Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Respublika Veteranlar Təşkilatında tədbir keçirilmişdir

Cari il avqust ayının 2-də Respublika Veteranlar Təşkilatında Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsində (referendumda) təşviqat qrupu qismində iştirak etmək üçün Respublika Veteranlar Təşkilatı tərəfindən təşəbbüs qrupunun yaradılması məqsədilə təşəbbüsçülərin yığıncağı keçirilib. Yığıncaqda 250 ilkin təşəbbüsçünü təmsil edən 90 nümayəndə iştirak edib. Tədbiri giriş sözü ilə açan Azərbaycan Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq referendumun 2016-cı il sentyabrın 26-na təyin edilməsi, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına ümumxalq səsverməsinin bu Sərəncamda göstərilən tarixdə keçirilməsinin təmin edilməsi ilə əlaqədar zəruri tədbirlərin həyata keçirilməsinə başlandığını və bununla əlaqədar ölkənin ictimai təşkilatlarında, idarə və müəssisələrdə Təşəbbüs qruplarının yaradılmağa başlandığını bildirib. Respublika Veteranlar Təşkilatının öz sıralarında veteranlar ordusu kimi böyük bir qüvvəni birləşdirən ictimai təşkilat olaraq referendumda fəal iştirak edəcəyinə əminliyini ifadə edən Cəlil Xəlilov bunun üçün müvafiq Təşəbbüs qrupunun yaradəlmasını təklif etmişdir. Tədbirdə şıxış edən Respublika Veteranlar Təşkilatının şöbə müdiri ehtiyatda olan polkovnik Adil Haqverdiyev, təşkilatın nümayəndəsi Əliş Əliyev, Nəsimi rayon veteranlar təşkilatının sədri, İkinci dünya müharibəsi iştirakçısı İsmayıl Fərəcov və başqaları referendumun Azərbaycanda siyasi islahatlar, ölkənin daha etibarlı sabahı baxımından əhəmiyyətindən danışmış Təşəbbüs qrupunun fəal iş aparması üçün əllərindən gələni əsirgəmiyəcəklərini bildirmişlər. Təşəbbüsçülərin yığıncağında Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq təşəbbüs qrupunun 20 nəfər səlahiyyətli nümayəndəsi təyin olunmuşdur. Eynii zamanda yaradılan Təşəbbüs qrupunun qeydiyyatdan keçməsi məqsədilə Mərkəzi Seçki Komissiyasına bildiriş təqdim edilməsi barədə qərar qəbul olunmuşdur.

2016-08-02 00:00:00
3571 baxış

Digər xəbərlər

“Sağlam və xoşbəxt uşaqlar” layihəsi həyata keçirilib

Veteran.gov.az xəbər verir ki, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə TƏBİB, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Respublika Pediatriya Mərkəzinin dəstəyi, Yeni Klinikanın təşkilatçılığı ilə “Sağlam və xoşbəxt uşaqlar” layihəsi həyata keçirilib. Layihə çərçivəsində uşaqlar üçün tibbi müayinələr və müxtəlif maarifləndirici sessiyalar təşkil olunub. Tədbirin əsas məqsədi uşaqlarda erkən diaqnostikanın təşviqi, eləcə də valideynlərin tibbi maarifləndirilməsinə dəstək göstərilməsi olub. Bakı Fotoqrafiya Evində keçirilən tədbirdə həkim-mütəxəssislər tərəfindən pediatrik, oftalmoloji və otorinolarinqoloji müayinələr aparılıb, uşaqların sağlamlıq vəziyyəti qiymətləndirilib. Eyni zamanda valideynlərə profilaktik tədbirlər və sağlam həyat tərzi ilə bağlı tövsiyələr verilib. Bununla yanaşı, iştirakçılar üçün maarifləndirici sessiyalar təşkil olunaraq uşaq üçün təhlükəsiz ev mühiti, rəqəmsal asılılıq, uşaqlarda sağlam inkişaf, düzgün qidalanma, fiziki aktivlik və digər mövzularda məlumatlar təqdim edilib. 50-yə yaxın uşağın iştirak etdiyi layihə çərçivəsində müxtəlif oyunlar, əyləncəli proqramlar və yaradıcı fəaliyyətlər də təşkil olunub. Balacalar həm də xoş, rəngarəng və yaddaqalan anlar yaşayıb.  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Ağdam Rayon Təşkilatı şəhid ailələri və qazilərlə görüş keçirib

