öz gücü ilə nail oldu. Ölkəmiz bütün dünyaya haqlının güclü olduğunu, xalq-lider birliyinin ədalətin bərpasına və təntənəsinə gec-tez müvəffəq olacağını sübut etdi.

 

  Yeni nailiyyətlərə və zəfərlərə doğru…

 

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 27 sentyabr ölkəmizdə Anım Günü kimi qeyd edilir. Bu, xalqımızın həmrəyliyinin ifadəsi olmaqla yanaşı, ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda edən qəhrəman Vətən övladlarına ali ehtiramın bariz nümunəsi - əyani ifadəsidir. Vətən yolunda şəhidlik zirvəsinə yüksələn və sağlamlıqlarını itirərək qazi olan qəhrəmanlarımızla qürur duyuruq.

 

Əminliklə söyləmək olar ki, dövlətimizin gücü – qüdrəti, Müzəffər Ali Baş Komandanımızın qətiyyətli siyasəti, xalqımızın mübariz ruhu – sarsılmaz birliyi Azərbaycanı yeni zəfərlərə aparacaq, yeni zirvələr fəth edəcəyik. Azərbaycan xalqı bundan sonra da müzəffər və qurucu xalq kimi öz adını tarixin yaddaşına silinməz izlərlə həkk edəcək, üçrəngli bayrağımız daim ən yüksək zirvələrdə dalğalanacaq.

 

Yaşasın güclü Azərbaycan! Yaşasın Müzəffər Ali Baş Komandanımız! Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm!

 

