Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“İranın Azərbayanın dost münasibətinə hərbi təlimlərlə cavab verməsi anlaşılan deyil”

Cəlil Xəlilov: “Azərbaycan hər zaman İranın maraqlarına hörmətlə yanaşıb və ona qarşı beynəlxalq kampaniyalarda yer almayıb”

 

 “İranın Azərbayanın dost münasibətinə hərbi təlimlərlə cavab verməsi anlaşılan deyil”.

 

Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Sədr müavini qeyd edib ki, Azərbaycanın dost münasibəti fonunda İranın bu adddımı təəssüf hissi doğurur:

 

“Azərbaycan hər zaman bütün qonşulara, o cümlədən İran dövlətinə münasibətdə xoş davranış sərgiləyib, mehriban qonşuluq siyasəti yürüdüb. Tarixə nəzər salsaanız görərsiniz ki, Azərbaycan heç vaxt İrana qarşı qlobal güclərin həyata keçirdiyi təzyiq siyasətinə dəstək verməyib, anti-İran xarakterli beynəlxalq kampaniyalara qoşulmayıb. Azərbaycan ərazisində İran əleyhinə hər hansı bir fəaliyyət həyata keçirilməyib. Azərbaycan hər zaman İrana münasibətdə hörmət və həssaslıqla yanaşıb.Lakin təəssüflər olsun ki, İran tərəfi torpaqlarımız işğaldan azad ediləndən sonra sərhədlərimiz boyunca genişmiqyaslı hərbi təlimlərə start verib ki, bu da başadüşülən deyil. İran hər zaman özünü dünya miqyasında İslam təəssübkeşi olan dövlət kimi təqdim edib. Lakin təəssüflər olsun ki, məscidləri dağıdan, viran qoyan Ermənistanın son 30 ildə həyata keçirdiyi vəhşiliklərə etiraz etməyib. Bununla bağlı İran tərəfindən rəsmi səviyyədə qəti bir mövqe ortaya qoyulmayıb. Yalnız, Azərbaycan Respublikasının Prezidenti,  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan ordusu bu torpaqları erməni faşizmindən azad edəndən sonra bütün bu barbarlığa son qoyuldu.

 

Hesab edirəm ki, İran tərəfi Azərbaycanın haqlı narahatlığını başa düşməli, qonşuluq münasibətinə xələl gətirən bu kimi addımlara yol verməməlidir”.

 

2021-10-08 12:24:00
1199 baxış

Digər xəbərlər

Rayon Veteranlar Təşkilatı şeir müsabiqəsi keçirib

Cəlilabad rayon Veteranlar Təşkilatı  Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad sektoru və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad  şəhər Heydər Əliyev  Mərkəzi  ilə birlikdə Şanlı Zəfərimizin 5 illiyi münasibətilə  şeir müsabiqəsi  keçirib. Müsabiqənin məqsədi gənc nəslin vətənpərvər ruhda böyüməsinə sitimil vermək olub. Tələbə və şagirdlər arasında keçirilən müsabiqədə münsiflər heyəti tərəfindən 20 baldan yuxarı qiymət alanlar 2-cu turda iştirak etmək hüququ qazanıblar. Heydər Əliyev Mərkəzində təşkil olunan müsabiqənin final mərhələsində vətənpərvərlik mövzusunda  yazılmış şeirlərin ən yaxşı ifaçılarından 5 nəfər qalib seçilib və onlara Təşəkkürnamə  və hədiyyələr verilib.

Hamısını oxu
Cəlilabadda Heydər Əliyev ili çərçivəsində şeir müsabiqəsi keçirilib

Veteran.gov.az xəbər verir ki, 25 aprel 2023-cü il tarixdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsi Cəlilabad rayon sektoru, rayon Veteranlar Təşkilatı və Cəlilabad rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Şəhər 9 nömrəli tam orta məktəbdə şeir müsabiqəsi keçirilib.  Tədbirin açılış mərasimində  Cəlilabad rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, LARTİ-nin Cəlilabad rayon sektorunun metodisti İlham Əhmədov, AYB-nin üzvü, rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman iştirakçılara müsabiqə haqqında geniş məlumat verərək bildiriblər ki, müsabiqənin  keçirilməsində məqsəd həyatını xalqına həsr edən dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan tarixində dərin iz buraxan siyasi və dövlət xadimi kimi zəngin fəaliyyətini gənc nəslə aşılamaqdır.  Müsabiqədə şagirdlər Ulu Öndər Heydər Əliyev və vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər. Müsabiqə iştirakçılarının söylədiyi şeirlər münsiflər heyəti tərəfindən qiymətləndirilib. Nəticələrə uyğun olaraq şeir müsabiqəsinin qalibləri müəyyən olunub. Müsabiqənin qaliblərinə Ulu Öndərin doğum günündə mükafatlar təqdim olunacaqdır.