Veteran.gov.az xəbər verir ki, 13-14 mart 2024 cü il tarixində Ağdam rayonu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Ağdam rayonunda Birinci və İkinci Qarabag müharibəsi şəhidlərinin ailə üzvüləri, qazilərlə görüşlər keçirib. Görüşdə Agdam rayon Veteranlar Təşkilatının Sədri Elşən Zeynalov, Təşkilatın sədr müavini Mürsəl Rüstəmov, üzvüləri Rafayıl Zeynalov, Siyavuş Hacıyev, Fəqan Mehtiyev, Novruz Cəfərov, Qafar Axundov iştirak ediblər. Onlar şəhid Alışov Mehmanın övladı Alışov Elməddin Mehman oglunu, şəhid Cahangir Kərimovun anası Zərifə müəlliməni, şəhid Nəsirov İlham Umud oglunun həyat yoldaşı Əmirova Gülnarə Qaytaran qızını, şəhid Bəylərov Bəylərin həyat yoldaşı Bəylərova Bəsti xanımı, şəhid Əhmədov Səyyafın həyat yoldaşı Əhmədova Qumru Yolçu qızını, şəhid Əliyev Elmirin həyat yoldaşı Əliyeva Zümrüd xanımı, şəhid Allahverdiyev Tahirin həyat yoldaşı Allahverdiyeva Nərgiz xanımı, şəhid anası Zeynalova Rayanı, qazi Qurbanlı Məhəbbəti qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik ediblər, onlaraNovruz bayramı payı təqdim ediblər. Şəhid ailəsi üzvüləri dövlətimizin, Ağam Rayonu İcra Hakimiyətinin və Ağdam Rayon Təşkilatından diqqət və qaygısının onların üzərində olduqlarını bildiriblər.  

Hamısını oxu
General Əli Nağıyevdən həmkarlarına çağırış: Təhlükəsizliyin “Azərbaycan modeli” qlobal xilas yolu kimi...

DTX rəisinin beynəlxalq tədbirdəki çıxışı böyük maraq və təqdirlə qarşılanıb Xəbər verdiyimiz kimi, mayın 26-da Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev Rusiya Federasiyasının (RF) İrkutsk vilayətində keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 58-ci iclasında iştirak edib. Tədbirdə təhlükəsizliklə bağlı mövcud problemlərə toxunan general Əli Nağıyev, bu problemlərlə mübarizə üsullarından da bəhs edib, bununla bağlı konkret təkliflər səsləndirib. General bildirib ki, beynəlxalq sabitliyə, nəqliyyat və kommunikasiya xətlərinin təhlükəsizliyinə yaranmış çoxsaylı təhdidlərə qarşı ən effektiv mübarizə üsulu qarşılıqlı əlaqələri gücləndirmək, əməkdaşlıq səylərini artırmaqdır. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman öz çıxışlarında beynəlxalq aləmdə sülh və təhlükəsizlikə bağlı artan təhlükələrə qarşı mübarizənin ən effektiv yolunun qlobal həmrəylik və əmədkaşlıq olduğunu bildirib. Dövlət başçısı qeyd edib ki, məhz birgə səylər, səmimi əməkdaşlıq və ciddi həmrəylik dünyamızı təhdid və təhlükələrdən hifz edə, sülh və sabitliyi təmin edə bilər. Bu gün dünyamızda baş verən problemlərin milli sərhədləri aşması, qlobal  arakter alması faktı sübut edir ki, həqiqətən də məlum problemlərlə mübarizənin ən effektiv yolu beynəlxalq əməkdaşlıq və həmrəylikdir. Prezident İlham Əliyevin müəllifi olduğu təhlükəsizliyin “Azərbaycan modeli” bu gün müharibə, münaqişə və terrordan əziyyət çəkən dünyamız üçün yeganə xilas yoluna çevrilib. Hansı ki, general Əli Nağıyev beynəlxalq tədbirdəki çıxışında məhz bu faktora diqqət çəkib, həmrəylik və əməkdaşlıq zərurətinin hər ötən gün artdığını vurğulayıb. Onu da qeyd edək ki, Azərbaycan dövləti beynəlxalq terrorizmə qarşı mübarizədə daim xüsusi aktivlik nümayiş etdirib, digər dövlətlərin anti-terror səylərini dəstəkləmək, bu mübarizədə yaxından iştirak etməklə qlobal sabitliyə böyük töhfələr verib. Lakin bu gün beynəlxalq terrorizmə qarşı mübarizədə daha ciddi nəticələrin əldə edilməsi üçün Azərbaycanın əməkdaşlıq səylərinin digər dövlətlər tərəfindən daha miqyaslı dəstəklənməsinə ehtiyac var. Bu baxımdan DTX rəisi Əli Nağıyevin MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 58-ci iclasında böyük maraqla qarşılanan çıxışı bu coğrafiyada terrorizmə qarşı mübarizədə yeni bir mərhələnin başlanğıcı ola bilər. Bunun üçün üzv dövlətlərin bu çağırışdan lazımi nəticələr çıxarması, terrorizmə qarşı mübarizədə həmrəylik və əməkdaşlıq səylərini artırması kifayətdir. Seymur ƏLİYEV

