Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Şəhidin anım günü keçirilib

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatı M.Ağayev adına Üçtəpə kənd tam orta məktəbi ilə birlikdə şəhid Qənbərov Kamal Arif oğlunun anım günü ilə əlaqədar tədbir keçirib.

Tədbirdən öncə şəhidlər Kompleksinin önünə güllər qoyulub.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Məktəbin direktoru Ağarəşid Kazımov, Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman, şəhid atası Nazim Paşayev, DQİDK- nin Cəlilabad rayonu üzrə nümayəndəsi Cavidan Rəşidov, “Qarabağ Əlillərinə Qayğı” ictimai birliyinin rayon bölməsinin sədri Asəf İsmayılov, Qarabağ müharibəsi qazisi Vüsal Muradzadə, şəhidin əmisi Zaman Qənbərov və başqaları çıxış edib şəhid Kamal  Qənbərovun qısa həyat yolundan və göstərdiyi  şücaətindən danışıblar. Onlar belə igidlərimizin bu gün məktəbli gənclərin vətənpərvərlik ruhunda böyüməsində nümunə olduqlarını xüsusi vurğulayıblar.

Şagirdlərin söylədikləri şeirlər tədbir iştirakçılarına duyğulu anlar yaşadıb.

Tədbirdən sonra şəhidin qəbri ziyarət olunub, şəhidlərimizin ruhuna dualar oxunub.

Xatırladaq ki, Qənbərov Kamal Arif oğlu 1978-ci il aprelin 25-də Cəlilabad rayonunun Üçtəpə kəndində dünyaya göz açıb. O, doğma  kəndindəki orta məktəbi bitirdikdən sonra  1996-cı ildə hərbi xidmətə çağırılıb.

 Kamalın xidmət etdiyi hərbi hissə Ermənistanla həmsərhəd olan Qazax rayonu ərazisindəki ön cəbhədə yerləşirdi. Düşmən tez-tez atəşkəsi pozub təxribatlar törədir, torpaqlarımızı zəbt etmək istəyirdilər. İgid əsgərlərimiz azğın düşmənlərin təxribatlarının qarşısnı almaq üçün cavab atəşi ilə onları susdururdular. Belə qəfil hücumların birində Qazax rayonunun Qaymaqlı kəndinin müdafiəsi zamanı Kamal Qənbərov  qəhrəmancasına şəhid olur. O, 1997-ci il aprel ayının 7-də canından çox sevdiyi Vətən torpağı uğunda şəhidlik zirvəsinə ucalır.

Qənbərov Kamal Arif oğlu 1997-ci il aprel ayının 8-də doğulub boya-başa çatdığı Üçtəpə kəndinin qəbirstanlığında dəfn olunub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

