Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Bu gün Yusif Məmmədəliyevin anım günüdür

Bu gün Azərbaycan xalqının böyük oğlu, kimya elmləri doktoru, professor Yusif Məmmədəliyevin anım günüdür.

 

Yusif Məmmədəliyev Naxçıvan qəzasının Ordubad şəhərində anadan olmuşdur.

1926-cı ildə Vladimir İliç Lenin adına Azərbaycan Ali Pedaqoji Institutunu bitirdikdən bir qədər sonra, 1928–1929-cu illərdə Irəvan Azərbaycanlı Pedaqoji Texnikumunda müəllim işləmiş, İrəvan azərbaycanlılarının ictimai həyatında fəal iştirak etmişdir. Y.Məmmədəliyev həmin dövrdə Ermənistanda azlıqda qalan millətlərlə iş komissiyasının üzvü olmuş, kütlənin hüquqi vəziyyəti, gənclərin, xüsusən də qızların təhsilə cəlb edilməsi ilə əlaqədar mətbuat səhifələrində çıxış etmişdir.

 

1942-ci ildə kimya elmləri doktoru ("Aromatik karbohidrogenlərin alkilləşdirilməsi və dealkilləşdirilməsi yolu ilə toluolun sintezi" mövzusu) və professor, 1945-ci ildə Azərbaycan SSR EA-nın akademiki olmuşdur. Tam əsasla demək olar ki, Yusif Məmmədəliyev 1945-ci ildə Azərbaycan SSR EA-nı yaradanlardan biri olmuşdur. Respublikada elmin inkişafının bütöv bir dövrü bu dahi insanın adı ilə bağlıdır. 1945-ci ildə o, Azərbaycan SSR EA-nın akademiki, Rəyasət heyətinin üzvü və EA Neft İnstitutunun direktoru seçilmişdir. M. Mirqasımov, M. Topçubaşov, Səməd Vurğun, Şirokoqorov, Yesman, Mikayıl Hüseynovla bərabər, o, akademiyanın təsisçisi və Azərbaycanın ilk akademiki olan 15 tanınmış şəxsdən biri idi. 1954-cü illərdə Azerbaycan SSR EA Fizika, Kimya və Neft bölməsinin akademik-katibi, 1954–1958 illərdə S. M. Kirov adına ADU-nun rektoru olmuşdur.

 

Böyük alim 15 dekabr 1961-ci ildə Bakıda vəfat etmişdir.

 

 

2021-12-15 14:04:00
1189 baxış

Digər xəbərlər

“Dövlət Təhlükəsizliyi Xidməti 8 Noyabr zəfərinə böyük töhfələr verib”

“Dövlət Təhlükəsizliyi Xidməti 8 Noyabr zəfərinin əldə edilməsinə böyük töhfələr verib”. Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, müharibə zamanı, habelə ondan əvvəl və sonrakı dönəmlərdə ölkəmizdə daxili sabitliyin qorunub saxlanılmasında,  anti-Azərbaycan qüvvələrinin təxribatçı fəaliyyətinin qarşısının alınmasında bu qurum mühüm rol oynayıb: “Dövlət Təhlükəsizliyi Xidməti müharibə dönəmində düşmənə qarşı mübarizədə yaxından iştirak edib, öz peşəkarlığı, fədakarlığı, yerinə yetirdiyi həyati missiyalarla dövlətimizin labüd qələbəsini yaxınlaşdırıb. Məhz Dövlət Təhlükəsizliyi Xidmətinin sayıqlığı nəticəsində nə müharibə, nə də post-müharibə dönəmində ölkəmizdə hər hansı terror aktı baş verməyib, bütün təxribat planları, məkirli niyyətlər vaxtında de-şifrə edilib. Dövlət başçısının bütün göstərişləri xüsusi xidmət orqanları tərəfindən qüsursuz şəkildə yerinə yetirilib. Mən qələbimzə verdiyi bu böyük, inkaredilməz töhfəyə görə Dövlət Təhlükəsizliyi Xidmətinin bütün əməkdaşlarına, eləcə də adıçəkilən qurumun rəhbəri general Əli Nağıyevə minnətdarlığımı bildirir, onları 8 Noyabr Zəfər günü münasibətilə təbrik edirəm. Xatırladım ki, bu gün həm də Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general Əli Nağıyevin ad günüdür. Mən hörmətli generalımızı həm də ad günü münasibətilə təbrik edir, ona xidməti və şəxsi həyatında müvəffəqiyyətlər arzulayıram”. Seymur ƏLİYEV

