Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“XVII Beynəlxalq Müsəlman Forumunda ermənilərin ekoloji terror siyasəti uğurla ifşa edildi”

Aqil Şirinov: “Erməni vəhşiliklərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması milli maraqlarımız baxımından mühüm əhəmiyyət kəsb edir”

 

Dekabrın 15-də Rusiya Federasiyasının Müsəlmanları Ruhani İdarəsi və Beynəlxalq Müsəlman Forumunun Katibliyinin birgə təşkilatçılığı ilə “Ekoloji təbliğatdan ekoloji düşüncəyədək: danışıq üslubunun optimal yolunun axtarışı” mövzusuna həsr olunmuş XVII Beynəlxalq Müsəlman Forumu keçirilib. Forumda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək Ermənistanın ekoloji terror siyasətini ifşa edib, din xadimlərinin də ekologiyanın qorunmasında fəallıq göğstərməsinin zəruriliyini vurğulayıb.

 

Ermənistanın ekoloji terror siyasətinin  bu cür beynəlxalq forum və toplantılarda ifşa edilməsi nə dərəcədə önəmlidir? Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi ekoloji layihələr, təbiətin qorunması istiqamətində atdığı addımlar bütün dünyaya nümunə sayıla bilərmi?

 

Moderator.az-a açıqlama verən Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov məlum forum və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının həmin forumdakı çıxışının dövlətimizin maraqları baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı:

 

“Bu cür beynəlxalq forum və toplantılarda ekosistemin qorunması istiqamətində Azərbaycanın gördüyü işlər haqqında məlumat vermək, ermənilərin Qarabağ bölgəsində təbiətə yönəlik vəhşiliklərini ifşa etmək, meşələrin məhvi, su hövzələrinin çirkləndirilməsi və s. kimi cinayətləri dünuya birliyinin diqqətinə çatdırmaq olduqca vacibdir.

 

Bu forum mahiyyət və miqyasına görə olduqca mühüm və əhəmiyyətli forum idi. Sözügedən forumun mövzusu da birbaşa ekologiyaya aid idi ki, bu da müasir dünyamızın ən aktual məsələlərindən biridir. Bu foruma dünyanın böyük din xadimləri - Misirin baş müftisi, Türkiyənin Diyanət İşləri başqanı və s. kimi görkəmli simalar qatılmışdı. Rusiya Müsəlmanları İdarəsinin sədri də həmin forumda təşkilatçı qismində iştirak edirdi. Məhz belə bir mühüm forumda Mübariz müəllim Azərbaycan dövlətinin ekologiyaya verdiyi önəmə toxundu,  habelə işğal dönəmində ermənilərin təbiətə yönəlik həyata keçirdiyi terrora diqqət çəkdi. Mübariz müəllim həmçinin bu gün dövlətimizin həmin ərazilərdə həyata keçirdiyi ekoloji layihələrin miqyasından, onun bütün region üçün əhəmiyyətindən danışdı.  Ermənilərin ekoloji terror siyasəti XVII Beynəlxalq Müsəlman Forumu çərçivəsində uğurla ifşa edildi.

 

Bildiyiniz kimi, cənab prezidentin tapşırğı ilə Qarabağın bərpası prosesində ekologiyaya mühüm diqqət yetirilir. Ekologiyaya ziyan vurmayan “yaşıl enerji”nin istehsalı və istehlakı hər şeydən öncə təbiətin qorunmasına yönələn layihələrdir. Meşə sahələrinin salınması, yaşıllıqların genişləndirilməsi də Azərbaycan dövlətinin diqqət mərkəzində saxladığı əsas məsələlərdən biridir.

 

Məlum olduğu kimi, ermənilər 30 illik işğal dönəmində təbiətə qarşı əsl terror törədib. Nəticədə, bir çox meşələrimiz məhv edilib. Ermənilər Kəlbəcəri tərk edərkən belə meyvə ağaclarını kəsdilər, meşələri doğrayıb daşıdılar. Bu gün isə cənab prezidentin tapşırığı əsasında işğaldan azad edilən ərazilərdə geniş yaşıllıqlar salınır. Ağdamda böyük meşə massivinin salınması, digər rayonlarda yaşıllıqların genişləndirilməsi gündəmdədir. Ümumiyyətlə, işğaldan azad edilən ərazilərdə yaşıllıqların artıırlması planı mövcuddur. Bütün bunlar Azərbaycan dövlətinin təbiətə, ekologiyaya verdiyi önəmi göstərir və bu baxımdan görülən işlər digər dövlətlər üçün nümunə sayıla bilər”.

