Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

"Qarabağ Zəfərinin Ağdam Müjdəsi" adlı tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, “Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi” və Böyük Qayıdış Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə İşğaldan azad olunmuş Ağdamda "Qarabağ Zəfərinin Ağdam Müjdəsi" adlı tədbir keçirilib.

 

Ağdama səfər çərçivəsində tədbir iştirakçıları Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi İmarət kompleksini, Ağdam Cümə və Qiyaslı məscidlərini və Ağdam Dövlət Dram Teatrını ziyarət edib, işğal dövründə erməni vandalizminə məruz qalan Ağdam şəhərinin tarixi, mədəniyyət abidələri ilə yaxından tanış olublar. Ziyarətlərin ardından tədbir iştirakçıları Ağdam Cümə məscidində camaat namazı qılıb, Allaha şükranlıq duaları ediblər.

 

Ağdam Dövlət Dram Teatrının qarşısında hər iki təşkilatın adından təcəvüzkar Ermənistanın işğalçılıq siyasətini və vanadlizm hərəkətlərini, regionda sülhün təmin olunmasında pozuculuq fəaliyyətlərini pisləyən birgə bəyanat səsləndirilib.

 

Daha sonra səfər çərçivəsində Ağdamın simvollarında hesab edilən Şahbulaq qalasında media nümayəndələrinin iştirakı ilə tədbir təşkil olunub. Tədbirin rəsmi hissəsində hər iki təşkilatın idarə heyətinin üzvləri, Vətən müharibəsi qaziləri çıxışlar edərək öz təəsüratlarını bölüşüblər. Rəsmi çıxışların ardından sonra Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin sədr müavini Qalib Əliyev, "Böyük Qaydış" Gənclər təşkilatının icraçı direktoru Nail Şükürovun iştirakıyla təşkilatlar arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb. Tədbir Qarabağ gənclərinin ifasında musiqili-bədii hissə ilə davam edib.

 

Ağdam səfəri və birgə tərəfdaşlıqla bağlı Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal və "Böyük Qayıdış" Gənclər Təşkilatının icraçı direktoru Nail Şükürov mətbuata birgə açıqlama veriblər. Açıqlamada qeyd edilib ki, Qarabağın giriş qapısı adlandırılan Ağdam erməni qəsbkarları tərəfindən 30 ilə yaxın bir müddət ərzində istilaya məruz qalmış, dini ibadət yeri olan məscidlərimiz dağıdılmış, təhqir edilmiş, mədəniyyət ocaqları vandalizmə məruz qalmış, rayonun mərkəzi, kəndlər yerlə-yeksan olunmuş, infrastruktur məhv edilmişdir. Bu gün hər birimiz qürurla deyə bilərik ki, Qarabağın cənnət guşəsi Ağdam şəhəri Müzəfər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi Rəşadətli Azərbacan Ordusun qəhrəmanlığı və şücaəti sayəsində erməni vandallarından azad edilərək əldə olunan tarixi Zəfərlə yenidən öz əsl sahibinə qaytarılmışdır. İndi Ağdam, bütünlüklə Qarabağ yenidən qurulur, dirçəlir.

 

Həmçinin açıqlamada xüsusi olaraq vurğulanıb ki, Qarabağda bu cür ictimai-siyasi, milli, vətənpərvər əzimdə birgə tədbir və səfərləri etməkdə əsas məqsəd Prezident cənab İlham Əliyevin daha güclü Azərbaycan naminə yorulmadan irəliyə doğru apardığı daxili və xarici siyasətə vətəndaş cəmiyyəti dəstəyini göstərməkdir.

 

Bundan sonra da Vətən Müahribəsi Əlillərinə Kömək İctimai Birliyi və "Böyük Qaydış" Gənclər Təşkilatı bu kimi milli, vətənpərvər ruhda Qarabağa səfərlər, birgə tədbir və layihələr icra edəcəklər.