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

2021-09-27 10:32:00
1364 baxış

Digər xəbərlər

ƏSL POLKOVNİK - CƏLİL MALİK OĞLU XƏLİLOV

Nadir bir şəxsiyyət, polkovnik, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, alim, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Malik oğlu Xəlilov haqqında oçerk yazmağı özümə borc bildim. Uzun illər onun yüksək mədəniyyətinə, səmərəli çoxşaxəli fəaliyyətinə heyran olmuşam. Narahat dünyamızda yaxın ətrafımıza lazımınca diqqət yetirmirik, bizimlə yanaşı yaşayan və işləyən, cari məsələləri birgə həll etdiyimiz insanları layiqincə qiymətləndirmirik, onlarla ən yaxşı halda hava haqqında danışırıq... Halbuki, hər bir insan özünə görə maraqlı, qabiliyyətli və istedadlıdır. Biz başqa bir insana diqqət yetirməməklə, əslində, özümüz yoxsullaşırıq, reallığın bir çox aspektlərindən xəbərsiz qalırıq. Digər tərəfdən, ayrı-ayrı insanların “portretinə” müraciət etməklə, onların həyat fəaliyyətini təhlil etməklə dövrün real mənzərəsini yaratmaq olar. Cəlil Malik oğlu Xəlilovla ünsiyyətdən həmişə məmnun oluram. Bu məsuliyyətli, savadlı insan şərəfli hərbi və əmək yolu keçib. Təbiət ona analitik təfəkkür, xeyirxahlıq, yüksək əxlaqi keyfiyyətlər bəxş edib. Onun insanlara həssas münasibəti, başqalarının qayğı və problemlərini anlamaq cəhdi nəinki heyrətləndirir, həm də ahəngdar, səmimi ab-hava yaradır. Cəlil heyrətamiz dərəcədə diqqətcildir, onun qibtə edilməyə layiq erudisiyası yeni biliklər əldə etməyə hədsiz həvəsinin nəticəsidir. Tarix, geosiyasət, mədəniyyətşünaslıq onun hobbisidir. Təhlükəsizlik məsələlərində isə o, əsl peşəkar kimi tanınmışdır: bir sıra elmi əsərlərin və ali məktəblər üçün dərsliklərin müəllifidir. Bu əsərlərdə bir çox aparıcı ölkələrin milli təhlükəsizlik sistemlərini hərtərəfli müqayisəli təhlil edən müəllif eyni prinsiplər əsasında Azərbaycanın xüsusiyyətlərini nəzərə alaraq, respublikanın təhlükəsizlik sisteminin təkmilləşdirilməsi üçün innovativ yollar təklif edir. Cəlil hesab edir ki, milli təhlükəsizliyin təmin edilməsi üçün ilk növbədə ölkədə sosial sabitlik, etnik və dini həmrəylik olmalı, milli iqtisadiyyat inkişaf etdirilməli, dövlət hakimiyyəti orqanlarının işinin keyfiyyəti artırılmalı, onların vətəndaş cəmiyyəti ilə səmərəli qarşılıqlı fəaliyyət mexanizmləri yaradılmalıdır. Yaşamaq, işləmək, mənzil almaq, sağlamlıq, əlçatan təhsil və mədəni inkişaf hüququna riayət olunması məsələləri xüsusi diqqət tələb edir. Ümumiyyətlə, Cəlilin qənaətinə görə, bu ali məqsədlərə nail olmaq üçün hakimiyyətin müxtəlif qollarında korrupsiyaya qarşı mübarizə və dövlət idarəçiliyinin effektivliyinin artırılması prioritet əhəmiyyət kəsb edir. O, haqlı olaraq belə hesab edir ki, korrupsiya dövlət idarəçiliyi, insanların sosial və iqtisadi rifahı üçün əsas bəladır. Belə bir məsəl var: əgər insan istedadlıdırsa, o, hərtərəfli istedadlıdır. Cəlil gözəl publisistdir, gözəl qələm sahibidir, rus dilində sanki ana dilində olduğu kimi yazır. Yaxın vaxtların söhbətidir: onunla vətənpərvərlik fenomenini müzakirə edirdik. Bu məsələyə müxtəlif baxışlara nəzər saldıq, müasir rus “liberal”larından birinin fikri onu bərk qəzəbləndirdi. Həmin “liberal” yazırdı ki, XVIII əsr şotland yazıçısı Ceyms Bosuell haqlıdır: “vətənpərvərlik əclafın son sığınacağıdır”. Cəlil bir neçə gün Bosuellin əsərlərini öyrəndi, hər şeyi aydınlaşdırdı və mənə zəng etdi. Onun səsində sevincli bir rahatlıq vardı. Dedi, bilirsən, bu ifadə kontekstdən çıxarılıb. Bosuell o sözləri yazarkən cinayət törətmiş və həbs olunmamaq üçün “vətənpərvərlik” aurasından istifadə edərək əfv fərmanı alan və “dar ağacından asılmaq əvəzinə” Britaniya koloniyalarında xidmət etməyə gedən ingilisləri nəzərdə tuturdu. Cəlil müəllim vətənpərvərlik mövzusunda çox parlaq bir məqalə yazmışdı. “Bakinskiy raboçiy” qəzetində dərc olunmuş bu yazının anonsu bir ilə yaxın qəzetin birinci səhifəsində qaldı. Bu, həmin məqaləyə verilən yüksək qiymətin göstəricisidir. Maraqlıdır ki, müəllif həmin məqaləyə epiqraf kimi Ulu Öndər Heydər Əliyevin “Vətənpərvərlik insanın daxilindəki duyğulardır, əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır” və böyük ingilis şairi Corc Bayronun: “Öz Vətənini sevməyən insan heç nəyi sevə bilməz” sözlərini vermişdi. Vətənpərvərlik mövzusunda tədqiqatları davam etdirən Cəlil müəllim “Vətənpərvərlik mədəniyyətdir” sərlövhəli məqalədə “vətənpərvərlik mədəniyyəti” anlayışını araşdırmışdır. Bu məqalə Heydər Əliyev Fondunun dəstəyi ilə Moskvada nəşr olunmuş “Mədəniyyətlərin dialoqu - müasir dövrün çağırışları” kitabına da daxil edilmişdir. Vətənpərvərlik xalqın tarixi yaddaşının digər tərəfidir. Əgər siz xalqın tarixi yaddaşını bu və ya digər vasitələrlə məqsədyönlü şəkildə “malalaya” bilirsinizsə, o zaman tarixi istədiyiniz şəkildə yenidən yaza, ictimai şüuru manipulyasiya edə, təhrif olunmuş geosiyasi transformasiyalarla barışacaq nəsillər formalaşdıra bilərsiniz. Bu baxımdan, Azərbaycan vətənpərvərliyinin formalaşmış qanunlarına qarşı xarici təxribat törədilə biləcəyini həmişə nəzərə almaq lazımdır. Cəlil haqlı olaraq belə hesab edir ki, vətənpərvərliyin mənşəyini sarsıtmaq – gələcəkdə dövlətin əsaslarını dağıda biləcək təhlükəli və mürəkkəb proseslərə zəmin yarada bilər. Bu, çox vaxt hakimiyyətdən narazı olan daxili düşmənlərin, “beşinci kolon”un əli ilə edilir. Adətən bunlar milli maraqlara, dövlət siyasətinə qarşı çıxan siyasi qruplardır. Tarixdə “beşinci kolon”un dağıdıcı fəaliyyətinin nümunələri çox olub. Sovet İttifaqının dağılmasını xatırlamaq kifayətdir. Məhz sovet vətənpərvərliyini gözdən salmağa başlamış yenidənqurma ideoloqları sovet xalqının fəxr etdiyi, müqəddəs saydığı bütün dəyərlərə sistemli şəkildə aşağılamağa yönəlmiş ideoloji iş apardılar. 