 

Seymur ƏLİYEV

 

2021-12-16 20:03:00
995 baxış

Digər xəbərlər

Millət vəkili Qənirə Paşayeva və “Nərgiz” klini­kasının baş həkimi Məlahət Qəhrəmanova şəhid ailələri ilə görüşüb

Veteran.gov.az xəbər verir ki, millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və “Fitoterapevtlər” İctimai Birliyin Sədri, “Nərgiz” klini­kasının baş həkimi, tibb elmləri doktoru Məlahət Qəhrəmanova 27 sentyabr – Şəhidləri Anma Günündə Tovuz rayonunun Əlibəyli kən­dində olub, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid kiçik çavuş Anar Hüseyn oğlu Hüseynovun ailəsini ziyarət edib.   Şəhidin ailə üzvləri ilə söhbət edən Millət vəkili və tanınmış həkim, ailənin qayğıları ilə maraqlanıb, “şəhid övladınızın əziz ruhu qarşısında ehtiramla baş əyirik” deyib.   Şəhidin ailə üzvləri ilə söhbət edən Q.Paşayeva və M.Qəhrəmanova, Anar kimi oğulların canı-qanı bahasına qazanılmış tarixi zəfərimizdən danışıb, bu zəfərin dövlət-xalq birliyinin, Ali Baş Komandan İlham Əliyevin başçılıq etdiyi Müzəffər Ordumuzun vətəncanlılığının parlaq örnəyi oldğunu vurğulayıb. Onlar, Anar Hüseynovun haqqında da yazının olduğu “Tovuz şəhidləri (44 günlük Vətən Müharibəsi)” kitabını və Qarabağ motivli xatirə hədiyyəsini şəhidin ailəsinə təqdim edib.   Anar Hüseynov (08 oktyabr 1982, Əlibəyli, Tovuz–28 sentyabr 2020, Füzuli rayonu) 2015-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub, 2016-cı ilin Aprel döyüşlərində iştirak edib.   Kiçik çavuş Anar Hüseynov Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə, sentyabrın 28-də şəhid olub.   Şəhidimiz doğma Əlibəyli kəndində dəfn olunub. Ruhu şad olsun!  

Hamısını oxu
Ermənistanın təxribatı bu ölkəni hakimiyyətinin əhalinin diqqətini daxili problemlərdən yayındırmaq məqsədi daşıyır.

İyulun 12-də Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini 120 millimetrlik minaatanlardan atəşə tutub. Əlbəttə ki, düşmənin bu təxribatına qarşı qoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri görülüb,  Ermənistanın təxribatı alınmayıb. Bu barədə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov  deyib. General-polkovnik bildirib ki, əgər müharibə başlayarsa, Ermənistanın ağır məğlubiyyətə uğrayacağı qaçılmazdır. Onları çox çətin duruma salacaq təxribata getməyə nə vadar etdi? Aydın məsələdir ki, burada əsas məqsəd Azərbaycan Ordusunun mövqelərini ələ keçirmək, həmçinin canlı qüvvəyə və hərbi texnikaya zərər yetirməkdir. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri oturdulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib. Qeyd etmək lazımdır, Azərbaycan Ordusunun əks-tədbirləri adekvat xarakter daşıyıb. Ermənistan təxribata əl atıb və Azərbaycan tərəfi birmənalı şəkildə Ermənistanın təxribatlarına qətiyyətli cavab verib. General-polkovnik Tofiq Ağahüseynov qeyd edib ki, göründüyü kimi hazırda Ermənistanda vəziyyət olduqca mürəkkəbdir, hakimiyyətə qarşı müxalifətin vahid cəbhədə birləşməsi prosesi gedir. Açıq-aydın görünür ki, Ermənistan hərbi bölmələrinin Azərbaycan-Ermənistan sərhədində növbəti təxribatı Ermənistan hakimiyyətinin əhalinin diqqətini daxili problemlərdən yayındırmaq məqsədi daşıyır. Azərbaycanla sərhəddə təxribat Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxartmağa hesablanıb. Lakin  Paşinyanın belə təxribatlarla problemi aradan qaldırmaq cəhdlərinin hər hansı nəticə verəcəyi ehtimalının az olduğunun fərqində deyil. “Bu gün əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müasir tələbləri əsasında formalaşdırılan Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır. Ölkə başçısının, ordu rəhbərliyinin diqqət və qayğısının nəticəsidir ki, Azərbaycan Ordusu müasir silah-texnikası, nizami ordusu ilə düşməndən keçmişin qisasını almaq əzmindədir. Hər kəs inanır ki, Azərbaycan əsgəri əzəli torpaqlarını düşməndən azad edəcək. İnanıram ki, çox yaxında biz Qarabağın azadlığını da qələbə paradı ilə qeyd edəcəyik".-deyə general polkovnik Tofiq Ağahüseynov vurğulayıb.

