Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Bakı Konqres Mərkəzində “Nəsillərin görüşü” adlı konfrans keçirilib

Konfransın sonunda Prezident İlham Əliyevə müraciət ünvanlanıb

 

Veteran.gov.az xəbər verir ki, bu gün saat 11:00 radələrində Bakı Konqres Mərkəzində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə “Nəsillərin görüşü” adlı konfrans keçirilib.

 

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı qalibiyyətə həsr edilən konfransı giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova tədbir iştirakçılarını salamlayıb, Azərbaycan xalqının tarixi zəfəri münasibəti ilə bir araya gəlməkdən məmnunluğunu bildirib.

 

Giriş sözünün ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, dövlətimizin ərazi bütövlüyü uğrunda həyatını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin Müşahidə Şurasının sədr müavini, Prezident Administrasiyasının məsul əməkdaşı Vüsal Quliyev çıxış edib. Çıxışında 44 günlük Vətən müharibəsində əldə edilən tarixi zəfərin xalqımızın sadəcə bugünü deyil, həm də gələcəyi baxımından müstəsna rol oynadığnı bildirən Vüsal Quliyev, xalqımızı bu zəfərə qovuşduran Ali Baş Komandana, şanlı ordumuza, şəhidlərimizə və qazilərimizə minnətdarlığını ifadə edib.

 

Vüsal Quliyev qeyd edib ki, 44 günlük Vətən müharibəsində əldə edilən bu qələbə, həm də erməni faşizmi üzərində əldə edilən mühüm zəfər kimi tarixdə qalacaq ki, bu da dövlətimizin, Prezidentimizin, xalqımızın sivil və mədəni dünya qarşısında böyük xidmətidir.

 

Konfransda çıxış edən Gənclər və İdman nazirinin müavini İntiqam Babayev də Vətən müharibəsində əldə edilən zəfərin önəminə diqqət çəkib, bu zəfərdə ölkə gəncliyinin yaxından iştirak etdiyini, dövlətimizin ərazi bütövlüyünün bərpasına böyük töhfə verdiyini qeyd edib.

 

Tədbirdə çıxış edən veteranlar və dövlət qurumlarının nümayəndələri də Vətən müharibəsindəki tarixi qələbənin Azərbaycan xalqının həyatında həlledici rol oynadığını, dövlətimizin gücünə güc qatdığını, onun inkişafı üçün geniş perspektivlər açdığını qeyd ediblər.Vurğulanıb ki, bu zəfər əsrlər sonra da xalqımız tərəfindən qürur və iftixar hissi ilə yad ediləcək, qəhrəmanlarımız minnətdarlıq hissi ilə anılacaq.

 

Konfransda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovun yekun sözü ilə çıxış edib. Sədr müavini Vətən müharibəsindəki tarixi zəfərin sadəcə Azərbaycanın deyil, bütün regionun həyatında yeni səhifə açdığına diqqət çəkib.

Polkovnik Cəlil Xəlilov qeyd edib ki, bu qələbə dövlətimizin ərazi bütövlüyünü təmin etməklə yanaşı, xalqımızın özünəinam və qürur hissinin bərpası, mənəvi cəhətdən bütövləşməsi, öz güc və iradəsini bütün dünyaya nümayiş etdirməsi baxımından da mühüm əhəmiyyətə malikdir. Konfransda müxtəlif nəsillərin nümayəndələrinin iştirak etdiyini xatırladan Cəlil Xəlilov, bu qələbənin ümumxalq zəfəri olduğunu bildirib, ölkə başçısına, Azərbaycan ordusuna, şəhid və qazilərə, eləcə də hər zaman Ali Baş Komandanın və ordunun yanında olan Azərbaycan xalqına təşəkkür edib.

 

Tədbirin sonunda konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.

 

Daha sonra  Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin nümayəndəsi vətənpərvərlik mövzusunda mahnılar ifa edib, xatirə şəkli çəkilib.