1982-ci ildə Simferopol Ali Hərbi-Siyasi Məktəbini bitirən Cəlil Xəlilov son dərəcə təhlükəli bir zonada - SSRİ-nin Tacikistan-Əfqanıstan sərhədində xidmətə göndərildi. Burada “düşmənlər” tərəfindən tez-tez törədilən quldur hücumlarını, qəddarlığı görərək həyatın əsl dəyərini anladı. Qəribədir ki, bu ekstremal şəraitdə Cəlil oxumağa da vaxt tapırdı. 1990-cı ildə o, Tacikistan Dövlət Universitetinin hüquq fakültəsini qiyabi bitirərək, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Milli şüur ​​və milli təhlükəsizlik” mövzusunda dissertasiya müdafiə etmiş və siyasi elmlər üzrə fəlsəfə doktoru adına layiq görülmüşdür. SSRİ dağılandan sonra Cəlil müstəqil Azərbaycanın sərhəd qoşunlarının yaradılmasında fəal iştirak edib. O, nəşr edilmiş əsərlərində vurğulayır ki, hər bir dövlətin effektivliyinin əsas göstəricisi onun ölkə ərazisinin toxunulmazlığını və əhalinin xarici təhdidlərdən qorunmasını təmin etmək bacarığıdır. Bu, çoxsaylı amillərdən asılı olan mürəkkəb məsələdir. Amma aydındır ki, onun həlli üçün ilk növbədə, yüksək mütəşəkkil sərhəd qoşunları və həyatını bu qoşunlarda xidmət etməyə həsr etmiş peşəkarlar olmalıdır. General Mustafa Nəsirova həsr etdiyi oçerkdə Cəlil sərhədçini bu cür xarakterizə edir. “Sərhədçi qeyri-adi hərbçidir, onun xidməti ölkənin periferiyasında, dövlət sərhədi xəttində keçir. Bu - dağlar və meşələr, çöllər və səhralar, çay dərələri və dəniz sahilləri deməkdir. Sərhəddəki sərt, riskli xidmətə bir çox cəhətdən ancaq məsuliyyətli, yüksək əxlaqlı insanlar, əsl vətənpərvərlər tab gətirə bilər. Əsgərin hətta qısa müddətə sərhəddə xidmət etməsi də şücaət sayıla bilər. Bütün həyatını sərhəddə xidmətə həsr edənlərin şücaəti isə ölçüyəgəlməzdir”. Cəlil həmişə siyasi və ictimai hadisələrin “qaynar nöqtələrində” olur. Media ilə müntəzəm əlaqə saxlayan, aktual məsələlərin şərhinə həsr olunmuş çıxışlar edən müəllif ictimaiyyətin diqqətini İkinci Dünya Müharibəsinin nəticələrinə yenidən baxmaq cəhdləri, Qarabağ probleminin həllinin nəticələri, veteranların müasir cəmiyyətdə mövqeyi, təhsilin məzmununda hərbi-vətənpərvərlik mövzularının əks olunması, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, diasporla əlaqələr kimi aktual mövzulara cəlb edir. 2020-ci ildə Cəlil Xəlilovun hər bir azərbaycanlı üçün müqəddəs olan Qarabağın azad edilməsi uğrunda 44 günlük Vətən müharibəsi dövründə və 2023-cü ildə Qarabağın separatçılardan tam təmizlənməsi üçün aparılan tədbirlər zamanı fəaliyyətini xüsusi qeyd etmək istərdim. Bu qanlı-qadalı günlərdə o, dəfələrlə cəbhə bölgəsinə gedib, əsgərlərlə yaxından ünsiyyətdə olub, onları ruhən dəstəkləməyə yönəlmiş mənəvi-psixoloji məzmunlu söhbətlər aparıb, Qarabağın işğaldan azad edilməsinin tarixi mənasını və əhəmiyyətini izah edib. O, həm də mətbuatla fəal əlaqə saxlayır, Respublika Prezidenti İlham Əliyevin yüksək diplomatik və dövlətçilik siyasətini izah edirdi. Cəlil ictimaiyyətin diqqətini belə bir incə məqama yönəldir ki, bizim qələbəmiz misilsizdir, çünki Azərbaycan təkcə Qarabağ separatçılarını və erməni hərbi birləşmələrini deyil, həm də əsr yarım ərzində mifik “dənizdən dənizə Böyük Ermənistan”ın yaradılması üçün ilkin şərt olan “Artsax” layihəsini bəsləyən dünya ermənilərini məğlub edib. Qələbə Azərbaycan Prezidenti İlham Əliyevin mükəmməl siyasi rəhbərliyi, sərkərdəlik məharəti və Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı nəticəsində mümkün olmuşdur. Bu, şəxsiyyətin tarixdəki xüsusi rolunun, xalqı səfərbər etmək  bacarığının sübutu deyilmi! Məhz İlham Əliyevin aydın və dəqiq mövqeyi, hərtərəfli düşünülmüş, tarazlaşdırılmış daxili və xarici siyasəti ölkənin bütün imkanlarını qələbəyə səfərbər etməyə imkan verdi. İqtisadiyyatın inkişafı, müasir ordunun yaradılması, vətənpərvərlik tərbiyəsi son 20 ildə Azərbaycanın dövlət strategiyasını müəyyənləşdirən amillərə çevrilib. Eyni zamanda, Prezident “yumşaq güc”ün formalaşmasına xüsusi diqqət yetirib. Bu, erməni diasporunun səyləri sayəsində dünyada süni şəkildə yaradılmış antiazərbaycan mifi aradan qaldırmaq və Azərbaycanı qlobal kommunikasiya məkanında obyektiv şəkildə təmsil etmək üçün, ölkə, xalq, onların arzuları haqqında həqiqəti əks etdirən məlumatlar yaymaq üçün lazım idi. Gözümüzün qabağında Bakı, Gəncə, Qəbələ, Şəki çoxsaylı humanitar forumların, müxtəlif beynəlxalq festivalların, irimiqyaslı idman yarışlarının keçirildiyi mərkəzlərə çevrilib. Azərbaycan xalqı tarixin sərt sınağından – yetkinlik imtahanından ləyaqətlə çıxdı. Bu sınaqdan ləyaqətlə və ən az itki ilə