2024-04-15 11:06:39
956 baxış

Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Cavid Qurbanova başsağlığı verib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov təşkilatın Rəyasət Heyəti adından Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanova atası Qənbər Şəmşiroğlunun vəfatı ilə bağlı başsağlığı verib. Başsağlığı mətnində deyilir:   “Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanova atası Qənbər Şəmşiroğlunun vəfatından kədərləndiyini bildirir, dərin hüzünlə başsağlığı verir. Allah rəhmət eləsin!”   Məlumat üçün qeyd edək ki, 88 yaşında vəfat edən şair Qənbər Şəmşiroğlu Aşıq Şəmşirin oğludur.   Xatırladaq ki, Qənbər Şəmşiroğlu16 noyabr 1933-cü ildə Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olub. 1950-ci ildə Yanşaq kənd orta məktəbində təhsilini bitirdikdən sonra bir il kəndli-gənclər kursunda işləyib. 1951-ci ildə Ağdam İkillik Müəllimlər İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olub. 1953-cü ildə həmin institutu bitirərək Kəlbəcər rayon Ağdaban kənd yeddiillik məktəbində müəllim, 1957-ci ildən isə həmin məktəbin direktoru işləyib. 1957-ci ilin mart ayından 1958-ci ilin avqust ayınadək Kəlbəcər rayon Partiya komitəsində təbliğat-təşviqat şöbəsinin müdiri vəzifəsində çalışıb. 1958-ci ildə Bakı Ali Partiya məktəbinə göndərilib. 1961-ci ildə qiyabi yolla N.Tusi adına institutu, 1964-cü ildə Ali Partiya məktəbini bitirib.   1960-1966-cı illərdə Ağdaban səkkizillik məktəbidə direktor, 1966-1971-ci illərdə Kəlbəcər qəsəbə orta məktəbidə direktor, 1971-ci ildən 1974-cü ilədək Kəlbəcər RPK-nın ikinci katibi, 1974-1988-ci illərdə Kəlbəcər RİK-in sədri, 1989-cu ilin aprelindən 1991-ci ilin oktyabr ayınadək Gədəbəy RİK-in sədri, 1991-ci ildən 1992-ci ilin may ayınadək Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı, 1993-cü ilin aprel ayından Azərittifaqda baş müşavir, 1993-cü ilin aprel ayından 1994-cü ilin yanvar ayınadək Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı işləyib.   Qənbər müəllim “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri kimi Kəlbəcər rayonunun və respublikanın ictimai-siyasi həyatında fəaliyyətini davam etdirib.  Mütəmadi olaraq ölkəmizdə həyata keçirilən kütləvi-mədəni və sosialyönümlü tədbirlərdə yaxından iştirak edib, sosial qayğıya ehtiyacı olan insanlara maddi və mənəvi yardımçı olub. O, qaçqın və məcburi köçükünlərin, şəhid, əlil, aztəminatlı ailələrin tələbə və gənclərin  sosial problemlərinin həllində, yaşayış şəraitlərinin yaxşılaşdırılmasında yaxından iştirak edib.   Aşıq Şəmşir ailəsinin hər bir üzvü  hər zaman Ulu Öndər Heydər Əliyevə və onun siyasi kursunun layiqli davamçısı möhtərəm prezidentimiz cənab İlham Əliyevə və dövlətçiliyimizə sədaqətlə xidmət edib.   Qənbər Qurbanovun sədrlik etdiyi “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi yarandığı gündən mədəniyyətimizin incəsənətimizin, milli-mənəvi dəyərlərimizin, aşıq sənətinin qorunub yaşadılması və digər sahələr üzrə ölkə daxilində və xaricdə müxtəlif tədbirlər həyata keçirib. Həmçinin müxtəlif səpgili xeyriyyə tədbirləri, seminarlar, debatlar, bilik olimpiadaları və konfranslar təşkil edib. Bundan əlavə Birlik “Unudulmaqda olan xalq sənəti nümunələrinin təbliği”,  “Ustadnamələr – milli dəyərlərimizin əlifbasını birgə oxuyaq” və “Azırbaycan-Türkiyə milli birliyinin simvolu – ozan-aşıq sənəti” və sair onlarla  layihələri həyata keçirmişdir. Layihələr çərçivəsində milli floklor oyunlarımız olan Kilimarası və Maraloyunu geniş ictimaiyyətə təbliğ edilmiş, bukletlər şəkilində çap edilib vətəndaşlara paylanmış və bunun əsasında qısametrajlı filimlər hazırlanmışdır.   Qənbər müəllimin birbaşa rəhbərliyi altında təşkilat Ulu Öndərimiz Heydər Əliyevin irsinin öyrənilməsi və gənc nəslə aşılanması ilə bağlı mütəmadi olaraq silsilə təbirlər həyata keçirmişdir.  Təşkilat həmçinin Qənbər Şəmşiroğlunun təşəbbüsü əsasında Azərbaycan şair və yazıçılarının, elm və ədəbiyyat xadimlərinin kitablarının nəşr etdirib ictimaiyyətə təqdim etmişdir.   Allah rəhmət eləsin!        

Hamısını oxu
MMQ-nın “N” saylı hərbi hissəsində 26 iyun - Silahlı Qüvvələr Günü qeyd olunub

