Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Onun yolu ilə gedəcəyəm” - Şəhid İlqar Mirzəyevin oğlu

Xəbər verdiyimiz kimi, səhər saatlarında Tovuz rayonu ərazisində şiddətli döyüşlər zamanı şəhid olan polkovnik İlqar Mirzəyevin nəşi paytaxta gətirilib. Bakıda polkovniklə vida mərasimi keçirilib. Mərasimdə izdiham yaşanıb. 

Axşam.az xəbər verir ki, “Xəzər xəbər”ə müsahibə verən şəhid komandirin oğlu Elvin Mirzəyev atası ilə fəxr etdiyini və atasının yolu ilə gedəcəyini deyib:
 
“Onun yolu ilə gedəcəyəm. Düzdür, məni evdən heç vaxt qoymurdular. Özü də bəzən imkan verməzdi ki, onun yolu ilə gedim. Amma mən qərara almışdım, bilirdim. Mənim burada boynu bükük olmağıma baxmayın. Mən bu yaşıma qədər həmişə atamla fəxr etmişəm, indi də edirəm. Şəhidlik hər adama qismət olmur. Onun adını da, şanını da həmişə uca tutacağam”. video

2020-07-15 00:00:00
3255 baxış

Digər xəbərlər

İkinci dünya müharibəsinin iştirakçılarının yaxınlarının nəzərinə

Diqqət!!! İkinci dünya müharibəsinin iştirakçılarının yaxınlarının nəzərinə   Azərbaycan xalqının qəhrəman oğul və qızları tarixin səhifəsinə adlarını qızıl hərflərlə yazıb, azərbaycanlı adını iftixarla daşııblar. Onlar daima xatırlanmalı, əbədi yaşamalıdırlar. Respublika Veteranlar Təşkilatı  tərəfindən İkinci dünya müharibəsində faşizm üzərində qələbənin 75 illiyi ərəsfəsində müharibədə həlak olmuş və ya sonradan vəfat etmiş, eləcə də, sağ veteranların tanıdılması istiqamətində müntəzəm işlər aparılır. Hörmətli həmvətənlərimiz, bu vətənpərlik missiyasında bizə kömək göstərməklə yaxınlarınızın tanıdılmasına yardımçı olacaqsınız. İkinci Dünya müharibəsində iştirak etmiş şəxslər haqqında informasiya və onların müharibə dövrünə (və ya müharibədən sonra) aid foto şəkillərini aşağıda göstərilən ünvana göndərməyinizi xahiş edirik.   Əlaqə vasitələri Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Koveroçkin küçəsi 34 Tel: 012 4923681 Fax: 0124927884 Mail: az.veteran@mail.ru  

Hamısını oxu
“Prezidentin həyata keçirdiyi siyasətin hədəfində Azərbaycan insanı və onun rifahı dayanır”

“Azərbaycanın bu günkü inkişafından danışarkən, ilk olaraq, sosial və iqtisadi sahədəki nailiyyətləri qeyd etmək lazımdır. Təbii ki, sosial-iqtisadi sahədə həyata keçirilən siyasətin nəticəsində formalaşan siyasi-ictimai sabitlik hazırda hökm sürməkdədir və bu fakt da cəmiyyətimizin bütün sahələrinin sürətli inkişafına öz müsbət təsirini göstərir”.   Bunu Moderator.az-a açıqlamasında millət vəkili Müşfiq Cəfərov bildirib. Millət vəkili qeyd edib ki, dövlət başçısının bütün addımlarının hədəfində Azərbaycan insanı, onun rifahı dayanır:   “Son illərdə Azərbaycanın inkişaf etmiş ölkələr sırasında addımlaması, yüksək gəlirli ölkəyə çevrilməsi başlıca məqsəddir. Ən təqdirəlayiq hal bütün bu proseslərin pandemiya dövrünə baxmayaraq davam etməsidir. Hazırda dünyanın əksər ölkələrində sosial-iqtisadi durğunluq cərəyan edir. Bu durğunluğa baxmayaraq ölkədə quruculuq, abadlıq və sosial-iqtisadi inkişafı şərtləndirən bütün proseslər axsamadan davam etdi. Pandemiya dövründə zərər çəkmiş sahibkarlar dəstəkləndi, təqribən 5 milyona yaxın insan geniş sosial paketlə əhatə edildi. Dövlət sektorunda çalışan 900 min şəxsin əksəriyyəti dövlət tərəfindən əmək haqqı ilə təmin edildi. Təbii ki, bu məqsədlər üçün böyük maliyyə resursları xərclənib.   Ölkədə əhalinin sosial müdafiəsinin möhkəmləndirilməsi məqsədilə aparılan islahat tədbirləri davam edir. Əhalinin həssas qruplarına diqqət və qayğı isə həmişə olduğu kimi, prioritet hesab edilir. Azərbaycan dövlətinin apardığı sosial siyasət bütövlükdə ölkə əhalisinin rifah halının yüksəldilməsi, firavan yaşayışının təmin edilməsinə yönəlib.   2021-ci ilin sonlarına yaxın əhalinin sosial müdafiəsinin gücləndirilməsi və problemlərinin həlli məqsədilə həyata keçirilən tədbirlər bir daha göstərir ki, Azərbaycan dövləti qarşıya qoyduğu məqsədə - hədəfə doğru gedir. Əmək haqları, təqaüdlər, əmək pensiyalarında artımlar oldu.   Tələbələrin, magistr və doktorantların, eyni zamanda kollec tələbələrinin təqaüdlərində artım baş verdi. Son illərdə iqtisadiyyatın şaxələndirilməsi prosesi xeyli genişləndirilmişdi və büdcənin neft amilindən asılılığının aradan qaldırılmasının nəticəsi olaraq iqtisadiyyatın müxtəlif sahələri inkişaf etdirildi. Ölkəyə ciddi kapital axını oldu və bunun nəticəsi olaraq Azərbaycanda müxtəlif sahələrdə ciddi işlər görülür, eyni zamanda ölkə başçısı, xüsusilə insanların məvaciblərinin artırılması üçün əsaslı addımlar atır. Yaşlı, fiziki cəhətdən problemi olan insanların təqaüdlərinin yüksəldilməsi, daha çox sosial müdafiəyə ehtiyacı olan təbəqinin təqaüdlərinin artırılması istiqamətində işlər aparıldı. Bütün bunlar onu göstərir ki, cənab prezidentin həyata keçirdiyi siyasət yalnız Azərbaycan insanını hədəfə alaraq aparılır”.   Seymur ƏLİYEV