çıxmaq üçün müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bizim bütün mədəni, diplomatik, iqtisadi, hərbi potensialımız səfərbər olundu. Düzgün aparılan informasiya siyasəti, Prezidentin mətbuatda proqram xarakterli çıxışları, sistemli vətənpərvərlik tərbiyəsi sayəsində azərbaycanlılara belə bir ideya aşılanıb ki, bu gün Azərbaycan torpağında baş verənlər həyat uğrunda mübarizədir, bu – Vətən müharibəsidir. Cəlil Xəlilov mötəbər mənbələrə istinad edərək diqqətə çatdırır ki, erməni qəsbkarlar ölkəmizə qarşı hərbi təcavüzlə, əzəli Azərbaycan torpaqlarını ilhaq etməklə yanaşı, xalqımıza məxsus qeyri-maddi dəyərləri mənimsəmək və ya onların tarixi mənasını təhrif etmək cəhdlərindən əl çəkmirlər. Məlumdur ki, özlərini “qədim xalq” hesab edən ermənilər təkzibolunmaz tarixi faktlara rəğmən utanıb-qızarmadan özlərini Cənubi Qafqazın aborigenləri kimi təqdim edir və region xalqlarının həm maddi, həm də qeyri-maddi mədəni dəyərlərini özlərininki kimi qələmə verirlər. Cəlilin bir çox əsərlərində Rusiya imperiyası dövründə ermənilərin indiki İran, Suriya və Türkiyə ərazilərindən Cənubi Qafqaza, ilk növbədə Azərbaycan xanlıqlarının torpaqlarına köçürülməsi ilə bağlı tarixi hadisələr şərh edilir. O vurğulayır ki, çar Rusiyası tərəfindən idarə edilən bu miqrasiyanın gözlənilməz nəticələrindən biri həm yerli əhalinin tədricən sıxışdırılması, həm də onların mədəni irsinin məhv edilməsi və ya mənimsənilməsi olub. Cəlil öz fəaliyyətində Heydər Əliyevin vəsiyyət etdiyi multikulturalizm və Azərbaycançılıq konsepsiyalarına sadiqdir. Buna görə təsadüfi deyil ki, Azərbaycanın veteranlar təşkilatı respublikanın rus, ukraynalı, belarus icmaları ilə fəal əlaqələr saxlayır, MDB ölkələrinin səfirlikləri ilə əməkdaşlıq edir. Faşist Almaniyası üzərində qələbəyə Azərbaycanın verdiyi töhfənin layiqincə qiymətləndirilməməsi Cəlili ciddi narahat edir. Həqiqətən, o vaxt Azərbaycandan 700 min nəfər cəbhəyə gedib, onların yarısı döyüş meydanlarında qəhrəmancasına həlak olub. Böyük Vətən Müharibəsi illərində göstərdiyi şücaətlərə görə Azərbaycanın 124 nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı yüksək adına layiq görülüb. Üstəlik, Sovet ölkəsi üçün o çətin günlərdə cəbhəyə neft və neft məhsullarının əsas tədarükçüsü məhz Azərbaycan idi. Ölkədə yanacaq istehsalının 80 faizi Azərbaycan Respublikasının hesabına təmin edilirdi. Bakıda 123 növdən çox silah və sursat istehsal olunurdu. Buna görə, heç də təsadüfi deyil ki, sovet xalqının böyük şücaətinin xatirəsi Azərbaycanda böyük ehtiramla yad edilir. Müharibə veteranlarına qayğı, onların sosial müdafiəsi Cəlil üçün müqəddəs işdir. Onun təşəbbüsü ilə Azərbaycanda “Veterana kömək et” ictimai hərəkatı çərçivəsində demək olar ki, hər bir cəbhəçi himayəyə götürülüb. Gənclərin Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarında xidmətə yola salınmasına həsr edilmiş təntənəli mərasimlərdə veteranların iştirakı, veteranların iştirakı ilə igidlik dərsləri, ədəbi və musiqi müsabiqələrinin keçirilməsi xoş ənənəyə çevrilib. Cəlilin beynəlxalq fəaliyyəti diqqətəlayiqdir. Müxtəlif veteran təşkilatlarının Moskvada, Parisdə, Belqradda keçirilən yığıncaqlarında onun çoxsaylı çıxışları iştirakçılar tərəfindən həmişə böyük maraq və rəğbətlə qarşılanır. O, çıxışlarında göstərir ki, son on ildə Azərbaycan iqtisadiyyatının görünməmiş dərəcədə inkişafı sayəsində nəinki əhalinin həyat səviyyəsinin və yaşam keyfiyyətinin aşağı düşməsini dayandırmaq, hətta bu göstəricilərin artmasını təmin etmək mümkün olmuşdur. Vətəndaş cəmiyyətinin və hüquqi dövlətin inkişafı ilə bağlı dövlət siyasəti müxtəlif separatçı hərəkatların əsaslarını sarsıdıb. Orduya, onun mütəşəkkilliyinə, müasir silah növləri ilə təminatına lazımi diqqət və qayğı göstərilməsi sayəsində ölkənin müdafiə qabiliyyəti artıb. Nəticə etibarı ilə, xarici ekspansiya təhlükəsi aradan qalxıb. Beynəlxalq siyasətdə və digər dövlətlərlə münasibətlərdə adekvat mövqelər müəyyənləşdirilərkən milli maraqlar əsas götürüldüyü üçün ölkənin beynəlxalq aləmdə nüfuzu xeyli artıb. Eyni zamanda, bu çıxışlarda hökmən Xocalı soyqırımı, qaçqınların vəziyyəti, bəzi ölkələrdə faşizmin yenidən baş qaldırması cəhdləri kimi mövzulara toxunulur, dinləyicilər dünyada faşizmin yenidən baş qaldırmasının səbəbləri və bu mənfur hərəkətlərə son qoymaq barədə düşünməyə dəvət edilir. Bu yaxınlarda Cəlilin qələminin məhsulları olan iki maraqlı, dərin məzmunlu kitab nəşr edilib: Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş “Xalqa həsr edilən ömür” kitabı və ali məktəblər üçün “Milli təhlükəsizlik nəzəriyyəsi” dərsliyi. Hər iki kitab Azərbaycanın elmi, pedaqoji və mədəni ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib. Mən bu oçerkdə Cəlil Malik oğlu Xəlilovun irimiqyaslı nəzəri və praktiki işinin yalnız bəzi məqamlarını işıqlandırmağa çalışmışam. Onun ən humanist təsisat olan Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının effektivliyinin artırılmasına yönəlmiş gərgin fəaliyyəti, gündəlik cari işləri kölgədə qaldı. Nizami Məmmədov, fəlsəfə elmləri doktoru, professor, Beynəlxalq Yazıçılar və Publisistlər Birliyinin üzvü    

