Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilən konfrans keçirilib

9 dekabr saat 11:00-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq “Heydər Əliyev – hüquqi və demokratik dövlət quruculuğunun banisidir” mövzusunda konfrans keçirilib.

 

Konfransı giriş sözü ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova açıb, Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi  1 dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 

Konfransda çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Ulu öndərin Azərbaycanın dövlətçilik tarixindəki roluna diqqət çəkib. Polkovnik qeyd edib ki, məhz Heydər Əliyevin səyi nəticəsində Azərbaycan bir dövlət kimi parçalanmadan xilas olub, öz müstəqilliyini möhkəmləndirib, bütün parametrlər üzrə sürətli inkişaf dövrünə qədəm qoyub.  

 

Sədr müavininin çıxışından sonra Ulu öndərə həsr edilən “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” filmi nümayiş olunub.

 

Daha sonra Azərbaycan Respublikası “Polisə dəstək” İctimai Birliyinin sədri, Qarabağ müharibəsi veteranı Şəmsəddin Əliyev, akademik Ziyad Səmədzadə,  Azərbaycan Respublikasının  Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru  Abduləli Abdullayev, istefada olan general-mayor Vladimir Vasilyeviç Timoşenko, fəlsəfə elmləri doktoru, əmək və I Qarabağ müharibəsi veteranı İmran Əbilov, şöbə müdiri general-mayor Rasim Əliyev, şöbə müdiri Bəhram Zahidov çıxış edərək Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı əvəzssiz xidmətlərinə toxunublar.

 

Tədbirdə “Polisə dəstək” İctimai Birliyinin sədri, Qarabağ müharibəsi veteranı Şəmsəddin Əliyevin ideya müəllifliyi və  təşkilatçılığı ilə çap edilən “Heydər Əliyev və Azərbaycanın hüquq-mühafizə orqanları” kitabı  da konfrans iştiakçılarına təqdim olunub. Kitabda 1969-2019-cu illərdə hüquq-mühafizə orqanlarındakı islahatlar öz əksini tapıb.

 

Tədbirdə DİN Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenatı Ruslan Vəliyev, müharibə veteranları və ziyalılar iştirak edib.

 

Tədbirin sonunda xatirə şəkli çəkilib.

 

 

2021-12-09 15:05:00
1252 baxış

Digər xəbərlər

Polkovnik Cəlil Xəlilov Moskvadakı beynəlxalq konfransda çıxış edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov İkinci Dünya Müharibəsində qələbənin 80 illik yubileyi ilə əlaqədar Rusiya Federasiyasının paytaxtı Moskvada keçirilən beynəlxalq konfransda çıxış edib.   Çıxışında Azərbaycan xalqının faşizm üzərində qələbəyə verdiyi tarixi töhfədən ətraflı bəhs edən Təşkilat sədri, Bakı neftçilərinin fədakar əməyindən, azərbaycanlı döyüşçülərin qəhrəmanlığından bəhs edib. Polkovnik qeyd edib ki, Azərbaycan xalqı İkinci Dünya müharibəsi zamanı həm ön, həm də arxa cəbhədə böyük qəhrəmanlıqlara imza atıb, faşizm üzərində zəfərədə həlledici rol oynayıb.   Prezident İlham Əliyevin bütün kateqoriyadan olan veteranlar kimi İkinci Dünya müharibəsi veteranlarına da böyük qayğı göstərdiyini vurğulayan polkovnik Cəlil Xəlilov, azərbaycanlı döyüşçülərin xatirəsinin Rusiya və digər ölkələrdə əbədiləşdirilməsinin vacibliyinə toxunub. Təşkilat sədri qeyd edib ki, azərbaycanlılar sadəcə keçmiş SSRİ ölkələrinin deyil, bir çox Şərqi Avropa ölkəsinin faşist işğalından azad edilməsində mühüm rol oynayıb. Bu baxımdan onların adının bu ölkələrdə əbədiləşdirilməsi tarixi ədalətin təmin edilməsi, mənəvi borcun yerinə yetirilməsi baxımından zəruridir.   Məlumat üçün qeyd edək ki, polkovnik Cəlil Xəlilov İkinci Dünya Müharibəsində qələbənin 80 illik yubileyi ilə əlaqədar "Müstəqil Dövlətlərin veteranlarının  İctimai Təşkilatları Birliyi" Beynəlxalq Birliyinin Koordinasiya Şurasının cari ilin 30 aprel - 1 may tarixləri müddətində növbəti plenumu,  “Vətən müdafiəçilərinin xatirəsinin əbədiləşdirilməsi veteran təşkilatlarının, komitələrin, nəsillərin davamlılığını qoruması veteran şuralarının, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin mühüm tərkib hissəsidir” mövzusunda beynəlxalq konfransda çıxış etməklə yanaşı, Moskva şəhərinin veteran fəalları ilə də görüşləlr keçirib.   Seymur ƏLİYEV

