Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müsəlman şərqində ilk dünyəvi qızlar məktəbi- 120 il

Bu gün - 7 oktyabr neft milyonçusu, xeyriyyəçi Hacı Zeynalabidin Tağıyevin vəsaiti hesabına təsis edilmiş Bakı rus-müsəlman qız məktəbinin yaradılmasından 120 il ötür.

 

XIX əsrin sonu - XX əsrin əvvəllərində yaşamış məşhur mesenat H.Z.Tağıyev təkcə uğurlu sahibkar deyil, həm də görkəmli ictimai xadim idi. H.Z.Tağıyevin savadı və təhsili olmasa da, o, həmişə öz xalqının maariflənməsinə də xüsusi diqqət vermişdir. Həmçinin Tağıyev dəfələrlə Bakı dumasının üzvü seçilərək, şəhərin infrastukturunun inkişafına yönələn bir çox layihələrin hazırlanmasında və həyata keçirilməsində də iştirak etmişdir.

 

Həmin layihələrdən biri azərbaycanlı qızlar üçün dünyəvi məktəbin yaradılması  idi. 1896-cı ildə bu ideyanı Azərbaycan tarixinin ən parlaq şəxsiyyətlərindən biri,  xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev gerçəkləşdirdi.

 

Nəhayət, H.Z.Tağıyevin təşəbbüsü, min bir əzab-əziyyəti və maliyyə dəstəyi ilə 1898-ci ilin iyununda qız məktəbinin binasının inşasına başlanıldı. Bina Bakının mərkəzi küçəsində - Nikolayevski küçəsində tikilmişdi. Binanın baş memarı polyak əsilli görkəmli memar İosif Qoslavski olmuşdur.

 

Məktəbin açılışından öncə şagird və pedaqoji personalının formalaşdırılmasına başlanıldı. Əsasən məktəbə 7 yaşından yuxarı (sonralar yaş həddi 8-ə artırıldı) müsəlman qızlar qəbul olunurdu. İlk vaxtlarda 50 şagirdin qəbulu nəzərdə tutulurdu ki, onlardan 20 kasıb qız H.Z. Tağıyevin ianələri hesabına, 30 qız isə öz hesablarına oxuyur və məktəbin pansionunda qalırdılar. Lakin ödənişsiz təhsil almaq istəyənlərin sayı daha çox oldu. Hamilər Şurası H.Z.Tağıyevin təklifi ilə əlavə 13 kasıb qızın qəbul olunmasına qərar verdi. Qız məktəbinin açılışı ərəfəsində pulsuz oxuyan şagirdlərin sayı 35 nəfərədək artdı, cəmi qəbul olunanların sayı isə 58-ə çatdı. Beləliklə, əvvəlcədən nəzərdə tutulan plana rəğmən pulsuz oxuyan şagirdlərin sayı öz hesabına təhsil alanları üstələdi. Şagirdlər Şuşadan, Tiflisdən, Şimali Qafqazdan gəlmişdilər, Bakı sakinlərinin sayı isə az idi.

 

Nəhayət 7 oktyabr 1901-ci ildə Bakıda Nikolayevski küçəsindəki binada İmperatriçə Aleksandra Fyodorovna adına Bakı rus-müsəlman qız məktəbinin təntənəli açılışı oldu. “Kaspi” qəzeti bu hadisəni belə səciyyələndirdi: “Yeddi oktyabr günü Zaqafqaziyanın müsəlman əhalisinin ən mütərəqqi təbəqəsinin çoxdan arzuladığı qadın təhsili ideyasının nəhayət ki, gerçəkləşdiyi gün kimi yadda qalacaq”

 

Məktəbin daxili intizam qaydası haqqında qeyd edə bilərik ki, qapalı pansion idi, kişilərin oraya daxil olması qadağan edilmişdi. Şagirdlər forma, yemək, tədris vəsaitləri ilə bütövlüklə H.Z.Tağıyevin hesabına təmin edilirdilər. Ümumi fənlərlə yanaşı məktəbdə əl işi və evdarlıq üzrə təcrübi məşğələlər də keçirilirdi.

 

Ümumiyyətlə bu məktəb doğrudan da, müsəlman qızlar arasında ilk dünyəvi təhsilin, Azərbaycan xalqına savadlı ana bəxş etməsinin, ilk ziyalı qadın kadrların formalaşdırmasının, habelə Azərbaycanın müsəlman qadın təhsilinin təməlini qoydu.

