Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“27 sentyabr-Anım Günü xalqımızın dövləti, torpağı, bayrağı uğrunda canından keçməyə hazır olmasının təsdiqi və təsbiti günüdür”

Cəlil Xəlilov: “Anım Günü ilə bağlı sərəncamı alqışlayır, bunu şəhidlərimizə, qəhrəmanlarımıza, xalqımızın mübarizə əzminə verilən ən yüksək qiymət hesab edirəm”

 

Bu gün 27 sentyabr – Vətən müharibəsinin birinci ildönümüdür. Bununla bağlı saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov ölkə başçısının 27 sentyabr – Anım Günü ilə bağlı sərəncamını şərh edib:

 

“27 sentyabr Vətən müharibəsinin başlandığı, Azərbaycan xalqınımn hər bir fərdinin işğaldakı torpaqlarımızı azad etmək üçün birləşdiyi, bir yumruğa çevrildiyi müqəddəs bir gündür. Məhz 27 sentyabr günündən başlayaraq 10 noyabr tarixinə qədər Ali Baş Komandanın rəhbərliyi altında şanlı Azərbaycan ordusu işğaldakı torpaqlarımızı yağı düşməndən azad etdi, dövlətimizin ərazi bütövlüyünü təmin etdi. Bu 44 gün ərzində Prezident İlham Əliyevin səsinə səs verən Azərbaycan xalqı 30 ilə yaxın müddətdə torpaqlarımızı işğal altıdna saxlayan Ermənistanı sözün həqiqi mənasıdna tar-mar edərək ona öz yerini göstərdi. Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan ordusu bütün dünyaya sübut etdi ki, o, özünü, öz sərhədlərini, ərazi bütövlüyünü qorumağa qadirdir və heç bir qüvvə onun iradəsinə qarşı gələ, onu susdura bilməz.

 

27 sentyabr həm də Anım Günüdür. Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il sərəncamı ilə hər il 27 sentyabr tarixi Anım Günü kimi qeyd ediləcək. 27 sentyabrın Anım Günü kimi qərarlaşması hər şeydən öncə prezidentimizin, dövlətimizin, xalqımızın şəhidlərimizə, ərazi bütövlüyümüz uğrunda həyatını itirən vətəndaşlarımızın ruhuna sonsuz sevgi və ehtiramının təzahürüdür. Bu, həm də xalqımızın qəhrəmanlığının əbədiləşdiyi, onun öz dövləti, öz torpağı, öz bayrağı uğrunda canından keçməyə daim hazır olduğunun təsdiqi və təsbiti günüdür. Məhz 27 sentyabr tarixində minlərlə Azərbaycan övladı vətənin səsinə səs verərək qanlı döyüş meydanına atılmış, öz qəhrəmanlıqları ilə sözün həqiqi mənasında tarix yazmışdı. Heç şübhəsiz ki, illər, əsrlər sonra da Azərbaycan  ordusunun bu böyük qalibiyyəti, bu misilsiz zəfəri tarixin yaddaşında yaşayacaq və xalqımız tərəfindən qürur hissi ilə yad ediləcək”.

 

Sədr müavini dövlətimiz tərəfindən Vətən müharibəsində şəhid olan qəhrəmanların xatirəsinin ən müxtəlif üsul və vasitələrlə əbədiləşdirildiyini, bu prosesin bu gün də davam etdiyini vurğuladı:

 

“Bildiyiniz kimi, ölkə başçısı bütün çıxışlarında şəhidlərimizi ehtiramla yad edir, bu tarixi zəfərə görə onlara minnətdar olduğumuzu vurğulayır. Məhz Prezident İlham Əliyevin göstərişi və tövsiyyələri əsasında şəhidlərimizin xatirəsi bütün ölkə ərazisində əbədiləşdirilməkdə, onların adı müxtəlif küçə və məktəblərə verilməkdədir. Müharibə qəhrəmanlarının büstlərinin ucaldılması, barilyeflərinin hazırlanması, onların döyüş yolu haqqında ictimaiyyətə, xüsusilə də gənc nəslə geniş məlumat verilməsi də dövlətimizin şəhdilərimizə olan sevgi və ehtiramından xəbər verir. Bəzi rayonlarda Qəhrəmanlar Parkının yaradılması da şəhidlərimizin ölümsüz xatirəsinin yaşadılmasına, habelə onların təbliğinə xidmət edir”.