Hamısını oxu
Tarixi Qələbəmiz Ali Baş Komandanın uğurlu xarici siyasətinin, güclü ordu quruculuğunun nəticəsidir

Hamısını oxu
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev

Hörmətli cənab Prezident,   Həm Aprel döyüşlərində, həm də son günlərdə Tovuzda baş verən erməni təxribatına layiqli cavab verilmişdir. Qüdrətli ordumuz istənilən vaxt işğalda olan torpaqlarımızı azad etmək iqtidarındadır.   Bu gün ordumuz düşmənin öhdəsindən layiqincə gəlməyə qadirdir. Ordudakı zabitlərimiz yüksək təhsilli zabitlərdir. Əsgərlərimizin də döyüş hazırlığı, peşəkarlığı yüksək səviyyədədir. Ancaq şübhəsiz ki, veteranların ordumuzla birliyi də həmişəki kimi məqsədəuyğun olardı. Bunu hər şeydən öncə veteranların özü arzulayır. Bu vətən hamımızındır və onun işğal altında olan ərazilərinin azadlığı üçün hər birimiz əlimizdən gələn fədakarlığı əsirgəməməliyik.   Sizin qətiyyətli çıxışlarınızda böyük qələbənin işartılarını görürük. Əminik ki, bu günlərdə yaşananlar Şuşada, Xankəndidə dalğalanacaq bayrağımızın şanlı yolunun başlanğıcı olacaq. İgid əsgərlərimiz, unudulmaz şəhidlərimiz artıq bu yola cığır salıblar. Biz veteranlar qətiyyətli siyasətinizi dəstəkləyir, hər an Sizin yanınızda olduğumuzu bildirir, döyüş əmrinizi gözləyirlər. Ali Baş Komandan, cənab Prezident İlham Əliyev, bir əmriniz ilə Vətən uğrunda son nəfəsimizə qədər döyüşməyə hazırıq! Sizə olan inamımız sonsuzdur. Biz Sizin ətrafınızda sıx birləşmişik və daim əmrinizə hazırıq.   Biz, müharibə od-alovunu görmüş, ölümün gözünə dik baxaraq mənfur düşmənə qarşı vuruşmuş insanlarıq. Biz, düşməni görüb üzərinə getmişik. Torpaqlarımızı işğal etmiş erməni daşnaklarına qarşı nifrətimiz sonsuzdur. Odur ki, torpaqlarımızın azad olunması uğrunda istənilən əmrinizə hazırıq, veteran ordusu hər daim döyüşə hazırdır. Qəlbimiz hər zaman Vətənimiz-Azərbaycanla döyünür.   Ölkəmizin inkişafı, Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin durmadan artırılması, torpaqlarımızı işğaldan azad etməyə hər an hazır olan Azərbaycan Ordusunun düşmənə öz gücünü göstərməsi qəlbimizdə qürur və inam hissi doğurur. Biz çoxsaylı veteranlar Sizin rəhbərliyiniz ilə Vətənə, xalqa, dövlətə şərəf və ləyaqətlə xidmət etməkdən sonsuz qürur duyuruq.   Hörmətlə, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynov

Hamısını oxu