ПРЕДСЕДАТЕЛЮ СОВЕТА ВЕТЕРАНОВ ВОЙНЫ, ТРУДА И ВООРУЖЕННЫХ СИЛ АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ ГОСПОЖЕ САТТАРОВОЙ ФАТМЕ ГУСЕЙН ГЫЗЫ
1.png)
1.png)
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev iyulun 21-də Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxışı zamanı deyib. Dövlət başçısı bildirib: "Mənim sözlərimdən sonra heç bir həftə keçməyib, artıq əlli minə yaxın insan yazılıb. Əlli minə yaxın Azərbaycan vətəndaşı, - onların mütləq əksəriyyəti gənclərdir, - Vətəni qorumaq üçün artıq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib, öz adlarını, ünvanlarını veriblər. Mən onlara təşəkkür edirəm. Bax, budur Azərbaycan xalqı, budur Azərbaycan gənci. Parlamentin şüşələrini, qapılarını qıran yox. Budur, bu gün Qarabağda ölümə getməyə hazır olan Azərbaycan gənci. Mən bir daha onlara, onların valideynlərinə təşəkkürümü bildirirəm. Onlar xalqımız, dövlətimiz üçün dəyərli övladlar yetişdiriblər. Bir daha demək istəyirəm ki, Azərbaycan Ordusu bu gün istənilən vəzifəni icra edə bilər. Azərbaycan Ordusu tam komplektləşdirilib və əgər əlavə canlı qüvvə lazım olarsa, əlbəttə ki, biz bundan istifadə edəcəyik. Səfərbərliyin elan edilməsinə hələ ki, heç bir ehtiyac yoxdur. Əgər lazım gələrsə, bu da olacaq. Mən demişəm, bir daha demək istəyirəm, - çox da dərinə getmək istəmirəm, - biz bilirik, nə vaxt, necə, nəyi etmək lazımdır. Biz öz siyasətimizdən əl çəkməyəcəyik. Bizim siyasətimiz ədalətli siyasətdir. Bizim siyasətimiz həm beynəlxalq hüquqa, tarixi ədalətə söykənir və biz istədiyimizə nail olacağıq". Milli.Az
Hamısını oxu
Azərbaycanın neft tarixində neçə-neçə adlar var ki, onların alın təri, zəhməti, cəsarəti bu torpağın dərinliklərindən gələn qara qızılı xalqın rifahına çevirib. Bu adlar sırasında bir neftçinin ömrü zəhmətin mənəvi ucalığını özündə cəmləyib. Həmin ad Akif Əmənov adıdır. O, həyatını neftə, əməyə, xalqa və Vətənə həsr etmiş nəsil təmsilçilərindəndir. 12 aprel 1942-ci ildə Cəlilabad torpağında dünyaya göz açan Akif Əmənovun uşaqlıq illəri müharibə dövrünün çətinlikləri ilə yoğrulmuşdu. Amma o illərin çətinliyi onun ruhunu sındırmamış, əksinə möhkəmləndirmişdi. Əməksevərlik, sədaqət, təmkin - bu keyfiyyətlər onda hələ o illərdə formalaşmağa başlamışdı. Gənc Akif təhsilini başa vurduqdan sonra taleyini neftlə bağladı. Bu sahə o dövrdə həm ölkənin, həm də xalqın taleyini müəyyənləşdirən mühüm sahələrdən biri idi. 1962-ci ildən etibarən “Şirvanburneft” Trestinin 3 saylı Qazma İdarəsində usta köməkçisi kimi fəaliyyətə başlayan gənc neftçi qısa zamanda özünü peşəkar kimi təsdiqlədi. Neft quyularının dərinliklərində, isti səhralarda, küləkli düzənliklərdə qazma aparmaq təkcə texniki bilik deyil, həm də iradə, məsuliyyət, fiziki güc və mənəvi dözüm tələb edirdi. Akif Əmənov isə bütün bunlara malik idi. Onun rəhbərlik etdiyi komsomol-gənclər komandası 1966-cı ildə neftçilərin ümumittifaq yarışında illik planı cəmi yeddi ayda yerinə yetirərək ikinci yerə layiq görüldü. Bu, o dövrdə həm texniki, həm də mənəvi baxımdan böyük nailiyyət idi. Gənc ustanın uğurları artıq təkcə bölgə səviyyəsində deyil, ümumittifaq miqyasında tanınmağa başlamışdı. Əmənovun qazma işlərində tətbiq etdiyi yeniliklər də diqqətəlayiq idi. Onun rəhbərlik etdiyi briqada qazmada üç qanadlı, üç pilləli LIR qazma bitini ilk sınaqdan keçirənlərdən oldu. Bu, o dövr üçün texniki irəliləyiş idi ki, bununla da həm məhsuldarlıq artmış, həm də iş təhlükəsizliyi təmin edilmişdi. Onun rəhbərliyi altında 1962–1972-ci illərdə 60 kilometrdən artıq qazma işləri aparıldı, 16 neft quyusu uğurla qazıldı. Bu zəhmətin, yeniliyə meylin, əməyə hörmətin nəticəsi idi. Akif Əmənov zəhmətinin qarşılığı olaraq Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldü. Bu ad o dövrün ən yüksək