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Zəfər tariximizin fatehləri” kitabının təqdimatı keçirilib

Sentyabrın 4-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında tanınmış ictimai-siyasi xadim, YAP Veteranlar Şurasının üzvü, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyevanın “Zəfər tariximizin  fatehləri” adlı kitabının təqdimatı keçirilib. Təqdimat mərasimində Vətən Müharibəsi iştirakçıları, müxtəlif kateqoriyadan olan veteranlar, dövlət orqanlarının nümayəndələri, Müdafiə Nazirliyinin və DİN-nin Daxili Qoşunlarının kursant və zabitləri də  iştirak edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri vəzifəsini icra edən polkovnik Cəlil Xəlilov tədbiri giriş sözü ilə açaraq qonaqları salamlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən polkovnik Cəlil Xəlilov “Zəfər tariximizin  fatehləri” kitabının ictimai-siyasi, eləcə də tarixi önəmindən bəhs edib. Polkovnik qeyd edib ki, kitabda Azərbaycan xalqının zəfər tarixi dolğun şəkildə öz əksini tapıb ki, bu da qəhrəmanlıq tariximizin təbliği baxımından mühüm əhəmiyyətə malikdir. YAP Veteranlar Şurasının üzvü, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri, “Zəfər tariximizin fatehləri” kitabının müəllifi, yazıçı-publisist Zərifə xanım Quliyeva tədbir iştirakçılarına kitab haqqında ətraflı məlumat verib. Kitabda Prezident İlham Əliyevin zəfər tariximizin memarı kimi rolundan ətraflı bəhs etdiyini bildirən Zərifə xanm, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da xidmətlərinə diqqət çəkb, onun Müqzəffər Ali Baş Komandana dəstəyini yüksək qiymətləndirib. Tədbirdə filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı - publisist Şərəf Cəlilli, fizika elmləri doktoru, professor, YAP Veteranlar Şurasının üzvü Adilə xanım Abbasova, Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini İradə xanım Muradova da çıxış edərək kitab haqqında fikir və təəssüratlarını bölüşüblər. Tədbirdə Azərbaycan Rəssamlar Ittifaqının üzvü, UNESCO nəzdində Beynəlxalq Profesional Rəssamlar Ittifaqının üzvü, "Miras" qrupunun yaradıcısı və kreativ direktoru Nigar Helmi Abbasbəyli də iştirak edib. Tədbirin sonunda xatirə şəkli çəkilib.

Hamısını oxu
İkinci Dünya Müharibəsi veteranı 98 yaşında əbədiyyətə qovuşub

İkinci Dünya Müharibəsi veteranı Qurbanov Malik Qurban oğlu 98 yaşında əbədiyyətə qovuşub. Veteran.gov.az xəbər verir ki, Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti Malik Qurbanovun vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüzünlə başsağlığı verir.   Allah rəhmət eləsin!

