Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilovun Novruz və Ramazan bayramları münasibətilə təbriki

Hörmətli veteranlar, şəhid və qazi ailələri, əziz həmkarlar!

Bütün Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət kəsb edən, təbiətin yeniləndiyi, həyatın və ümidlərin təzələndiyi Novruz bayramı və müqəddəs Ramazan bayramı münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirəm. Arzu edirəm ki, bu mübarək günlər hər bir evə firavanlıq, ruzi-bərəkət, səadət və xoşbəxtlik gətirsin, Vətənimizin tərəqqisinə və xalqımızın parlaq gələcəyinə yeni uğurlar bəxş etsin.

Bu əlamətdar günlərdə xalqımız möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi möhtəşəm nailiyyətlərin, dövlətimizin güclənməsi və Vətənimizin qüdrətinin artmasının sevincini yaşayır. Dövlət başçısının uzaqgörən siyasəti nəticəsində Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətlərindən birinə çevrilmiş, xalqımızın milli birliyi və həmrəyliyi daha da möhkəmlənmişdir.

Eyni zamanda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkəmizin ictimai həyatında, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı istiqamətində mühüm xidmətlər göstərmiş, şəhid ailələrinə, qazilərə və veteranlara göstərdiyi diqqət və qayğı ilə cəmiyyətdə yüksək rəğbət qazanmışdır. Bu yanaşma dövlətimizin humanizm və sosial həmrəylik prinsiplərinin parlaq təzahürüdür.

Ulu əcdadlarımızın bizə miras qoyduğu Novruz bayramı xalqımızın zəngin mənəvi irsini, həyat fəlsəfəsini və milli kimliyini özündə əks etdirərək əsrlərdən bu günə qədər qorunub saxlanmışdır. Baharın gəlişini, yenilənməsini və dirçəlişini simvolizə edən bu bayram cəmiyyətdə birlik, ümid və həmrəyliyi gücləndirir. Müqəddəs Ramazan bayramı isə insanları mənəvi saflaşmaya, mərhəmətə və xeyirxahlığa səsləyərək sosial birliyin və qarşılıqlı hörmətin möhkəmlənməsinə xidmət edir.

Xüsusilə qeyd olunmalıdır ki, Ümummilli Lider Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən etmiş, onun rəhbərliyi dövründə Novruz və Ramazan bayramları dövlət səviyyəsində geniş qeyd olunaraq xalqımızın həyatında daha möhkəm yer tutmuşdur.

Bu gün isə xalqımız İkinci Qarabağ müharibəsi nəticəsində qazanılmış şanlı Zəfərin verdiyi böyük qürur hissi ilə bu əziz bayramları daha yüksək ruhda qeyd edir. Azad olunmuş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, həyatın yenidən canlanması və soydaşlarımızın doğma yurdlarına qayıdışı milli dirçəlişin və dövlətimizin gücünün bariz ifadəsidir.

Eyni zamanda Vətənə sədaqətlə xidmət edən şəhid ailələrinə, qazilərə, müharibə və əmək veteranlarına daim diqqət və qayğı göstərən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının bütün üzvlərini ürəkdən təbrik edir, hər birinə möhkəm cansağlığı, uzun ömür və fəaliyyətlərində yeni uğurlar arzulayıram.

Arzu edirəm ki, baharın müjdəçisi olan bu gözəl bayramlar hər bir ocağa sevinc, bolluq, əmin-amanlıq və xoş günlər bəxş etsin, ölkəmizdə daim sülh, sabitlik və tərəqqi hökm sürsün.

Novruz bayramınız və müqəddəs Ramazan bayramınız mübarək olsun!