 

Cəlil Xəlilov şəhid və qazilərimizin 44 günlük savaş salnaməsində göstərdikləri qəhrəmanlıqla bütün dünyanı heyrətləndirdiyinə də diqqət çəkdi:

 

“Hər kəsə məlum olduğu kimi, Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində  göstərdiyi qəhrəmanlıqlar, ortaya qoyduğu əzm və cəsarət, eyni zamanda hərbi səriştə bütün dünyanın heyrətinə səbəb oldu. Hansı ki, dünyanın hərbi baxımdan ən inkişaf etmiş dövlətləri, o cümlədən ABŞ başda olmaqla bir sıra NATO dövlətləri Azərbaycan ordusunun Vətən müharibəsindəki hücum taktikasını öyrənməkdə, onun bu müharibədə sərgilədiyi nailiyyətləri hərbi-elmi baxımdan təhlil etməkdədirlər. Dünyanın ən məşhur hərbi ekspertləri, o cümlədən hərbi institutları etiraf edir ki, Vətən müharibəsində Azərbaycan hərbçilərinin sərgilədiyi taktika, əməli müstəvidə dəqiqliklə reallaşdırlan ildırımsürətli müharibə strategiyası, o cümlədən çətin və mürəkkəb coğrafi relyefdə uğurlu hərbi əməliyyatlar keçirmək bacarığı müasir dünya hərbi üçün ciddi yenilikdir. Bu, Azərbayca ordusunun gücünün, Azərbaycan hərbçilərinin yenilməzliyinin etirafıdır.

 

Bu baxımdan, 27 sentyabr Anım Günü ilə bağlı sərəncamı alqışlayır, bunu şəhidlərimizə, qəhrəmanlarımıza, xalqımızın mübarizə əzminə verilən ən yüksək qiymət hesab edirəm.

 

Onu da qeyd edim ki, ölkə başçısı Anım Günü ilə bağlı xalqa müraciətində bu gün Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməlinin qoyulacağını bildirdi. Bu, həm şəhidlərimizin xairəsinin, həm də şanlı zəfərimizin əbədiləşdirilməsi deməkdir və xalqımız tərəfindən məmnunluqla qarşılanmaqdadır. İllər, əsrlər sonra da Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi hər bir vətəndaşımız tərəfindən ehtiram və və qürur hiss ilə yad ediləcək, şəhdilərimizin xatirəsi hörmətlə anılacaqdır”.

 

2021-09-27 11:29:00
1411 baxış

Digər xəbərlər

Dövlət Xidməti 102 yaşlı veteranı təltif etdi

9 May – faşizm üzərində qələbə günü ərəfəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında görüş keçirilib. Görüş zamanı Dövlət Xidməti rəisinin müavini general-leytenant Mayıl Şahverdiyev təşkilatın sədri Fatma Səttarovaya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimovun təbrikini çatdırıb. Mayıl Şahverdiyev qələbənin əldə olunmasında Azərbaycan xalqının böyük töhfəsi və rolunun olmasını, həmvətənlərimizin İkinci Dünya müharibəsində göstərdikləri qəhrəmanlığın gənc nəslə vətənpərvərlik nümunəsi olduğunu qeyd edib. Təşkilatın sədri Fatma Səttarova İkinci Dünya müharibəsində faşizm üzərində qələbə günü ilə bağlı veteranlarla görüşlərin əhəmiyyətini vurğulayıb və onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Görüşün sonunda vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsində və vətənpərvərlik təbliğatında göstərdiyi xidmətlərə görə Fatma Hüseyn qızı Səttarova “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)” yubiley medalı ilə təltif edilib.                

Hamısını oxu
Qürur və ehtiramla anırıq!

