Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Azəriqaz”ın rəhbərliyi Siyəzəndə sahibkarlarla görüş keçirəcək

Yanvarın 19-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi Siyəzən rayonunda sahibkarlarla görüş keçirəcək.

Veteran.gov.az xəbər verir ki, bu barədə adıçəkilən qurumdan bildirilib.

Məlumata görə, “Açıq mikrofon” aksiyası çərçivəsində Siyəzən şəhəri, Cəfər Cabbarlı küçəsi, 23 ünvanında (Siyəzən xidmət sahəsinin qarşısında) baş tutacaq aksiyada sahibkarları maraqlandıran suallar cavablandırılacaq.

“Səyyar qəbul otağı” saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

 

2022-01-17 20:16:00
1170 baxış

Digər xəbərlər

“Moskva metrosundakı stansiyaların birinə Həzi Aslanovun adının verilməsi təqdirəlayiq olar”

Cəlil Xəlilov: “Xalqımızın böyük oğlu Rostov, Leninqrad, Stalinqradla yanaşı, Moskva uğrunda da rəşadətlə döyüşüb” “Moskva metrosundakı stansiyaların birinə Həzi Aslanovun adının verilməsi təqdirəlayiq olar”. Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. İki dəfə Sovet ittifaqıl Qəhrəmanı adına layiq görülən azərbaycanlı generalın Ukrayna ilə yanaşı, həm də Rusiyanın bir çox şəhərləri uğrunda döyüşdüyünə diqqət çəkən polkovnik hesab edir ki, Həzi Aslanovun adının əbədiləşdirilməsi prosesi davamlı olmalıdır: “Bizim üçün sevindiricidir ki, ölkəmizlə yanaşı, Rusiyada da Həzi Aslanovun adı əbədiləşdirilib, bəzi küçələrə, məktəblərə qəhrəmanın adı verilib. Həzi Aslanovun döyüş yolundan, faşizmə qarşı apardığı mübarizədən filmlər çəkilib, kitablar yazılıb. Lakin hesab edirəm ki, Həzi Aslanovun adının əbədiləşdirilməsi prosesi davamlı olmalı, bu istiqamətdə respublikamızın hüdudlarından kənarda yeni addımlar atmalıyıq. Bu baxımdan Moskva metrosundakı stansiyalardan birinə Həzi Aslanovun adının verilməsi arzuediləndir. Çünki Həzi Aslanov Rusiyanın bir çox bölgələrində - Rostov, Leninqrad, Stalinqradla yanaşı, həm də Moskva uğrunda döyüşlərdə iştirak edib, bu döyüşlərdə böyük qəhrəmanlıqlar göstərib. Moskvanın faşist hücumundan müdafiə edilməsində, bu döyüşlərdə düşmənin məğlub edilməsində onun böyük rolu olub. 1941-ci ildə məhz Moskva uğrunda döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə hərbi komandanlıq onu “Qırmızı Ulduz” ordeni ilə təltif edib. Bu baxımdan, Həzi Aslanovun adının Moskva metrosundakı stansiyalardan birinə verilməsi məntiqlə və ədalətli olardı. Bunu da qeyd edim ki, Həzi Aslanovun adının Moskva metrosundakı stansiyalardan birinə verilməsi Müharibəsi, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının diqqət mərkəzindədir. Artıq bununla bağlı Rusiyanın əlaqədar qurumlarına müraciət etmişik. Çalışırıq ki, bu məsələ yaxın gələcəkdə öz həllini tapsın”.   

Hamısını oxu
“30 noyabr şəhidləri xalqımızın qəlbində hər zaman ehtiramla anılacaq”

