Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Salam, əziz Şuşam adlı ədəbi - bədii kompozisiya təqdim olundu

Sentyabrın 27 - dən başlayan ,44 gün davam edən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsidir. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali baş komandan İ.Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü ,mətinliyini nümayiş etdirdi. 

 

Hər bir azərbaycanlı üçün əziz Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8 də 28 illik həsrətdən  sonra azad edilməsi müharibənin taleyində həlledici rol oynadı. İdrak liseyinin kollektivi də Zəfər gününün ovqatına  rəng qatmaq üçün "Salam, əziz Şuşam " adlı ədəbi - bədii Kompozisiya hazırlayıb

 

“Sherg.az” xəbər verir ki, Günel Anarqızının eyniadlı essesi əsasında səhnələşdirilən kompozisiyanın əsas məqsədi "Qarabağ Azərbaycandır " reallığını gənc nəslə təqdim etmək ,tanınmağa layiq  qəhrəman oğullarımızı daha yaxından tanıtmaqdır.

 

"Salam, əziz Şuşam"  kompozisiyasında şəhid Fəxri Qəribzadənin Vətənə əmanət qoyduğu anası Mehparə Qəribova, Şuşaya daxil olan ilk tank komandiri Rüfət Hacızadə ,"fəxr edirəm ki ,bu zəfərdə mənim də payım var " - deyən döyüşən jurnalist ,"İki sahil " qəzetinin baş redaktorunun müavini Anar Miriyev çıxış edərək bir daha qeyd elədilər ki ,hər kəsin ürəyində bir Vətən nəğməsi var ,gec -tez onu oxumalıdır. 

 

25 nəfərdən çox şəhid övladının təhsil aldığı İdrak liseyinin təsisçisi ,professor Mönsüm Alışov tədbirə dəvət alan qaziləri ,şəhid ailələrini ,millət vəkillərini ,təhsil işçilərini Zəfər günü münasibəti ilə təbrik etdi.Liseyin bir qrup şagirdinin Vətənə zəfər raportu və məktəblilərdən ibarət xor kollektivinin ifasında səslənən məşhur "Qarabağ " mahnısı tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.

 

 

2021-11-04 13:52:00
1240 baxış

Digər xəbərlər

“Prezidentimizin təyyarə qəzası ilə bağlı sərgilədiyi mövqe dövlətimizin qətiyyətindən xəbər verir”

“Prezident İlham Əliyevin dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında yaşanan təyyarə qəzası ilə bağlı sərgilədiyi mövqe dövlətimizin qətiyyətindən, ölkəmizin prinsipiallığından xəbər verir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Təşkilat sədri qeyd edib ki, dövlət başçısı dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibəsində baş verən qəzaya görə Rusiyanın məsuliyyət daşıdığını bildirib, rəsmi Bakının Moskva qarşısında üç tələb qoyduğunu vurğulayıb: “Dövlət başçısı müsahibəsində qəza ilə bağlı istintaq prosesinin davam etdiyini, hər şeyin istintaqın nəticəsindən sonra məlum olacağını söyləsə də, bugünə qədər məlum olan bir çox faktların da qəzanın səbəbi ilə bağlı çox şey dediyini qeyd etdi. Ölkə başçısı bildirdi ki, bütün faktlar təyyarənin kənar müdaxiləyə məruz qaldığını, ona atəş açıldığını göstərir. Bununla bağlı çoxsaylı sübutların mövcudluğunu bildirən Prezident İlham Əliyev vurğuladı ki, ortada bu qədər ciddi faktlar ola-ola qəzanı hansısa quşlarla bağlamaq, yaxud da ki, qaz balonunun partlaması kimi qələmə vermək vicdansızlıqdır. Dövlət başçısı Azərbaycanın Rusiya qarşı irəli sürdüyü tələblərə də aydınlıq gətidi. Cənab Prezident bildirdi ki, bu tələblərdən biri Rusiyanın üzr istəməsi, ikincisi, günahkarların cəzalandırması, üçüncüsü, Azərbaycana kompensasiyanın ödnilməsidir. Hansı ki, bütün bu tələblər tamamilə qanunidir və beynəlxalq hüquqa əsaslanır”. Polkovnik qeyd edib ki, Azərbaycan-Rusiya münasibətlərinin zərər görməməsi, habelə haqqın, ədalətin bərpası baxımından rəsmi Bakının irəli sürdüyü tələblərin tam şəkildə yerinə yetirilməsi vacibdir: “Azərbaycan təyyarə qəzası ilə bağlı Rusiyaya qarşı üç şərt irəli sürüb ki, bunlardan da biri yerinə yetirilib. Rusiya üzr istəyib. Lakin qalan iki tələbin yerinə yetirilməsi – günahkarların müəyyən edilərək cəzalandırılması və Azərbaycana kompensasiyanın ödənilməsi də olduqca vacibdir. Bu, həm haqqın, ədalətin öz yerini alması, həm də Azərbaycan-Rusiya münasibətlərinin qorunub saxlanılması və gələcəyi baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Azərbaycanın mövqeyi tamamilə haqlıdır və bu mövqe beynəlxalq hüquqa əsaslanır. Ümid edirəm ki, Rusiya bu məsələdə üzərinə düşən məsuliyyəti lazımınca dərk edəcək və bu məsuliyyətdən irəli gələn bütün addımları atacaq”. Seymur ƏLİYEV  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının sədri xanım əməkdaşları təbrik etdi