Dərin hörmət və ehtiramla,

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov

2026-03-17 12:45:00
2899 baxış

Digər xəbərlər

X Qlobal Bakı Forumu Azərbaycanın sülhpərvər və humanist mövqeyinin təntənəsidir

X Qlobal Bakı Forumu Azərbaycanın sülhpərvər və humanist mövqeyinin təntənəsidir. Azərbaycan dünyada qlobal məsələlərin həlli üçün təşəbbüslər göstərir. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib. Polkovnik qeyd edib ki, Forumda Azərbaycan Prezidentinin səsləndirdiyi fikirlər, müddəa və çağırışlar müasir dünyamızın reallığı ilə yanaşı, ölkəmizin ədalətli mövqeyinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq baxımından da böyük önəm kəsb edir: “X Qlobal Bakı Forumunda çıxış edən Prezident İlham Əliyev hər zaman olduğu kimi, bu dəfə də dəmir məntiqi və təkzibedilməz faktlarla dövrümüzün reallıqlarını təhlil etdi, Azərbaycan xalqının humanist, mütərəqqi mövqeyini dünya birliyinin diqqətinə çatdırdı. Ölkəmizdə müxtəlif xalqların, etnik birliklərin rifah içərisində yaşadığına, dinclik və əmin-amanlıq şəraitində fəaliyyət göstərdiyinə diqqət çəkən dövlətimizin başçısı, Qarabağ bölgəsində yaşayan ermənilərlə bağlı da ciddi bəyanatlar səsləndirdi. Prezidentimiz bildirib ki, işğal dövründən fərqli olaraq, həmin bölgədə yaşayan bütün vətəndaşlar kimi ermənilər də sosial firavanlıq içərisində yaşayacaq, ölkəmizin iqtisadi gücündən, dövlətimizin sosialyönümlü siyasətindən faydalanacaqlar. “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusundakı Forumda dövlətimizin başçısı Ermənistanın Azərbaycanın sülh səylərini dəstəkləməsinin zəruriliyini də vurğulayıb. Prezident deyib ki, bu, regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması baxımından olduqca önəmlidir. Təşkilatın sədr müavini bildirib ki, ümumiyyətlə, X Qlobal Bakı Forumu Azərbaycanın yalnız Cənubi Qafqaz regionunda deyil, bütövlükdə dünyamızda baş verən proseslərə nə qədər ədalətli, obyektiv və humanist prinsiplərdən yanaşdığını əks etdirdi. Habelə, Prezident İlham Əliyevin Forumdakı çıxışı göstərdi ki, Azərbaycan mövcud problemləri qeyd etməklə yanaşı, həm də onların aradan qaldırılması ilə bağlı konkret təkliflərə, çıxış yollarına malikdir. X Qlobal Bakı Forumunun ölkəmizdə təşkili, Azərbaycan Prezidentinin çıxışına olan yüksək maraq ölkəmizin, dövlət başçımızın beynəlxalq aləmdə artan nüfuzunu bir daha ortaya qoydu. Forum göstərdi ki, Azərbaycan dünyadakı nüfuzunu artırmaqda, ölkəmiz qlobal miqyasda əsas söz sahiblərindən birinə çevrilməkdədir.

Hamısını oxu
Prezident İlham Əliyev: Azərbaycan Ordusu Xocavənd rayonunun daha üç kəndini işğaldan azad edib

Bakı, 16 oktyabr, AZƏRTAC Rəşadətli Azərbaycan Ordusu tərəfindən Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində bildirib.

Hamısını oxu
Tehran sülh istəmir, amma müharibə aparmağı da bacarmır - TƏHLİL!!

