Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident: “Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət nümunəvi sayıla bilər”

“Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət doğrudan da nümunəvi sayıla bilər. Çünki elə təşəbbüslər irəli sürülür ki, başqa ölkələrdə biz buna rast gəlmirik. Misal üçün, şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən mənzillərin verilməsi. Bu, bizim təşəbbüsümüz idi”.

 

Azərtac xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində deyib.

 

“Dövlətimizin başçısı qeyd edib ki, bu günə qədər bu kateqoriyadan olan 10 minə yaxın insan mənzillərlə təmin edilib. Minik avtomobilləri verilir, 7400 avtomobil verilib. Növbədə duranlar, yəni Birinci Qarabağ müharibəsinin iştirakçıları və qaziləri artıq yaxın gələcəkdə tam təmin ediləcəklər. Təkcə keçən il Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və qaziləri evlərlə təmin edilib. Onlardan 850 nəfəri mənzillərlə təmin edilib, İkinci Qarabağ müharibəsinin iştirakçıları, yəni qaziləri və şəhid ailələri, onlara da 750 mənzil verilib, bu proses davam etdirilir. Hesab edirəm ki, Birinci Qarabağ müharibəsində iştirak etmiş bu kateqoriyadan olan insanlara bəlkə də iki il ərzində, tam, yəni növbədə duranlara mənzillər veriləcək. İkinci Qarabağ müharibəsində, həmçinin yaxın bir neçə il ərzində bu şərait yaradılacaq”.

 

 

2022-01-12 20:24:00
1294 baxış

Digər xəbərlər

Prezident “Abşeron” yatağının təməlqoyma mərasimində iştirak etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib. Dövlət başçısı mərasimdən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibə verib. Müsahibə yaxın saatlarda yayımlanacaq.

