Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan bayrağını 5 müxtəlif idman növündə zirvədə dalğalandıran əfsanə yeniyetmə...

Emili Rzayeva dəstək bayrağımızın bundan sonra da bir çox mötəbər yarışda ucalmasını təmin edə bilər

Bugünlərdə DİN-in İdman Cəmiyyətinin yetirməsi, boks üzrə MDB ölkələr arası və beynəlxalq turnirlərin mükafatçısı, uşusanda üzrə dünya kubokunun qalibi, kikboks K-1 versiyası üzrə Avropa 2-cisi, Azərbaycan Respublikasının idman ustası Emili Rzayeva, atası Emil Rzayevlə birlikdə “CBC TV Azerbaijan” kanalının qonağı olublar.

Veriliş çərçivəsində Rzayevlər ailəsi ilə 2022-ci ildə keçiriləcək  beynəlxalq idman arenalarında yarışlar, məşqlər və sair mövzuda geniş fikir mübadiləsi aparılıb.

Cari ilin fevralında İstanbulda muay-tay üzrə Avropa çempionatı, apreldə Ukyanada kikboks K-1 versiyası üzrə beynəlxalq turnir, may ayında Moskvada uşusanda üzrə dünya çempionatı və İslam oyunları, iyunda Serbiyada boks üzrə Avropa çempionatı, noyabrda İstanbulda kikboks K-1 üzrə dünya çümpionatı keçiriləcək.

Qeyd edək ki, Bakı şəhər BPİ DYP İdarəsinə bilavasitə tabe olan YPX Alayının Qərargahının fiziki hazırlıq üzrə baş inspektoru, polis polkovnik-leytenantı Emil Rzayev idmançımızın atasıdır və baş məşqçisidir.

Onlar daha da əzmlə və səylə məşq edirlər ki, DİN-in yetirməsi Emili Rzayeva beynəlxalq turnirlərdə himnimizi səslədirsin və bayrağımızı dalğalandırsın.

Xatırladaq ki, Emili Rzayeva bir çox mötəbər turnirlərin qalibidir və beş idman növü üzrə yarışlara qatılır.

Məlumat üçün qeyd edək ki, Emili Rzayeva 23 avqust 2006-cı ildə Bakı  şəhərində anadan olub.

Yasamal rayon 158 nömrəli orta məktəbin 10-cu sinifin şagirdidir. 11 yaşından cüdo idman növü ilə məşqul olmağa başlayıb. Cüdo üzrə 2 dəfə şəhər, 1 dəfə ölkə çempionu olub.

Türkiyədə keçirilən  Tokat böyük beynəlxalq turnirin 60 kq qızıl mükafatcısı, 09.12.2017-ci ildə Bakı Dünya kuboku Budo  uşusanda 60 kq. üzrə I yerin sahibi, 05.10.2019-cu ildə 63 kq-da yenidən qalib olmaqla ikiqat çempionluq tituluna yüksəlib. Emili Rzayeva 02.04. 2017-ci ildə kunqfusanda respublika cempionu, 2018-də Kempo döyüşü üzrə 63 kq-da Kempo kəmərinin qalibi olub. 2019 kikboks üzrə 63 kq-da ölkə cempionu, 2017, 2018, 2019-cu illərdə uşusanda üzrə 63 kq-da Bakı və  Respublika cempionluğunu qazanıb.

07.06.2021-ci il tarixində Minsk şəhərində boks üzrə 63 kq-da Beynəlxalq turnirin qızıl mükafatçısı olan Emili Rzayeva 05.09.2021-ci ildə Kazan şəhərində boks üzrə 63 kq-da MDB ölkələrarası festivalın beynəlxalq turnirin III olub. 05.11.2021-ci ildə Monteneqro Budva şəhərində kiqboks K-1 versiyası üzrə Avropa cempionatın II kimi mühüm uğura imza atıb. Emili Rzayeva 2021 ildə 15 yaşında idman ustası adına,  2019-cu ildə isə Azərbaycan Respublikasında ilin ən güclü idmançısı adına layiq görülüb.

