Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Səbail rayonunda 44 günlük Vətən müharibəsi şəhidi Nağıyev Əli Mehman oğlunun anım günü qeyd olunub

25 oktyabr   2021-cu il tarixdə  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının  Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin işçiləri, şöbə müdiri e/o polkovnik Adil Haqverdiyev,  baş  mütəxəssis Nəbi Hacıyev Bakı şəhəri Səbail    rayonunda yerləşən    91  saylı tam orta məktəbdə tədbirdə iştirak edib. Tədbir  44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş, “Vətən uğrunda” medalı ilə təltif olunmuş(ölümündən sonra) Nağıyev Əli Mehman oğlunun anım gününə həsr olunub.

 

Tədbirdə şəhidin atası Mehman müəllim, anası Lalə xanım, qardaşı Qahir, məktəbin şagird və müəllim kollektivi iştirak edib.

 

Tədbiri məktəbin direktoru Svetlana Zülfüqarova açıb . O, məktəbin məzunu şəhid Əli Nağıyevin məktəb illərində necə bir şagird olmasından, dərsə davamiyyətindən, yoldaşları ilə davranışından danışıb. Əli şəhidlik zirvəsinə yüksəlməklə təkcə valideynlərinin  övladı yox, bütün ata-anaların  övladına  çevrilib. Məktəb direktoru qeyd edib ki, şəhidlərin hər birini yaddaşlarda yaşatmaq bizim müqədəs vətəndaşlıq borcumuzdur.

 

Sonra  şagirdlər səhnəyə dəvət olunublar. Hərbi  formada səhnəyə çıxan şagirdlər hazırladıqları şer parçalarını söyləyiblər.


Çıxış üçün söz Adil Haqverdiyevə verilib. O, ilk öncə  şəhidlərə Uca Allahdan rəhmət, qazilərimizə, döyüşçülərimizə cansağlığı arzulayıb: Mən bir müharibə veteranı kimi söyləyirəm, müharibə nəqədər çətin olsa da, mənim üçün şəhid analarının  gözlərinə baxmaq daha çətin idi. Mən bir daha siz valideynlərin qarşısında baş əyirəm, sizlərə “çox sağ olun” deyirəm ki, belə oğullar yetişdirdiz. 30 ilin həsrətindən sonra Qarabağda yüksələn üçrəngli bayrağımız tökülən qanların hesabına dalğalanır. Səhidlər ölməzdir, onlar əbədi yaşayacaq”.

 

Sonra Nəbi Hacıyev çıxış edib. Tədbirin sonunda xatirə şəkli çəkilib.

2021-10-25 14:50:00
978 baxış

Digər xəbərlər

“Müstəqil Dövlətlərin veteranlar (pensiyaçılar) İctimai Təşkilatları İttifaqı”nın Moskvada VI Beynəlxalq qurultayı keçirilmişdir

15 noyabr 2016-ci il tarixində Moskva şəhərində Müharibə və Silahlı Qüvvələr veteranları evində “Müstəqil Dövlətlərin Veteranlar (pensiyaçılar)  İctimai Təşkilatları İttifaqı”nın VI Beynəlxalq qurultayı keçirilmişdir. Qurultayda Azərbaycanı Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatını sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov təmsil etmişdir. C.Xəlilov ən məhsuldar illərini vətənə xidmətə həsr etmiş veteranları Azərbaycan veteranları adından salamlayaraq, Təşkilatın Rusiya Fedarasiyası, Ukrayna, Belarus, Moldova Respublikası icmaları, MDB ölkələrinin səfirlikləri ilə sıx əməkdaşlıq əlaqələri saxladığını qeyd etmiş, son illərdə MDB ölkələrinin müvafiq qurumları ilə əməkdaşlıq əlaqələrinin gücləndiyini, əməkdaşlığın daha da inkişaf etdiriləcəyini vurğulamışdır. O, İkinci Dünya Müharibəsində faşizm üzərində qələbənin əldə olunmasında Azərbaycanın yaxından iştirakından, azərbaycanlıların qəhrəmanlığından, qanlı döyüşlərdə 300 mindən çox soydaşımızın həyətlarını itirməsindən danışmış, bəşəriyyətin dəhşətli bəladan xilasında xalqların birgə nailiyyətinə verilən digər töhfələrdən bəhs etmişdir. C.Xəlilov həmçinin tədbir iştirakçılarlnln diqqətini İkinci Dünya Müharibəsinin tarixinin ermənilər tərəfindən məqsədli şəkildə saxtalaşdırılmasına, belə münasibətin yolverilməzliyinə yönəltmiş, Azərbaycanın bu məsələlərdə tutduğu qəti və obyektiv mövqeyi çatdırmışdır. Sonda C. Xəlilov Azərbaycan Veteranlar Təşkilatı tərəfindən nəşr olunmuş “Победа и память» (“Qələbə və yaddaş”) kitabını İttifaqın Rəyasət Heyətinə hədiyyə etmişdir. Qurultayda Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev və Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov “Müstəqil Dövlətlərin Veteranlar (pensiyaçılar) İctimai Təşkilatları İttifaqı”nın Rəyasət Heyətinə yenidən üzv seçilmişlər.  