5 mart 2026-cı il tarixində İranın Naxçıvandakı bir sıra mülki obyektləri dron zərbəsinə məruz qoyması yalnız ölkəmizdə deyil, bütün dünyada ciddi etiraz və narahatlığa səbəb olub. ABŞ-İsrail koalisiyasının dağıdıcı zərbələrinə məruz qaldığı, aqibəti tükdən asılı olduğu bir zamanda İranın Azərbaycana heç bir əsas olmadan dron zərbələri endirməsi, rəsmi Tehranın qeyri-dost və qeyri-məntiqi davranışıdnan xəbər verir. Bu gerçək onu deməyə əss verir ki, molla rejimi nə yaxın, nə də uzaq ölkələrlə münasibətdə sülh istəmir və öz mövcudluğunu xaosda, digər dövlətlərlə qarşıdurmalar fonunda tapır. Bununla yanaşı, İranın Naxçıvandakı mülki obyektlərə zərbə endirməsi sübut edir ki, molla rejimi müharibə aparmağı da bacarmır. Çünki istər beynəlxalq hüquq və konvensiyalar, istərsə də əxlaq və mənəviyyat mülki insanları hərbi əməliyyatların hədəfinə çevirməyi yasaqlayır. Lakin İranın bu hüquqi-mənəvi qadağanı nəzərə almaması, öz hərbi gücünü dinc insanları hədəf almaqla isbatlamağa çalışması İranın müharibə mədəniyyətindən məhrum olduğunu göstərir. Bu, eyni zamanda İranın müharibədə belə heç bir əxlaq, heç bir mənəviyyat tanımadığını sübut edir. Təsadüfi deyil ki, 5 mart 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında dövlət başçısı İranın bu addımını namərdlik kimi qiymələtdirərək deyib: “Bu gün İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir. Naxçıvan Muxtar Respublikasının ərazisini İran dövləti pilotsuz uçuş aparatları ilə atəş altına salmışdır. Atəşin hədəfləri mülki obyektlər idi. Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər istiqamətlər İran tərəfindən namərd atəşə məruz qalmışdır. Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir, bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir”. (https://president.az/az/articles/view/71792 ) Daha sonra çıxışı davam etdirən Müzəffər Ali Baş Komandan Tehran rejimini həm də nankorluqda ittiham edib: “Onu da bildirməliyəm, bu gün səhər mənə məlumat verildi ki, İranın xarici işlər nazirinin müavini Bakıya zəng edir, xahiş edir ki, İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsinə Azərbaycan kömək etsin. Çünki onların imkanı yoxdur. Mənə məruzə edildi. Mən dərhal göstəriş verdim ki, kömək göstərin, təyyarə göndərin. Hətta onlar dedilər ki, biz bunun pulunu da verməyə hazırıq. Dedim ki, lazım deyil, indi dar gündə biz kömək göstərməsək, bəs nə vaxt kömək göstərməliyik? Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?! Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək”. (https://president.az/az/articles/view/71792 ). Məlumat üçün xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələri erməni faşizminə qarşı 44 günlük Vətən müharibəsində belə heç bir mülki obyekti, dinc insanı hədəf almayıb, bir nəfər də olsa sadə vətəndaşa xəsarət yetrməyib. Hətta mülki infrstrukturu və dinc insanları qorumaq üçün ordumuz mülki obyektlər içərisində ermənilərin quraşdırdığı artilleriya qurğularına belə atəş açmayıb, yaxud, bu atəş son dərəcə dəqiqliklə endirilib. Azərbaycan Ordusu eyni həssaslığı 2023-cü ilin 19-20 sentyabr tarixlərində reallaşdırılan anti-terror əməliyyatlarında da sərgiləyib. Məhz bunun nəticəsidir ki, anti-terror əməliyyatından sonra  - 1 oktyabr 2023-cü il tarixində BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreevanın rəhbərliyi ilə Qarabağ regionuna səfər edən BMT missiyası hərbi əməliyyat nəticəsində heç bir mülki infrastruktura zərər dəymədiyini bildrib. Bu rəy onların missiya ilə bağlı hesabatında da yer alıb. (https://azerbaijan.un.org/az/248051-bmt-nin-qaraba%C4%9Fa-missiyas%C4%B1-ba%C5%9Fa-%C3%A7at%C4%B1b ). Bir sözlə, bütün bunlar onu deməyə əsas verir ki, İranın bütün digər məsələlərdə olduğu kimi müharibə mədəniyyəti sahəsində də Azərbaycandan, Müzəffər Ali Baş Komandan İlham Əliyevdən öyrənməli olduğu çox şey var. Lakin molla rejiminin mahiyyətini - sonsuz cılızlığını, sözü ilə əməli arasındakı ənənəvi ziddiyyəti, əxlaq və mənəviyyatdan hədsiz uzaqlığını nəzərə alsaq, əminliklə bir söz demək olar: İran heç vaxt bu ucalğı yüksələ bilməyəcək! Seymur ƏLİYEV  

Hamısını oxu
Şəhidin doğum günündə məzarı ziyarət olundu

Veteran.gov.az xəbər verir ki, 27 aprel 2020-ci il tarixində Respublika Veteranlar Təşkilatı və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov, o cümlədən Gənclər və İdman İdarəsinin nümayəndələri, rayon fəalları  Sabirabad rayonu Qaralar kəndindən olan şəhid Balakişiyev Zamin Dadaş oğlunun məzarını ziyarət edib. Ziyarət əsnasında şəhid məzarına gül dəstələri qoyulub, vətən uğrunda şəhid olan hərbçilərimizin xalqın qəlbində, tarixin yaddaşında hər zaman yaşayacağı, minnətdarlıq hissi ilə xatırlanacağı vurğulanıb.   Xatırladaq ki, 27 aprel şəhid Balakişiyev Zamin Dadaş oğlunun ad günüdür.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu