Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Polkovnik Cəlil Xəlilov beynəlxalq mükafata layiq görülüb

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov beynəlxalq mükafata layiq görülüb.

 

Veteran.gov.az xəbər verir ki, polkovnik Cəlil Xəlilov Beynəlxalq Millətlər İctimai Mükafatlar Şurasının Beynəlxalq Mükafatlar Birliyi tərəfindən elm, vətənpərvərlik və xalqlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi sahəsindəki uzunmüddətli xidmətlərinə görə “Долг и Честь” ordeni ilə təltif edilib.

 

Məlumat üçün qeyd edək ki, Cəlil Xəlilov Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktorudur. 

 

2021-12-22 12:24:00
1004 baxış

Digər xəbərlər

“Birinci Qarabağ müharibəsi əlilləri ilə bağlı fərman dövlət başçısının sağlamlığını vətənə fəda edənlərə münasibətini əks etdirir”

“Birinci Qarabağ müharibəsi əlilləri ilə bağlı fərman dövlət başçısının sağlamlığını vətənə fəda edənlərə münasibətini, qayğı və diqqətini  əks etdirir”.   Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müvini, polkovnik Cəlil Xəlilov bildirib. Sədr müavinin sözlərinə görə, məlum fərman şəhid ailələri, qazilərlə yanaşı, əlillərin də hər zaman dövlətin diqqət mərkəzində olduğunu göstərir:   “Dövlət başçısının Birinci Qarabağ müharibəsi əlillərinə də birdəfəlik ödəmə verilməsinə dair fərmanı hər şeydən öncə göstərir ki, bu insanlar dövlətimiz, onun prezidenti üçün son dərəcə əziz və hörmətəlayiq şəxslərdir. Çünki həmin şəxslər vətənin müdafiəsində əsl fədakarlıq sərgiləyib, öz sağlamlıqlarını vətənə, onun təhlükəsizliyinə qurban veriblər. Buna görə də dövlətimiz bu insanların xidmətini daim qiymətləndirir, onların sosial rifahının gücləndirilməsi, məişət şəraitinin yaxşılaşdırılması, maddi təminatının artırılması üçün bütün mümkün imkanlardan istifadə edir. Bu baxımdan dövlət başçısının sözügedən fərmanı bu istiqamətdə atılan növbəti addımlardan biridir”.   Polkovnik qeyd edib ki, məlum fərman ümumilikdə 100 min insanın sosial təminatının güclənməsinə xidmət edəcək ki, bu da oduqca böyük rəqəmdir:   “Fərmanla 1997-ci il avqustun 2-dək olan dövrdə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanaraq əlilliyi müəyyən olunmuş şəxslərə birdəfəlik ödəmə veriləcək. Belə ki,  I dərəcə əlilliyə görə 8 800 manat,  II dərəcə əlilliyə görə  6 600 manat, III dərəcə əlilliyə görə  4 400 manat məbləğində birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulur. Bu isə Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə - ümumilikdə 17-20 min ailəyə böyük dəstəkdir. Yəni söhbət 100 min vətəndaşımızın sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan böyük humanist addımdan gedir. Bu addım isə sadəcə həmin vətəndaşlarımız tərəfindən deyil, bütövlükdə cəmiyyət tərəfindən alqışanır, məmnunluqla qarşılanır”.   Cəlil Xəlilov qeyd edib ki, yaxın gələcəkdə şəhid ailələri, müharibə əlilləri, qazilərlə bağlı mühüm layihələrin həyata keçirilməsi nəzərdə tutulur ki, bu da dövlətimizin, onun başçısının sosialyönümlü siyasətini, öz vətəndaşına verdiyi dəyəri əks etdirir:   “Azərbaycanda cənab prezidentin rəhbərliyi və bilavasitə göstərişi ilə şəhid ailələrinin, müharibə əlillərinin, qazilərin sosial rifahının yaxşılaşması, onların təminatının gücləndirilməsi istiqamətində mütəmadi dövlət siyasətinin həyata keçirildiyi məlumdur. Məhz bu siyasət nəticəsində Azərbaycan bu gün bütün dünyada şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara ən çox diqqət və qayğı göstərən dövlətlərdən biri, hətta mən deyərdim ki, birincisidir. Bununla yanaşı, dövlətimiz yaxın gələcəkdə də məlum kateqoriyaya məxsus vətəndaşlarımızla bağlı böyük sosial layihələr həyata keçirməyi nəzərdə tutur ki, bu layihələrin də miqyası olduqca böyükdür. Nümunə üçün qeyd edim ki, 2021-2025-ci illərdə daha 11 min, o cümlədən 2021-ci ildə 3 min mənzil və fərdi evin  şəhid ailələri və müharibə əlilinə verilməsi nəzərdə tutulub. 2021-ci ildə artıq  2800, ümumən ötən dövrdə 12 min şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin edilib ki, bu da kifayət qədər böyük göstəricidir.   Biz veteranlar olaraq dövlət başçısına müharibə əlillərinə, şəhid ailələrə, qazilərə olan qayğıkeş münasibətə görə öz təşəkkürümüzü bildirir, minntədrlığımızı ifadə edirik. Bir daha bəyan edirik ki, cəmiyyətimizin bütün təbəqələri kimi veteranlarımız da cənab prezidentin siaysətini tam olaraq dəstəkləyir və bundan sonra da eyni qətiyyətlə dəstəkləməkdə davam edəcək”.  