 

Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr, Foto-neqativ materiallar fondlarında qız məktəbinin tədris prosesinin təşkilinə dair əhəmiyyətli materiallar qorunur.

Ətraflı məlumat üçün muzeyin saytının nəşrlər bölməsinə nəzər yetirə bilərsiniz: http://azhistorymuseum.gov.az/az/book/29

 

2021-10-07 10:05:00
1830 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatının nümayəndə heyəti Şəmkir rayonunda qocaman müharibə veteranlarına ərzaq yardımları çatdırıb

Respublika Veteranlar Təşkilatının Gənclərin Hərbi Vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və Təşkilatın Mətbuat Xidmətinin əməkdaşı Şəhla Qarayeva , rayon Veteranlar Təşkilatının sədri Qafar Vəliyev Böyük Vətən Müharibəsi veteranlarının hər birinin evində olaraq ərzaq məhsullarından ibarət sovqatları onlara təhvil veriblər. Məlumat üçün qeyd edək ki, “Biz birlikdə güclüyük!” çağırışına əsasən 245 müharibə veteranına dəstək olmaq məqsədilə ərzaq yardımlarının paylanılması Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə həyata keçirilir.

Hamısını oxu
Международный Союз Ветеранов Пограничной Службы

Hamısını oxu
Gəncə Şəhər Ağsaqqallar Şurasının təşkilatçılığı ilə milli-mənəvi dəyərlərimizin qorunmasına həsr olunmuş konfrans keçirilib

