Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Vikipediya Elektron Ensiklopediyasında şəhid jurnalist Salatın Əsgərova haqqında özbək dilində bölmənin yaradılmasını alqışlayıram”

 “Bu gün sülhdən danışırıqsa, o demək deyil ki, dünənimizdəki erməni vəhşilikləri haqqında susmalıyıq”

 Elman Məmmədov: “Erməni faşizmini ifşa etmək üçün hər bir imkandan istifadə etməliyik”

 Xəbər verdiyimiz kimi, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Vikipediya Elektron Ensiklopediyasında Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Salatın Əsgərova haqqında özbək dilində bölmə yaradılıb. Bölmədə mərhum jurnalistlə bağlı bir çox vacib məlumatla yanaşı, onun ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilməsi ilə bağlı informasiya da öz əksini tapıb.

Moderator.az-a açıqlamasında erməni vəhşilikləri ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasının vacibliyini bildirən millət vəkili Elman Məmmədov, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin məlum təşəbbüsünü alqışladığını qeyd edib:

 “Ermənilərin xalqımızın başına gətirdiyi vəhşilikləri, soyqırımlarını daim yaymalı, bunu dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq. Ermənilərin kimliyi, qəddarlığını, faşistliyini beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmaq üçün hər bir imkandan istifadə etməliyik. Ermənistanla müharibənin bitib-bitmədiyi, onlarla münasibətlərimizin yaxşılaşıb-yaxşılaşmamasının bu məsələyə aidiyyatı yoxdur. Heç kim güman etməsin ki, bu gün Ermənistanla sülhdən danışırıqsa, onların elədikləri vəhşiliklər unudulmalı, bu barədə danışılmamalıdır. Xeyr! Kim belə düşünürsə, səhv edir. Bu məsələ daim gündəmdə olmalıdır.

 

Ermənilərin sovet dönəminin ilk illərində Orta Asiya dövlətlərində törətdiyi vəhşiliklər hamıya məlumdur. Bunu özbək xalqı da, qazax xalqı da, türmən xalqı da bilir. Onlar da bilir ki, ermənilər bolşevik adı ilə Orta Asiyada nə qədər günahsız insanı qətlə yetiriblər. Bunlar heç vaxt unudulmamalıdır.

Bu baxımdan Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Vikipediya Elektron Ensiklopediyasında Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Salatın Əsgərova haqqında özbək dilində bölmə yaratmasını alqışlayıram. Bu, həm xalqımızın fədakar ziyalılarının dünyaya tanıdılması, həm də erməni vəhşiliyinin ifşası baxımıdan mühüm əhəmiyyətə malikdir. Mən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin bu istiqamətdə atdığı addımları təqdir edir, onlara fəaliyyətlərində uğurlar arzulayıram”.

 

Seymur ƏLİYEV

2021-12-24 12:43:00
1170 baxış

Digər xəbərlər

“Ermənistanın ölkəmizə qarşı “İsgəndər” raketlərindən istifadə etməsi onun cinayətkar mahiyyətindən xəbər verir”

