Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Şahbaz Quliyev və Dilqəm Əsgərov vətənə gətirildi

Rusiya Federasiyasının Prezidenti, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan, beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərinə və humanizm prinsiplərinə sadiq qalaraq, Azərbaycan tərəfi müharibə vaxtı əsir götürülmüş erməni hərbçilərinin hüquqlarının təmin edilməsi istiqamətində üzərinə düşən vəzifələri ardıcıl olaraq yerinə yetirib. Bununla bağlı Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Əsir düşmüş ermənilər barədə məlumatlar müntəzəm Beynəlxalq Qızıl Xaç Komitəsi və Rusiya Sülhməramlı Qüvvələrinə təqdim olunmuş, birtərəfli qaydada onların bir hissəsi azad edilib.

Azərbaycanda olduqları müddətdə həmin əsirlərə zəruri tibbi xidmət və ləyaqətli davranış göstərilib, onlara ailələri ilə əlaqə saxlamaq imkanı yaradılmış və digər hüquqları təmin edilib.
Həmçinin, müxtəlif səbəblərdən döyüşlər zamanı əsir düşmüş və ya girov götürülmüş Azərbaycan vətəndaşlarının vətənə qaytarılması məsələlərini daim diqqət mərkəzində saxlayaraq, Beynəlxalq Qızıl Xaç Komitəsi, Rusiya Sülhməramlı Qüvvələri və digər beynəlxalq təşkilatlarla tərəfimizdən fasiləsiz olaraq danışıqlar aparılmış və bütün mümkün başqa tədbirlər həyata keçirilib. Beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunmuş və cari il dekabrın 14-də əsir və girovların qarşılıqlı qaytarılmasına başlanılıb. Günorta saatlarında Azərbaycan vətəndaşları olan əsir və girovların, o cümlədən 2014-cü ilin iyul ayından erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun təyyarə ilə Bakıya gətirilməsi təmin edilib. Müvafiq karantin tədbirləri həyata keçirildikdən sonra azad olunmuş şəxslər ailələrinə qovuşacaqlar. Azərbaycan tərəfi bundan sonra da humanizm prinsiplərini rəhbər tutaraq, əsirlərin, girovların və meyitlərin dəyişdirilməsi üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək.

2020-12-14 00:00:00
3613 baxış

Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatından Ali Baş Komandana dəstək Bəyanatı

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə dəstək Bəyanatı verib. Bəyanatda deyilir: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan! Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Sizin rəhbərliyiniz altında sentyabrın 19-da Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirlərini dəstəkləyir, və bu tədbirləri regionda sülhün və təhlükəsizliyin etibarlı təmini baxımından son dərəcə zəruri hesab edir. Hər birimiz yaxşı başa düşürük ki, bu tədbirlərin əsas məqsədi Qarabağ iqtisadi zonasına daxil olan ərazilərdə məskunlaşmış terrorçuların və qeyri-qanuni silahlı birləşmələrin zərərsizləşdirilərək təmizlənməsidir. 44 günlük Vətən müharibəsində olduğu kimi həyata keçirilən bu əməlyyatlarda da biz Veteranlar Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin milli maraqlarımıza hesablanmış qətiyyətli mövqeyini dəstəkləyir, qəhrəman ordumuzun fəaliyyətini alqışlayırıq.  Cənab Prezident! Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatı olaraq bəyan edirik ki, bu gün də bütün veteranlar Sizin yanınızdadır və daim ərazimizin bütövlüyünün təmin edilməsi üçün mübarizəyə hazırdır. Qürur və iftixar hissi ilə bildiririk ki, xalqımızın, dövlətimizin işıqlı sabahı, rifahı və təhlükəsizliyi üçün həlledici önəm daşıyan bu mübarizənin hər günü, hər saatında Sizin yanınızda olacaq, ordumuzun əldə etdiyi zəfərlərə töhfə vermək üçün əlimizdən gələni əsirgəməyəcəyik”. Dərin hörmət və ehtiramla, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova  

Hamısını oxu
İlham Əliyev Füzuli ilə bağlı müjdəli xəbəri ELAN ETDİ

"Mənim göstərişimlə Füzulidə beynəlxalq aeroport tikiləcəkdir. Artıq göstəriş verildi. İndi yerlər seçilir. Minalardan təmizləmə işləri aparılacaqdır. Mən göstəriş vermişəm, bu il Füzulidə beynəlxalq hava limanı yaradılmalıdır, hər halda uçuş-enmə zolağı istifadəyə verilməlidir". Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman deyib. "Oradan Şuşaya məsafə də yaxındır. Çünki vaxtilə sovet dövründə Şuşaya ya gərək Xankəndidən gedəydin, ya da ki, Laçın dəhlizi ilə. İndi isə biz yeni yol açırıq. Əlbəttə, o yollar da var və bizim vətəndaşlar, bu gün orada təmir-bərpa işlərini aparanlar bu yollardan istifadə edirlər - Ağdam-Xankəndi-Şuşa yolu və Laçın dəhlizi. Yəni, bu yollar bizim üçün açıqdır. Biz nə vaxt istəsək oraya getməliyik, gəlməliyik və elə də olacaq. Ancaq Füzuli beynəlxalq aeroportunun tikilməsi xarici qonaqların Şuşaya dəvət edilməsi üçün imkanlar yaradacaq. Çünki oraya gəlib ondan sonra qısa müddət ərzində Şuşaya getmək mümkün olacaqdır", - Prezident əlavə edib.