2022-ci ildə Emili Rzayevanın bir çox beynəlxalq yarışda iştirakı planlaşdırılır. Lakin yeniyetmə idmançımızın bu yarışlarda iştirakının təmin olunması üçün ona müvafiq dəstəyin göstərilməsi zəruridir. Əgər belə bir dəstək olarsa, o zaman əfsanə yeniyetməmiz Azərbaycan bayrağını bundan sonra da bir çox mötəbər turnirdə zirvədə dalğalandıra bilər ki, bu da hər birimizin, ilk növbədə, dövlətimizin uğuru deməkdir. İnanırıq ki, əlaqədar qurumlar, o cümlədən xeyirxah iş adamları Emili Rzayevanın bu turnirlərdə iştirakını təmin edəcək və biz yaxın gələcəkdə idmançımızın yeni-yeni uğurlarına şahid olacağıq.

Qeyd edək ki, yeniyetmə idmançımıza dəstək olmaq istəyən hər kəs bu telefon nömrəsi ilə əlaqə saxlaya bilər:  055 213 78 98

 

2022-01-24 10:35:00
2934 baxış

Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının XI plenumu keçirilib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının XI plenumu keçirilib. Plenumda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik Elvin Əzizov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini, general Habil Nağıyev və digər şəxslər də iştirak edib. Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin, həmçinin Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş bütün şəhidlərin xatirəsi, təşkilatın mərhum sədri, “İstiqlal” ordenli Fatma Səttarovanın xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Plenumda Təşkilatın ötən dövrdəki fəaliyyəti ilə bağlı hesabat dinlənilib, qarşıda duran vəzifələr müzakirə edilib. Yeni sədrin seçilməsi, eləcə də Nəzarət-Təftiş Komissiyasının tərkibinin təsdiq edilməsi müzakirəyə çıxarılıb. Plenumda polkovnik Cəlil Xəlilov yekdilliklə Təşkilatın sədri seçilib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Nəzarət-Təftiş Komissiyasının tərkibi də təsdiq edilib.  

Hamısını oxu
Sumqayıt Tibb Mərkəzi daha bir ilkə imza atıb

Sumqayıt Tibb Mərkəzinin (STM) Uşaq Xəstəxanasında ilk dəfə olaraq ağciyərin böyük ölçülü exinokokk kistası əməliyyat yolu ilə uğurla çıxarılıb. Bu barədə Aztibb.az-a STM-dən məlumat verilib. Bildirilib ki, 15 yaşlı pasiyent üzərində cərrahi müdaxilə uzman uşaq cərrahı Araz Hüseynovun rəhbərliyi ilə həyata keçirilib. Əməliyyat zamanı döş qəfəsi açılaraq ağciyərdə yerləşən iri kista tam olaraq çıxarılıb. Əməliyyat yüksək riskli olmasına baxmayaraq, peşəkar komandanın koordinasiyalı fəaliyyəti nəticəsində uğurla başa çatıb və pasiyentin vəziyyəti stabildir. Qeyd edək ki, son 2 il ərzində STM-nin Uşaq Xəstəxanasında döş qəfəsi və ağciyər nahiyəsində ağır cərrahi müdaxilələr uğurla icra olunmaqdadır. Bu əməliyyat isə həmin uğurların daha bir göstəricisidir.  

Hamısını oxu
Suraxanı rayonunda 44 Günlük Vətən müharibəsi qaziləri ilə görüş keçirilib

Respublika Veteranlar Təşkilatının Gənclərin   vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin əməkdaşları - şöbə müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 5 may 2021-ci il tarixində  Suraxanı rayonunda qazilərlə görüşüb.   Tədbirdə  rayonun 44 günlük Vətən müharibəsi qaziləri - Sultanov Azad, Rufullayev Namiq, Hüseynov Əsgər, Birinci Qararabağ müharibəsi iştirakçıları Bayramov Oruc, Şəkərov Aslan, Quliyev Məhərrəm, Muxtarov Vahid, əmək veteranı Baxşəliyev Paşa və digərləri iştirak edib.    Tədbiri  Suraxanı  rayon VT-nın sədri Eldar Rüstəmov açıb.O ,qonaqları tədbir iştirakçılarına təqdim edib, daha sonra söz polkovnik Aduk Haqverdiyevə verilib. Adil Haqvürdiyevin təklifi ilə torpaqlarımızın bütövlüyü  uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Xalqın öz qaziləri ilə qürur duyduğunu bildirən Adil Haqverdiyev, Azərbaycan ordusunun tarixi qələbəsinə kölgə salmaq istəyən qüvvələrə bundan sonra da layiqli cavab verməyin vacibliyini qeyd edib.   Qazi Namiq Rufullayev, Nəbi Hacıyev, qazi anaları da çıxış edərək ölkə başçısına öz minnətdarlıqlarını bildirib, hər zaman dövlətin, Ali Baş Komandanın yanıdna olduqlarını vurğulayıblar.