Cəlil Xəlilov: “Beynəlxalq təşkilatlar, aparıcı dövlətlər bu faktı ciddi şəkildə araşdırmalı, təcavüzkar dövlət hüquqi müstəvidə cəzalanmalıdır”   “Ermənistanın ölkəmizə qarşı “İsgəndər” raketlərindən istifadə etməsi onun cinayətkar mahiyyətindən xəbər verir” .   Bunu saytımıza açıqlamasında Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu fakt Ermənistanın hərbi cinayətlərinə yeni bir sübutdur və beynəlxalq təşkilatlar buna biganə qalmamalıdır:   “Ermənistanın istər I Qarabağ müharibəsində, istərsə də 44 günlük Vətən müharibəsində ölkəmizə qarşı çoxsaylı hərbi cinayətlərə yol verdiyi məlumdur. 44 günlük müharibədə açıq döyüşlərdə ağır məğlubiyyətə uğrayan Ermənistanın Gəncə, Bərdə, Tərtər, Mingəçevir və s. şəhərləri qadağan edilmiş raketlərdən atəşə məruz qoyduğu, mülki insanların ölümünə imza atdığı bütün dünyanın gözü qarşısında baş verən reallıqlardır. Lakin bugünlərdə ANAMA-nın apardığı araşdırmalar nəticəsində Ermənistanın 44 günlük müharibə dönəmində Şuşaya “İsgəndər” raketləri atması ilə bağlı da yeni faktlar meydana çıxıb ki, bu da rəsmi İrəvanın cinayətkar xislətini, Ermənistanın anti-insani mahiyyətini göstərir. Bu fakt bir daha sübut edir ki, Ermənistan region üçün böyük təhlükə mənbəyidir və dünya bu həqiqəti gec də olsa dərk etməlidir.   Bu faktla bağlı araşdırılması gərəkən məsələlərdən biri də Ermənistanın bu raketləri necə əldə etməsi ilə bağlıdır. Heç kimə sirr deyil ki, münaqişə tərəflərinə belə bir raketin verilməsi beynəlxalq hüquqla ziddiyyət təşkil edir. Bu baxımdan, Ermənistanla yanaşı, ona bu raketləri verən dövlətin də məsuliyyət payı müəyyən edilməli, həmin dövlət də cinayətkar Ermənistanla yanaşı buna görə cavab verməlidir.   Ermənistanın “İsgəndər” raketlərindən istifadə etməsi  beynəlxalq təşkilatlar, aparıcı dövlətlər tərəfindən ciddi şəkildə araşdırılmalı, təcavüzkar dövlət hüquqi müstəvidə cəzalanmalıdır. Bu məsələdə silahlara nəzarət üzrə beynəlxalq təşkilatlar da aktiv rol oynamalıdr. Çünki Ermənistan ölkəmizə qarşı “İsgəndər” raketlərindən istifadə etməklə, sadəcə Azərbaycana qarşı cinayətə yol verməyib. Ermənistan bununla, həm də beynəlxalq hüquqa qarşı cinayət törədib. Buna görə də Ermənistan bu cinayətə görə cəzalanmalı, məsuliyyətə cəlb edilməlidir. Bu isə beynəlxalq təşkilatların, aparıcı dövlətlərin moderatorluğunda həyata keçirilməlidir. Ermənistanın cəzalandırılmasının təmin edilməsi beynəlxalq təşkilatların, böyük dövlətlərin istər hüquq, istərsə də mənəvi baxımdan üzərinə düşən bir öhdəlikdir və yəqin ki, biz yaxın gələcəkdə onların bu öhdəliyi nə dərəcədə yerinə yetirəcəyinə şahid olacağıq”.   Seymur ƏLİYEV  

Hamısını oxu
Gözdən Əlillər Cəmiyyətinin sədri: Görmə məhdudiyyətlilərin səs verməsi üçün hər cür şərait yaradılıb