Cəlil Xəlilov: “Allahdan bütün şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyirəm”   “30 noyabr şəhidləri xalqımızın qəlbində hər zaman ehtiramla anılacaq”.   Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.   Polkovnik qeyd edib ki, Dövlət Sərhəd Xidmətinə məxsus hərbi helekopterin qəzaya uğraması nəticəsində 14 nəfərin şəhid olması, iki hərbçinin isə yaralanması faktı bütün Azərbaycan xalqı tərəfindən üzüntü ilə qarşılanıb:   “Baş verən bu faciə xalqımız tərəfindən dərin kədər və üzüntü ilə qarşılanıb, bütün cəmiyyətdə böyük təəssüf hissi doğurub. Allahdan bütün şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyirik. Xalqımız bütün şəhidləri kimi 30 noyabr şəhidlərini də hər zaman sevgi və minnətdarlıq hissi ilə yad ediləcək, onların işıqlı xatirəsinin unudulmasına imkan verməyəcək”.   Daha sonra media və sosial media nümayəndələrinə səslənən sədr müavini, baş verən faciə ilə bağlı qeyri-rəsmi məlumatlar yaymamağa, yalnız rəsmi informasiyalara istinad etməyə çağırıb:   “Mən bütün media və sosial media istifadəçilərini dövlət orqanlarının rəsmi məlumatlarına istinad etməyə, şaiyə və ehtimalları bir kənara qoymağa səsləyirəm. Baş verən olayla bağlı əlaqədar qurumlar rəsmi açıqlamalar yayıb və hadisə ilə bağlı araşdırma davam edir. Istintaqın gedişatı ilə bağlı rəsmi qurumlar bundan sonra mütəmadi surətdə ictimaiyyəti məlumatlandıracaq və müvafiq yeniliklərlə tanış edəcəklər. Odur ki, indiki həssas məqamda subyektiv fikir və ehtimalların işıqlandırılması yolverilməzdir və bu, cəmiyyətdə çaşqınlıq yarada bilər.   Bunu da qeyd edim ki, nə qədər arzuedilməz olsa da, bu cür qəzalar dünyanın ən müasir ordularında da zaman-zaman baş verir və təəssüf ki, heç bir dövlət bu kimi hallardan sığortalanmayıb.   Mən bir daha baş verən faciə ilə əlaqədar şəhid olan hərbi qulluqçuların yaxınlarına dərin hüzünlə başsağlığı verir, yaralılara şəfa diləyirəm”.   Seymur ƏLİYEV  

Hamısını oxu
Организации Ветеранов войны,труда и Вооруженных Сил Азербайджанской Республики

  Ветеранам  Организации Ветеранов войны, труда и Вооруженных Сил  Азербайджанской Республики            Глубокоуважаемые Ветераны Азербайджанской Республики!     Поздравляем Вас и весь Азербайджанский Народ с возвращением своих исторических территорий.   Благодаря тому, что Вы Ветераны и в первую очередь Ветераны Вооруженных сил Вашей страны с успехом передали свой военный опыт и боевой дух нынешним военнослужащим Азербайджанской Республики позволило им вместе с Народом и Руководством Вашей страны одержать важную ПОБЕДУ.      Желаем Вашей стране успехов во всех делах.   Организации ветеранов войны, труда и Вооруженных Сил Азербайджанской Республики желаем и в дальнейшем достойное воспитание молодого поколения страны.   С уважением и наилучшие пожелания,   Председатель Комитета «Ветеранов Чернобыльцев» Владимир Каменков                                                   Минск, Беларусь 14.11.2020 года    

Hamısını oxu
“Gənc velosipedçilər” İctimai Birliyi “Qalib xalqın sağlam gəncləri” layihəsi çərçivəsində nəzəri və praktiki təlimlərə start verir

Azərbaycan Respublikası Gənclər Fondunun XV qrant müsabiqəsinin qalibi olaraq “Gənc velosipedçilər” İctimai Birliyi “Qalib xalqın sağlam gəncləri” layihəsi çərçivəsində 23 noyabrda Biləsuvar rayonunda, 26 noyabrda Zaqatala rayonunda və 3 dekabr tarixində Bakı şəhərində velosiped idman növü üzrə nəzəri və praktiki təlimlərə start verir.   Layihənin məqsədi yeniyetmə və gənclər, o cümlədən şəhid və qazi övladları, həmçinin 29 yaşadək qazilər arasında velosiped idmanına marağı artırmaq, bu idman növünün sağlamlıqda rolu və ondan düzgün istifadə qaydalarını iştirakçıların diqqətinə çatdırmaqdır.   Qeyd edək ki, layihə sözügedən regionlarda Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin velosiped bölmələrinin işinin fəallaşması və təkmilləşməsinə də öz töhfəsini verəcək. Seminar zamanı iştirakçılara velosiped üzərində nəzəri və praktiki təlimlər keçiriləcək, müxtəlif çap materialları paylanacaq, fərqlənən iştirakçılar diplomla təltif ediləcək.  

Hamısını oxu