Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Veteranlar şəhid leytenant Sərvan Göyüşovun ailəsini ziyarət edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatının Ağdam Rayon Təşkilatının nümayəndələri 16 yanvar 2023-cü il tarixində 44 günlük Vətən Müharibəsi şəhidi leytenant Göyüşov Sərvan Mehman oglunun ailəsini ziyarət edib, ailənin qayğı və problemləri ilə maraqlanıb. Dövlətin bütün  şəhid ailələri kimi onlara da böyük qayğı və diqqətlə yanaşdığını bildirən şəhidin ailə üzvləri, buna görə ölkə başçısına öz təşəkkürlərini bildiriblər.

Xatırladaq ki, şəhidimizin atası Mehman Göyüşov da I Qarabağ müharibəsi əlilidir. Mehman Göyşovun qardaşı isə I Qarabağ müharibəsində şəhid olub.

Seymur ƏLİYEV

2023-01-27 18:30:00
1318 baxış

Digər xəbərlər

Generaldan şəhidlərlə bağlı möhtəşəm ifadə: “Tarix hamımızı unudacaq, şəhidlərdən başqa!”

General-mayor Müşfiq Məmmədov:  “Şəhidlər bizim baş tacımızdır!” “Tarix hamımızı unudacaq, şəhidlərdən başqa!”  Moderator.az-a xəbər verir ki, bunu Beynəlxalq Muğam Mərkəzində keçirilən “Ordu xalqın, xalq ordunun dayağıdır” adlı konfransda Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi general-mayor Müşfiq Məmmədov deyib. Xalqımızın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərə görə ilk növbədə şəhidlərə minnətdar olduğumuzu bildirən general, şəhid ailələrinin önündə baş əydiyini vurğulayıb: “Şəhidlər bizim baş tacımızdır. Biz onların ailə üzvlərinin, bütün yaxınları qarşısında baş əyirik. Şəhidlərimiz daim xalqımızın qəlbində yaşayacaq, hər zaman ehtiramla yad ediləcək”. Seymur ƏLİYEV

Hamısını oxu
Zinaida Rəsulova – 100!

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvü, İkinci Dünya Müharibəsi veteranı Rəsulova Zinaida İliniçnanın 100 illik yubileyidir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq Zinaida Rəsulovanı yubiley münasibəti ilə təbrik edir, ona möhkəm cansağlığı arzulayırıq. P.S.Xatırladaq ki, 23 iyun 1923-cü il təvəllüdlü Zinaida Rəsulova İkinci Dünya Müharibəsində faşizmə qarşı mübarizədə aktiv iştirak edib, göstərdiyi qəhrəmanlıqlara görə hərbi komandanlıq tərəfindən dəfələrlə təltif olunub.