Bakı, 7 fevral, AZƏRTAC Zaman günləri, həftələri, ayları, illəri qova-qova aparır və biz bəxtimizə düşən zaman kəsiyi içərisində müxtəlif hadisələrin şahidi oluruq. Əlbəttə ki, həmin hadisələrin içərisində xoş olanı, yadda qalanı, xatırlananı da var, xoş olmayanı da. Son illər bəxtimizə düşən zamanın içərisində elə xoş və unudulmaz hadisələr olub ki, onların işığı bütün ömrü işıqlandırmağa bəs edər. Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin sədri Səmyar Abdullayev bu sözləri paytaxtdakı 19 saylı Nərimanov seçki dairəsinin 36-cı məntəqəsində növbədənkənar prezident seçkilərində səs verərkən AZƏRTAC-a deyib. Son illər baş verən belə xoş hadisələrdən biri şübhəsiz ki, 2020-ci ilin 4, 17, 20, 25 oktyabrı və ən nəhayət 8 noyabrdır, - deyə cəmiyyətin sədri fikrini davam etdirib: “Həmin günlərdə Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının və nəhayət, Şuşanın erməni hərbi birləşmələrindən azad edilməsini bütün varlığımdan keçən bir sevinc hissi ilə yaşamışam. Buraya həmin il noyabrın 20-də Ağdamın, 25-də Kəlbəcərin, dekabrın 1-də Laçının müharibəsiz və bir güllə atılmadan boşaldılmasını da əlavə etsəm, qəlbində yurd sevgisi, vətən yanğısı olan hər kəs məni yaxşı başa düşər. Ötən il sentyabrın 19-20-də aparılan lokal antiterror tədbirləri nəticəsində Qarabağdan separatçı qüvvələrin təmizlənməsi də son illər yaşadığım ən unudulmaz və xoş hadisələrdən olub. Həmin günlərin hər biri Azərbaycan tarixində çox mühüm və əlamətdar hadisədir. Bu mənada bu gün keçirilən və ölkəmizin gələcək həyatında taleyüklü hadisə olan prezident seçkilərini də heç də az əhəmiyyətli məsələ hesab etmirəm. Bu gün xalqımız müstəqillik tarixində ilk dəfədir ki, bütün ölkə miqyasında və bütün ərazisində bu mühüm siyasi kampaniyada iştirak edir. Budəfəki seçkinin ən böyük və önəmli faktoru elə budur. Xalqımız bütün ölkə miqyasında öz sabahına və gələcəyinə səs verir. Mən də öz konstitusion hüququmdan istifadə edərək məntəqəyə gəlmişəm. Burada görmə məhdudiyyətlilərin səs verməsi üçün hər cür şərait yaradılıb”. S. Abdullaevin verdiyi məlumata görə, ölkə üzrə 50 minə yaxın gözdən əlil şəxs var. 2003-cü ildən etibarən postsovet məkanında ilkin olaraq Azərbaycanda gözdən əlillər digər şəxslərlə yanaşı xüsusi trafaretlərlə gizli səs verə bilirlər. Bu il Mərkəzi Seçki Komissiyasının sifarişi ilə Gözdən Əlillər Cəmiyyəti tərəfindən görmə məhdudiyyəti olanlar üçün Brayl trafaretləri çap olunub. Həmin trafaretlər Mərkəzi Seçki Komissiyası tərəfindən bütün seçki dairələri üzrə paylanılıb. Görmə məhdudiyyəti olanlar paytaxtın Nərimanov rayonu ərazisində daha sıx məskunlaşdırqlarına görə 19 saylı Nərimanov seçki dairəsinin 36 və 37 saylı məntəqələrdə onların rahat səs vermələri üçün hər cür şərait yaradılıb. Hər iki məntəqə veb-kameralarla təmin edilib. “Səsvermə demokratik və şəffaf şəraitdə keçirilir. Hər kəs də layiqli hesab etdiyi namizədə səsə verir. Ümid etməyə dəyər ki, bugünkü seçkilər və onun ədalətli nəticəsi xalqımızın gələcək inkişafında çox böyük rol oynayacaq”, - deyə sədr fikrini yekunlaşdırıb.

