Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Nərimanov rayonunda Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant, şəhid Azad Hümbətovun xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib

29 oktyabr 2021-ci il tarixdə İdman Tennis Kompleksində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və İdman Tennis Kompleksin birgə təşkilatçılığı ilə Vətən Müharibəsi Qəhrəmanı, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmiş baş leytenant, şəhid Azad Hümbətovun xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib.

 

Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin İdman Şöbəsinin müdiri, Olimpiya çempionu Fərid Mansurov, şəhid, Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun atası, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov, Vətən Müharibəsi şəhidi, mayor Vüsal Vəliyevin qardaşı Eliyar Vəliyev, Aprel döyüşləri şəhidi, polkovnik-leytenant Sənan Axundovun yoldaşı, 45 saylı tam orta məktəbin direktoru Nəcibə Axundova, İdman Tennis Kompleksin direktoru Əhməd Abbasbəyli, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Nərimanov rayonunda fəaliyyət göstərən idman məktəblərinin rəhbərləri, müxtəlif idman növləri üzrə federasiyalarının üzvləri, rayonun fəal könüllüləri və 47 saylı tam orta məktəbin şagirdləri hərbi geyimdə iştirak etmişlər.

 

İlk öncə Azərbaycanımızın azadlığı, istiqlaliyyəti və müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

 

Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov və İdman Tennis Kompleksin direktoru Əhməd Abbasbəyli çıxış edərək qeyd etdilər ki, dövlətimizin şəhidlərin ruhuna bəslədiyi ehtiram və onların ailələrinə tükənməyən qayğısından bəhs edərək bildirmişlər ki, gənc nəsil və müasir gənclərimiz şəhidlərimizin qanı, canı bahasına əldə olunmuş qələbəmizin, müstəqilliyimizin qədrini bilməli, daima qoruyub saxlamalı və özlərindən sonrakı gələcək nəsillərə ötürməlidirlər. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşü qalibiyyətlə başa çatdı. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu mənfur düşməni darmadağın edərək uzun illər işğal altında qalan torpaqlarımızı azad etdi, cənab Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Şəhid ailələrinin, qazilərin və hərbi xidmətdən tərxis olunanların və onlara bərabər tutulan şəxslərin problemləri daim diqqət mərkəzindədir. Dövlətimiz hər bir Azərbaycan vətəndaşının sosial məsələlərinin həllinə xüsusi diqqətlə yanaşır, bu baxımdan çox mühüm layihələr həyata keçirilir.

 

Sonra Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun atası, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov, Vətən Müharibəsi şəhidi, mayor Vüsal Vəliyevin qardaşı Eliyar Vəliyev, Aprel döyüşləri şəhidi, polkovnik-leytenant Sənan Axundovun yoldaşı, 45 saylı tam orta məktəbin direktoru Nəcibə Axundova isə öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.

 

Tədbirin rəsmi hissəsindən sonra “888 Boxing” Klubunun üzvləri boks, Kapoeyra Federasiyasının idmançıları kapoeyra, Azərbaycan Kikboksinq Federasiyasının idmançıları kikboks, Taekvondo Federasiyasının idmançıları taekvondo, 6 saylı Uşaq – Gənclər Məktəbin idmançıları karate idman növləri üzrə nümunəvi çıxışlar göstərdi, 45 saylı tam orta məktəbin şagirdi Arzum Babaşova skripka musiqi alətində ifa nümayiş etdirdi, müğənni Aydın Sani vətənpərvər mahnılar ifa etdi.

 

Sonda şahmat yarışının qalibləri müvafiq dərəcəli diplom və medallar ilə təltif edilmiş, şəhidin atası Arif Hümbətova Xatirə Diplomu və Azərbaycan Dövlət Bayrağı təqdim edilmişdir.

 

2021-10-29 19:24:00
1191 baxış

Digər xəbərlər

Laçın-Xankəndi yolunda sərhəd-keçid məntəqəsinin yaradılması qanuni olduğu qədər zəruri idi