Hamısını oxu
İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanında

Dekabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şəhidlər xiyabanında olub və şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil, Birinci vitse-prezident Mehriban Əliyeva gül dəstəsi qoyublar. Azərbaycanın dövlət himni səsləndirilib.

Hamısını oxu
Abşeron rayonunda şəhid ailələri və qaziləri üçün Novruz şənliyi keçirildi

Veteran.gov.az xəbər verir, Abşeron rayonunda Novruz bayramı ilə əlaqədar olaraq ümumrayon bayram şənliyi keçirilmişdir. Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalandakı Mədəniyyət Evində baş tutan şənlikdə Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak etmişdir. Dədə Qorqud və Bahar qızının iştirtakçıları salamlaması, xeyir-duası, yazın gəlişini müjdə verməsi abşeronluların əhvali-ruhiyyəsinə bayram ovqatı qatmışdır. Sonra şəhid Elşad Həsənovun oğlu Səid Həsənlinin, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayevin və qazi Vasif Allahverdiyevin iştirakı ilə bayram tonqalı qalanmışdır. Meydanda alovlanan tonqal qədim Oğuz yurdunun bir parçası olan Abşeronda Novruz şənliyinin ən maraqlı məqamlarından biri olmuşdur. Kosa ilə Keçəlin müşayəti ilə müxtəlif mahnılar oxunmuş, xalqımızın birliyinin rəmzi olaraq Yallı rəqsi oynanılmışdır. Bundan sonra Abşeronun müəllim kollektivlərinin hazırladıqları bayram guşələrinə baxış keçirilmişdir. Xalqımızın milli–mənəvi dəyərlərini özündə ehtiva edən müxtəlif oyunlar, zarafatlar, ümumtəhsil məktəblərinin novruzun və xalqımızın qədim milli ənənələri ilə bağlı hazırladıqları ədəbi-bədii kompozisiyaları, şerləri, folklor kollektivlərinin maraqlı çıxışları, xalçalar, şagirdlərin əl işlərindən ibarət rəsm sərgiləri, milli mətbəximizin ləziz təamları bayram tədbirinin iştirakçıları tərəfindən rəğbətlə qarşılanmışdır. Milli geyimli qızlar bayram xörəklərini nümayiş etdirmiş, şənlik iştirakçılarını şirniyyata qonaq etmişlər. Tədbirin rəsmi hissəsində çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid ailələrini və qaziləri Novruz bayramı münasibəti ilə təbrik edərək bildirilmişdir ki, ölkəmizdə Novruz bayramı artıq daha coşqu, daha möhtəşəm qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində qazandığımız zəfər xalqımızın başını uca etmiş, 30 il işğal altında olan dədə-baba yurdlarımızda bayram tonqalları qalamaqla nəticələnmişdir. Şəhidlərimizin, qazilərimizin və ümumilikdə ordumuzun sayəsində vətənimizin ərazi bütövlüyü təmin olunmuşdur. Respublikamızın bütün ərazilərində olduğu kimi Abşeron rayonunda da şəhid ailələrinə və qazilərə böyük diqqət və qayğının göstərildiyini qeyd edən başçı bunun dövlət siyasəti olduğunu vurğulamışdır. Şəhid ailələri və qazilər həyatlarının hər bir anında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın qayğısını hiss etməkdədirlər. Daha sonra Abşeron Ağsaqqallar Şurasının sədri Nadir Ağayev, Vətən Müharibəsi Qəhrəmanı şəhid Veysəl Musibovun anası Səməngül Musibova, şəhid Nurlan Mustafayevin həyat yoldaşı Günay Mustafayeva, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev və qazi Vasif Allahverdiyev çıxış edərək Azərbaycan xalqını təbrik etmiş, şəhid ailələrinə və qaziləırə göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqları ifadə etmişlər. Sonda tanınmış incəsənət xadimləri və Abşeron Mədəniyyət Evinin kollektivi tərəfindən konsert proqramı təqdim edilmişdir.  

Hamısını oxu