Hamısını oxu
Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir

Oktyabrın 14-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında dövlət müstəqilliyimizin bərpasının 25-ci ildönümünə həsr edilmiş “Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir” mövzusunda tədbir keçirilib.Tədbirdə müharibə, əmək və Silahlı Qüvvələr və Qarabağ müharibəsi veteranları, ictimai təşkilatların nümayəndələri, ziyalılar, gənclər və media təmsilçiləri iştirak ediblər. Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək bildirib ki, tədbir Prezident İlham Əliyevin oktyabrın 11-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında imzaladığı Sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar təşkil edilib. Azərbaycanın müstəqillik günü ölkə daxilində olduğu kimi, xaricdə də qeyd edilir. Ötən 25 il ərzində Azərbaycan siyasi, iqtisadi, hərbi və digər sahələrdə böyük nailiyyətlər əldə edib. O, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik edib.Qeyd edilib ki, Azərbaycan xalqı 70 ildən çox müddətdə sovet imperiyasının tərkibində azadlıq, müstəqillik arzusu ilə yaşayıb. Nəhayət XX əsrin sonlarında SSRİ-nin süqutu müstəqilliyin bərpasına tarixi imkan yaradıb. 1988-ci ilin fevralından başlanan meydan hərəkatı Azərbaycan xalqının əzəli arzusu olan dövlət müstəqilliyinə qovuşmaq ideyası ilə geniş vüsət almışdı. Ulu öndər Heydər Əliyevin 20 Yanvar hadisələrinin ertəsi günü etiraz olaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyindəki mətbuat konfransında xalqımıza qarşı törədilən qanlı faciəyə siyasi qiymət verməsi müstəqillik uğrunda mübarizəyə yeni təkan verdi. Azərbaycan bundan sonra daha böyük inad və inamla müstəqilliyə doğru irəlilədi. 1991-ci il oktyabrın 18-də Respublika Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Beləliklə, xalqımız uzun illərdən bəri can atdığı azadlığına, müstəqilliyinə qovuşdu. Müstəqillik qazanılsa da, 1993-cü ilin ortalarına doğru hakimiyyət böhranı, vətəndaş müharibəsinə zəmin yaranması, müxtəlif bölgələrdə separatçılıq meyillərinin baş qaldırması Azərbaycanı müstəqil bir dövlət kimi parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qoydu. Azərbaycanın böyük oğlu Heydər Əliyevin xalqın bu ağır günlərində hakimiyyətə gəlməsi daxili, xarici düşmənlərimizin bütün planlarını iflasa uğratdı. Dövlət strukturlarının yaradılması, idarəetmə mexanizminin təkmilləşdirilməsi Azərbaycanın inkişafına müsbət təsir göstərdi. Xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını aldı. Azərbaycan gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizin iqtisadi inkişafına təkan verdi.Diqqətə çatdırılıb ki, müstəqillik dövründə ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlər Azərbaycanın müdafiə potensialını gücləndirib. Azərbaycan müdafiə sənayesinin inkişafı Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsinə zəmin yaradıb və ordunun döyüş qabiliyyətini artırıb. Ermənistanın təxribatçı fəaliyyəti səbəbindən cari ilin aprelində cəbhədə baş verən hadisələrin nəticələri Qafqazda ən güclü orduya malik olduğumuzu bir daha təsdiq etdi.Veteranlarımıza dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışan Cəlil Xəlilov vurğulayıb ki, hərtərəfli qayğı ilə əhatə olunan veteranlarımız bu gün bütün sosial şəraitlə təmin ediliblər.“Hazırda Azərbaycan Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın sürətlə inkişaf edən qüdrətli, sabit ölkələrindən birinə çevrilib, müxtəlif sahələrdə böyük nailiyyətlər qazanıb. Bu gün müstəqilliyimizi qoruyub saxlamaq, möhkəmləndirmək və inkişaf etdirmək hər bir vətəndaşın borcudur. Hər bir Azərbaycan vətəndaşının qarşısında duran əsas vəzifələrdən biri bunu qürur mənbəyinə çevirməkdir”, - deyə Cəlil Xəlilov vurğulayıb.Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova tədbirdə çıxış edərək müstəqillik illərində ölkəmizin böyük nailiyyətlər qazandığını söyləyib. O vurğulayıb ki, bu gün Azərbaycan beynəlxalq aləmdə söz sahibi olan ölkəyə çevrilib.F.Hüseynova bildirib ki, dövlət müstəqilliyimizin qorunmasında veteranların da xidmətləri böyükdür. Onlar gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayırlar. Veteranlarımızda olan Vətən sevgisi hər bir azərbaycanlıda olmalıdır.Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini gündən-günə inkişaf edən ölkəmizdə şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlara hər zaman yüksək diqqət və qayğı, hərtərəfli yardım göstərildiyini vurğulayıb.Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Rasim Mirzəyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq kafedrasının professoru Bəhram Zahidov, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun elmi katibi, professor Bədirxan Əhmədov məruzə ilə çıxış edərək dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizin ictimai-siyasi həyatında baş verən hadisələrdən, müstəqil Azərbaycanın davamlı inkişafının təmin edilməsində və dünyada nüfuzunun artmasında həyata keçirilən uğurlu strategiyanın nəticələrindən danışıblar. Sonda ölkənin ictimai-siyasi həyatında fəal iştiraklarına və Azərbaycan gənclərinin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsindəki xidmətlərinə görə bir qrup şəxsə Respublika Veteranları Təşkilatı Rəyasət Heyətinin təsis etdiyi medallar təqdim edilib.

Hamısını oxu
Düşmənə layiqli cavab verildi və bu, hər zaman belə olacaq - Mehriban Əliyeva

Publika.az xəbər verir ki, bu barədə Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" hesabında edilən paylaşımda deyilir: "Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq! Bizim torpağımız, Vətən uğrunda mübarizəmiz müqəddəsdir! Bizim işimiz haqq işidir və Allah bizimlədir! Düşmənə layiqli cavab verildi və bu hər zaman belə olacaqdır! Biz daha da güclü olmalıyıq və olacağıq, daha sıx birləşəcəyik! Şəhid analarına və atalarına öz dərin kədərimi və hörmətimi bildirirəm. Bu çətin günlərdə Azərbaycan xalqı sizinlədir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Yaralı əsgərlərimizə tezliklə şəfa versin! Allah Azərbaycanı və xalqımızı qorusun!

