Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi şəhid və qazi övladları üçün bayram tədbiri keçirib

Veteran.gov.az xəbər verir ki, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi, Sabunçu Gənclər Evinin birgə təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl bayramı münasibəti ilə torpaqlarımızın azadlığı uğurunda gedən döyüşlərdə şəhidlik məqamına ucalmış Şəhidlərimizin və Qazilərin övladlarına mənəvi dəstək olmaq məqsədi ilə mayram tədbiri keçirilib.

 

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyin icraçı direktoru Zamin Zeynal tədbiri giriş sözü açaraq dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibəti ilə Şəhid və Qazi övladlarını təbrik edərək bildirdi ki, 44 günlük Vətən müharibəsundə əldə etdiyimiz tarixi əhəmiyyətli qələbə zəfərin qazanılmasında qüdrətli Dövlət Başçısı cənab İlham Əliyevin müdrik rəhbərliyi, səriştəli Sərkərdə məharəti, beynəlxalq diplomatik müstəvidə əldə etdiyi nailiyyətlər, milli vətənpərvər ruhlu vətən övladlarımızın qəhrəmanlığı və hünəri Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Zamin Zeynal onu da xüsusi olaraq vurğuladı ki, son 200 ildə Azərbaycan xalqı ilk dəfə olaraq Prezident İlham Əliyevin liderliyi ilə itirilmiş torpaqlarının geri qaytarılması ilə tarixə düşdü. Bu qələbənin əldə edilməsi Ali Baş Komandan İlham Əliyevin regionda apardığı daxili və xarici siyasətin uğurlu nəticəsidir.Əminliklə deyə bilərik ki, möhtərəm Prezident İlham Əliyevin liderliyi altında daha böyük Azərbaycan olaraq qələbələrimiz davamlı olacaq.

 

Bayram tədbirində Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin sədr müavinləri Qalib Əliyev, Məcid Məmmədov, icraçı direktor Zamin Zeynal, Sabunçu Gənclər Evinin direktoru Samir Mehraliyev, Millət vəkili Elman Nəsirov, Millət vəkili Şahin Seyidzadə, Hacı Nuran, Şəhid ailələri, Qazilər, ictimai fəal şəxslər iştirak edərək çıxış etdilər.

 

Tədbirdə çıxış edənlər qeyd etdilər ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında, fədakar ordumuz əzəli,əbədi Qarabağ torpaqlarımızı düşmənlə mübarizə apararaq azad etməyə müvəffəq olmuş, düşməni məğlubiyyətə uğurratmışdır. Xalq iqtidar, ordu birliyinin nəticəsində 44 günlük haqq savaşında 30 illik torpaq həsrətimizə son qoyularaq xalqımız tarixi qələbə Zəfərini qazanmışdır.

 

Natiqlər bildirdilər ki, bu gün peşəsindən və vəzifəsindın asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı qələbə əzmindən ruhlanaraq daima Şəhid və Qazi ailələrinə dərin hörmət və sayqı ilə yanaşmalıdır.

 

Tədbirlə bağlı Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin layihələr departamentinin rəhbəri Məhəmməd Məmmədov mətbuata açıqlamasında qeyd etdi ki, Şəhid və Qazi övladlarına mənəvi dəstək olmaq məqsədi ilə həyata keçirilən tədbirdə 60 dan çox Şəhid və Qazi övladlarına hədiyələr təqdim edildi. Tədbirin bədii hissəsində uşaqların sevimlisi yeni il personajları öz səhnəcikləri ilə uşaqların qəlbinə oxşadılar.

 

Birlik rəsmisi onu da vurğuladı ki, İctimai birlik tərəfindən Şəhid və Qazilərimizə mənəvi dəstək yönümündə birgə tədbir və layihələr gələcəkdə də davam etdiriləcək.