Hamısını oxu
Ermənistana qarşı xüsusi sanksiyalar tətbiq edilməlidir

Xəbər verdiyimiz kimi, Qa­zax rayonunun Quşçu Ayrım kəndi istiqamətində düşmən tərəfindən açılan snayper atəşi nəticəsində sərhədçi əsgər Fərzəliyev Fərzalı Əlimövsüm oğlu şəhid olub.   Xatırladaq ki, bu, erməni hərbçilərinin Azərbaycan Silahlı Qüvvələrinə qarşı ilk təxribatı deyil. Belə ki, işğalçı ordunun əsgərləri zaman-zaman həm Azərbaycan ordusunun hərbçilərinə, həm də təmas xəttinə yaxın ərazilərdə yaşayan, təsərrüfatla məşğul olan dinc, mülki sakinlərə atəş açaraq onların yaralanması, şəhid olmasına səbəb olub.   Son olayla bağlı Moderator.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, Ermənistanın təxribatçı addımlarına qarşı beynəlxalq miqyasda ciddi addımlar atmağın vacibliyinə diqqət çəkdi:   “Erməni snayperinin açdığı atəş nəticəsində sərhədçi əsgərimiz şəhid olması xəbəri cəmiyyətimizdə böyük təsssüf və qəzəb hissi ilə qarşılanamqdadır. Məlum olduğu kimi, bu erməni ordusunun Azərbaycan hərbçilərinə və mülki sakinlərinə qarşı ilk təxribatı deyil. Bundan öncə də Ermənistan atəşkəs rejimini, eləcə də beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq mülki vətəndaşlarımız və hərbçilərimizə atəş açmış, hətta azyaşlı uşaq və qocaların ölümünə səbəb olan ağır cinayətlərə yol vermişdir. Sərhədçi əsgərimizlə bağlı baş verən məlum olay düşmənin öz çirkin niyyətindən əl çəkmədiyini, ölkəmizə yönəlik təxribatçılıq fəaliyyətini israrla davam etdiyini göstərir. Lakin təəssüflər olsun ki, bu olaylara nə Minsk qrupunun həmsədrləri, nə də digər beynəlxalq təşkilatlar adekvat münasibət göstərmir.   Hesab edirəm ki, beynəlxalq təşkilatlar, habelə dünyanın aprıcı gücləri baş verənlərə ciddi reaksiya verməli, işğalçı Ermənistana qarşı xüsusi sanksiyalar tətbiq etməlidir. Bir tərəfdən sülhdən danışan, digər tərəfdən hərbi təcavüz və təxribata yol verən Ermənistan etdiyi cinayətlər görə cavab verməli, sivil, demokratik dünyanın təpgi və təzyiqini öz üzərində hiss etməlidir.   Əsgərimizin şəhid olması faktı göstərir ki, siyasi riyakarlıq və hərbi təxribatla məşğul olan, terror və təcavüzü dövlət siyasəti səviyyəsinə yüksəldən Ermənistanın Qarabağ probleminin danışıqlar yolu ilə həllində maraqlı olması ilə bağlı verdiyi bütün bəyanatlar cəfəngiyyatdan başqa bir şey deyil. Odur ki, beynəlxalq təşkilatlar, ATƏT, BMT Ermənistanın hərbi təxribatçılıq fəaliyyətinə cavab olaraq hərəkətə keçməli, işğalçı ölkəyə qarşı ciddi və çoxşaxəli sanksiyalar tətbiq etməklə növbəti təxribatların qarşısını almalıdır.   Ermənistan bilməlidir ki, Azərbaycan ordusu hər cür təhdid və təxribatı dəf etməyə, düşmənə layiqli cavab verməyə qadirdi və 2016-cı ilin aprel döyüşləri buna əyani misaldır. Düşmən anlamalıdır ki, əgər təxribatçılıq cəhdlərindən əl çəkməsə, Azərbaycan ordusu tərəfindən elə bir zərbə alacaq ki, aprel məğlubiyyəti Ermənistana bu zərbə ilə müqayisədə toy-bayram kimi görünəcək”.   Seymur ƏLİYEV

Hamısını oxu
İdrak liseyində "Dünyamın rəng çaları" adlı rəsm sərgisinin açılışı olub

Veteran.gov.az xəbər verir ki, İdrak liseyində "Dünyamın rəng çaları" adlı rəsm sərgisinin açılışı olub. Bu barədə liseyin sosial şəbəkədəki səhifəsində məlumat verilib. Məlumatda deyilir:   “İstedadlı şagirdlərimizdən VA sinif şagirdi Eminli Gülnarə , IIIA sinif şagirdi Eminli Züleyxa, IIIA sinif şagirdi İsgəndərli Nuray və IIIA sinif şagirdi Babayeva Fatimənin çəkdiyi rəsmlərlə tanış olan iştirakçılar onların düşüncələrinin rəng dilini seyr etdilər. Lisey rəhbərliyi xüsusi bacarıq və istedadı olan şagirdlərin tanıdılması baxımından keçirilələn sərgilərin əhəmiyyətindən danışaraq, bu ənənənin ilboyu davam etdiriləcəyini vurğuladı. Təqdimatda istedadlarımızın valideynləri iştirak edib öz məmnunluqlarını bildirdilər”.   Seymur ƏLİYEV

Hamısını oxu