Hamısını oxu
İkinci Dünya müharibəsi veteranı Əli Əliyev vəfat edib

Veteran.gov.az xəbər verir ki, İkinci Dünya müharibəsi veteranı Əliyev Əli Hüseyn oğlu vəfat edib. Müharibə, Əmək və Silahlı Qüvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Əli Əliyevin vəfatından kədərləndiyini bildirir və bu münasibətlə mərhumun doğmalarına dərin hüznlə başsağlığı verir.  Məlumat üçün qeyd edək ki, Əli Əliyev müharibə dönəmində bir sıra cəbhələrdə faşizmə qarşı mübarizədə aktiv iştirak edib, döyüşlərdə böyük igidliklər göstərib. Məhz bütün bunların nəticəsidir ki, cəsur azərbaycanlı hərbi komandanlıq tərəfindən “Qırmızı ulduz” ordeni, “Böyük Vətən Müharibəsi” ordeni və daha 15 medalla təltif edilib. Allah rəhmət eləsin!

Hamısını oxu
General-mayor Dadaş Rzayev son mənzilə yola salınıb

Polkovnik Cəlil Xəlilov və bir qrup veteran dəfn mərasimində iştirak edib Mayın 28-də vəfat edən ehtiyatda olan general-mayor Dadaş Rzayev İkinci Şəhidlər xiyabanında son mənzilə yola salınıb. Dəfn mərasimində müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və Müdafiə Nazirliyinin digər rəhbər heyəti, mərhumun ailə üzvləri, yaxınları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri, eləcə də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov iştirak edib. Ehtiram ənənələrinə uyğun olaraq hərbi orkestrin müşayiətilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, D.Rzayev son mənzilə yola salınıb, məzarı üzərinə əklil və gül dəstələri qoyulub, ruhuna dualar oxunub. Tabut üzərindəki üçrəngli Azərbaycan bayrağı əbədi xatirə kimi saxlanılması üçün mərhumun ailəsinə təqdim edilib. Mərasimdə D.Rzayevin həyat və xidmət yolu haqqında danışılıb. Qeyd olunub ki, o vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif orden və medallara layiq görülüb. Vurğulanıb ki, general-mayor D.Rzayev xatirəsi Azərbaycan Ordusunun şəxsi heyətinin və onu tanıyanların qəlbində daim yaşayacaq. Məlumat üçün qeyd edək ki, Dadaş Rzayev həm də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri vəzifəsində çalışıb.  Qeyd: Yazıda AZƏRTAC-ın məlumatlarından istifadə olunub.  

Hamısını oxu
Mehriban Əliyeva Tovuz istiqamətində şəhid olan 12 hərbçi ilə bağlı Heydər Əliyev Fonduna tapşırıq verib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Fondun nümayəndələri Tovuz istiqamətində döyüşlərdə şəhid olan hərbçilərin ailələrində olub. APA-nın məlumatına görə, ötən gün Heydər Əliyev Fondunun nümayəndələri Sumqayıt şəhərində general-mayor Polad Həşimovun və Bakı şəhərində polkovnik İlqar Mirzəyevin ailələrini ziyarət edib. Azərbaycan dövlətinin dəstəyi ilə yanaşı, Heydər Əliyev Fondu tərəfindən də hər zaman şəhid ailələrinə yüksək diqqət göstərildiyi vurğulanıb. Tovuz rayonu istiqamətlərdə şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğılarının Mehriban Əliyevanın tapşırığına əsasən daim Fondun nəzarətində olacağı bildirilib. Qarşıdakı günlərdə Fondun nümayəndələri Ağstafa, Tovuz, Qazax, İsmayıllı, Biləsuvar və Masallı rayonlarında olaraq şəhid ailələrinə baş çəkəcək.

Hamısını oxu