2021-12-30 14:01:00
1359 baxış

Digər xəbərlər

Düşmənlə təmasdakı Ağdam kəndində son vəziyyət

ovuzun düşmənlə sərhəddə yerləşən Ağdam kəndində atəşkəs rejimi pozulmaqda davam edir. Baku TV xəbər verir ki, erməni silahlı qüvvələri tərəfindən mövqelərimiz dünən gecədən atəşə tutulub.   Atəşkəs rejimi xüsusən iri çaplı silahlarla pozulub. Düşmənin təxribatına milli ordumuz tərəfindən layiqli cavab verilib. Bu gün səhər saatlarında atəş səsləri qismən səngiyib. Lakin ara-sıra silah səsləri eşidilir. Kənddə isə həyat öz axarında davam edir. Kənd sakinlərinin əhval-ruhiyyəsi olduqca yüksəkdir. Tovuz rayonunun Ağdam kəndi düşmənə ən yaxın məsafədə yerləşən kəndlərdən biridir və uzun illərdir ki, kənd sakinləri düşmən mövqeləri ilə üz-üzə dayanıb.

Hamısını oxu
Prezidentin köməkçisi KİV və QHT-lərlə görüşlərinin əsas məqsədlərini açıqlayıb

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev KİV və QHT rəhbərləri ilə keçirilən görüşlərin məqsədini açıqlayıb. Hacıyev APA-ya açıqlamasında bildirib ki, Azərbaycan Prezidentinin köməkçisi olaraq ictimaiyyət nümayəndələri ilə keçirilən görüşləri çox yüksək qiymətləndirir: “Prezidentin köməkçisi olaraq çox böyük şərəf hissi ilə mən də istər onlayn, istərsə də çap mediasının nümayəndələri ilə bu görüşləri keçirdik. Azərbaycan mediasının gələcəkdə daha da inkişafı ilə bağlı fikir mübadiləsi apardıq. Düşünürük ki, məsuliyyətli və peşəkar medianın inkişafı qarşımızda duran əsas məsələlərdən biridir. Ona görə də media kapitanları ilə bu mövzuda operativ müzakirələrimiz oldu”. Azərbaycan Prezidentinin köməkçisi vətəndaş cəmiyyəti təsisatları ilə də fikir mübadiləsi aparıldığını nəzərə çatdırıb: “Dövlət başçısı hər bir ictimai çıxışında vətəndaş cəmiyyəti təsisatlarının ölkəmizin ictimai həyatında rolunun daha da artırılması, ictimai nəzarətin gücləndirilməsi kimi məsələləri qeyd edir. Bu xüsusda da biz müxtəlif sahələrdə fəaliyyət göstərən QHT-lərlə birinci  ictimai liderlər platformasında görüşdük. Daha sonra əlillər, şəhidlər, Qarabağ qaziləri ilə əlaqədar sahələrdə, o cümlədən beynəlxalq sahədə fəaliyyət göstərən QHT təmsilçiləri ilə görüşümüz oldu. Bu görüşdə də dövlətimizin QHT sektorundan fəal çalışması ilə bağlı gözləntilərini, vətəndaş cəmiyyəti təsisatlarının fikirlərini, rəylərini, onlar tərəfindən qaldırılan problemləri də dinlədik. Bu qəbildən olan dialoqlar dövlətimizin başçısı tərəfindən qoyulan tapşırıqlara uyğun olaraq həyata keçirilir. Dövlət başçısı Milli Məclisdə çıxışında da ictimai-siyasi münasibətlər kontekstində yeni bir konfiqurasiyanın yaradılmasını xüsusi qeyd edib. Bundan da çıxış edərək bizim media nümayəndələri və QHT təmsilçiləri ilə fikir mübadiləmiz olub. Bu, davamlı bir xarakter alacaq”. Hacıyev deyib ki, görüşlərdə media təmsilçiləri də qeyd edib ki, məsuliyyətli və peşəkar Azərbaycan jurnalistikasının ənənələrinin təkrarən qaytarılması, peşəkar və məsuliyyətli mediamızın daha da gücləndirilməsinə ehtiyac var: “Gərək bu istiqamətdə birgə səylərimizi dava etdirək”. Hacıyev QHT və media təmsilçiləri ilə görüşlərinin Azərbaycan Prezidentinin köməkçisi statusunda keçirildiyini söyləyib: “Prezidentin köməkçisi olmaq hər birimiz üçün böyük şərəf və etimaddır. Biz fəaliyyətimizdə də bu etimadı doğrultmağa çalışırıq. Ona görə də Prezidentin köməkçisi olaraq QHT və media mənsubları ilə bu görüşləri keçiririk. Bir amili də qeyd etmək istərdim. Uzun müddət media sahəsində fəaliyyət göstərmiş bir insan kimi mediaya qayğını çox yaxşı başa düşürəm. Mən media kapitanlarının hər biri ilə görüşdə bu məsələni – jurnalistlərin sosial təminatının yaxşılaşdırılmasını xüsusi olaraq qaldırıram. Mən redaktorlardan dostcasına da xahiş edirəm ki, jurnalistlərə qayğı və sosial dəstəyin daha da artırılması, onlara təlimlərin keçirilməsi məsələlərini diqqətdə saxlasınlar. Bu sahədə işlərimizi daha da artırmalıyıq”. Ramiz Mikayıloğlu  