Hamısını oxu
DTX əməliyyat keçirdi: Suriyadakı terror qruplaşmasının üzvü ələ keçdi

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan araşdırmalar nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Əhmədov Amil Mehman oğlunun 2016-2019-cu illər ərzində ölkə hüdudlarından kənarda terror aktlarının törədilməsi ilə müşayiət olunan, dini məzhəbləri yaymaq adı altında, dini düşmənçilik zəminində aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədilə Suriya Ərəb Respublikasının Hələb şəhərinin Leroman qəsəbəsində xüsusi hazırlıq düşərgəsində təlimlər keçməsinə, müxtəlif odlu silah və partlayıcı qurğulardan istifadə qaydalarına yiyələnərək  “Ceyşullah” və digər qanunsuz silahlı dəstələrin tərkibində Hələb, Hama və İdlib şəhərlərində silahlı münaqişələrdə iştirakına əsaslı şübhələr müəyyən edilib. Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb. Bildirilib ki, Amil Əhmədov sonradan gizli yollarla üçüncü dövlətin ərazisinə keçib.   Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2020-ci il sentyabrın 7-də Amil Əhmədov şübhəli şəxs qismində saxlanılıb, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədilə sabit qruplar yaratmaq, həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunaraq, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir. 

Hamısını oxu
Mehriban Əliyeva: Bizim hər birimiz Böyük Qələbə anını yaxınlaşdırmaq üçün əlimizdən gələni etməyə borcluyuq

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində paylaşım edib. AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “Əziz həmvətənlər! Rəşadətli Ordumuz əzəli Azərbaycan torpaqlarını erməni işğalından azad etmək üçün uğurlu əks-hücum əməliyyatı apardığı bir vaxtda düşmən öz məkrli niyyətlərini göstərməkdən əl çəkmir. Qızğın döyüşlərin davam etdiyi bütün həftə ərzində Ermənistan vicdansızcasına feyk xəbərlər tirajlayır. Bu şiddətli hücumda beynəlxalq birliyi fəal surətdə yanlış məlumatlandıran erməni diasporu xüsusi rol oynayır. Bu gün biz hamımız həqiqətən tarixi hadisələrin şahidləriyik! Lakin biz baş verənləri sadəcə kənardan müşahidə edə bilmərik. Bizim hər birimiz Böyük Qələbə anını yaxınlaşdırmaq üçün əlimizdən gələni etməyə borcluyuq. Deməli, biz hamımız erməni yalanını ifşa etmək üçün maksimum səy göstərməyə borclu olan əsgərlərik. Mən sizin hər birinizi erməni təbliğatının feyklərini ifşa etməyə və erməni təcavüzü haqqında həqiqətləri bütün mümkün platformalarda beynəlxalq birliyə çatdırmağa çağırıram! Azərbaycanı özünün Vətəni hesab edən hər kəs səsini ucaltmalı və ermənilərin yalanını təkzib etməlidir! Uca Tanrı bizim Ordumuzu, xalqımızı və Vətənimizi qorusun!".