fəxri adı idi və yalnız xalqın etimadını, dövlətin dərin təşəkkürünü qazanmış insanlara verilirdi. Neft buruqlarından yüksələn bu zəhmət adamı tədricən ölkənin ictimai-siyasi həyatında da fəal rol almağa başladı. O, 1968-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü idi. Azərbaycan KP Əli Bayramlı Şəhər Komitəsinin büro üzvü seçilməsi, partiya qurultaylarında nümayəndə kimi iştirakı onun ictimai etimad qazandığının göstəricisi idi. Akif Əmənov təkcə partiya və dövlət tədbirlərində iştirak etmirdi, həm də sadə neftçilərin hüquqlarını, mənafelərini müdafiə edən səs idi. O, 8, 9, 10 və 11-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı, daha sonra isə SSRİ xalq deputatı seçildi. 1985–1990-cı illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü kimi ölkənin siyasi və sosial həyatında fəal iştirak etdi. Akif Əmənovun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirildi. O, Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni, Şərəf nişanı ordeni, eləcə də Ümumittifaq Lenin komsomolu mükafatı ilə təltif olundu. Hətta onun əməyinə beynəlxalq səviyyədə də dəyər verildi – Hindistanın fəxri vətəndaşı adına layiq görüldü. Bu fakt bir daha sübut edirdi ki, zəhmətin dəyəri millət və sərhəd tanımır. 1993–1996-cı illərdə Akif Əmənov “Azneft” İstehsalat Birliyinin Abşeron Qazma İdarəsinə rəhbərlik etdi. Onun təcrübəsi, idarəçilik bacarığı, işə yanaşması yeni nəslin yetişməsinə, qazma mədəniyyətinin təkmilləşməsinə böyük təsir göstərdi. 2002-ci ildən etibarən prezident təqaüdçüsü kimi ölkə rəhbərliyi tərəfindən diqqət və hörmətlə yad edildi. 25 iyun 2021-ci ildə Şirvan şəhərində dünyasını dəyişən Akif Əmənovun ömrü təkcə neftin qoxusu və alovun istisi ilə deyil, həm də zəhmətin, fədakarlığın və vətənə sonsuz məhəbbətin işığı ilə yoğrulmuş bir salnamə idi. O, ömrünün hər səhifəsini əməyin şərəfinə, insanın mənəvi ucalığına həsr etmişdi. Akif Əmənovun həyat yolu Azərbaycan neft sənayesinin ağır və şərəfli illərində parlayan bir işıq kimi həm dövrünün insanlarına, həm də gələcək nəsillərə örnək oldu. O, sadəcə bir neftçi deyildi, o, həm də əməyin qəhrəmanı, xalqın etimadını qazanmış böyük şəxsiyyət, əsl vətəndaş idi. Onun adını yüksəklərə daşıyan təkcə qazdığı quyular, əldə etdiyi göstəricilər deyil, həm də insanlara olan münasibəti, işə olan məsuliyyəti, doğma Vətənə olan sədaqəti idi. O, öz peşəsində səmimiyyətin və fədakarlığın simvoluna çevrildi, çünki Akif Əmənov üçün neft təkcə sərvət deyil, həm də xalqın gücünün, birliyinin və əməyinin təntənəsi idi. Bu gün onun haqqında danışarkən bir insanın ucalığını xatırlayırıq. Akif Əmənovun ömrü zəhmətin ucalığa, əməyin əbədiyyətə çevrildiyi bir ömür idi. O, Azərbaycan neftinin qürur simalarından biri, zəhmət və sədaqət rəmzi kimi yaddaşlarda əbədi qalacaqdır. Bu gün Azərbaycanın neftçiləri, qazma ustaları, gənc mühəndisləri onun kimi insanları xatırlayır və örnək götürürlər. Çünki Akif Əmənovun həyatı bir həqiqəti sübut etdi: əməyə sədaqət, xalqa xidmət və dürüstlük insanı unudulmaz edir. Akif Əmənovun adı Azərbaycan neft tarixində, xalqın yaddaşında və əməyin salnaməsində qızıl hərflərlə yazılıb. Cəlil Xəlilov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatı M.Ağayev adına Üçtəpə kənd tam orta məktəbi ilə birlikdə şəhid Qənbərov Kamal Arif oğlunun anım günü ilə əlaqədar tədbir keçirib. Tədbirdən öncə şəhidlər Kompleksinin önünə güllər qoyulub. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Məktəbin direktoru Ağarəşid Kazımov, Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman, şəhid atası Nazim Paşayev, DQİDK- nin Cəlilabad rayonu üzrə nümayəndəsi Cavidan Rəşidov, “Qarabağ Əlillərinə Qayğı” ictimai birliyinin rayon bölməsinin sədri Asəf İsmayılov, Qarabağ müharibəsi qazisi Vüsal Muradzadə, şəhidin əmisi Zaman Qənbərov və başqaları çıxış edib şəhid Kamal Qənbərovun qısa həyat yolundan və göstərdiyi şücaətindən danışıblar. Onlar belə igidlərimizin bu gün məktəbli gənclərin vətənpərvərlik ruhunda böyüməsində nümunə olduqlarını xüsusi vurğulayıblar. Şagirdlərin söylədikləri şeirlər tədbir iştirakçılarına duyğulu anlar yaşadıb. Tədbirdən sonra şəhidin qəbri ziyarət olunub, şəhidlərimizin ruhuna dualar oxunub. Xatırladaq ki, Qənbərov Kamal Arif oğlu 1978-ci il aprelin 25-də Cəlilabad rayonunun Üçtəpə kəndində dünyaya göz açıb. O, doğma kəndindəki orta məktəbi bitirdikdən sonra 1996-cı ildə hərbi xidmətə çağırılıb. Kamalın xidmət etdiyi hərbi hissə Ermənistanla həmsərhəd olan Qazax rayonu ərazisindəki ön cəbhədə yerləşirdi. Düşmən tez-tez atəşkəsi pozub təxribatlar törədir, torpaqlarımızı zəbt etmək istəyirdilər. İgid əsgərlərimiz azğın düşmənlərin təxribatlarının qarşısnı almaq üçün cavab atəşi ilə onları susdururdular. Belə qəfil hücumların birində Qazax rayonunun Qaymaqlı kəndinin müdafiəsi zamanı Kamal Qənbərov qəhrəmancasına şəhid olur. O, 1997-ci il aprel ayının 7-də canından çox sevdiyi Vətən torpağı uğunda şəhidlik zirvəsinə ucalır. Qənbərov Kamal Arif oğlu 1997-ci il aprel ayının 8-də doğulub boya-başa çatdığı Üçtəpə kəndinin qəbirstanlığında dəfn olunub. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Hamısını oxu
Cəlil Xəlilov: “Onun xatirəsi xalqın yaddaşında əbədi yaşayacaq” Sabah 15 dekabr – Azərbaycan xalqının böyük oğlu, mərhum general Bahadur Hüseynovun anadan olmasının 100-cü ildönümüdür. Bununla bağlı Veteran.gov.az-a açıqlama varən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Bahadur Hüseynovun sadəcə çekist kimi peşəkarlığı ilə deyil, həm də öz xeyixahlığı, sadəliyi, səmimiyyəti ilə böyük hörmət və ehtiram qazandığını vurğulayıb: “Bahadur Hüseynov hər şeydən öncə peşəkar hərbçi, təcrübəli hüquqşünas, əla çekist idi. Onun həyat və fəaliyətinə nəzər salsaq görərik ki, o, harada işləməsindən asılı olmayaraq, hər zaman öz işinə böyük məsuliyyət və vicdanla yanaşmış, ona həvalə edilən hər bir işi maksimum səviyyədə yerinə yetirməyə çalışmışdır. Məhz çalışqanlığı, yorulmazlığı, işə məsuliyətli münasibəti onun xidmət pillələrində sürətli yüksəlişinə yol açmış, Bahadur Hüseynov adını hər yerdə məşhurlaşdırmışdı. Ancaq Bahadur Hüseynovu insanlara sevdirən onun sadəcə peşəkar mütəxəssis kimi fəaliyyəti deyildi. Bahadur Hüseynov həm də hərbçilərin, veteranların yaxın dostu, əsl xeyirxah idi. O, tabeçiliyində çalışan hər bir şəxsin sosial durumu, ailə vəziyyəti ilə yaxından maraqlanır, onların hər bir probleminin həllinə səy göstərirdi. Onlarla hərbçinin mənzil probleminin həlli, ailə qurması, sosial rifahını yaxşılaşdırması Bahadur Hüseynovun adı ilə bağlıdır. Bahadur Hüseynov Müharibə, Əmək və Silahlı Qüvvələrin Veteranları Təşkilatının sədri olduğu dönəmdə də veteranların sosial təminatının güclənməsi üçün əlindən gələni əsirgəməmiş, bütün imkanlardan istfadə edərək veteranların həyat səviyyəsini yüksəltməyə çalışmışdır. O, öz sadəliyi, səmimiliyi, insanlara doğma, qayğıkeş münasibəti il hər kəsin sevimlisinə çevrilmişdi. Məhz bütün bu xüsusiyyətlərin cəmi Bahadur Hüseynovu gənclərin idealına çevirmişdi. Hansı ki, bu gün də Bahadur Hüseynovu öz idealı hesab edən kifayət qədər gənc mövcuddur. Bu baxımdan Bahadur Hüseynovu gənclərin əbədi idealı adlandırmaq olar. Bu gün Bahadur Hüseynov fiziki baxımdan aramızda deyil. Amma onun qoyub getdiyi məktəb, hazırladığı kadrlar, dövlətimiz, xalqımız üçün gördüyü işlər göz önündədir. Bahadur Hüseynov ömrünü vətəninə, millətinə həsr edən böyük azərbaycanlı olub və nə qədər ki, Azərbaycan xalqı var, o da bu xalqın digər böyük övladları kimi xalqın yaddaşında əbədi yaşayacaqdır”.
Hamısını oxu