 

Seymur ƏLİYEV

2021-10-01 14:02:00
1270 baxış

Digər xəbərlər

Yeni TV

Hamısını oxu
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri ilə Esvatini Kralı arasında görüş keçirilib

Veteran.gov.az xəbər verir ki, mayın 20-də ölkəmizdə səfərdə olan Esvati Kralı Əlahəzrət III Msvatini ilə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov arasında görüş keçirilib. Görüş çərçivəsində Azərbaycan ilə Esvatini Krallığı arasında münasibətlərin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Xüsusilə dağ-mədən sənayesində əməkdaşlıq imkanları, geoloji kəşfiyyat və qiymətləndirmə sahəsində qabaqcıl təcrübənin tətbiqi, həmçinin potensial birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub. Nümayəndə heyətləri mineral ehtiyatların kəşfiyyatı, mədənlərin işlənməsi və emal zənciri üzrə əlavə dəyərin yaradılması, eləcə də mineral ehtiyatların xəritələşdirilməsi istiqamətində əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər. Görüşdə dağ-mədən sahəsi üzrə əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsinin gücləndirilməsinin hər iki ölkə üçün faydalı olacağı qeyd edilib.  

Hamısını oxu
Azərbaycanda keçirilən rəy sorğusunun nəticələri xalqımızın Prezidentə etibarının və inamının bariz göstəricisidir

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla reallaşdırılan siyasi kurs beynəlxalq aləmdə Azərbaycanın yeni imicini formalaşdırıb. Bu gün Azərbaycan dünyada yüksək iqtisadi göstəriciləri, tolerantlıq, humanizm prinsiplərinə əsaslanan siyasi kursu və tarixi ənənələrə sadiq, milli kimliyinə, mədəni irsinə sahib çıxan ölkə kimi tanınır. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu siyasət, azərbaycançılıq ideologiyası dövlət və vətəndaş birliyinin sarsılmazlığına söykənir. Bu siyasətin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar bütün sahələrdə, eləcə də xalqımızın bütün təbəqələrinin yaşayışına müsbət təsir edir. Qürurla deyə bilərik ki, Azərbaycan digər dövlətlər üçün nümunədir. Bu fikirləri Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov AZƏRTAC-a müsahibəsində deyib. C.Xəlilov bildirib ki, Cənubi Qafqaz regionunun ən güclü dövləti olan Azərbaycan məkrli qüvvələrin haqsız siyasi təzyiqləri, qarayaxma cəhdlərinə məruz qalıb. Bu gün Azərbaycanın iqtisadi, sosial və hərbi qüdrəti, qətiyyətli daxili və xarici siyasəti dünya dövlətlərini və onların təmsil etdikləri qurumları açıq sözlü olmağa, həqiqəti təhrifsiz göstərməyə vadar edir. Sevindirici haldır ki, biz bütün bunları görür, günü-gündən çiçəklənən Azərbaycanımızın inkişafı üçün Prezident İlham Əliyevin ətrafında daha sıx birləşirik. “Azərbaycandakı mövcud ictimai-siyasi vəziyyətə, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi islahatlara, hökumətin ümumi daxili və xarici siyasətinə ölkə əhalisinin münasibətini öyrənmək məqsədilə Fransanın “Opinion Way” şirkətinin keçirdiyi sorğu bir daha göstərdi ki, xalqımız düzgün seçim edib. Prezident xalqın inam və etibarını qazanıb. Bu sorğunun nəticələri dövlət-vətəndaş birliyini bir daha əks etdirir”, - deyə Cəlil Xəlilov vurğulayıb. Respublika Veteranlar Təşkilatının sədr müavini diqqətə çatdırıb ki, Azərbaycan qarşısına qoyduğu bütün məsələlərin öhdəsindən layiqincə gəldiyini dəfələrlə sübut edib. Ermənistanın apardığı düşmənçilik siyasətinin qarşısında əzmlə dayanan Azərbaycan düşməni bütün sahələrdə olduğu kimi, hərb meydanında da yerində oturdub. Aprel döyüşlərində və Naxçıvan əməliyyatında qazanılan parlaq qələbə və cəbhə bölgəsində vəziyyətə tam nəzarət Orduya dövlət qayğısının əyani göstəricisidir. Bütün bunlar xalqımızda işğal altındakı torpaqlarımızın tezliklə azad ediləcəyinə qəti inam yaradır. Bütün sahələrin əsaslı inkişafı nəticəsində respublikanın sosial, iqtisadi, siyasi, hərbi, elmi, dini, ekoloji təhlükəsizliyinin təmin edilməsi isə on milyonluq Azərbaycan xalqının gələcəyinin işıqlı, parlaq olacağına əsas verir. Fransanın “Opinion Way” şirkətinin keçirdiyi rəy sorğusunun nəticələri xalqımızın bu mühüm missiyanın həyata keçirilməsində öz liderinə qəti inamını və dəstəyini açıq şəkildə ifadə edir.