Hamısını oxu
“Ermənistan Cənubi Qafqazı Qərbin plasdarmına çevirməyə çalışır”

Cəlil Xəlilov: “Region dövlətləri İrəvanın bu siyasətinə etiraz etməlidir”   “Ermənistan Avropa İttifaqı missiyasını, Fransa, ABŞ hərbi təlimatçılarını regiona cəlb etməklə Cənubi Qafqazı faktiki olaraq Qərbin plasdarmına çevirməyə çalışır”.   Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvəlıər Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Vətən müharibəsindən sonra kənar qüvvələri həvəslə Ermənistana dəvət edən İrəvan, bununla regionda hərbi-siyasi status-kvonu süni şəkildə dəyişməyə çalışır:   “Təbii ki, İrəvanın Qərbi Ermənistana dəvət etməsində məqsəd regionda möhkəmlənməyə çalışan bu qüvvələrin vasitəsilə bölgədə qüvvələr nisbətini dəyişmək, onların dəstəyi ilə nələrəsə nail olmaqdır. Halbuki, Ermənistanı həvəslə silahlandıran və ona dəstək xarakterli bəyanatlar verən dövlətlərin əsl niyyəti sadəcə, regionda möhkəmlənməkdən, öz maraqlarını təmin etməkdən ibarətdir. Bunun xaricində, Ermənistan və onun aqibəti heç kim üçün maraqlı deyil. İrəvan isə bu həqiqəti anlamaq və qəbul etmək iqtidarında olmadığı üçün Qərbin hər bir avantürasını dəstəkləyir, bunu ona verilən qiymət hesab edir.   Düşünürəm ki, Ermənistanın kənar gücləri, təxribatçı qüvvələri bölgəyə gətirməsi yalnız ölkəmizin deyil, bütün region dövltələrinin maraqlarına ziddir. Buna görə də rəsmi İrəvanın bu siyasətinə bütün region dövlətləri etiraz etməli, bu siyasətdən imtina etməsi üçün İrəvana təzyiq göstərməlidir.   İran və Rusiya ilə qarşıdurma vəziyyətində olan Qərbin Cənubi Qafqazdakı hərbi mövcudluğu regiona gərginlikdən, qeyri-müəyyənlikdən başqa heç nə vəd etmir. Bu isə bütün region dövlətləri kimi Ermənistanın öz mənafeyinə də ziddir”.

Hamısını oxu