Hamısını oxu
Zəfər Azərbaycan əsgərinindir

Qarabağın tacı, Azərbaycanın alınmaz qalası olan Şuşanı azad edilməsi xəbəri hər birimiz üçün bayramdır. Cənab Prezident İlham Əliyev xalqa müraciət edərək mədəniyyət incisi, tarixi əzəli torpağımız olan Şuşanın erməni işğalçılarından azad olunduğu barəsində verdiyi müjdə xəbəri hər birimizə möhtəşəm sevinc hissi yaşadır. 28 ildən sonra Şuşanın azad edilməsi xəbəri bütün xalqımız, vətəndaşlarımız tərəfindən əsl bayram kimi qeyd edilir. Bu gün Azərbaycan xalqı tarix yazır. Ali Baş Komandanın başçılığı ilə müzəffər ordumuz işğal altında olan torpaqlarımızı azad edir. Hər qarış torpağımız bizim üçün doğma və müqəddəsdir. Şəxsən öz adımdan və çoxsaylı veteranlarımız adından bu böyük, tarixi qələbə gün münasibəti ilə başda cənab Prezidentimiz İlham Əliyev olmaqla hər bir azərbaycanlını təbrik edirəm. Ali Baş Komandan, cənab Prezident İlham Əliyevə Şuşanın azad olunması zəfər sevincini xalqımıza yaşatdığına görə sonsuz təşəkkürümü bildirirəm. Biz veteranlar əminik ki, yaxın gələcəkdə işğaldakı digər torpaqlarımız da azad ediləcək və Azərbaycan ərazi bütövlüyü tamamilə təmin ediləcək. Azərbaycan bir qarış da olsun torpağını kimsəyə güzəştə getməyəcək.Yaşasın Ali Baş Komandan, Yaşasın Azərbaycan! Allah bütün Şəhidlərimizə Rəhmət Eləsin, yaralı Əsgər və Zabitlərimizə şəfa versin. Qarabağ Azərbaycandır!   Respublika Veteranlar Təşkilatının sədri  general-polkovnik       Tofiq Ağahüseynov

Hamısını oxu
İki dünyanın 46 yaşlı GENERALI

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun doğum günüdür. Publika.az xəbər verir ki, Polad Həşimov 2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində anadan olub. Sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüblər. Orta təhsilini Sumqayıt şəhərində, əvvəlcə 28 nömrəli sonra isə 34 nömrəli məktəbdə alıb. Polad Həşimov Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib. Polad Həşimov 2003-cü ildə mayor qismində Prezident Heydər Əliyevin Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. 6 il sonra, 2009-cu ildə isə o, artıq polkovnik-leytenant qismində Prezident İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunur. 2014-cü il iyunun 25-də III dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edilən Polad Həşimov 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə mükafatlandırılır. Həşimov 2016-cı ilin 2-4 aprelində cəbhə boyu baş verən döyüşlər zamanı Talış qəsəbəsi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi olub və döyüş vaxtı yaralanıb. 2019-cu il iyunun 25-də Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilir. Həşimov daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunur. General-mayor 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olur. Bununla da Polad Həşimov İsmət Qayıbov və Məhəmməd Əsədovdan sonra 1988-ci ildən etibarən başlayan Qarabağ müharibəsində şəhid olan üçüncü Azərbaycan generalı olur. İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. General iyulun 15-də II Fəxri Xiyabanda, polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olunub. 9 dekabr 2020-ci il tarixində Prezident İlham Əliyevin Sərəncamı ilə Milli Qəhrəman adı verilib. O, ailəli olub, 2 oğul və 1 qız atası idi. Yeni yaşın mübarək, cənab General!      

Hamısını oxu