Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“BDU tələbələrinin “Qarabağ Azərbaycandır” tamaşası gəncliyimizin vətənpərvərlik ruhundan xəbər verir”

Sabir Rüstəmxanlı: “Vətən müharibəsi ilə bağlı bu tamaşanı yüksək qiymətləndirirəm”

 

Noyabrın 26-da Bakı Dövlət Universitetində (BDU) Mədəniyyət-Yaradıcılıq Mərkəzində quruluş verilmiş, tələbələrin ifasında  "Qarabağ Azərbaycandır!" tamaşasının premyerası olub.

Tarixi zəfərə həsr olunan tamaşanın əsas ideyası Müzəffər Ali Baş Komandan rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlığı, qalib Azarbaycanın tarixində əbədi qalacaq zəfərə doğru gedən çətin və şərəfli yolu əks etdirməkdir. Azərbaycan əsgərinin Vətən uğrunda döyüşə atılması, vətənə olan əvəzedilməz sevgisinin tərənnümüdür. Tamaşada Vətən müharibəsindən fraqmentlər səhnələşdirilib. Vətənpərvərlik ruhunda yetişmiş gəncliyin müharibə dövründə yaşadığı hadisələr canlandırılıb. Hansı ki,  BDU tələbələrinin oynadığı "Qarabağ Azərbaycandır!" tamaşasının ölkəmizin digər ali təhsil müəssisələrinin səhnəsində də göstərilməsi nəzərdə tutulur.

 

Moderator.az-a açıqlamasında məlum tamaşanı təqdir edən millət vəkili Sabir Rüstəmxanlı, bunun gəncliyin yüksək vətənpərvərlik ruhundan xəbər verdiyini vurğulayıb:

 

“Hər şeydən öncə qeyd edim ki, BDU tələbələri tərəfindən hazırlanan “Qarabağ Azərbaycandır” tamaşasını yüksək qiymətləndirir və təqdir edirəm. Çünki bu və bu qəbildən olan tamaşalar hər şeydən öncə gəncliyin yüksək vətənpərvərlik ruhundan, milli tarixinə, vətəninə, torpağına bağlılığından xəbər verir. Ordumuzun qazandığı tarixi zəfərin bu cür tamaşalar vasitəsi ilə təbliğ edilməsi olduqca mühüm əhəmiyyətə malikdir.

 

Bildiyiniz kimi, 44 günlük Vətən müharibəsində Azərbaycan ordusu, Azərbaycan gəncliyi böyük qəhrəmanlıq göstərdi. Azərbaycan gəncliyinin göstərdiyi bu qəhrəmanlığın elə gənclərimiz tərəfindən də təbliğ edilməsi, yaşadılması müsbət bir haldır.

 

Mən “Qarabağ Azərbaycandır” adlı tamaşanı ərsəyə gətirən tələbələrimizi təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram. Düşünürəm ki, BDU tələbələrinin bu addımı digər ali təhsil müəssisələrimizdə təhsil alan tələblərimizə də nümunə olacaq, onlar da Vətən müharibəsini, ordumuzun tarixi zəfərini əks etdirən yaradıcılıq nümunələri ortaya qoyacaqlar”.

 

Seymur ƏLİYEV

2021-11-29 13:11:00
1125 baxış

Digər xəbərlər

İlham Əliyev Təhsil Nazirliyinə yeddi milyon manat ayırdı

Prezident İlham Əliyev Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb.  Bununla bağlı AZƏRTAC məlumat yayıb.  Sərəncama əsasən, respublika ərazisində modul tipli məktəblərin quraşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.66-cı bəndində göstərilmiş məbləğin 630 149 000 manatının bölgüsü”nün 1.9.2-ci yarımbəndində “Respublika ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması” üçün nəzərdə tutulmuş yeddi milyon manat Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılacaq.