Bu gün Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 8 mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar olaraq tədbir keçirilib.   Pandemiyaya qarşı mübarizə qaydaları çərçivəsində keçirilən tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bayram münasibəti ilə qadınları təbrik edib, onların dövlətimizin inkişafındakı roluna, cəmiyyətdəki önəminə diqqət çəkib.   Tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədri  Fatma Səttarova da qadınları 8 mart münasibəti ilə təbrik edib, tarixin bütün dönəmlərində Azərbaycanın qadınının ön və arxa cəbhələrdə fədakarlıqla çalışdığını, xalqımızın, dövlətimizin inkişafı üçün hər hansı fədakarlıqdan çəkinmədiyini bildirib. Həmçinin, qeyd olunub ki, Böyük Vətən Müharibəsi iştirakçısı olan xanımlara bayran münasibəti ilə təbrik məktubu ünvanlanıb.   Xoş ovqat əsnasında keçən tədbirdə Respublika Veteranlar Təşkilatının xanım əməkdaşlarına gül dəstələri təqdim edilib, xatirə şəkli çəkilib.

Hamısını oxu
Səbaildə Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı tədbir keçirilib

Səbayil  rayonu 160 №-li Klassik Gimnaziyda  Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və İkinci Dünya Müharibəsinin qələbə ilə başa çatmasının 80 illiyi qeyd olunub.                                       Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatın  Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi  Hacıyev 12 may 2025-cü il tarixində Səbayıl rayonu 160 №-li Klassik Gimnaziyda  tədbir  təşkil ediblər. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və Böyük Vətən Müharibəsinin qələbə ilə başa çatmasının 80 illiyinə həsr edilmiş”Sən elə bir zirvəsən” və  İkinci Dünya  Müharibəsinin 80 illiyinə həsr edilmiş “Qəhrəmanlar unudulmur” adlı   tədbirdə Səbayil rayonu VT-nın sədri Adilə Yaqubova, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, məktəbin direktoru Gülnarə Mustafayeva, müəllimlər, şagirdlər və digər qonaqlar  iştirak ediblər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, İkinci Dünya Müharibəsində həlak olanların və  ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Tədbiri  məktəbin direktoru Gülnarə Mustafayeva  açıb. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və İkinci Dünya Müharibəsinin qələbə ilə başa çatmasının 80 illiyi barədə ətraflı məlumat verib. Daha sonra şagirdlərin müharibə dövrünü əks etdirən filmlərdən hazırladıqları səhnələr təqdim edilib.   Daha sonra çıxış üçün söz Adil Haqverdiyevə verilib. Adil Haqverdiyev çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyev hələ ötən əsrin 70-80-ci illərdə Azərbaycanı o zamankı ittifaq məkanında geridə qalan aqrar respublikalar sırasından dinamik inkişaf edən qabaqcıl respublikalar sırasına çıxarmışdır. Ulu Öndərin 1993-cü ilin iyun ayında xalqın çağrışı ilə yenidən ölkə rəhbərliyinə qayıdışı Azərbaycanı dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən, dərin siyasi, iqtisadi və sosial böhrandan xilas edib. İkinci Dünya müharibəsi illərində Azərbaycan vətəndaşları istər ön, istərsə də arxa cəbhədə böyük fədakarlıqlar göstərmişlər. Onların əziz xatirələri daim xalqımızn qəlbində yaşayacaq. Daha sonra Kəmalə Həşimova, Adilə Yaqubova və Nəbi Hacıyev çıxış ediblər. Tədbirin sonunda xatirə şəkli çəkilib.      