Hamısını oxu
Prezident İlham Əliyevin Çin səfəri: Əməkdaşlığın zirvəsi

Bu gün dünyada baş verən proseslərdə Azərbaycanın atdığı qətiyyətli addımlar ilk növbədə Dövlət başçımızın, Müzəffər Ali Baş Komandanımız möhtərəm cənab İlham Əliyevin adı və qazandığı hörmətin bariz nümunəsidir.Onun Çin xalq Respubliikasına tarixi səfəri iki dövlət arasında əlaqələrin, əməkdaşlığın strateji səviyyəyə qalxmasının nəticəsidir. Cənubi Qafqazın lider dövlətinin başçısı cənab İlham Əliyev Azərbaycan-Çin münasibətlərini yeni və daha yüksək  səviyyəyə qaldırmaqla həm siyasi, həm iqtisadi əlaqələri genişləndirir. Bu sahələrdə əldə olunan nailiyyətlər gələcəkdə hər iki dövlətin maraqlarına uyğun digər sahələrə də oz təsirini göstərəcək. Bölgədə nəqliyyat marşrutlarının şaxələnməsi, qədim İpək Yolunun bərpası yalnız Azərbaycan üçün deyil, eyni zamanda qonşu dövlətlərin də iqtisadiyyatına töhfə verəcək. Bu baxımdan Azərbaycan digər ölkələr üçün körpü rolunu oynamaqla yanaışı yeni reallıqları gündəmə gətirir. Dövlət başçısının Çin Xalq Respublikasına səfəri Azərbaycan-Çin münasibətlərində yeni və mühüm bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Tiencində keçirilən görüşdə Prezident İlham Əliyevlə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında aparılan danışıqlar və imzalanmış sazişlər həm siyasi, həm də iqtisadi baxımdan çox əhəmiyyətlidir. Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsündə əsas tranzit mərkəzlərdən biridir, Orta Dəhlizin aparıcı ölkəsi kimi rolu danılmazdır. Eyni zamanda Bakı–Tbilisi–Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Limanı, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çinin Avropaya ən qısa yolla və təhlükəsiz yükdaşımaları üçün imkanlar yaradır.  Sentyabrın 1-də Çinin Tiencin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçıları Şurasının 25-ci iclası keçirilib. “ Zirvə görüşünə 21 ölkədən liderlər və 10-dan çox beynəlxalq təşkilat qatılıb. ŞƏT ölkələri “Tiencin Deklarasiya” sını imzalayıb. Deklarasiyada təşkilata üzv olan ölkələr arasında təhlükəsizlik, iqtisadiyyat, energetika və mədəni sahələrdə əməkdaşıqla bağlı 10 illik strateji plan nəzərdə tutulur. Bundan başqa, ŞƏT-ə üzv dövlətlər İnkişaf Bankının yaradılması barədə razılığa gəliblər. Sənəddə əlavə olaraq, üzv ölkələrin qarşılıqlı hesablaşmalarda milli valyutaların payının tədricən artırılması üzrə yol xəritəsinin həyata keçirilməsinin vacibliyi vurğulanıb. ŞƏT ölkələri liderlərinin 25-ci Şura iclasında 2030-cu ilə qədər enerji əməkdaşlığının inkişafı strategiyasının həyata keçirilməsi üçün yol xəritəsi də təsdiqlənib. ŞƏT dövlət başçıları Şurasının 25-ci iclasında Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib. Prezident İlham Əliyev “ŞƏT plyus” formatında tədbirdə çıxış edib. İlham Əliyev deyib ki, Azərbaycanla Çin arasında səmimi, dost münasibətlər və hərtərəfli strateji tərəfdaşlıq mövcuddur. Bu əlaqələrin dərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir: “Azərbaycan ilə Çin arasındakı qarşılıqlı fəaliyyət ikitərəfli gündəliyin bütün spektri üzrə möhkəmlənir. Bu, siyasi, iqtisadi-ticari, sərmayə, enerji, nəqliyyat-logistika sahələrini, rəqəmsal iqtisadiyyatın, elm və texnologiyanın, təhsil və mədəniyyətin inkişafını ehtiva edir. Bu ilin iyul ayından bəri hər iki ölkənin vətəndaşları üçün vizasız rejim tətbiq olunur ki, bu da turizmin inkişafına təkan verir. Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır. Biz beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunmasına töhfə veririk, genişmiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələri həyata keçiririk. Azərbaycan Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biridir. Bu istiqamətdə ciddi praktiki layihələr reallaşdırırıq. Əminəm ki, yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək və Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək”. Qeyd olunanlar Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Çin Xalq Respublikasına səfəri Azərbaycan–Çin münasibətlərinin yeni mərhələyə qədəm qoymasının, Orta Dəhliz və enerji sahəsində əməkdaşlığı gücləndirilməsinin, eyni zamanda, bölgədəki ölkələr ilə strateji əməkdaşlığın genişləndirilməsinin əyani sübutudur və Azərbaycanın beynəlxalq siyasətdə mövqelərini daha da möhkəmləndirən tarixi addım kimi qiymətləndirilir. Polkovnik Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri    

Hamısını oxu
Birinci vitse-prezident Mehriban Əliyeva Şağan qəsəbəsində 212 saylı uşaq bağçasının yeni binasının istifadəyə verilməsi tədbirində iştirak edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva sentyabrın 22-də Bakının Xəzər rayonunun Şağan qəsəbəsində yerləşən 212 saylı uşaq bağçasının yeni binasının açılışında iştirak edib. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Birinci vitse-prezident Mehriban Əliyevaya yeni tikilən bina barədə məlumat verildi. Bildirildi ki, 212 saylı uşaq bağçasının yerləşdiyi bina 1940-cı ildən fəaliyyət göstərib. 2019-cu ilin sonlarından 2020-ci ilin avqustunadək Heydər Əliyev Fondu tərəfindən ərazidə uşaq bağçası üçün yeni binanın inşası həyata keçirilib. Qeyd olundu ki, iki mərtəbədən ibarət bağça 100 yerlikdir, burada 4 qrup fəaliyyət göstərir. Bağçada körpələr, orta, böyük və məktəbə hazırlıq qrupları üçün yataq otaqları, uşaqların asudə vaxtlarını keçirmələri üçün oyun otaqları, bufet, yemək otağı var. Bağçada akt və idman zalları, uşaqların istirahəti və əyləncəsi üçün yaşıl terras, futbol, basketbol sahəsi, balacaların fiziki hazırlığı üçün skaladrom sahəsi, təbiət ilə ünsiyyət üçün əkin sahəsi, uşaqların inkişafının təmin olunması üçün yaradıcılıq otağı da mövcuddur. Binada, həmçinin müəllimlər üçün iş və metodiki otaqlar da yaradılıb. Qeyd edək ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi, uşaqların sosial müdafiəsinin gücləndirilməsinə, onların sağlam və xoşbəxt böyümələrinə diqqət və qayğı göstərilir. Ölkəmizdə müasir körpələr evi-uşaq bağçalarının istifadəyə verilməsi bunun əyani təsdiqidir. Yeni uşaq tərbiyə müəssisələrinin inşasına, eləcə də mövcud olanların ən müasir tələblər səviyyəsində yenidən qurulmasına Heydər Əliyev Fondu xüsusi töhfələr verir. Heydər Əliyev Fondunun "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" proqramı bir daha sübut edir ki, uşaqların təlim-tərbiyəsi Fondun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. video Milli.Az   

Hamısını oxu