Hamısını oxu
“TDT-yə üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu türk dünyasında möhtəşəm bir ilkdir”

"Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu türk dünyasında möhtəşəm bir ilk, bir başlanğıcdır”. Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, adıçəkilən forumun iştirakçısı polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Bakıda keçirilən bu tədbir türk dünyası üçün yeni bir ənənənin əsasını qoydu: “Bakıda TDT-ə üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun keçirilməsi hər mənada mühüm əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin forum iştirakçılarına ünvanladığı məktub, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin məlum forumda iştirakı bütövlükdə bu tədbirin önəmindən xəbər verir.  Hər şeydən öncə qeyd edək ki, forum türk dövlətləri arasında olduqca faydalı bir ənənənin başlanğıcını qoydu. Belə ki, Azərbaycanın səyi və təşkilatçılığı ilə ilk dəfə bir araya gələn türk dövlətlərinin QHT nümayəndələri birgə müzakirlər həyata keçirdilər, əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atdılar. TDT üzv ölkələrin qeyri-hökumət təşkilatlarının Bakıda keçirilən həmrəylik forumu, tədbridə iştirak edən bütün QHT-lər üçün mühüm təcrübə oldu. Çox böyük ehtimalla bundan sonra biz türk dünyası daxilində QHT-lərin bu cür toplantılarına daha tez-tez rast gələcək, bu forumların türk xalqları arasındakı münasibətlərin inkişafına böyük töhfə verdiyinə şahidlik edəcəyik”.  Polkovnik Cəlil Xəlilov Prezident İlham Əliyevin forum iştirakçılarına ünvanlanan məktubunun və bu məktubda yer alan nüansların da mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı: “Prezident İlham Əliyev Forum iştirakçlarına ünvanlanan məktubunda bu mühüm tədbirin əhəmiyyətinə toxunmaqla yanaşı, türk xalqlarının ortaq dil və mədəniyyətə malik olduğunu yada saldı, türk dünyası daxilində əlaqələrin daha da inkişaf etdirlməsinin vacibliyini vurğuladı. Dövlət başçısı məktubunda konkret təkliflə də çıxış etdi. Prezident İlham Əliyev bildirdi ki, “Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə ikitərəfli və çoxtərəfli əsasda QHT-lər üçün tarix, mədəniyyət, ekologiya, iqlim siyasəti və digər sahələrdə ortaq qrant müsabiqələri elan etməyə, qarşılıqlı kommunikasiyanı gücləndirən layihələri dəstəkləməyə hazırdır”. Bu yanaşma Azərbaycan Respublikası Prezidentinin türk dünyası QHT-lərinin gələcək əməkdaşlğına böyük ümidlər bəslədiyini, bundan sonra da bu əmədkaşlığa dəstək verməyə hazır olduğunu, sözügedən əməkdaşlığın nəticələri ilə bağlı ciddi gözləntilərə malik olduğunu göstərir. Prezident İlham Əliyevin bu yanaşması Forum iştirakçıları, habelə türk dünyasında fəlaiyyət göstərən bütün QHT-lər üzərində mühüm məsuliyyət qoyur. TDT-yə üzv olan dövlətlər Bakıda keçirilən Forumun mahiyyətinə uyğun olaraq əməkdaşlıq əlaqələrini gücləndirməli, bu əməkdaşlıq mahiyyət etibarilə bütün türk dünyasının inkişafına, onun dünyadakı mövqeyinin daha da güclənməsinə xidmət etməlidir. Ümid edirəm ki, yaxın gələcəkdə buna nail olacaq, QHT-lər olaraq dövlətlərimizin və xalqlarımızın əldə etdiyi müvəffəqiyyətlərə daha ciddi töhfələr verəcək, türk dünyasının maraqlarını daha geniş coğrafiyada müdafiə etməyə nail olacağıq”. Seymur ƏLİYEV

Hamısını oxu