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları, şöbə müdiri, ehtiyyatda olan polkovnik Adil Haqverdiyev,  baş  mütəxəssis Nəbi Hacıyev 23 iyun  2022-ci il tarixdə  MMQ-nın  “N” Adil saylı  hərbi hissə nümayəndələri ilə birgə tədbir təşkil edib. Tədbir 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr edilib. Tədbirdə MMQ-nın  Şəxsi heyətlə iş üzrə şöbənin rəisi polkovnik Ayaz Əliyev, Şəxsi heyətlə iş üzrə şöbənin baş zabiti mayor  Şahlar Həsənov, Xüsusi təyinatlı qüvvələrdə xidmət etmiş  Aprel döyüşləri və 44  günlük Vətən müharibəsi iştirakçıları Şamxal Qocayev,  Azər Əliyev, Aprel döyüşləri qazisi Ülfət Həsənov,   əsgər və zabitlər iştirak edib. İlk öncə  Azərbaycan Respublikasının Dövlət Himni səslənib, daha sonra  torpaqlarımız uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha spnra söz çıxış üçün söz ehtiyyatda olan polkovnik Adil Haqverdiyevə verilib. Adil Haqverdiyev ilk öncə  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanın və sədrmüavini, polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb. Adil Haqverdiyev Azərbaycanın ordu quruculuğu tarixinə nəzər salıb:   “1918-ci il 26 iyun tarixli  fərmanla Azərbaycan Milli Ordusu yaradılmışdır. Qısa bir zamanda çox işlərə nail oldular. AXC süqut etdikdən sonra bolşevik hökuməti Milli ordunu ləğv etdi. Onun rəhbərlərinin  əksəriyyəti Nargin adasına aparılıb güllələndi. Azərbaycan  ikinci dəfə öz müstəqilliyini əldə etdikdən sonra çətin bir dövr başladı. Daxildən və xaricdən təzyiqlərə məruz qalan ölkəmiz dağılmaq təhlükəsi ilə üzləşdi. Respublikanın  ağır günlərində xalqın tələbi ilə Heydər Əliyev ikinci dəfə Azərbaycan Respublikasına rəhbər seçildi. Atəşkəs elan edildikdən sonra ordu quruculuğu sürətlə inkişaf etməyə başladı. Otuz ilə yaxın vaxt keçməsinə baxmayaraq, 2020-ci il 27 sentyabrda başlayan Vətən müharibəsi cəmi 44 gün ərzində düşmən ordusunun darmadağın edilməsi ilə nəticələndi. Mən  qarşıdan gələn 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibəti ilə sizləri təbrik edirəm!”   Sonra çıxış üçün söz Aprel döyüşləri və 44  günlük Vətən müharibəsi iştirakçıları  Şamxal Qocayev,  Azər Əliyev, Aprel döyüşləri qazisi  Ülfət Həsənova verilib. Qazilər döyüş xatirələrindən danışıb, hər zaman  Ali Baş Komandan İlham Əliyevin əmrinin icrasına hazır olduqlarını bəyan ediblər.   Tədbirin sonunda xatirə şəkilləri çəkilib.  

Hamısını oxu
"Dayaq" Təşkilatından Qazi Şirinov Ramin Şahin oğluna etimad...

Qazi Şirinov Ramin Şahin oğlu "Dayaq" Təşkilatının sədr müavini təyin edilib   Veteran.gov.az xəbər verir ki, "Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının idarə heyyətinin qərarı ilə Şirinov Ramin Şahin oğlu "Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının sədr müavini vəzifəsinə təyin edilib. "Dayaq" Təşkilatının idarə heyyəti və üzvüləri adından ictimai fəal Qazimiz, 44 günlük Vətən müharibəsinə könüllü olaraq qatılmış, milli, Vətənpərvər Azərbaycan övldadı, peşəkar tankçı Ramin Şirinovu uğurlu təyinat münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona daha böyük uğurlar diləyirik! Qeyd edək ki, Şirinov Ramin Şahin oğlu 1981-ci ilin fevralın 21-də Göronboy rayonunun Xanqərvənd kəndində anadan olub. Xanqərvənd kənd orta məktəbini bitirdikdən sonra həqiqi hərbi xidmətdə olub.Hərbi xidmətdən də hərbi məktəbə daxil olub. Oxuduğu hərbi məktəbdə tank ixtisasını tam mənimsədikdən sonra Hərbi hissələrdə tank komandiri olaraq müxtəlif vəzifələrdə çalışıb, Peşəkar tankçı könüllü kimi 44 günlük müharibədə aktiv iştirak edib. Füzuli və Qubadlı, Tuğ, Hadrut, Top kənd, Şuşanın azad edilməsi uğurunda gedən döyüşlərdə fədakarcasına döyüşüb, sağlamlığını itirərək Qazilik zirvəsinə yüksəlib.

Hamısını oxu
Cəlil Xəlilov: Azərbaycanın növbəti diplomatik uğuru

Hamısını oxu