Hamısını oxu
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilovun Novruz və Ramazan bayramları münasibətilə təbriki

Hörmətli veteranlar, şəhid və qazi ailələri, əziz həmkarlar! Bütün Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət kəsb edən, təbiətin yeniləndiyi, həyatın və ümidlərin təzələndiyi Novruz bayramı və müqəddəs Ramazan bayramı münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirəm. Arzu edirəm ki, bu mübarək günlər hər bir evə firavanlıq, ruzi-bərəkət, səadət və xoşbəxtlik gətirsin, Vətənimizin tərəqqisinə və xalqımızın parlaq gələcəyinə yeni uğurlar bəxş etsin. Bu əlamətdar günlərdə xalqımız möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi möhtəşəm nailiyyətlərin, dövlətimizin güclənməsi və Vətənimizin qüdrətinin artmasının sevincini yaşayır. Dövlət başçısının uzaqgörən siyasəti nəticəsində Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətlərindən birinə çevrilmiş, xalqımızın milli birliyi və həmrəyliyi daha da möhkəmlənmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkəmizin ictimai həyatında, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı istiqamətində mühüm xidmətlər göstərmiş, şəhid ailələrinə, qazilərə və veteranlara göstərdiyi diqqət və qayğı ilə cəmiyyətdə yüksək rəğbət qazanmışdır. Bu yanaşma dövlətimizin humanizm və sosial həmrəylik prinsiplərinin parlaq təzahürüdür. Ulu əcdadlarımızın bizə miras qoyduğu Novruz bayramı xalqımızın zəngin mənəvi irsini, həyat fəlsəfəsini və milli kimliyini özündə əks etdirərək əsrlərdən bu günə qədər qorunub saxlanmışdır. Baharın gəlişini, yenilənməsini və dirçəlişini simvolizə edən bu bayram cəmiyyətdə birlik, ümid və həmrəyliyi gücləndirir. Müqəddəs Ramazan bayramı isə insanları mənəvi saflaşmaya, mərhəmətə və xeyirxahlığa səsləyərək sosial birliyin və qarşılıqlı hörmətin möhkəmlənməsinə xidmət edir. Xüsusilə qeyd olunmalıdır ki, Ümummilli Lider Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən etmiş, onun rəhbərliyi dövründə Novruz və Ramazan bayramları dövlət səviyyəsində geniş qeyd olunaraq xalqımızın həyatında daha möhkəm yer tutmuşdur. Bu gün isə xalqımız İkinci Qarabağ müharibəsi nəticəsində qazanılmış şanlı Zəfərin verdiyi böyük qürur hissi ilə bu əziz bayramları daha yüksək ruhda qeyd edir. Azad olunmuş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, həyatın yenidən canlanması və soydaşlarımızın doğma yurdlarına qayıdışı milli dirçəlişin və dövlətimizin gücünün bariz ifadəsidir. Eyni zamanda Vətənə sədaqətlə xidmət edən şəhid ailələrinə, qazilərə, müharibə və əmək veteranlarına daim diqqət və qayğı göstərən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının bütün üzvlərini ürəkdən təbrik edir, hər birinə möhkəm cansağlığı, uzun ömür və fəaliyyətlərində yeni uğurlar arzulayıram. Arzu edirəm ki, baharın müjdəçisi olan bu gözəl bayramlar hər bir ocağa sevinc, bolluq, əmin-amanlıq və xoş günlər bəxş etsin, ölkəmizdə daim sülh, sabitlik və tərəqqi hökm sürsün. Novruz bayramınız və müqəddəs Ramazan bayramınız mübarək olsun! Dərin hörmət və ehtiramla, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında bir qrup 44 günlük Vətən müharibəsinin iştirakçıları ilə görüş keçirildi