Hamısını oxu
Cəlil Xəlilov: "... Azərbaycan xalqı dar məqamda öz Prezidentinin, ordusunun ətrafında yumruq kimi birləşməyi bacarır"

  27 Sentyabr Azərbaycan xalqının yaddaşına qəhrəmanlıq və qürur günü kimi həkk olunub. Məhz həmin gün başlanan 44 günlük Vətən müharibəsi nəticəsində dövlətimiz uzun illər davam edən işğala son qoyaraq tarixi ədaləti bərpa etdi. Anım Günü şəhidlərimizin müqəddəs xatirəsinə dərin ehtiramın ifadəsi olmaqla yanaşı, həm də Azərbaycanın azadlıq uğrunda iradəsinin, milli birliyinin və sarsılmaz gücünün təntənəsidir. Azərbaycan heç zaman müharibə istəməyib, daim beynəlxalq hüququn norma və prinsiplərinə sadiq qalaraq münaqişənin sülh yolu ilə həllinə çalışıb. Lakin rəsmi İrəvanın işğalçı siyasəti, saxtakar yanaşmaları və ifrat millətçilik üzərində qurulmuş Daşnaksütyun ideologiyası müharibəni qaçılmaz edib. Ermənistanın əsassız "dənizdən-dənizə Ermənistan" xülyası, xarici havadarların dəstəyi ilə Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi, beynəlxalq ictimaiyyətin ikili standartlara əsaslanan yanaşması nəticədə regionu təhlükəli müharibə meydanına çevirib. Xalqımız isə heç zaman işğalla barışmayıb. On illər boyu səbir və dözüm göstərən sülhsevər xalqımızın ermənilərin ardıcıl hərbi təxribatları ilə "səbir kasası" dolub, 2020-ci ilin 27 sentyabrında başlayan son təxribat isə hərbi cavabı zəruri edib. Bu, tarix boyu haqqı tapdanmış, lakin öz haqqını qorumaq əzmindən dönməyən bir xalqın ədalətli mübarizəsi idi. 44 günlük Vətən müharibəsi Azərbaycanın hərbi və siyasi iradəsinin, xalq-iqtidar birliyinin parlaq təzahürü oldu. Ordumuz müasir dövrün hərbi təcrübəsindən istifadə edərək düşməni darmadağın etdi, işğal altındakı torpaqlarımızı azad etdi. Bu qələbə təkcə hərbi gücümüzlə deyil, həm də diplomatik üstünlüyümüzlə təmin olundu. Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, ordumuzun peşəkarlığı və xalqımızın əzmi nəticəsində Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə öz ərazi bütövlüyünü bərpa etdi.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Sherg.az-a bildirib ki, hər bir xalqın həyatında elə mühüm tarixi anlar olur ki, bu anlar həmin xalqın yalnız bugününə təsir etmir, onun bütün gələcəyini şəkilləndirir, tarixinə yön verir. Hərbi ekspert vurğulayıb ki, Azərbaycan xalqı üçün bu cür mühüm tarixi anlardan biri 27 Sentyabr - Anım Günüdür:  "Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncamla əbədiləşdirdiyi bu gün yalnız ölkəmizdə deyil, respublikamızdan kənarda yaşayan azərbaycanlılar tərəfindən də ehtiramla qeyd olunur. Azərbaycan xalqı, Azərbaycan ordusu 27 sentyabr tarixində başlatdığı mübarizə ilə sadəcə işğaldakı torpaqlarını azad etmədi, həm də milli qürurunu, milli ləyaqətini bərpa etdi, ərazi baxımından olduğu kimi, mənəvi baxımdan da bütövləşdi. 27 sentyabr tarixi, həm də xalqımızın milli birlik və həmrəylik günü kimi xarakterizə edilə bilər. Çünki 27 sentyabr tarixindən 10 noyabr gününə qədər baş verənlər göstərdi ki, Azərbaycan xalqı dar məqamda öz Prezidentinin, ordusunun ətrafında yumruq kimi birləşməyi bacarır. Nəinki bacarır, bu birliyi qoruyub saxlamaq, onu zəfərə çevirmək üçün əlindən gələni əsirgəmir, bu yolda əsl fədakarlıq sərgiləyir. Bu baxımdan, əminliklə demək olar ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfərə görə, həm də xalqımızın birliyinə və həmrəyliyinə borcluyuq. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbədə həmrəyliyimizin oynadığı rol Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən də hər zaman yüksək qiymətləndirilib. Dövlət başçısı müxtəlif müsahibə və çıxışlarında 44 günlük Vətən müharibəsindəki qələbəmizdə xalqımızın həmrəyliyinin mühüm rol oynadığını xatırladıb, eyni zamanda, bu həmrəyliyi qoruyub saxlamağın vacibliyindən bəhs edib".   C.Xəlilov bəyan edib ki, 44 günlük Vətən müharibəsi bizə, həm də vətənpərvər gəncliyin önəmini, bu gəncliyin hansı xarüqələr yarada biləcəyini göstərdi:  "Bu müharibə sübut etdi ki, dövlətin, xalqın gələcəyi, ərazi bütövlüyü, təhlükəsizliyi həm də onun gənclərinin vətənpərvərlik ruhundan önəmli dərəcədə asılıdır. 44 günlük Vətən müharibəsində öz gücünü vətən sevgisindən alan Azərbaycan gəncləri düşməni 30 ildir ki, möhkəmləndiyi istehkamlardan çıxaraq qaçmağa, təslim olmağa vadar etdi. Bu fakt bir daha gənclərimiz arasında vətənpərvərlik tərbiyəsinin inkişaf etdirilməsinin, onlara milli-mənəvi dəyərlərə bağlılığının qorunub saxlanılmasının son dərəcə vacib olduğunu göstərdi. 27 sentyabr həm də şəhidlərimizi Anım Günüdür. Biz xalq və dövlət olaraq 27 sentyabr tarixində onların qəhrəmanlığını yad edir, onlara sevgi və ehtiramımızı bildiririk. Lakin bu da bir həqiqətdir ki, biz şəhidlərimizi hər gün yad etməli, onların tanıdılması, göstərdikləri qəhrəmanlıqların təbliği ilə bağlı iş aparmalıyıq".  