Hamısını oxu
Yeni il təbriki

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik  Cəlil Xəlilov Azərbaycan xalqını və Veteranlar   Təşkilatının çoxminli üzvlərini 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib. Təbrikdə  deyilir! Əziz həmvətənlər, hörmətli veteranlar! Birlik, Bütövlük, Həmrəylik hər bir xalqın, dövlətin milli sərvəti tarixi naliyyətidir. 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik gününün bayram kimi qeyd olunması ilə bağlı tarixi qərar 1991-ci il dekabr ayının 16-da Ümummilli Lider Heydər Əliyev tərəfindən verilib. 31 dekabr uzun illərdən bəri həsrətində olduğumuz milli birliyin yaradılması, bu birliyin ana xəttini müəyyənləşdirən azərbaycançılıq ideyasının formalaşmasının başlanğıcı idi.  Bu bayramla müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında ideoloji birliyin təməli qoyuldu. Artıq 35 ilə yaxındır ki, dünya azərbaycanlıları bu günü ümummilli birliyin, həmrəyliyin rəmzi kimi yüksək səviyyədə qeyd edirlər. Torpaqlarımızın işğaldan azad olunması milli həmrəyliyimizin təntənəsi, xalqımızın öz rəhbəri ətrafında sıx birləşməsinin təcəssümü oldu. Ulu Öndər azərbaycançılıq məfkurəsinin yaranmasına, xalqımızın milli mənlik şüurunun formalaşmasına və dünya azərbaycanlılarının həmrəyliyinin təmin olunmasına əvəzsiz töhfələr bəxş edib. Hazırda layiqincə davam etdirilən bu siyasət nəticəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən dövlətçiliyimizin dayaqları daha da möhkəmlənərək Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib.Ölkəmizin inkişafında prioritet istiqamətlərdən hesab edilən Azərbaycan Ordusunun hərbi qüdrətinin gündən-günə artırılması respublikamızın müdafiəsinə və təhlükəsizliyinin təminatına möhkəm zəmin yaradıb. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında dövlət və ordu quruculuğu istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da artaraq regionda sülhün və sabitliyin qorunmasına böyük töhfələr verilib. Ulu öndər Heydər Əliyevin zəngin siyasi irsi, idarəçilik təcrübəsi zaman keçdikcə dünya politoloqları, analitik mərkəzləri tərəfindən daha diqqətlə, daha dərindən öyrəniləcək, müasir siyasi idarəçilikdə geniş tətbiq ediləcəkdir. Onun ideyaları və əməli fəaliyyəti dövlət quruculuğunun, sosial-iqtisadi və mədəni-mənəvi inkişafımızın bütün istiqamətlərində yolumuza həmişə işıq salaraq, bu gün də, sabah da Azərbaycanı firavan gələcəyə istiqamətləndirəcəkdir. Əziz hənmətənlər, hörmətli veteranlar! Sizi bir daha 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edir, hər birinizə uzun ömür, möhkəm cansağlığı, ailənizdə xoşbəxtlik və firavan günlər arzulayıram. Bayramlar ərəfəsində şəhidlərimizin unudulmaz xatirəsini bir daha hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailə üzvlərini, Vətən uğrunda sağlamlığını itirən döyüşçülərimizi, veteranları bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, ailə səadəti uğurlar  arzulayıram. Bayramınız mübarək olsun!    Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri  polkovnik   Cəlil Xəlilov    

Hamısını oxu
“Prezident İlham Əliyevin “France 24”-ə müsahibəsi sübut etdi ki, Azərbaycanın hər bir dövlətə münasibəti adekvat olacaq”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Münxen şəhərində “France 24 telekanalına verdiyi müsahibə sübut etdi ki, bundan sonra da Azərbaycanın hər bir dövlətə münasibəti adekvat olacaq”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, dövlət başçısı müsahibəsində Azərbaycanın Fransa ilə olan münasibətinə aydınlıq gətirməklə yanaşı, bütövlükdə dövlətimizin digər ölkələrlə münasibətdə əsas tutduğu meyarları da şərh edib: “Prezident İlham Əliyev müshaibəsində bildirdi ki, Fransa ilə ölkəmiz arasında siyasi-diplomatik müstəvidə yaşanan gərginliyin səbəbkarı rəsmi Parisdir və Azərbaycan məhz Fransa hökumətinin yürütdüyü siaysətə cavab olaraq bəzi addımlar atmaq, bəyanatlar vermək məcburiyyəti qarşısında qalıb. Fransanın separatçıların açıq şəkildə müdafiə etməsi, qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanıması, ölkəmizin ünvanına yalan və böhtanlar səsləndirməsi fonunda Azərbaycan Fransa ilə bağlı həqiqətləri dilə gətirib ki, bu həqiqətlər hər kəsə məlumdur. Bununla yanaşı, dövlət başçısı Fransa-Azərbaycan münasibətlərində yeni bir səhifənin açılmasının mümkünlüyünə də toxundu və bildirdi ki, münasibətlərin inkişafı yalnız qarşılıqlı hörmət əsasında mümkündür. Prezident İlham Əliyev müsahibəsində vurğuladı ki, normal münasibətlərin inkişafı üçün suveren dövlətlərin bir-birlərinə hörmət etməsi, eyni zamanda bir-birlərinin daxili işlərinə müdaxilə etməməsi zəruridir. Yalnız bu halda sağlam, dinamik inkişafa səbəb olan münasibətlər qurmaq olar. Prezidentin məlum müsahibəsindən həm də bu nəticə hasil oldu ki, Azərbaycan bugünə qədər olduğu kimi, bundan sonra da beynəlxalq münasibətlərdə hər bir dövlətə adekvat yanaşacaq, hər ölkəylə onun layiq olduğu şəkildə davranacaq. Bu isə o deməkdir ki, Azərbaycan dövlətinin qərarlarına, suverenliyinə, hüquq sisteminə hörmətlə yanaşan hər bir dövlət özünə münasibətdə də eyni ehtiramı görəcək. Öz məkirli məqsədlərinə nail olmaq üçün Azərbaycana təzyiq etməyə çalışan, onunla təhdid dili ilə danışmağa cəhd edən dövlətlərin qazancı isə yalnız məyusluq və rüsvayçılıq olacaq”. Seymur ƏLİYEV      

Hamısını oxu