Hamısını oxu
“Ordumuz bu gün 105 illik tarixi inkişafının zirvəsində qərar tutub"

Cəlil Xəlilov: “Uğurlarımıza görə hər şeydən öncə Müzəffər Ali Baş Komandanımıza, onun qətiyyət və cəsarətinə borcluyuq” “Bu il Silahlı Qüvvələrimizin yaranmasının 105-ci ildönümüdür. Bu, uzun və şərəfli bir yoldur. Azərbaycan Ordusu bu müddət ərzində bir çox dəfə böyük uğurlara, qalibiyyətlərə imza atıb, tarixi zəfərlər əldə edib. Lakin bu zəfərlərin ən böyüyü 44 günlük Vətən müharibəsində əldə edilən qələbədir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, ordumuz 44 günlük Vətən müharibəsində bütün antiAzərbaycan qüvvələri üzərində parlaq qələbə əldə edib, regionda yeni hərbi-siyasi reallıq formalaşdırıb: “2020-ci ilin 27 sentyabr tarixində başlayan və həmin ilin 10 noyabrında başa çatan bu müharibə ilə Azərbaycan sadəcə erməni faşizmini, onların havadarlarını məğlub etmədi. Həm də tarixi ədaləti, ölkə başçısının sözləri ilə desək, milli qürurunu bərpa etdi. 30 ildir işğal altıdna qalan torpaqlarımız azad edildi. Ərazi bütövlüyümüz təmin olundu. Bu qələbə xalqın inamını özünə qaytardı. Bu qələbə bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı, Azərbaycan ordusu güclüdür, böyükdür, yenilməzdir”. Ulu öndərin ordu quruculuğu siyasəti və Prezident İlham Əliyevin memarı olduğu 8 Noyabr zəfəri Polkovnik Cəlil Xəlilov bildiirb ki, Heydər Əliyev tərəfindən əsası qoyulan nizami ordu qurucluğu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş və 8 Noyabr zəfəri ilə öz məntiqi nəticəsini vermişdir: “Azərbaycanda nizami ordu quruculuğu prosesi ilə bağlı ilk addımlar ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə hakimiyyətə gələn Heydər Əliyev qanunsuz silahlı dəstələri, pərakəndə silahlı qrupları ləğv etdi və beləliklə də, nizami ordunun formalaşdırılması istiqamətində ilkin addımlar atıldı. Tezliklə ölkədə vahid komandanlığa tabe olan ordu formalaşdırıldı. Ordunun peşəkar kadrlarla təmin edilməsi, texniki təchizatının yaxşılaşdırılması və s. istiqamətində ciddi qərarlar qəbul edildi. Ulu öndərin ordu quruculuğu siyasəti Prezident İlham Əliyevin hakimiyəti dönəmində nəinki uğurla davam etdirildi, həm də miqyas və mahiyyət etibarı ilə yeni mərhələyə qədəm qoydu. Müasir ordu quruculuğu istiqamətində İlham Əliyevin atdığı çoxsaylı addımlar, həyata keçirdiyi kompleks tədbirlər cəmi bir neçə il ərzində Azərbaycan ordusunu adi, sıradan bir ordudan dünyanın ən qüdrətli orduları sırasında qərarlaşdırdı”. Ordusunu dünya hərb sənayesinin ən müasir nailiyyətləri ilə silahlandıran sərkərdə! Polkovnik Cəlil Xəlilovun sözlərinə görə, Prezident İlham Əliyev Vətən müharibəsindən sonra da Silahlı Qüvvələrin daha da güclənməsi istiqamətində sistemli addımlar atmaqda, mühüm yeniliklər həyata keçirməkdədir: “İlham Əliyevin hərbi quruculuq siyasətində diqqət çəkən məqamlardan biri də Azərbaycan Ordusunu dünya hərb sənayesinin ən müasir nailiyyətləri ilə silahlandırması, müasir