Hamısını oxu
Müstəqilliyin, təhlükəsizliyin və suverenliyin təminatçısı

Hamısını oxu
Baş prokuror İsmət Qayıbovun oğlu ilə görüşdü

Prokurorluq işçilərinin peşə bayramı ərəfəsində - sentyabrın 23-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev prokurorluğun şəhid olmuş əməkdaşlarının ailələri ilə görüş keçirilib. Baş Prokurorluğun mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, tədbirin məqsədi vətənimizin ərazi bütövlüyü uğrunda, cinayətkarlıqla mübarizə zamanı xidməti vəzifələrinin icra edərkən şəhid olmuş prokurorluq əməkdaşlarının xatirəsini yad etmək olub. Tədbiri giriş sözü ilə açan Baş prokuror şəhid prokurorluq əməkdaşlarının ailə üzvlərinə dərin hörmətini ifadə edərək, onların cinayətkarlıqla mübarizə zamanı Vətən uğrunda həlak olaraq şəhidlik zirvəsinə yüksəldiyini vurğulayıb. Şəhid prokurorluq əməkdaşlarının ailə üzvləri tədbirdə çıxış edərək Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi gündəlik diqqət və qayğıdan, şəhid ailələrinin sosial müdafiəsinin təmin edilməsi üçün kompleks işlərin görülməsindən söz açıblar. Sabiq Baş prokuror İsmət Qayıbovun oğlu İsmayıl Qayıbov, Qubadlı rayonunun sabiq prokuroru Nizami Ağayevin həyat yoldaşı İradə Ağayeva, Samux rayonunun sabiq prokuroru Şəmşir Əliyevin həyat yoldaşı Gültəkin Əliyeva, Qubadlı Rayon Prokurorluğunun sabiq müstəntiqi Eyyub Vəliyevin həyat yoldaşı Flora Vəliyeva baş vermiş hadisələrlə bağlı xatirələrini bölüşərək, prokurorluq orqanlarının əməkdaşları tərəfindən göstərilən dəstək və qayğıdan məmnunluqlarını ifadə ediblər. Tədbirə yekun vuran Baş prokuror Kamran Əliyev prokurorluğun şəhid olmuş əməkdaşlarının ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həlli ilə bağlı bundan sonra da işlərin görüləcəyini qeyd edib, prokurorluq orqanlarının onlara hər zaman dəstək olacağını nəzərə çatdırıb. Sonda xatirə şəkli çəkdirilib.

Hamısını oxu