Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Nərimanov Rayon Gənclər və İdman İdarəsi noyabr ayında görülən işlərin hesabatını təqdim edib: Rekord göstərici!

Veteran.gov.az xəbər verir ki, Nərimanov Rayon Gənclər və İdman İdarəsi noyabr ayında görülən işlərin hesabatını təqdim edib. Hesabatda diqqət çəkən ən mühüm məqam 30 gün ərzində 16 tədbir və yarışın keçirilməsi faktıdır ki, bu da nəinki Bakı şəhəri, ümumilikdə bütün ölkə üzrə rekord göstəricidir. Həmin siyahını oxucularımızın diqqətinə çatdırırıq:

 

Nərimanov Rayon Gənclər və İdman İdarəsi 2021-ci ilin noyabr ayında keçirilmiş tədbir və yarışlar (16 tədbir və yarış):

 

01 noyabr - Vətən Müharibəsi şəhidi, "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuş Sənan Abdullayevin məzarının ziyarəti, təhsil aldığı 37 saylı tam orta məktəbdə şəhidin adına sinifin açılışı və şahmat turniri;

 

02 noyabr - Vətən Müharibəsi şəhidi, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmiş Əhədov Mehracın doğum günü münasibəti ilə təhsil aldığı 93 saylı tam orta məktəbdə xatirə tədbiri;

 

03-09 noyabr - "9 noyabr - Azərbaycan Dövlət Bayrağı Günü" münasibəti ilə məktəblilər arasında “Bayrağımız milli mədəniyyətimiz və tariximizdir” mövzusunda rəsm müsabiqəsi;

 

04 noyabr - “Möhtəşəm qələbəmiz tariximizin zəfər səlnaməsidir” devizi altında tədbir və Vətən Müharibəsi iştirakçılarının təltif olunması;

 

04 noyabr - Vətənin Müdafiəsinə Hazıram poliatlon çoxnövçülüyü üzrə məktəblilər arasında rayon turniri;

 

06 noyabr - “8 noyabr - Zəfər Günü” ərəfəsində rayonun fəal gənclərinin Hərbi Qənimətlər Parkına ekskursiyası;

 

07 noyabr - “8 noyabr - Zəfər Günü” ərəfəsində rayonun fəal gənclərinin Vətən müharibəsində qazandığımız tarixi Qələbəyə həsr olunan “Zəfər yarmarkası”na ekskursiyası;

 

11 noyabr - Zəngilan şəhərinin işğaldan azad olunmasının 1 ilinin tamam olması münasibəti ilə məktəblilər arasında keçirilimiş “Zəngilan erməni işğalından azaddır!” mövzusunda rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması;

 

12 noyabr - "9 noyabr - Azərbaycan Dövlət Bayrağı Günü" münasibəti ilə məktəblilər arasında “Bayrağımız milli mədəniyyətimiz və tariximizdir” mövzusunda keçirilmiş rəsm müsabiqəsinin qaliblərinin təltif edilməsi;

 

18 noyabr - "Çempionumuz" adlı sosial idman layihəsi çərçivəsində WAKO versiyası üzrə Avropa çempionu Ramal Zeynallı ilə 39 saylı tam orta məktəbin şagirdləri ilə görüş;

 

24 noyabr - məktəblilər arasında “XƏMSƏ” Milli İntellektual oyunu üzrə Nərimanov rayon turniri;

 

25 noyabr - ““Addım - addım Vətən” adlı düşərgə” layihəsinin açılış mərasimi və ilk təlimi (Azərbaycan Kooperasiya Universiteti);

 

26 noyabr - ““Addım - addım Vətən” adlı düşərgə” layihəsinin növbəti təlimi və intellektual oyun (Bakı Biznes və Kooperasiya Kolleci);

 

26 noyabr - Vətən Müharibəsi şəhidi, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Samir Sarıyevin xatirəsinə həsr olunmuş gənclər arasında mini futbol turniri və məzarının ziyarət edilməsi;

 

27 noyabr - ““Addım - addım Vətən” adlı düşərgə” layihəsinin növbəti təlimi (Bakı Avrasiya Universiteti);

30 noyabr - ““Addım - addım Vətən” adlı düşərgə” layihəsinin növbəti təlimi və intellektual oyunu ("Odlar Yurdu" Universiteti).

 

2021-12-01 12:30:00
1153 baxış

Digər xəbərlər

“15 sentyabr XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir”

Nəsib Məhəməliyev: “Vətən müharibəsinin ilk günlərindən də qardaş Türkiyə Azərbaycanın yanında oldu”   “15 sentyabr 1918-ci il Bakının daşnak erməni-bolşevik birləşmələrinin işğalından azad olunduğu, XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir”.   Bunu Veteran.gov.az-a millət vəkili Nəsib Məhəməliyev bildirib. Millət vəkili 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi dəstəyə də diqqət çəkib:   “May ayının 28-də İstiqlal bəyannaməsinin elan olunmasına baxmayaraq, Bakı və ölkənin bir çox əraziləri erməni-daşnaklarının, bolşeviklərin işğalında idi. Yeni yaranmış müstəqil dövlətin isə, ərazi bütövlüyünü təmin etmək üçün resursları yox dərəcəsində idi. O dövrdə bütün imkanları ilə Azərbaycana dəstək verən Osmanlı Türkiyəsi öz vəziyyətinin kritik olmasına baxmayaraq, Nuri paşanın komandanlığı ilə Qafqaz islam ordusunu Azərbaycana göndərdi. Türk qoşunlarının Azərbaycana göndərilməsi Avropa ölkələri, o cümlədən Osmanlının müttəfiqləri tərəfindən böyük etirazla qarşılansa da, Türkiyə qardaşlıq borcunu yerinə yetirdi. Qəhrəman türk əsgərləri isə, yerli qüvvələrlə birlikdə, cəmi iki ay ərzində Bakını və ətraf əraziləri düşməndən təmizlədi. Tarix təkrar olunur.   Əsrin sonlarında yaranmış boşluqdan istifadə edən əzəli düşmənimiz Qarabağı 30 il işğalda saxladı. Ötən ilin sentyabrın 27-də başlayan Vətən müharibəsinin ilk günlərindən qardaş Türkiyə Azərbaycanın yanında olduğunu bəyan etdi. 44 gün ərzində torpaqlarımız azad olundu və Azərbaycan Ordusunun apardığı əməliyyatlar dünya hərb tarixinə düşdü.   Bu şərəfli gündə gələcək nəsillərə nümunə ola biləcək şərəfli miras qoyan Qafqaz islam ordusunun şəhidlərini, Komandan Nuri paşanı, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş cəmi şəhidlərimizi böyük ehtiramla yad edir, Allahdan rəhmət diləyirik.   Seymur ƏLİYEV  

Hamısını oxu
SON DƏQİQƏ: Ərdoğanın Azərbaycana səfəri başladı

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 9-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Publika.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər qarşıladılar.

Hamısını oxu
Heydər Əliyev adına Hərbi İnstitutda qanvermə aksiyası keçirilib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda könüllü qanvermə aksiyası təşkil olunub. Tədbirdə hərbi institutun 100-ə yaxın kursantı, 30-a yaxın professor-müəllim və zabit heyəti iştirak edib.Aksiya zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində Respublika Qan Bankının tibb briqadası donorların sağlamlıqlarını yoxladıqdan sonra onlardan qan götürüb. Götürülən qan nümunələri müayinə edildikdən sonra sertifikatlaşdırılaraq irsi qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsində istifadə olunması üçün aidiyyəti üzrə təhvil veriləcək.Qanvermə aksiyasının əsas məqsədi talassemiya və hemofiliya, leykoz və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatının yaradılması, cəmiyyətdə və orduda könüllü və təmənnasız qan donorluğu ənənələrinin qorunub saxlanması, o cümlədən qan və qan komponentləri ehtiyatının davamlı şəkildə təmin olunmasıdır.  

Hamısını oxu
Bir qrup şəhid ailəsi və Qarabağ əlilinə ev verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Lənkəran rayonunda inşa etdirilmiş 14 fərdi yaşayış evi şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilib. Nazirlikdən Axar.az-a verilən məlumata görə, evlərin təqdim edilməsi tədbirində Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Xalid Rəhimov iştirak edib. Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğı göstərdiyini vurğulayan V.Behbudov bunun daha bir təzahürü kimi həssas əhali qrupları ilə bağlı sosial müdafiə proqramlarının ildən-ilə genişləndiyini diqqətə çatdırıb. O qeyd edib ki, şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, rifah halının yaxşılaşdırılması ölkəmizdə aparılan sosial siyasətin əsas istiqamətlərindən biridir. Bu kateqoriyalardan olan vətəndaşların mənzillə təminatı işləri də getdikcə güclənir. Onlara 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626, ötən il 934 mənzil və fərdi ev verilib. Dövlət başçısının tapşırığına əsasən 2020-ci ildə isə şəhid ailələrinə və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Hazırda Lənkəran rayonunda təqdim edilən fərdi evlər də daxil olmaqla, onlardan artıq 568 mənzil və fərdi ev (o cümlədən 554 mənzil, 14 fərdi ev) verilib. Digər mənzillər və fərdi evlər də ilin sonunadək veriləcək. V.Behbudov ümumilikdə ötən dövrdə şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 8156 mənzil və fərdi ev verildiyini bildirib. O, həmçinin Nazirlik tərəfindən müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə 600 avtomobil verildiyini deyib. 2020-ci ildə onlara 400 avtomobil verilməsinin nəzərdə tutulduğunu və onlardan artıq 150-nin təqdim edildiyini, bu vaxta qədər müharibə əlilləri və onlara bərabər tutulanların 6900 minik avtomobili ilə təmin olunduğunu qeyd edib. Yeni fərdi yaşayış evi ilə təmin edilən şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri onların sosial müdafiəsinin gücləndirilməsinə göstərilən yüksək qayğıya, yeni fərdi yaşayış evləri ilə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Hamısını oxu