Hamısını oxu
Azərbaycan Ordusu xalqımızın qürurudur

Hərbi qüdrətini davamlı olaraq artıran Azərbaycan Silahlı Qüvvələri dünyanın 50 ən güclü ordusu sırasındadır. Azərbaycan Ordusu ən müasir silahlarla, hərbi texnika və müdafiə təyinatlı qurğularla tam təchiz edilib. Ordumuzun hərbi-texniki və döyüş hazırlığının yüksək səviyyədə olduğunu son dövrlərdə qazanılan hərbi uğurlar da aydın surətdə göstərir. Ölkə rəhbərliyinin bu istiqamətdə həyata keçirdiyi uğurlu siyasətin və düşünülmüş strateji xəttin nəticəsidir ki, bu gün Azərbaycan ən müasir silahları almaqla yanaşı, onların bir çoxunu özü istehsal etmək qabiliyyətindədir. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söylədiyi fikirlər bunun sübutudur. AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov söyləyib. Respublika Veteranlar Təşkilatının sədr müavini bildirib ki, Azərbaycan Ordusunun qüdrəti gündən-günə artır, qələbələr, nailiyyətlər bir-birini əvəzləyir. Ordumuzun aprel döyüşlərində qazandığı qələbə, eləcə də 2018-ci ildə həyata keçirdiyi uğurlu Naxçıvan əməliyyatı işğal atındakı torpaqlarımıza tam nəzarət etməyə imkan verir. Bu əməliyyat nəticəsində əldə edilmiş yüksəkliklər strateji xarakter daşıyır. Bu yüksəkliklər Azərbaycan Ordusuna Ermənistanı Dağlıq Qarabağla birləşdirən yola tam nəzarət etmək imkanı yaradır. Aprel döyüşləri və Naxçıvan əməliyyatı bir daha göstərdi ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü hərbi yolla bərpa etməyə qadirdir. Azərbaycan Ordusunun 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsinin ölkəmiz üçün əlamətdar olduğunu diqqətə çatdıran ehtiyatda olan polkovnik deyib ki, bu münasibətlə təşkil edilmiş parad ordumuzun gücünü nümayiş etdirdi. Prezident İlham Əliyev nitqində bu məsələni xüsusi vurğulayaraq deyib: “Mən onların arasında əlbəttə ki, xüsusilə uzaqmənzilli “Polonez” və “LORA” raket sistemlərini qeyd etmək istərdim. Qarşı tərəfin bu sistemlərə qarşı heç bir müdafiə imkanı yoxdur. Bu sistemlər 300 kilometr və ondan çox məsafəni qət edərək çox yüksək dəqiqliklə və böyük dağıdıcı qüvvə ilə istənilən hərbi hədəfi məhv edə bilər. Mən bir daha demək istəyirəm, düşmənin elə bir hərbi hədəfi yoxdur ki, biz onu dəqiqliklə məhv edə bilməyək”. Həmçinin parad zamanı fəxrlə nümayiş etdirdiyimiz silah və sursatın, texnikanın əksəriyyətinin Azərbaycanda istehsal edilməsini xüsusi vurğulamaq lazımdır. Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ümumilikdə 1200 adda hərbi təyinatlı məhsul istehsal edir. Yeni pilotsuz döyüş uçuş aparatlarının əldə edilməsi və onlardan yüksək dəqiqliklə istifadə olunması, hava və raket hücumlarına qarşı aldığımız sistemlər Azərbaycan Ordusunun hərbi qüdrətini, müdafiə potensialını və hücum gücünü daha da artırıb. C.Xəlilov qeyd edib ki, Ordunun kadr potensialının artırılması, şəxsi heyətin bilik və bacarığının, döyüş ruhunun yüksəldilməsi, hərbçilərin sosial problemlərinin həlli dövlətin qarşıya qoyduğu prioritet məsələlərdəndir. Ümummilli lider Heydər Əliyev deyirdi: “Müharibə etmək, sadəcə, müxtəlif istiqamətlərdən atəş açmaq deyil. Bu, mükəmməl təcrübə, təkmil hazırlıq və yüksək döyüş ruhu tələb edir”. Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin siyasi kursunun layiqli davamçısı kimi, bu məsələnin də öhdəsindən layiqincə gəlib. Artıq Azərbaycan hərbçisinin qarşısında bir hədəf var, o da ərazilərimizin işğaldan azad edilməsidir. “Ermənistan və ona havadarlıq edən qüvvələr Azərbaycan Ordusunun gücünü və qüdrətini artıq bilir. Düşmən bilir ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və işğal altındakı torpaqlarımızın bütövlükdə qaytarılacağı və ya Ermənistanın buna məcbur ediləcəyi gün yaxındadır”, - deyə ehtiyatda olan polkovnik bildirib.

Hamısını oxu