Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Valideynlər pandemiyanın bitmədiyini nəzərə almalı, məsuliyyətlə davranmalıdır”

Tamam Cəfərova: “Sabahın mənzərəsi bu gün özümüzü necə aparacağımızdan asılıdır”

 

Son günlər ali təhsil müəssisələrinin fəaliyyətə başlaması universitetlər qarşısında ciddi sıxlığın yaranması ilə müşahidə edilməkdədir. Buna səbəb isə COVİD-19 pasportunun yoxlanılması prosesinin bəlli bir zaman alması, nəticədə universitet qarşısında sıxlığın artmasıdır.

 

Bəs problemdən çıxış yolu nədədir? Koronavirus təhlükəsinin davam etdiyi bir zamanda ortaya çıxan bu sıxlığı necə ortadan qaldırmaq olar?

 

Veteran.gov.az-a açıqlama verən millət vəkili Tamam Cəfərova mövcud situasiyada hər bir vətəndaşın məsuliyyətlə davranmasının zəruri olduğunu bildirib:

 

“Universitetlər qarşısında son günlər yaranan sıxlığın əsas səbəbi ali məktəbə bu il qəbul olunan və birinci kursda təhsil alacaq tələbələrin bir çoxunun universitetlərə valideynləri, yaxud yaxın qohumlarının müşayiəti ilə gəlməsidir. Halbuki, valideynlər də anlamalıdır ki, pandemiya bitməyib, koronovirus təhlükəsi davam edir.  Buna görə də hansısa tələbəni müşayiət etməklə universitet qarşısında sıxlıq yaratmaq olmaz. Bu, elə valdieynlərin özü üçün də təhlükəlidir. Ümumiyyətlə, pandemiyanın davam etdiyi müddət ərzində hər kəs maksimum diqqətli olmalı, sosial məsafə amilinə ciddi əməl etməlidir. Unutmaq olmaz ki, sabahın mənzərəsi bu gün bizim özümüzü necə aparacağımızdan asılıdır”.

 

Millət vəkili qeyd edib ki, universitetlər qarşısında sıxlığı azaltmağın daha bir yolu daha çevik yoxlanış sisteminin tətbiqi ola bilər:

 

“Hər gün universitetlərə minlərlə tələbə və müəllim üz tutur ki, onların hamısının qısa zaman kəsimində yoxlanması praktiki olaraq mümkün deyil. Sıxlığı yaradan amillərdən biri də məhz bununla bağlıdır. Buna görə də COVİD-19 pasportunun yoxlanılmasında daha çevik mexanizmlərin tətbiqi sıxlığı azaltmaq yolunda mühüm addım ola bilər. Bunun üçün isə ali təhsil müəssisələri lazımi texniki avadanlıqlarla təmin edilməli, yoxlamaların daha mobil və sürətli şəkildə təşkili təmin olunmaldır. Hansı ki, bu məsələdə əlaqədar dövlət qurumlarının təhsil müəssisələrinə texniki dəstək verməsi, onları gərəkli avadanlıqlarla təmin etməsi vacibdir. Hesab edirəm ki, bu və bu kimi amilləri nəzərə almaqla sıxlığın qarşısını almaq mümkündür”.

 

Seymur ƏLİYEV

 

 

2021-09-30 16:23:00
1172 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatının Rəyasət heyətinin növbəti iclası keçirilib

Mart ayının 6 –da Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclası açıq elan edən Təşkilatın sədri general-polkovnik Tofiq Ağahüseynov 2019-cu ildə görülən işlər və qarşıda duran məsələləri müzakirə edib, Təşkilatın fəaliyyətini yüksək qiymətləndirib. T.Ağahüseynov bu il cənab prezident İlham Əliyevin əhalinin sosial müdafiəsi haqqında imzaladığı sərəncamlardan danışıb. Bu qanun layihələrində veteranların nəzərə alınmasını onların hər zaman dövlətin diqqət və qayğı ilə əhatə olunduğunu bir daha sübutu olduğunu vurğulayıb. Məruzə ilə çıxış edən Respublika Veteranlar Təşkilatın sədr müavini Cəlil Xəlilov 2019-cu ilin ilk iki ayı ərzində təşkilatın  həyata keçirdiyi tədbirlər, görüşlər haqqında məlumat verdi. Gənclərin vətənpərvərlik tərbiyəsi istiqamətində işlərin daha da gücləndirilməsinin zəruriliyini, vətənpərvərlik sahəsində xüsusi proqramların hazırlanması, ali təhsil müəssisələrində gənclərlə görüşlərin keçirilməsi, veteranların sülhün, dövlətçiliyin təbliğində aktiv iştirakının təmin edilməsi və bu kimi məsələri diqqətə çatdırdı. Həmçinin 9 May Qələbə Gününə hazırlıq, Qələbənin 75 illik yubileyinə dair tədbirlər planının layihəsinin hazırlanması və digər gündəlikdə duran məsələlər ətrafında danışdı. Digər çıxış edənlər Respublika Veteranlar Təşkilatı fəaliyyətində dövlət siyasətini təbliğ etdiyini və təşkilatın üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəldiyini bildirdilər. Sonda ehtiyatda olan polkovnik Nadir İsmayılovun Təşkilatın Rəyasət heyətinə üzvlüyü səsə qoyuldu və yekdilliklə qəbul edildi.