Respublika Veteranlar Təşkilatında 44 günlük Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib. Veteran hərəkatına 44 günlük Vətən müharibəsi iştirakçılarının cəlb edilməsi, bilik və bacarıqlarından gənc nəslin vətənpərvərlik tərbiyəsində istifadəsi, respublikamızın çiçəklənməsi, xalqımızın birliyinin əbədi olması tədbirin qayəsini təşkil edib. Görüşdə çıxış edən RVT-nin sədri, II Dünya müharibəsi iştirakçısı Fatma Səttarova 44 günlük Vətən müharibəsinin qəhrəmanlıqla tarixə yazdığımızı bildiridi. F.Səttarova: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycan xalqı tarixin bütün mərhələlərindən alnı açıq çıxmağı bacarıb, mərdliyi qəhrəmanlığı təcəssüm etdirib. II Dünya müharibəsində 600 mindən çox oğul və qızlarımız döyüşüb, faşizm bəlasından dünyanın azad edilməsində misilsiz qəhrəmanlıqlar göstərib. Ədalətin, sülhün dünyada bərpa edilməsində azərbaycanlı adını iftixarla daşıyıblar”. Təşkilatın sədri həmçinin Vətən müharibəsindən sonra başlamış və əzmlə davam etdirilən quruculuq işlərinin Respublikamızın iqtisadiyyatına və hərbi potensialının daha da yüksəlməsinə səbəb olacağını bildirdi. Müzəffər Azərbaycan ordusu hər zaman düşmənin istənilən mənfur təxribatının qarşısının alacağına və layiqli cavab verə biləcəyinə əminlik ifadə etdi. Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov Təşkilat və onun həyata keçirdiyi təbirlər haqqında məlumat verdi. C.Xəlilov: “44 günlük Vətən müharibəsinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin elan etdiyi "Qarabağ Azərbaycandır və nida" şüarı xalqımızın müqəddəs vətən torpağı uğrunda savaşının ideya qayəsi, qələbəyə səsləyən rəhbər çağırışı oldu. 44 gün davam edən müharibədə səfərbərlik xalqımızın dövlət başçısının ətrafinda sıx birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, eyni zamanda yeni və qüdrətli Azərbaycanın bütün dünyada özünütəsdiqi kimi qəbul edildi. Azərbaycanın müzəffər ordusunun zəfər yürüşü, düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, Qarabağın, xüsusən də xalqımızın ləyaqət və qürur simvolu Şuşanın işğaldan tam azad edilməsi, uzun illər düyünə düşmüş və region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi, həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir. Savaş meydanında əldə etdiyimiz tarixi qələbənin ardınca Azərbaycanı daha böyük gələcək, daha firavan həyat gözləyir”. Təşkilatın sədr müavini hər bir veteranın, müharibə iştirakçısının sağlamlığının və maddi-sosial vəziyyətinin yaxşılaşdırılması, yaralıların reabilitasiyası, şəhidlərimizin xatirəsinin əbədi yaşadılması, onların ailələrinin maddi durumunun daim diqqət mərkəzində saxlanılması və yaxşılaşdırılması üçün Prezident İlham Əliyevin son dövrlərdə imzaladığı fərman və sərəncamlar, ayrı-ayrı dövlət qrumlarının bu istiqamətdə həyata keçirdikləri tədbirləri Vətən müharibə iştirakçılarına verilən dəyərin bariz nümunəsi olduğunu diqqətə çatdırdı. Bütün bunların Vətən yolunda mərdlik, rəşadət nümayiş etdirən hər bir kəsin unudulmayacağına, əksinə əbədi yaşayacağına əyani sübut olduğunu bildirdi. C.Xəlilov veteranın, qazinin bundan sonra da Vətən üçün xidmət edəcəyinə, ürəklərinin vətənlə birgə döyünəcəyinə inamının sonsuz olduğunu bildiridi. Gənc nəslin vətənpərvərlik tərbiyəsinin yüksəldiləməsində, Azərbaycan xalqının birliyinin daim olmasında veteranların, müharibə iştirakçılarıının təcrübəsinin xüsusi önəm daşıdığını vurğuladı. 44 günlük Vətən müharibəsinin iştirakçısı çavuş Elçin Əhmədov çıxışında qəhərmanlıq tariximizin bir hissəsi olmaqdan qürürla danışdı. Hər bir müharibə iştirakçısının əsas amalının vətənimizin azad olması və qələbə ilə başa çatmasını diqqətə çatdırdı. O, həmçinin əminliklə bildirdi ki, bundan sonra da dünyaya nümayiş etdirdiyimiz birliyimiz sarsılmayacaq, qələbə əzmimiz bitməyəcəkdir. E.Əhmədov: “Müharibə iştirakçısının, veteranın, qazinin müharibədən sonra da tək bir amalı dövlətimizin daha da güclənməsidir. İstər azad edilmiş torpaqlarımızın bərpası olsun, istərsə də digər sahələrdə bizim dəmir yumruğumuz getdiyimiz yolları işıqlandıracaq, Vətən, millət təssübkeşliyimiz gücümüzə güc qatacaqdır. Hər birimiz, veteran, qazi adını fəxrlə daşıyacaq, ölmləri ilə ölmsüzlük qazanan, şəhid olan qardaşlarımızın adlarını yaşadacaq, əbədiləşdirəcəyik. Biz ön cəbhədə qəhrəmanlıq dastanı yazdıq, Ali Baş Komandan İlham Əliyev və onun timsalında bütün Azərbaycan xalqının vətənpərvərliyi, qətiyyəti, əzmi və iradəsi ilə bunlara nail olduq”. Digər çıxış edənlər Respublika Veteranlar Təşkilatı ilə əməkdaşlığı bundan sonra da davam etdirəcəkləri, üzərlərinə düşən işin icrasına məsuliyyətlə yanaşacaqlarına əminlik ifadə etdilər.    Sonda xatirə şəkli çəkildi.

Hamısını oxu