Hamısını oxu
“Suverenliyimizin bərpası 200 illik separatizmin sonu oldu”

Nəsib Məhəməliyev: “Milyonlarla insanın həyatını zəhərləmiş, daşnakların “Miatsum” ideyası tarixin zibilliyinə atıldı” Bu gün 20 sentyabr – Dövlət Suverenliyi Günüdür. Veteran.gov.az xəbər verir ki, VI çağırış Milli Məclisin deputatın Nəsib Məhəməliyev bununla bağlı bütün tük dünyasını təbrik edib, suverenliyə gedən yolla bağlı maraqlı fikirlər səsləndirib: “20 Sentyabr Azərbaycanda Dövlət Suverenliyi Günüdür. Hərb tariximizin ən şərəfli səhifələrindən biri kimi, dövlətçilik salnaməmizə əbədi həkk olunmuş bayram münasibətilə dünya azərbaycanlılarını, türk dünyasını təbrik edirəm. 20 Sentyabrın bayram kimi qeyd olunmasını şərtləndirən səbəblər: —44 günlük müharibənin nəticəsi olaraq, 10.11.2020-ci ildə, Rusiyanın vasitəçiliyi ilə üçtərəfli Bəyannamə imzalandı. Lakin, müharibədən 3 il keçməsinə rəğmən, Qarabağda yerləşən erməni hərbi birləşmələrinin tam şəkildə çıxarılmasını nəzərdə tutan bənd icra olunmurdu. Ağır silahlarla təchiz olunmuş, 15 minlik erməni ordusu yenidən səngərlər, müdafiə qurğuları inşa edir, Ermənistan isə, bütün imkanları ilə maliyyə, təchizat məsələləri ilə məşğul olurdu. Xaricdəki himayədarlarının dəstəyinə arxalanan separatçılar Azərbaycanı hədələməkdə davam edirdilər. Həmin liderlər yaşayış yerlərini dəyişdikləri üçün, müvəqqəti olaraq fəaliyyətlərini dondurublar. —Kapitulyasiya aktını imzalayan və sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirən baş nazir Paşinyan, sentyabr ayının 2-də ,,arsaxın,, müstəqillik günü münasibətilə separatçılara təbrik məktubu ünvanlayır. —Sentyabrın 9-da Qarabağda qanunsuz ,,prezident seçkiləri,, keçirilir. Paralel olaraq, Qarabağın qızıl, mis, molibden yataqları vəhşicəsinə istismar olunur və monitorinq keçirmək istəyən mütəxəssislərimiz əraziyə buraxılmır. Bu 3 fakt, əndazəni aşmaq, Azərbaycana meydan oxumaq demək idi. 19 Sentyabr. Ali Baş Komandan anti-terror tədbirlərinin keçirilməsi barədə olduqca risqli əmr verir. Çünki, dünya erməniliyi, lobbi təşkilatları, bəzi qlobal güclər Azərbaycanın qələbəsini həzm edə bilmir, etnik təmizləmədə, mülki əhalinin qətlə yetirilməsində ittiham edirdilər. Bu bəhanələri onlara vermək olmazdı. Cəmi 23 saat 40 dəqiqə ərzində, tarixdə analoqu olmayan, ən güclü ordulara örnək ola biləcək əməliyyat keçirilir. Qəhrəman hərbçilərimiz erməni qoşunlarının belini sındırır. Allah şəhidlərimizə rəhmət eləsin. Erməni mülki əhali, heç bir təzyiq olmadan, bir komanda ilə bölgəni birdəfəlik tərk edir. Bununla da, dövlət SUVERENLİİYİMİZ bərpa olunur. 200 illik separçılığa son qoyulur. Milyonlarla insanın həyatını zəhərləmiş, daşnakların “Miatsum” ideyası tarixin zibilliyinə atılır. Şərəfli tarixi anları yaşatdığına, Azərbaycan insanının qürurunu bərpa etdiyinə görə, qələbələrimizin memarı, Müzəffər Ali Baş Komandana dərin təşəkkürlər. Bayramınız mübarək!”  Seymur ƏLİYEV  

Hamısını oxu