Hamısını oxu
İlham Əliyev 1 saylı seçki məntəqəsində səs verib

Yanvarın 29-da Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 1 saylı seçki məntəqəsində səs verib. Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçdi və sonra bülleteni qutuya saldı. Qeyd edək ki, Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 1 saylı seçki məntəqəsində 576 seçici qeydiyyata alınıb. Bu seçki dairəsi üzrə 31 namizəd mübarizə aparır.

Hamısını oxu
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə 30 avqust Zəfər bayramı münasibəti ilə tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı, Omar Atçılıq Klubu, Azərbaycan mədəniyyəti, Bakı Nəqliyyat Agentliyi, Diplomatiya könüllüləri, Badamlı, Shams Group Azerbaycan, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası, Benilüks Azərbaycanlıları Konqresi, Bakıtorpaq Layihə Smeta Bürosu, Bakı tikiş evi,  Azerco,  "H" music, Ritm Rəqs qrupunun tərəfdaşlığı ilə 30 Avqust 2021-ci il tarixində Azərbaycan -Türkiyə qardaşlığının tarixi və bu gününü, əbədiyaşarlığını ifadə edən Türkiyənin Zəfər bayramı münasibətilə açıq hava şəraitində tədbir keçirildi.   Tədbirdə Dövlət rəsmiləri, Millət vəkilləri, Türk iş adamları, tanınmış ictimaiyyət nümayəndələri, Şəhid ailələri və Qazilər, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin idarə heyəti iştirak iştirak etdilər.   Tədbirdə çıxış edənlər Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin tarixi və bu gününə nəzər salaraq qeyd etdilər ki, Avqustun 30-u Türkiyə tarixinin ən önəmli günlərindən biri - Zəfər bayramıdır. Natiqlər bildirdilər ki, bu Zəfər bayramının ölkəmizdə təntənəli şəkildə keçirilməsi 44 günlük Vətən müharibəsi dövründə Türkiyə rəhbərliyinin Azərbaycana göstərdiyi ictimai- siyasi dəstək fonunda olduqca əhəmiyyətlidir. Bütün çıxışlarda hər ikisinin soy kökü bir olan qardaş Türk dövlətləri olaraq Azərbaycanda və Türkiyədə davamlı şəkildə bu cür ictimai-siyasi, tarixi əhəmiyyətli tədbirlərin keçirilməsinin vacibliyi xüsusi olaraq vurğulandı.   Tədbirlə bağlı Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal mətbuata açıqlamasında qeyd etdi ki, 1922-ci il avqustun 30-da Türkiyə ordusu Mustafa Kamal Paşanın komandanlığı altında Qurtuluş savaşının taleyini həll edəcək zəfər qazanaraq ölkənin cənub-qərbini yunan işğalından azad edib.   30 avqust zəfəri Türk xalqının və Türkiyənin tarixində yeni bir səhifə açıb.Bu zəfər sayəsində Sevr sazişi tarixin zibilliyyinə atıldıqdan sonra 1923-cü il oktyabrın 29-da Mustafa Kamal Paşa Türkiyə Cümhuriyyətini elan edib.   Qəhrəman türk əsgəri 1918-ci ildə öz zəfər bayrağını Azərbaycan torpaqlarında da dalğalandırıb və xalqımızı rus-erməni qoşunlarının həyata keçirdiyi soyqırım aktlarından xilas edib. Azərbaycan Cümhuriyyəti həm də türk əsgərinin zəfərinin əsəridir və xalqımız dünya durduqca bunu unutmayacaq.   Zamin Zeynal onu da bildirdi ki, Türkiyənin Zəfər bayramı ölkəmizdə ilk dəfə keçirilib. Zəfər bayramını keçirməkdə əsas məqsəd Azərbayacan Prezidenti cənab İlham Əliyevin və Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Bir millət, iki dövlət tarixi qardaşlıq və dostluq münasibətlərinə ictimai töhfə verərək, soydaşlıq borcunu yerinə yetirməkdir.   Qardaş Türk xalqının Zəfər bayramının Azərbaycanda təntənəli şəkildə keçirilməsi Odlar Yurdu Azərbaycandan Türk dünyasına birlik, qardaşlıq, dostluq və əməkdaşlıq mesajını verməkdir. Zəfər bayramın mübarək Türkiyə Azərbaycan!  

Hamısını oxu
Azərbaycan Ordusunun bölmələri düşmənin daha bir neçə hərbi texnikasını məhv edib

Azərbaycan Ordusunun bölmələri düşmənin hava hücumundan müdafiə vasitələrini və yaylım atəşli reaktiv sistemlərini məhv edib. Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Müdafiə Nazirliyinin mətbuat xidməti düşmən ordusuna məxsus texnikanın məhv edilməsi ilə bağlı görüntüləri paylaşıb.

Hamısını oxu