Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Binəqədi rayonunda yerləşən 246 saylı tam orta məktəbdə 20 Yanvar Ümumxalq matəm günü qeyd olunub

Veteran.gov.az xəbər verir ki, 14 yanvar 2022-cu il tarixində  Bakı şəhəri Binəqədi   rayonunda yerləşən 246  saylı tam orta məktəbdə 20 yanvar Ümumxalq matəm gününə həsr edilən tədbir keçirilib.

Tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatın Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin  baş  mütəxəssisi Nəbi Hacıyev, Binəqədi rayon VT-nın sədri Teyyub Həsənov, Təşkilatın üzvü Zakir Əliyev, məktəbin direktoru Nəbi Mahmudov, təlim-tərbiyə işləri üzrə direktor müavini Fatma Əliyeva,  şagird və müəllim kollektivi iştirak edib.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Nəbi Mahmudov aç;b. O, qonaqları tədbir iştirakçılarına təqdim edib. Bundan sonra torpaqlarımızın bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir əsnasında şagirdlərrin hazırladıqları  qanlı yanvar gecəsini əks etdirən  kompozisyalara baxılıb, şeirlər dinlənilib. Şagirdlərin  çıxışlarından sonra söz qonaqlara verildi.

Binəqədi rayon VT –nın sədri Teyyub Həsənov, Əmək veteranı Zakir  Əliyev çıxış ediblər. Daha sonra  söz Təşkilatın Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin baş  mütəxəssisi Nəbi Hacıyevə verilib. Nəbi Hacıyev bildirib ki, hər bir xalqın tarixində faciəvi gün və qəhrəmanlıq səhifəsi olur. Lakin çox az-az hallarda bu iki hadisə üst –üstə düşür. Məhz 20 Yanvar belə günlərdən biridir. O, həm Azərbaycan xalqı üçün hüzün günü, həm də qəhramanlıq salnaməsidir:

“Azərbaycan xalqı müstəqillik qazandı. Lakin bu müstəqilliyi həzm edə bilməyən qüvvələrin köməkliyi ilə  mənfur düşmənimiz 28 il torpaqlarımızı işğalda saxladı. Buna baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan  İlham Əliyevin vətənə  olan sevgisi, sərkərdəlik qabiliyyəti, xarici və daxili siyasəti nəticəsində dövlətimiz 44 günlük Vətən müharibəsindən qalib çıxdı. Düşmən işğalındakı torpaqlarımız azad edildi.

Çıxışımın sonunda bir daha şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirəm”. Tədbirin sonunda xatirə şəkli çəkilib.

 

2022-01-17 15:30:00
1265 baxış

Digər xəbərlər

Prezident Tovuzda döyüşlər gedən ərazilərlə bağlı Sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.   AZXEBER.COM xəbər verir ki, sərəncamda deyilir:   "Ermənistan Respublikası Silahlı Qüvvələrinin 2020-ci ilin iyul ayının 12-dən başlayaraq Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrini iri çaplı silahlardan və ağır artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan dəymişdir.   Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dəymiş ziyanın aradan qaldırılması, zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin sürətlə həyata keçirilməsi məqsədilə qərara alıram:   1. Ermənistan Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasının Tovuz rayonunu intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə birlikdə qısa müddətdə təmin edib, bu barədə məlumatları Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.   2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın 1-ci hissəsinə əsasən təqdim edilmiş məlumatlara uyğun olaraq, dəymiş ziyanın aradan qaldırılması, zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin sürətlə həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaiti barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin".

Hamısını oxu
Şəhidimiz dəfn olundu

Şəhid Elşən Əli oğlu Məmmədovun nəşi Tovuz şəhərində - Şəhidlər Xiyabanında torpağa tapşırılıb.  38 yaşlı şəhidimizin dəfn mərasimində rayonun Qazıqulu kənd sakinləri, rayon ictimaiyyəti, Müdafiə Nazirliyinin müvafiq əməkdaşları iştirak ediblər. 15:31   Şəhid Elşən Əli oğlu Məmmədovun nəşi doğulub boya-başa çatdığı Tovuz rayonu Qazıqulu kəndində torpağa tapşırılacaq.  Hazırda 38 yaşlı şəhidimizin nəşi dəfn olunmaq üçün evindən qəbiristanlığa aparılır. 13:58 Sentyabrın 21-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmənin növbəti təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun kiçik çavuşu Elşən Əli oğlu Məmmədov son mənzilə yola salınır.  Rayonun Qazıqulu sakinləri, rayon ictimaiyyəti, Müdafiə Nazirliyinin müvafiq əməkdaşları şəhidlə vidalaşmaq üçün onun evinə toplaşıb.   Dəfn olunmaq üçün evindən qəbiristanlığa aparılır. video-1, video-2,  Könül Cəfərli   

Hamısını oxu
Belarus Prezidenti Fatma Səttarovanı təbrik edib

Veteran.gov.az xəbər verir ki, bu gün Belarus Respublikasının ölkəmizdəki səfirliyinin birinci katibi, konsul Aleksandr Arxipov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilatın sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilovla görüşüb. Görüş əsnasında konsul Aleksandr Arxipov Fatma Səttarovaya Belarus Prezidentinin təbrik məktubunu çatdırıb. Fatma Səttarova bayram münasibəti ilə ona ünvanlanan təbrik məktubuna görə Belarus Prezidentinə təşəkkürü bildirib, minnətdarlığını ifadə edib. Görüşdə həmçinin Azərbaycan və Belarus veteran təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.  

Hamısını oxu
Veteranlar cəmiyyətdə birliyin və həmrəyliyin möhkəmləndirilməsinə xidmət edir

Dekabrın 30-da Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov Daxili Qoşunların Baş İdarəsində olub. Daxili Qoşunların mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, C.Xəlilov daxili işlər nazirinin müavini - Daxili Qoşunların Komandanı, general-leytenant Şahin Məmmədov ilə görüşüb. Daxili Qoşunların Komandanı Respublika Veteranlar Təşkilatının bütün üzvlərini 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, onlara müvəffəqiyyətlər arzulayıb. Ümummilli lider Heydər Əliyevin veteranları cəmiyyətimizin dəyərli üzvləri kimi daim diqqət mərkəzində saxladığını vurğulayan general-leytenant Ş.Məmmədov diqqətə çatdırıb ki, gənc nəslin vətənpərvər ruhda tərbiyəsində onların fəaliyyəti böyük əhəmiyyətə malikdir. Qeyd olunub ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev veteranlara həmişə diqqət və qayğı göstərir, onların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə bir çox fərman və sərəncamlar imzalayır. Bu gün Daxili Qoşunların veteranlarını birləşdirən ictimai təşkilat olaraq, Daxili Qoşunların Veteranlar Şurasının da fəaliyyət göstərdiyini deyən komandan bildirib ki, veteranlarımız dövlətimizin hər bir çağırışına daim hazırdırlar. C.Xəlilov qeyd edib ki, veteranlar həmişə Vətənimizə, dövlətçiliyimizə sadiqdirlər. Veteranların cəmiyyətimizdə birliyin və həmrəyliyin möhkəmləndirilməsinə xidmət etdiyini söyləyən sədr müavini 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təşkilat adından Daxili Qoşunlar Komandanlığını və şəxsi heyəti təbrik edib, xidmətdə nailiyyətlər arzulayıb.

Hamısını oxu