Mart ayının 11-də Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Gəncə Şəhər Ağsaqqallar Şurasının, Şəhər İcra Hakimiyyətinin, YAP Gəncə şəhər təşkilatının, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə-Daşkəsən regional bölməsinin birgə təşkilatçılığı ilə “Türk dünyası qovuşağında milli-mənəvi  və dini dəyərlərimizin qorunması, inkişaf etdirilməsi dövlət siyasətinin əsasını təşkil edir” mövzusunda konfrans keçirilib.  “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş bu konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov, Türkiyə səfirliyinin Gəncə Baş Konsulluğunun müavini Yiğit Yalın, DQİDK Gəncə-Daşkəsən regional bölməsinin müdiri Həsən Məmmədov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, ağsaqqallar, ziyalılar, şəhid valideynləri, həmçinin Gəncədə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, təhsil müəssisələrinin müəllim-tələbə heyəti, eləcə də Gəncədə təhsil alan və çalışan türkiyəli müəllim və tələbələr, digər ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Konfransı ADAU-nun rektoru Zəfər Qurbanov açıq elan edərək tədbir iştirakçılarını salamlayıb və bildirib ki, milli-mənəvi, dini dəyərlərin qorunması və inkişaf etdirilməsi Azərbaycan dövlətinin əsas prioritetlərindən biridir. “Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu sahədə mühüm addımlar atılır. Gənclərin milli ruhda tərbiyə olunması, onların tariximizi, mədəniyyətimizi dərindən öyrənməsi istiqamətində müxtəlif layihələr icra edilir. ADAU olaraq biz də bu prosesə töhfə verməyə çalışırıq”, – deyə rektor vurğulayıb. Natiq, həmçinin, əlavə edib ki, Azərbaycan Ağsaqqallar Şurasının, eləcə də Şuranın Gəncə şəhər təşkilatının üzvləri milli-mənəvi, dini dəyərlərimizin qorunması və gənc nəslə aşılanması prosesində fəal iştirak edirlər. Sonra Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov mövzu ilə bağlı fikirlərini bildirib. Bu sahədə aparılan  dövlət siyasətindən bəhs edib. Vurğulayıb ki, son günlərdə Gəncədə səfərdə olan Azərbaycan Respublikasının  Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım  Əliyevanın şəhərdə məscid və kilsənin mövcud vəziyyəti ilə yaxından tanış olması milli-mənəvi və dini dəyərlərimizin qorunması, inkişaf etdirilməsi ilə bağlı dövlət siyasətinin bariz göstəricisidir. Tədbirdə çıxış edən DQİDK Gəncə-Daşkəsən regional bölməsinin sədri Həsən Məmmədov və Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, professor Nurəddin Məmmədov da bu sahədə qarşıda duran vəzifələr barədə fikirlərini səsləndiriblər. Onlar, həmçinin, milli-mənəvi dəyərlərin qorunması istiqamətində maarifləndirmə işlərinin gücləndirilməsinin vacibliyini qeyd ediblər. Türkiyə səfirliyinin Gəncə Baş Konsulluğunun müavini Yiğit Yalın “Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır” mövzusunda çıxış edərək, iki qardaş ölkə arasında tarixi əlaqələrin və strateji əməkdaşlığın, eləcə də ortaq dəyərlərimizin qorunmasının və gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini vurğulayıb. Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini  Bayram Yusifov konfransın iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayaraq, özünə doğma hesab etdiyi bütün gəncəliləri Yel çərşənbəsi və qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə təbrik edib. “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən bu konfransın çox aktual bir mövzuya həsr olunduğunu vurğulayaraq bildirib ki, xalqımızın mövcudluğunun əsas göstəricisi olan milli-mənəvi dəyərlərimiz bizim tariximiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, mentalitetimiz, mədəniyyətimiz, ədəbiyyatımız və incəsənətimizdir.  Azərbaycan Ağsaqqallar Şurasının əsas məqsədlərindən və fəaliyyət istiqamətlərindən biri  xalqımızın milli-mənəvi dəyərlərini və tarixi ənənələrini, habelə müasir inkişaf meyillərini nəzərə almaqla ölkənin ictimai-siyasi, sosial-iqtisadi və humanitar inkişafına, cəmiyyət həyatının müxtəlif məsələlərinin həllinə ağsaqqalların töhfəsini təmin etməkdən ibarətdir. Ağsaqqallarımız öz bilik və təcrübələrini əsirgəməyərək milli-mənəvi dəyərlərimizi qoruyur və gənc nəslə ötürürlər. Natiq, həmçinin, bildirib ki, Ulu Öndər Heydər Əliyev də ağsaqqaların bu missiyasını yüksək dəyərləndirərək onları “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırıb. Lakin unutmayaq ki, milli-mənəvi dəyərlərimizi qloballaşma dövrünün mənfi tendensiyalarından qorumaq, xalqımızın min illər boyu yaratdığı zəngin tarixi-mədəni irsi gələcək nəsillərə olduğu kimi çatdırmaq hər birimizin, hər bir Azərbaycan vətəndaşının üzərinə düşən bir vəzifədir. Bayram Yusifov, həmçinin, Türk dünyasında, eləcə də Türk Dövlətləri Təşkilatında təmsil olunan Azərbaycanın və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu qurumdakı əhəmiyyətli fəaliyyətindən ətraflı bəhs edib. Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin rəhbərliyi ilə Şura üzvlərinin Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının işində yaxından iştirak etdiklərini vurğulayıb. ADAU-nun İctimai fənlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Samirə Qasımova və Şah Abbas məscidinin dini icmasının sədri Əlisəftər Səfərəliyev də çıxışlarında milli-mənəvi, dini dəyərlərin qorunması və inkişafının vacibliyini qeyd ediblər, bu dəyərlərin gənc nəslə aşılanmasının cəmiyyətin mənəvi bütövlüyü üçün önəmli olduğunu bildiriblər. Konfransda iştirak edən şəhid Rauf Əsgərovun anası Brilyant Əsgərova da mövzu ilə bağlı fikirlərini bölüşüb. Sonda Gəncə Şəhər Ağsaqqallar Şurası sədrinin birinci müavini Zabit Xəlilov konfransın qəbul etdiyi Bəyannaməni tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Hamısını oxu
Ağdamda şəhid Sərvan Göyüşovun doğum günü qeyd olunub

28 fevral 2026-cə il tarixində Ağdam rayonunda anadan olmuş 44 günlük Vətən müharibəsi şəhidi leytenant Göyüşov Sərvan Mehman oğlunun doğum günü qeyd olunub.  Veteran.gov.az xəbər verir ki, tədbirdə Ağdam Rayon Veteranlar Təşkilatının sədri Elşən Zeynalov, təşkilatın üzvləri, Ağdam Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailələri və veteranlar iştirak ediblər. Qeyd edək ki, Sərvanın atası Mehman Göyüşov Birinci Qarabağ müharibəsinin iştirakçısı, əmisi isə Birinci Qarabağ müharibəsinin şəhididir.  

Hamısını oxu