 

2021-11-28 11:05:00
1192 baxış

Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı akademik Arif Paşayevi təbrik edib

Bu gün akademik, əməkdar elm xadimi, Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayevin ad günüdür.   Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti bu münasibətlə Arif Paşayevi təbrik edib. Təbrikdə deyilir:   “Hörmətli Arif müəllim. Sizi ad gününüz münasibəti ilə təbrik edir, Sizə uzun ömür, cansağlığı, elmi fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq. Əminik ki, hər zaman olduğu kimi bundan sonra da, dəyərli elmi əsərləriniz və ixtiralarınızla ölkəmizdə elmin və təhsilin inkişafına böyük töhfələr verəcək, doğma Azərbaycanımızı beynəlxalq elmi konfranslarda, mötəbər elmi təşkilatlarda uğurla təmsil edəcəksiniz. İftixar hissi ilə qeyd edirik ki, Siz hər zaman zəngin elmi fəaliyyətinizi davam etdirməklə yanaşı, təcrübəli pedaqoq və elmi rəhbər kimi ölkəmizdə yüksək intellektə malik gənc kadrların hazırlanması prosesinə də böyük dəstək vermisiniz, dövlətimizin savadlı, dünyagörüşlü və vətənpərvər milli kadrlarla təmin edilməsində mühüm rol oynamısınız. Sevindiricidir ki, Sizin bu müqəddəs missiyanız bu gün də uğurla davam edir.   Sizi bir daha ad gününüz münasibəti ilə təbrik edir, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı adından ən xoş arzularımızı bildiririk”.   Hörmətlə, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti adından  Fatma Səttarova və  Cəlil Xəlilov  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilən konfrans keçirilib

9 dekabr saat 11:00-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq “Heydər Əliyev – hüquqi və demokratik dövlət quruculuğunun banisidir” mövzusunda konfrans keçirilib.   Konfransı giriş sözü ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova açıb, Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi  1 dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.   Konfransda çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Ulu öndərin Azərbaycanın dövlətçilik tarixindəki roluna diqqət çəkib. Polkovnik qeyd edib ki, məhz Heydər Əliyevin səyi nəticəsində Azərbaycan bir dövlət kimi parçalanmadan xilas olub, öz müstəqilliyini möhkəmləndirib, bütün parametrlər üzrə sürətli inkişaf dövrünə qədəm qoyub.     Sədr müavininin çıxışından sonra Ulu öndərə həsr edilən “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” filmi nümayiş olunub.   Daha sonra Azərbaycan Respublikası “Polisə dəstək” İctimai Birliyinin sədri, Qarabağ müharibəsi veteranı Şəmsəddin Əliyev, akademik Ziyad Səmədzadə,  Azərbaycan Respublikasının  Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru  Abduləli Abdullayev, istefada olan general-mayor Vladimir Vasilyeviç Timoşenko, fəlsəfə elmləri doktoru, əmək və I Qarabağ müharibəsi veteranı İmran Əbilov, şöbə müdiri general-mayor Rasim Əliyev, şöbə müdiri Bəhram Zahidov çıxış edərək Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı əvəzssiz xidmətlərinə toxunublar.   Tədbirdə “Polisə dəstək” İctimai Birliyinin sədri, Qarabağ müharibəsi veteranı Şəmsəddin Əliyevin ideya müəllifliyi və  təşkilatçılığı ilə çap edilən “Heydər Əliyev və Azərbaycanın hüquq-mühafizə orqanları” kitabı  da konfrans iştiakçılarına təqdim olunub. Kitabda 1969-2019-cu illərdə hüquq-mühafizə orqanlarındakı islahatlar öz əksini tapıb.   Tədbirdə DİN Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenatı Ruslan Vəliyev, müharibə veteranları və ziyalılar iştirak edib.   Tədbirin sonunda xatirə şəkli çəkilib.    

Hamısını oxu
Заместителю Председателя Общественного объединения «Организация ветеранов войны, труда и Вооруженных сил Азербайджанской Республики » Халилову Д.М.

Hamısını oxu
Əliyev Hümbət Hümbət oğlu

II Dünya Müharibəsi və əmək veteranı, Əliyev Hümbət Hümbət oğlu 25 oktyabr tarixində vəfat edib. 1921-ci ildə Qazax rayonun Aşağı Əskipara kəndində dünyaya göz açmışdır. 1939-cu ildə ordu sıralarına çağrılmışdır. Sovet-Finlyandiya müharibəsinin iştirakçısı olmuş, daha sonar  Pribaltika cəbhəsində vuruşmuş, bir sıra orden və medallarla təltif edilmişdir. Müharibədən qayıtdıqdan sonra uzun müddət  məktəbdə müəllim işləmişdir. Hümbət Əliyevin vəfatı ilə bağlı Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti üzvləri mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin! 

Hamısını oxu