Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Heydər Əliyev Sarayı ilk tədbirini şəhid və qazi ailələri həsr etdi

7 oktybar tarixində Heydər Əliyev Sarayı Mədəniyyət Nazirliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə 44 günlük Vətən müharibəsinin iştirakçıları, qazilər eləcə də Vətən uğrunda döyüşlərdə canını fəda edən şəhidlərin ailələri üçün hazırlanmış “Bakıdan Qarabağa” ədəbi-bədii musiqili kompozisiyanı təqdim etdi.

 

Sarayın mətbuat katibi Aytac Bağırlının sözlərinə görə, Heydər Əliyev Sarayı ilk tədbirini məhz şəhid və qazi ailələri həsr edib. Ədəbi-bədii musiqli kompozisiyanın proqramı çərçivəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Həyət Baş İdarəsi Hərbi Orkestri, Xalq artistləri Flora Kərimova, Samir Cəfərov, Nürəddin Mehdixanlı, Əməkdar artistlər Ramil Qasımov, Teymur Əmrah, Fərqanə Qasımova, İnarə Babayeva və Zamiq Hüseynov, Nərmin Kərimbəyova, Samirə, Abgül Mirzəliyev, Nadir Qafarzadə, Kənan Qədimov, Aynur İskəndərli iştirak etdilər.

 

2021-10-08 11:08:00
951 baxış

Digər xəbərlər

Şahbaz Quliyev və Dilqəm Əsgərov vətənə gətirildi

Rusiya Federasiyasının Prezidenti, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan, beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərinə və humanizm prinsiplərinə sadiq qalaraq, Azərbaycan tərəfi müharibə vaxtı əsir götürülmüş erməni hərbçilərinin hüquqlarının təmin edilməsi istiqamətində üzərinə düşən vəzifələri ardıcıl olaraq yerinə yetirib. Bununla bağlı Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Əsir düşmüş ermənilər barədə məlumatlar müntəzəm Beynəlxalq Qızıl Xaç Komitəsi və Rusiya Sülhməramlı Qüvvələrinə təqdim olunmuş, birtərəfli qaydada onların bir hissəsi azad edilib. Azərbaycanda olduqları müddətdə həmin əsirlərə zəruri tibbi xidmət və ləyaqətli davranış göstərilib, onlara ailələri ilə əlaqə saxlamaq imkanı yaradılmış və digər hüquqları təmin edilib. Həmçinin, müxtəlif səbəblərdən döyüşlər zamanı əsir düşmüş və ya girov götürülmüş Azərbaycan vətəndaşlarının vətənə qaytarılması məsələlərini daim diqqət mərkəzində saxlayaraq, Beynəlxalq Qızıl Xaç Komitəsi, Rusiya Sülhməramlı Qüvvələri və digər beynəlxalq təşkilatlarla tərəfimizdən fasiləsiz olaraq danışıqlar aparılmış və bütün mümkün başqa tədbirlər həyata keçirilib. Beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunmuş və cari il dekabrın 14-də əsir və girovların qarşılıqlı qaytarılmasına başlanılıb. Günorta saatlarında Azərbaycan vətəndaşları olan əsir və girovların, o cümlədən 2014-cü ilin iyul ayından erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun təyyarə ilə Bakıya gətirilməsi təmin edilib. Müvafiq karantin tədbirləri həyata keçirildikdən sonra azad olunmuş şəxslər ailələrinə qovuşacaqlar. Azərbaycan tərəfi bundan sonra da humanizm prinsiplərini rəhbər tutaraq, əsirlərin, girovların və meyitlərin dəyişdirilməsi üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək.

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı Gənclər və İdman naziri Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib

Respublika Veteranlar Təşkilatı Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib. Veteran.gov.az-a daxil olan başsağlı müraciətində deyilir:   “Respublika Veteranlar Təşkilatı olaraq Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimovun vaxtsız vəfatı ilə əlaqədar olaraq mərhumun yaxınlarına dərin hüzünlə başsağlığı verir, səbr diləyirik.   Azad Rəhimov xalqımızın ləyaqətli oğlu, dəyərli insan kimi cəmiyyətin sevdiyi, böyük hörmət və ehtiram göstərdiyi şəxsiyyət olub. Ölkəmizdə idmanın inkişafında, beynəlxalq miqyaslı mötəbər idman yarışlarının keçirilməsində Azad Rəhimovun böyük xidmətləri var.   O, həm də veteranların yaxın dostu, onları hər zaman diqqət mərkəzində saxlayan qayğıkeş insan kimi yadda qalıb. Bu baxımdan Azad Rəhimovun vəfatını həm də veteranlarımız üçün böyük itki hesab edir, ona Allahdan rəhmət diləyirik. Əminik ki, Azad Rəhimovun idmanımızın inkişafındakı xidmətləri xalqımız tərəfindən daim minnətdarlıq hissi ilə yad ediləcək, məmnunluqla xatırlanacaqdır”.   Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti  

Hamısını oxu
Sambo və cüdoçu Hacı Məhəmməd Müslümzadənin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Respublika Veteranlar Təşkilatının akt zalında samboçu və cüdoçu Məhəmməd Müslümzadənin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.  video Moderator.az Azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov tədbirdə çıxış edərək Hacı Məhəmməd Müslümzadənin sambo və cüdo üzrə əldə etdiyi uğurlardan danışıb. Bildirib ki, M.Müslümzadə ömrünün əlli ildən çox hissəsini Azərbaycanda idmanın inkişafına və təbliğinə həsr edib. Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, İdman Veteranları İttifaqının sədri Yaşar Məmmədov, veteranlar, idman təşkilatlarının və ictimaiyyətin nümayəndələri çıxışlarında Azərbaycanda dövlətin ölkəmizdə bədən tərbiyəsinin və idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan danışıblar.  Qeyd edilib ki, yubilyar ölkəmizdə sambonun və cüdonun inkişafına töhfə verib. Sambo və cüdo üzrə SSRİ İdman ustası, usta cüdoçular arasında dünya çempionu olan M.Müslümzadənin idman nailiyyətləri gənc nəslə örnəkdir. Qeyd edək ki, 1961-1972-ci illərdə idmançı, sonrakı dövrdə isə məşqçi və hakim kimi fəaliyyət göstərən M.Müslümzadə 2002-2005-ci illərdə sambo, 2009-2018-ci illərdə cüdo üzrə veteranların dünya və Avropa çempionatlarında qalib və mükafatçı olub.  O, 1974-cü ildə sambo, 1976-cı ildə cüdo üzrə SSRİ İdman ustası, 2007-ci ildə Azərbaycan Respublikasının Fəxri bədən tərbiyəsi və idman işçisi adlarına layiq görülüb.

Hamısını oxu
Ardı kəsilməyən erməni təxribatı - REAL İNTERVYU

Hamısını oxu