Hamısını oxu
“DTX-nın keçirdiyi əməliyyatlar həm qanunların icrası, həm də genefondun qorunması deməkdir”

“Rusiya-Ukrayna müharibəsində iştirak etmiş Azərbaycan Respublikasının vətəndaşlarının DTX tərəfindən məsuliyyətə cəlb olunması, milli qanunvericiliyimizə tam uyğundur”.  Bunu Moderator.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev bildirib. Millət vəkili mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib: “Burada söhbət, yalnız Azərbaycan vətəndaşlarından gedir. Aydındır ki, həm Rusiyada, həm də Ukraynada kifayət qədər soydaşlarımız yaşayır və onların bir hissəsi həmin ölkələrin pasportunu daşıyırlar. Bu baxımdan, vətəndaşlıqları olanların, Azərbaycanda məsuliyyətə cəlb olunması qeyri-mümkündür. Təbii ki, onların yaşadıqları dövlətlər qarşısında hüquqi öhdəlikləri nəzərə alınır. DTX-nin keçirdiyi əməliyyatlara, bir neçə aspektdən yanaşmaq lazımdır. Birincisi, döyüş əməliyyatlarında iştirak edənlərin aşkar edilərək cinayət məsuliyyətinə cəlb olunması, Azərbaycan qanunlarının icrası, ikincisi, genofondun qorunması deməkdir. Digər tərəfdən, müharibə ölüb, öldürmək deməkdir. Vuruşmaq üçün motivasiya olmalıdır. 44 günlük müharibədə xalqımız, Vətən torpaqlarının işğaldan azad olunması üçün, vahid yumruq kimi birləşdi. Müqəddəs ideya uğrunda, gənclərimiz ölümə getdi. Rusiya-Ukrayna müharibəsində isə, təsəvvür edin, hər iki tərəfdən azərbaycanlı vuruşur və nəyə görə ölümə getdiyini özü də bilmir. Bunun izahı yoxdur, sadəcə dəhşətdir. Bir məsələni də məxsusi qeyd etmək istərdim. Müharibələrdə, döyüş əməliyyatlarında iştirak etmiş insanların əksəriyyətində müəyyən psixoloji pozğunluqların, bəzilərində isə, psixi problemlərin olduğu hər kəsə məlumdur. Ona görə də, bu kateqoriyalardan olan şəxslərin mülki həyata, cəmiyyətə inteqrasiyasını təmin edən bərpa mərkəzlərində müalicə keçmələri mütləqdir. Müalicə-bərpa kurslarını keçməyən müharibə əlilləri, veteranlar, əlavə problemlərdir. Cəmiyyətin kriminogen durumuna təsir edirlər. DTX-nin keçirdiyi əməliyyatlar, cəmiyyət tərəfindən müsbət qiymətləndirilir və heç şübhəsiz, bu yola getmək istəyənlər üçün düşündürücü, təsirli nümunədir. Hesab edirəm ki, bu istiqamətdə təbliğat xarakterli işlər aparılmalıdır”. Seymur ƏLİYEV

Hamısını oxu