Hamısını oxu
Veteranlar Heydər Əliyev Mərkəzini ziyarət ediblər

Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar vaxtilə onun rəhbərliyi ilə çalışan yaşlı nəslin nümayəndələri, Ümummilli Liderin idarəçilik məktəbində yetişmiş dövlət orqanlarının keçmiş yüksək vəzifəli əməkdaşları, həmçinin veteranlar aprelin 25-də Fəxri xiyabana gələrək Ulu Öndərin xatirəsini yad edib, məzarı önünə güllər qoyublar. AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb. Tədbir Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən təşkil olunub. Sonra Respublika Veteranlar Təşkilatının üzvləri Heydər Əliyev Mərkəzində olublar. Burada veteranlara dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verilib. Bildirilib ki, burada fəaliyyət göstərən Heydər Əliyev Muzeyində ümummilli lider Heydər Əliyevin həyat yolu haqqında maraqlı faktlar foto və videomateriallar vasitəsilə təqdim olunur. Muzeydə toplanan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır. Hər bir mövzuya aid materiallar səsli formada həm Azərbaycan, həm də ingilis dilində verilir. video Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi veteranların böyük marağına səbəb olub. Onlar muzeyin “Azərbaycanın ictimai-siyasi həyatı”, “Dövlətçilik, irs və nailiyyətlər”, “Fotolarda əks olunmuş həyat” bölmələrində Ulu Öndərin həm sovet dövründə, həm də ölkəmizin müstəqilliyi illərində fəaliyyət konsepsiyasının müxtəlif aspektləri ilə virtual şəkildə məlumatlandırılıblar. Respublika Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov jurnalistlərə müsahibəsində bildirib ki, veteranlar Heydər Əliyev Mərkəzində Ümummilli Liderin qurub-yaratdığı müasir müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış oldular. Onlar Ulu Öndərin ölkəmizin müstəqilliyin gücləndirilməsində, iqtisadiyyatının yaxşılaşdırılmasında, ordu quruculuğunda fəaliyyətinə xüsusi qiymət verirlər. Bu gün veteranlar Mərkəzdə Heydər Əliyev Muzeyi ilə tanış oldular. Onlar bir daha dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə xidmət etdiklərinə görə fəxr etdiklərini bildirdilər, bugünkü inkişaf etmiş Azərbaycana görə onu minnətdarlıq hissi ilə xatırladılar. Çünki ümummilli lider Heydər Əliyevin gördüyü böyük işlər öz nəticələrini verir. Hazırda ölkəmiz dünyanın aparıcı dövlətləri ilə siyasi, iqtisadi, hərbi və digər sahələrdə əlaqələr qurub. Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasındadır. Azərbaycanın iqtisadiyyatı inkişaf edir. Xalqımız bunun bəhrəsini hiss edir. Azərbaycan bu gün bütün sahələrdə böyük uğurlar qazanır. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun qüdrətli dövlətinə çevrilib, dünyanın sürətlə inkişaf edən ölkələri sırasına yüksəlib. Ölkəmizin sosial, iqtisadi tərəqqisi istiqamətində də mühüm addımlar atılır. “Bu gün Prezident İlham Əliyev veteranlara yüksək diqqət və qayğı göstərir, hər il 9 May - Qələbə bayramı ərəfəsində onlarla görüşür. Bu gün veteranların sosial müdafiəsi ilə bağlı məsələlər həllini tapır. Son dövrlərdə bu istiqamətdə müvafiq fərmanlar və sərəncamlar imzalanıb. Bu da Azərbaycan veteranlarının və geniş ictimaiyyətin böyük sevincinə səbəb olub. Çünki həmin sənədlər bütün kateqoriyadan olan veteranlara və əlillərə şamil olunub. Veteranlarımız da əzmlə çalışaraq Azərbaycan ictimai-siyasi həyatında fəal şəkildə iştirak edir, Prezidentin apardığı daxili və xarici siyasəti daim dəstəkləyirlər”, - deyə Cəlil Xəlilov vurğulayıb.

Hamısını oxu
XƏLİL QARƏHMƏDOVUN TƏQDİMATINDA POLKOVNİK CƏLİL XƏLİLOVLA GENİŞ REPORTAJ

Hamısını oxu