Hamısını oxu
Öncə zəfərimizi oğurlamaq istədilər, alınmadı, dedilər heç olmasa qələbənin sirrini oğurlayaq...

Buna da DTX imkan vermədi... Bu gün Fransaya casusluqda ittiham edilən Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib, iş üzrə müxtəlif nüanslara toxunublar. Növbəti məhkəmə prosesinin cari ilin 2 fevral tarixində keçirilməsinə qərar verilib. Xatırladaq ki, ittiham aktına görə, Martin Ryanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, Böyük Britaniya, Əlcəzair, Türkiyə, Pakistan, İran, Çin, Somali, Mərkəzi Asiya dövlətləri və digər dövlətlərlə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyətinə əsaslı şübhələr müəyyən edilib. Fransaya casusluqda ittiham edilən Martin Ryanın işi özlüyündə bir çox nünaslarla əlamətdar olsa da, məlum olayla bağlı ən başlıca məqam Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə etdiyi 8 Noyabr zəfərinin rəsmi Parisdə doğurduğu böyük narahatlıqla bağlıdır. Martin Ryan işinin təhlili və bu işlə bağlı irəli sürülən ittiham aktı sübut edir ki, Fransa 44 günlük müharibədə Azərbaycanın qələbəsini təmin edən hər bir komponent və faktı müəyyən etmək, Ordumuz haqqında hər hansı informasiya əldə etmək üçün böyük güc və enerji ortaya qoyub, öz xüsusi xidmət orqanlarından tutmuş agent şəbəkəsinə qədər hər kəsi bu işə səfərbər edib. Müharibə vaxtı işğalçı Ermənistanı ciddi müdafiə edən, açıq anti-Azərbaycan mövqeyi sərgiləyən Fransa, hərbi əməliyyatlar zamanı qələbəmizə mane olmağa, sonrakı dönəmdə bizi bu qələbəyə qovuşduran sirlərə nail olmağa çalışıb. Lakin müharibə vaxtı Fransanın arzusu Prezident İlham Əliyev, post-müharibə dövründə qələbəmizin sirlərini oğurlamaq cəhdlərinin qarşısı isə DTX tərəfindən uğurla alındı ki, bu da rəsmi Parisin hərtərəfli ifşası deməkdir. Şübhəsiz, Martin Ryan işinin sona qədər araşdırılması Fransanın ölkəmizlə bağlı məkirli siyasətini de-şifrə edən yeni faktların ortaya çıxmasına səbəb olacaq ki, bu da ölkəmizin təcavüzkar Ermənistana necə çətin siyasi situasiyada qalib gəldiyini, bu qələbəyə mane olmaq üçün necə böyük güclərin ağlasığmaz oyunlar oynadığını bütün çılpaqlığı ilə göstərəcək. Və ortaya çıxan bütün bu faktlar bir daha sübut edəcək ki, Prezident İlham Əliyevin dediyi kimi, “Son 80 il ərzində Azərbaycan kimi tam və mütləq Qələbə qazanan ikinci ölkə olmayıb”. Seymur ƏLİYEV

Hamısını oxu