hərbi texnikanın idxalına xüsusi diqqət yetirməsi ilə bağlıdır. Azərbaycanın iqtisadi gücündən maksimum faydalanaraq ordumuzu Türkiyə, İsrail, Rusiya, Belarus və s. kimi dövlətlərin müasir hərbi texnikaları ilə təchiz edən, onun davamlı modernləşdirilməsi prosesini həyata keçirən İlham Əliyev, bununla Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusu qarşısndakı üstünlüyünü dəfələrlə artırmış, onu sözün həqiqi mənasında məğlubedilməz etmişdi. Təkcə bir faktı qeyd edim ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın Türkiyə və İsraildən aldığı kəşfiyayt və zərbə dronları düşmən hədəflərinin müəyyən edilməsi və məhv edilməsində mühüm rol oynamış, nəticədə işğalçı orduya məxsus, dəyəri milyonlarla dollarla hesablanan hərbi texnika, hava hücumundan müdafiə sistemləri, artilleriya qurğuları məhv edilmişdi. Xarici dövlətlərdən Azərbaycan Ordusunun ehtiyacına uyğun olaraq alınan müasir hərbi texnika və raket sistemləri Vətən müharibəsi zamanı Ermənistanın hərbçilərimizə və mülki insanlarımıza qarşı tətbiq etdiyi ballistik raketlərin havadaca zərərsizləşdirilməsində uğurla istifadə edilmiş, məhz bunun sayəsində yaşayış məntəqələrimizi və əsgərlərimizi hədəf alan bir sıra raketlər, o cümlədən düşmənin Şuşaya atdığı “İsgəndər-M” raketlərinin bir çoxu havadaca vurulmuşdur. Nəticədə, sadəcə artilleriya və raket sistemlərimizin deyil, mülki insanlarımızın, əsgər və zabitlərimizin təhlükəsizliyi təmin edilmişdir. Bunu da qeyd edim ki, ölkə başçısı öz çıxışlarında qabaqcıl dövlətlərdən müasir hərbi texnikaların alınması siaysətinin bundan sonra da diqqət mərkəzində saxlanılacağını bəyan edib ki, bu da Azərbaycan Ordusunun post-müharibə dönəmindən sonra da hərbi-texniki təchizat baxımından öz liderliyini qoruyub saxlayacağı deməkdir”. Ordumuz üçün yeni dönəm: Komando birlikləri, uzaqmənzilli raketlər, müasir PUA-lar... Ekspertin bildirdiyinə görə, ordumuzun döyüş qabiliyyətinin artırılması yönündə atılan addımlar ölkəmizin müdafiə qabiliyyətini də müvafiq olaraq gücləndirməkdədir: “Silahlı Qüvvələrin yaradılmasının 105-ci ildönümündə Azərbaycan Ordusu əldə etdiyi böyük nailiyyətlərlə diqqət çəkir. Prezident İlham Əliyev 23 iyun 2023-cü ildə Müdafiə Nazirliyinin komando hərbi hissəsinin açılışında bildirdi ki, bugünkü Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi zəfər qazanmış ordumuzdan belə daha güclüdür. Bundan başqa, Ali Baş Komandan yeni PUA-ların, uzaqmənzilli raketlərin alındığına da diqqət çəkdi, komando birliklərinin önəminə toxundu. Bütün bunlar onu göstərir ki, Azərbaycan Ordusunun inkişafı tarixində mahiyyət etibarı ilə yeni dönəm, yeni mrəhələ başlayıb. Bu mərhələ ordumuzun gücünün artması, müdafiə qabiliyyətimizin daha da yüksəlməsi ilə müşahidə olunmaqdadır. Və biz bütün bunlara görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, onun qətiyyətinə, cəsarətinə, dəmir iradəsinə borcluyuq”. Seymur ƏLİYEV  

Hamısını oxu