Hamısını oxu
“Vaşinqton Bəyannaməsi İlham Əliyev diplomatiyasının tarixi zəfəridir”

8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən görüş və həmin görüşün yekununda imzalanmış Birgə Bəyannamə İlham Əliyev diplomatiyasının tarixi zəfəridir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu uğur Cənubi Qafqazda sülh və təhlükəsizliyin möhkəmlənməsini təmin etməklə yanaşı, regional tərəqqi baxımından da böyük imkanlar açdı: “Prezident İlham Əliyevin səyi ilə imzalanan Vaşinqton Bəyannaməsi uzun müddətidi ki, Cənubi Qafqazda mövcud olan hərbi kataklizmlərə, münaqişə və qarşıdurmalara son qoydu. Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə siyasi müstəvidə möhkəmləndi. Cənubi Qafqazda sülh və təhlükəsizlik de-fakto təmin edildi. Vaşinqtonda sülh mətninin paraflanması Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün də ciddi zəmin formalaşdırdı. Ermənistan konstitusiyasıdan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını çıxaracağı təqdirdə, sülh müqaviləsinin imzalanması üçün heç bir ciddi problem qalmayacaq. Vaşinqton Bəyannaməsinin digər bir önəmi Cənubi Qafqazda iqtisadiyyat və sosial rifahın yüksəlməsi üçün yeni imkanlar açması ilə bağlıdır. Belə ki, Azərbaycanla Ermənistan arasında sülh mətninin paraflanması regiona böyük miqdarda investisiyasının cəlb edilməsini, mövcud imkanlardan maksimum şəkildə istifadəni sitimullaşdırdı. Bu isə yalnız Azərbaycanın deyil, bütün regionun adına böyük uğurduyr. Bu misilsiz uğurun müəllifi isə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Əminliklə demək olar ki, 8 Noyabr zəfəri kimi 8 avqust zəfəri də tarixin yaddaşında dövlətimizin böyük, təkrarsız nailiyyəti kimi daim yaşayacaq və hər zaman iftixar hissi ilə yad ediləcək”. Seymur ƏLİYEV  