Laçın-Xankəndi yolunda sərhəd-keçid məntəqəsinin yaradılması qanuni olduğu qədər zəruri idi. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, separatçıların Laçın-Xankəndi yolundan sui-istifadə etməsi Azərbaycana başqa seçim şansı qoymadı: “Məlumdur ki, separatçılar uzun müddət Laçın-Xankəndi yolundan hərbi məqsədlər üçün istifadə edir, bu yol vasitəsilə Xankəndiyə canlı qüvvə, silah-sursat, mina və s. daşıyırdılar. Azərbaycan baş verənlərlə bağlı dəfələrlə həm Ermənistana, həm də beynəlxalq təşkilatlarla öz narahatlığını ifadə etmiş, bu cür halların yolverilməz olduğunu vurğulamışdı. Rəsmi Bakı bəyan etmişdi ki, separatçıların sürətlə silahlanmaq cəhdləri regionda vəziyyətin mürəkkəbləşməsi, hərbi toqquşma riskinin ciddi şəkildə artması deməkdir. Ən əsası, bütün bunların 2020-ci ilin 10 noyabr üçtərəfli Bəyanatına zidd olduğu bütün tərəflərin diqqətinə çatdırılmış, ancaq təəssüflər olsun ki, beynəlxalq təşkilatlar, Rusiya sülhməramlıları və digər güclər tərəfindən problemin həlli istiqamətində heç bir addım atılmamışdır. Məhz bu səbəbdən də Azərbaycan Laçın-Xankəndi yolunda sərhəd-keçid məntəqəsi yaratmaqla yola tam nəzarəti təmin etmək məcburiyyəti qarşısında qaldı”. Polkovnik qeyd edib ki, Laçın-Xankəndi yolunda sərhəd-keçid məntəqəsinin yaradılması suveren hüquqlarımızın qorunması, təhlükəsizliyimizin təmini istiqamətində atılan mühüm, tarixi addımlardan biridir. “Bu addım dövlətimizin təhlükəsizlik məsələsində kimsəyə güzəştə getmədiyini, öz suveren hüquqlarının tam şəkildə bərpası üçün sona qədər iradə sərgiləməyə qadir olduğunu göstərdi. Başlıcası, rəsmi Bakı Laçın-Xankəndi yolunda sərhəd-keçid məntəqəsi yaratmaqla sübut etdi ki, Azərbaycan sadəcə öz təhlükəsizliyni deyil, həm də regional təhlükəsizliyi təkbaşına təmin etməyə qadirdir və bunun üçün kifayət qədər gücü var”, - deyə C.Xəlilov vurğulayıb.

Hamısını oxu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Söhbət zamanı dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin strateji müttəfiqlik zəminində inkişaf etdiyini bir daha vurğulayıblar. Dövlətimizin başçısı Prezident Rəcəb Tayyib Ərdoğanın və Əminə xanım Ərdoğanın Azərbaycanda keçirilmiş COP29 konfransının liderlər sammitində fəal iştirakını məmnuniyyətlə qeyd edərək, geniştərkibli Türkiyə nümayəndə heyətinin konfransın işinə əsaslı töhfələr verdiyini vurğulayıb. Prezident Rəcəb Tayyib Ərdoğan öz növbəsində COP29-un uğurla keçirilməsi və danışıqlar prosesində əldə olunmuş nəticələr münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb. Telefon danışığı əsnasında Cənubi Qafqaz və Yaxın Şərq regionuna aid məsələlərə toxunulub, xüsusilə Suriyada Əsəd rejiminin çökməsindən sonra yaranmış vəziyyət müzakirə olunub. Dövlət başçıları bu münasibətlə Suriya xalqına təbriklərini, Suriya dövlətinin ərazi bütövlüyünə və suverenliyinə dəstəklərini ifadə ediblər. Prezident İlham Əliyev bundan sonra Türkiyənin yaxın dəstəyi ilə Suriyada sabitlik dövrünün başlayacağına ümidvar olduğunu bildirərək, Azərbaycanın qardaş Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazır olduğunu qeyd edib. Prezident Rəcəb Tayyib Ərdoğan bütün sahələrdə olduğu kimi Suriya xalqına humanitar yardım və dəstək məsələsində də Azərbaycan və Türkiyənin birgə fəaliyyət göstərəcəyini məmnuniyyətlə qeyd edib. Söhbət əsnasında Azərbaycan və Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Hamısını oxu
Gənclər və İdman Nazirliyinin inzibati binasında Azərbaycan Kamandan Oxatma Federasiyasının (ARKOF) ümumi yığıncağı keçirilib.

Nazirliyin mətbuat xidmətindən Bakusport.az saytına verilən məlumata görə, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Əvvəlcə gənclər və idman naziri Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb. Yığıncaqda ARKOF-un son illərdəki fəaliyyəti barədə hesabatı dinlənilib, qurumun Nizamnaməsinə əlavə və dəyişikliklər edilib, federasiya rəhbərliyinə seçkilər keçirilib. Şahin Mövsümov yenidən federasiyanın prezidenti seçilib. Həmçinin Seymur Qurbanov federasiyanın vitse-prezidenti, Tural Seyidov, Zemfira Qəhrəmanova və Natiq Fazilov İdarə Heyətinə üzv seçiliblər. Tədbirin sonunda Ş.Mövsümov çıxış edərək qurumun bundan sonrakı fəaliyyəti və qarşıdakı planları barədə danışıb.  

Hamısını oxu
Vladimir Putin Mehriban Əliyevanı təbrik etdi

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib.  AZƏRTAC-ın dərc etdiyi təbrik mətnində deyilir: “Hörmətli Mehriban Arif qızı,   Ad gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Siz Rusiyanın əsl dostu kimi ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verirsiniz. Əminəm ki, bu münasibətlər bundan sonra da Rusiya və Azərbaycan xalqlarının rifahı naminə bütün sahələrdə səmərəli inkişaf edəcək. Hörmətli Mehriban Arif qızı, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq və dövləti fəaliyyətinizdə uğurlar arzulayıram. Ailənizə mənim səmimi salamlarımı çatdırmağınızı xahiş edirəm”

Hamısını oxu