Hamısını oxu
Bu gün Heydər Əliyevin doğum günüdür - 23 YAŞIN MÜBARƏK

Bu gün Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin nəvəsi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oğlu Heydər Əliyevin doğum günüdür. Prezident İlham Əliyevin oğlu Heydər Əliyevi 23 yaşı tamam olması münasibəti ilə Respublika Veteranlar Təşkilatının rəhbərliyi və çoxsaylı veteranlar adından səmimi qəlbdən təbrik edir, ona gələcək həyat və fəaliyyətində uğurlar diləyirik. Xatırladaq ki, Heydər İlham oğlu Əliyev 3 avqust 1997-ci  ildə Bakı şəhərində anadan olub. Orta məktəbi 2013-cü ildə bitirdikdən sonra Azərbaycan Diplomatiya Akademiyasına yüksək bal toplayaraq qəbul olan Heydər Əliyev “Beynəlxalq münasibətlər” ixtisası üzrə təhsil alıb.   Hörmətlə: Respublika Veteranlar Təşklatının sədri general-polkovnik  Tofiq Ağahüseynov

Hamısını oxu
50 minə yaxın Azərbaycan vətəndaşı Vətəni qorumaq üçün artıq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev iyulun 21-də Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxışı zamanı deyib. Dövlət başçısı bildirib: "Mənim sözlərimdən sonra heç bir həftə keçməyib, artıq əlli minə yaxın insan yazılıb. Əlli minə yaxın Azərbaycan vətəndaşı, - onların mütləq əksəriyyəti gənclərdir, - Vətəni qorumaq üçün artıq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib, öz adlarını, ünvanlarını veriblər. Mən onlara təşəkkür edirəm. Bax, budur Azərbaycan xalqı, budur Azərbaycan gənci. Parlamentin şüşələrini, qapılarını qıran yox. Budur, bu gün Qarabağda ölümə getməyə hazır olan Azərbaycan gənci. Mən bir daha onlara, onların valideynlərinə təşəkkürümü bildirirəm. Onlar xalqımız, dövlətimiz üçün dəyərli övladlar yetişdiriblər. Bir daha demək istəyirəm ki, Azərbaycan Ordusu bu gün istənilən vəzifəni icra edə bilər. Azərbaycan Ordusu tam komplektləşdirilib və əgər əlavə canlı qüvvə lazım olarsa, əlbəttə ki, biz bundan istifadə edəcəyik. Səfərbərliyin elan edilməsinə hələ ki, heç bir ehtiyac yoxdur. Əgər lazım gələrsə, bu da olacaq. Mən demişəm, bir daha demək istəyirəm, - çox da dərinə getmək istəmirəm, - biz bilirik, nə vaxt, necə, nəyi etmək lazımdır. Biz öz siyasətimizdən əl çəkməyəcəyik. Bizim siyasətimiz ədalətli siyasətdir. Bizim siyasətimiz həm beynəlxalq hüquqa, tarixi ədalətə söykənir və biz istədiyimizə nail olacağıq". Milli.Az

Hamısını oxu
Respublika Veteranları Təşkilatının üzvləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad ediblər.

Respublikası Veteranları Təşkilatının üzvləri Şəhidlər xiyabanında 20 Yanvar faciəsi qurbanlarının məzarlarını ziyarət ediblər. Veteranlar şəhidlərin xatirəsini dərin ehtiramla yad edib, məzarları üzərinə güllər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.   

Hamısını oxu