Hamısını oxu
Millət vəkilləri Sumqayıtın ekoloji təhlükəsizliyi səbəbi ilə bir araya gəldi

  Dünən Sumqayıt şəhərindən Milli Məclisə seçilən deputatlar - Müşfiq Məmmədli, Tahir Mirkişili, Hicran Hüseynova və Emin Hacıyev ilə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev və "Təmiz şəhər" ASC-nin sədri Etibar Abbasov arasında Balaxanıda Bakı bərk məişət tullantılarının yandırılması zavovunda görüş keçirilib.   Görüş zamanı Sumqayıt şəhərində tullantı materiallarının utilizasiyası və emalı ilə bağlı şəhər ictimaiyyətini narahat edən məsələlər, Sumqayıt şəhərində ekoloji vəziyyətin tənzimlənməsi ilə bağlı lazım olan tədbirlərin həyata keçirilməsi üçün zəruri texnologiyaların tətbiqi yönündə fikir mübadiləsi aparılıb. Deputatlar Sumqayıtın hazırkı ekoloji durumu ilə bağlı narahatlıqlarını ifadə ediblər.   Müzakirələrdən sonra deputatlar "Təmiz Şəhər" ASC-nin tərkibində olan Bakı Bərk Məişət Tullantıları Zavodunun, Balaxanı şəhər Tullantılarının zərərsizləşdirilməsi poliqonunun iş prinsipləri ilə əyani şəkildə tanış olublar. Görüşdə həmçinin, deputatlar analoji müəssisələrin Sumqayıt şəhərində də qurulması və tətbiqi ilə bağlı müzakirələr aparmışlar. Daha sonra Balaxanı Sənaye parkında fəaliyyət göstərən rezidentlərlə tanış olub və onların fəaliyyətlərin müşahidə ediblər.   Növbəti görüşün Sumqayıt şəhərində müvafiq icra orqanları ilə keçirilməsi nəzərdə tutulub.  

