Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İlham Əliyev 1 saylı seçki məntəqəsində səs verib

Yanvarın 29-da Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 1 saylı seçki məntəqəsində səs verib.

Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçdi və sonra bülleteni qutuya saldı.

Qeyd edək ki, Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 1 saylı seçki məntəqəsində 576 seçici qeydiyyata alınıb. Bu seçki dairəsi üzrə 31 namizəd mübarizə aparır.

2025-01-29 12:02:50
3594 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatının sədri qazilərlə görüşüb.

Bu gün Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova 44 günlük Vətən müharibəsində iştirak edən bir qrup qazi ilə görüş keçirib.   Respublika Veteranlar Təşkilatında baş tutan görüşdə gənclərimizin Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa diqqət çəkən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, 44 günlük Vətən müharibəsinin Azərbaycanın son 200 illik tarixində əlahiddə yer tutduğunu, bu müharibə nəticəsində ərazi bütövlüyümüzün bərpa edildiyini, Qarabağın 30 illik işğaldan azad edildiyini vurğulayıb. Polkovnik bildirib ki, Azərbaycan ordusunun 44 gün ərzində ortaya qoyduğu sürətli hücum əməliyyatı, müasir hərbi texnologiyanın effektiv tətbiqi, düşmənin möhkəmləndirilmiş müdafiə sədlərinin qısa zamanda yarılması dünyanın hərbi baxımdan ən çox inkişaf etmiş dövlətlərini belə heyrətləndirməkdədir.   Polkovnik gənc qaziləri bundan sonra da ölkə başçısının siyasətini, çağırışlarını qətiyyətlə dəstəkləməyə səsləyib.   Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova da çıxışında ordumuzun şanlı qalibiyyətindən, bu qalibiyyətin əhəmiyyətindən ətraflı danışıb, onun hərbi-siyasi və tarixi önəminə toxunub. Gəncliyin bundan sonra da vətənimizin keşiyində məhz bu cür dayanmalı olduğunu vurğulayan Fatma Səttarova, Ali Baş Komandanın hərbçilərə, şəhid ailələri və qazilərə dəstəyini də yüksək qiymətləndirib. 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun düşmənə diz çökdürdüyünü bildirən Fatma Səttarova, Azərbaycan əsgəri ilə fəxr etdiyini söyləyib.   Daha sonra çıxış edən Respublika Veteranlar Təşkilatlarının şöbə müdirləri 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun şanlı qalibiyyətindən danışıb, ölkə başçısının müharibə veteranlarına, qazi və şəhid  ailələrinə diqqətini yüksək qiymətləndirib.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu
8 Noyabr Zəfər Günü münasibəti ilə Abşeron və Binəqədi inzibati rayonlarının kəsişdiyi dairəvi yol yaşıllığa qərq edilib

  Moderator.az xəbər verir ki, 8 Noyabr Zəfər Günü münasibəti ilə Abşeron və Binəqədi inzibati rayonlarının kəsişdiyi dairəvi yol yaşıllığa qərq edilib. Azərbaycan ordusunun Vətən müharibəsindəki qalibiyyətinin birinci ildönümü münasibəti ilə yol qovşağındakı dairəvi meydançaya çoxlu sayda güllər əkilib, habelə həmin ərazinin işıqlandırılması təmin edilib. Həmçinin, yol qovşağı Azərbaycan və qardaş Türkiyənin dövlət bayraqları ilə bəzədilib.   Bundan başqa, yol kənarlarına çoxlu sayda çinar, habelə ekzotik kol və dekorativ ağaclar əkilib.Yolun kənarı Azərbaycanın dövlət bayrağının rənglərinə uyğun şəkildə işıqlandırılıb.   Görülən işlər vətəndaşlar tərəfindən böyük maraq və məmnunluqla qarşılanıb. Vətəndaşlar hesab edir ki, Zəfər Gününün bu cür faydalı ekoloji aksiya ilə qeyd edilməsi şanlı qələbəmizə ehtiram əlaməti olmaqla yanaşı, təbiətin qorunması, ekoloji mühitin yaxşılaşdırılması baxımından da mühüm əhəmiyyətə malikdir. Hansı ki, ölkə başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu istiqamətdə həyata keçirdiyi layihələr, atdığı addımlar hər bir vətəndaşa nümunədir. Redaksiyamızın əldə etdiyi məlumata görə, Abşeron və Binəqədi inzibati rayonlarının kəsişdiyi dairəvi yolun yaşıllaşdırılması təşəbbüsü təbiətsevər Cəlil Nağıyevə məxsusdur. Qeyd edək ki, Cəlil Nağıyev bundan öncə də oxşar təşəbbüslərlə çıxış edib, baxımsız ərazilərin abadlaşdırılması, yaşıllıqların salınması prosesinə böyük töhfələr verib.   Seymur ƏLİYEV  

Hamısını oxu
ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova Fəxri Fərmanla təltif olunub

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü Mahirə Nağı qızı Hüseynova Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən Fəxri Fərmanla təltif edilib. Təltif Mahirə Hüseynovanın Azərbaycan Respublikasının ictimai həyatında və pedaqoji sahədə uzunmüddətli səmərəli elmi fəaliyyətinə, eləcə də gənclər arasında vətənpərvərlik tərbiyəsi işinin təşkili və həyata keçirilməsində Veteranlar Təşkilatı ilə məhsuldar əməkdaşlığına görə verilib. Professor Mahirə Hüseynovanı bu təltif münasibətilə səmimi-qəlbdən təbrik edir, ona yeni yaradıcılıq uğurları arzu edirik!  

Hamısını oxu
Aprel döyüşlərinə həsr olunmuş "Şanlı Aprel" tədbiri keçirilib

Tədbirdə Sumqayıt Musiqi Kollecinin müəllim-tələbə heyəti konsert proqramı ilə çıxış edib Veteran.gov.az xəbər verir ki, Aprel döyüşlərinə həsr olunmuş "Şanlı Aprel" tədbiri keçirilib. Şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etdikdən sonra Azərbaycan himni səslənib. Sumqayıt Gənclər Evi sosial xidmət müəssisəsinin direktoru Nərgiz Nağıyevanın çıxışından sonra Sumqayıt şəhər İcra Hakimiyyəti aparatının Vətən Muharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tərlan Hacızadə ürək sözlərini deyib. Qazilərimiz Həmzəyev Ramin, Məmmədov Ehtiram, Vəliyev Rəşad Aprel döyüşləri zamanı keçdikləri döyüş yollarından danışıblar. Şəhid Əbdülməcid Axundovun anası Ceyran xanım ürək yanğısı ilə çıxış edərək gənc iştirakçıları vətənpərvərliyə səsləyib. Şəhid Şulan Bayramovun anası Türkan xanım da tədbirdə iştirak edib. Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin tələbələri və müəllim heyəti konsert proqramı ilə çıxış etdilər. Kollecin Vətən Muharibəsi iştirakçıları olan tələbələri Əvəzxan Əzizov və Nicat Tağıyev "Xudayar təsnifi"ni ifa ediblər.   Tarda Kamran Teymurov, kamançada Natavan Həşimovanın müşayəti ilə Sədəf Budaqova və Əvəzxan Məmmədovun ifasında "Qarabağ şikəstəsi" gənc iştirakçılara Vətən sevgisi aşılayıb. Vokalist Lalə Əliyevanın ifasında Fərhad Bədəlbəylinin "Ave Maria" əsəri müharibənin ağrı -acısını bir daha xatırladaraq qəlbləri göynədib. Firəngiz Xəlilovanın rəhbərliyi ilə kollecin tələbə xoru "Həzin oxu,dünya", "Ey Vətən" ifa edib. Allah şəhidlərimizə rəhmət eləsin!  

Hamısını oxu