Hamısını oxu
“İlham Əliyev: Müharibənin qalibi, sülhün müəllifi” kitabının təqdimatı keçirilib

26 noyabr 2025-ci tarixində Respublika Veteranlar Təşkilatında “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, polkovnik Cəlil Xəlilovun   müəllifi olduğu  “İlham Əliyev: Müharibənin qalibi, sülhün müəllifi” kitabının təqdimatı keçirilib. Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, dövlətimizin  müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbir iştirakçılarını salamlayan Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, Ədəbiyyat Fondunun baş direktoru, Əməkdar jurnalist Varis Yolçuyev qonaqlara kitab haqqında qısa məlumat verib, kitabın dünənimiz, bugünümüz və gələcəyimiz baxımından önəmini şərh edib.   Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru, professor, Türk Ağsaqqalları Birliyinin sədri Sudeif İmamverdiyev “İlham Əliyev: Müharibənin qalibi, sülhün müəllifi” kitabının gənclərin vətənpərvərlik tərbiyəsinin inkişafında önəmli rol oynayacağını bildirib. Professor qeyd edib ki, Prezident İlham Əliyevin müharibə və post-müharibə dönəmindəki fəaliyyətindən bəhs edən kitabda dövlətçiliyimizin tarixi baxımından çoxsaylı faktlar yer alıb ki, bu faktların gənc nəsil tərəfindən mənimsənilməsi olduqca vacibdir. Azərbaycan Respublikası “Vəkillər Kollegiyası Tədris Mərkəzinin direktoru  hüquq elmləri doktoru, professor Əmir Əliyev də “İlham Əliyev: Müharibənin qalibi, sülhün müəllifi” kitabının gənc nəslin təlim-tərbiyəsində əhəmiyyətli rol oynayacağına inandığını bildirib. Professor qeyd edib ki, gənc nəsil müasir biliklərə yiyələnməklə yanaşı milli tarixi dərindən bilməli, vətənin maraqlarını qətiyyətlə müdafiə etməyi bacarmalıdır. Filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı - publisist Şərəf Cəlilli isə kitabı polkovnik Cəlil Xəlilovun Prezident İlham Əliyevə sədaqət abidəsi adlandırdı. Şərəf Cəlilli qeyd edib ki, bu kitab bir daha sübut etdi ki, polkovnik Cəlil Xəlilov Ulu öndər Heydər Əliyev ideyalarının,  Prezident İlham Əliyevin çağırış və tövsiyyələrini təbliğ etməkdə, tarixi həqiqətlərimizin gənc nəslə çatdırılması üçün mühüm addımlar atmaqdadır. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsinin dekanı, siyasi elmlər üzrə fəlsəfə doktoru Elnur Əliyev isə çıxışında bildirdi ki, əslində kitabın adı bu kitab və onun məzmunu haqqında hər şeyi deyir və Azərbaycan həqiqətlərinin təbliği bxımından böyük hadisədir. Modern İnkişaf və Ailə İctimai Birliyinin sədri, ictimai xadim Zərifə Quliyeva “İlham Əliyev: Müharibənin qalibi, sülhün müəllifi” kitabını polkovnik Cəlil Xəlilovun xalq qarşısındakı növbəti xidmətlərindən biri kimi dəyərləndirib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.  “Tarixi şəxsiyyətlər” jurnalının baş redaktoru Xəlil Qarəhmədov da kitabın tarixi-siyasi önəminə diqqət çəkib, sözügedən kitabın cəmiyyətdə böyük maraqla qarşılanacağını əminliyini vurğulayıb. Tədbir zamanı Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvü, Birinci Qarabağ müharibəsi və əmək veteranı İmran Əbilov 90 illik yubiley münasibətilə Müdafiə Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən qiymətli hədiyyə ilə mükafatlandırıb. Sonda çıxış edən polkovnik Cəlil Xəlilov tədbir iştirakçılarına təşəkkür edib, Prezident İlham Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı tarix xidmətlərinin heç zaman unudulmayacağını, hər zaman böyük sevgi və minnətdarlıq hissi ilə xatırlanacağını bildirib.

Hamısını oxu