Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Prezidentin Gənclər Forumundakı çıxışı gənclərlə yanaşı, veteran təşkilatları qarşısında yeni vəzifələr qoyur”

Cəlil Xəlilov: “Artıq bununla bağlı Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında yeni proqram və tədbirlər planı hazırlanır”

 

Məlum olduğu kimi, Prezident İlham Əliyev fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda çıxış edib, gəncləri maraqlandıran sualları cavablandırıb.

Bununla bağlı saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Prezidentin məlum çıxışının sadəcə gənclər deyil, eyni zamandan veteran təşkilatları qarşısında yeni tələb və vəzifələr qoyduğunu vurğulayıb:

“Prezidentimiz Gənclər Forumundakı çıxışında ölkə gəncliyinə öz təşəkkürünü bildirdi, eyni zamanda onların üzərinə düşən vəzifələri xatırlatdı. Dövlət başçısı qeyd etdi ki, gənclərimiz özlərini inkişaf etdirməklə yanaşı, dövlətə maksimum faydalı olmağa çalışmalı, öz fəaliyyətlərində bu amili daim rəhbər tutmalıdırlar. Ümumiyyətlə, hər bir vətəndaşımız dövlətimizin, onun maraqlarının, milli mənafeyinin qorunmasına diqqət yetirməli, bu məsələdə əlindən gələni əsirgəməməlidir. Bu, bizim vətəndaşlıq borcumuz olmaqla yanaşı, həm də vicdan borcumuz, mənəviyyat borcumuzdur.

Dövlət başçısı çıxışında gəncləri sayıq olmağa səslədi, bəzi qüvvələrin gəncləri yoldan çıxartmaq cəhdlərinə diqqət çəkdi. Prezident İlham Əliyev qeyd etdi ki, xaricdən maliyyələşən bəzi qüvvələr ilk baxışdan gözəl, humanist təsir bağışlayan adlar və proqramlar altında gəncləri öz tarixlərinə, dövlətlərinə, dəyərlərinə qarşı qaldırmağa çalışır, bunun üçün maliyyə vəsaitləri ayırırlar.  Bu cür cəhdlərin qarşısının alınmasının zəruriliyinə diqqət çəkən dövlət başçısı, qeyd etdi ki, bu cür hallara qarşı mübarizə milli-mənəvi dəyərlərimizi qorumaqla yanaşı, həm də müstəqilliyimizi qorumaq baxımından vacibdir.

Onu da qeyd edim ki, Prezident İlham Əliyevin Gənclər Forumundakı çıxışı sadəcə gənclər deyil, həm də veteran təşkilatları, qeyri-hökumət təşkilatları qarşısında mühüm vəzifələr qoyur. Artıq Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Prezidentin sözügedən çıxışından irəli gələn tələb və vəzifələrin müəyyənləşdirilməsi, onların icrasının müasir tələblərlə uyğun şəkildə təşkil edilməsi məqsədi ilə yeni proqram və tədbirlər planı hazırlanır. Yeni proqram və tədbirlər planı bizə dövlətimizin gənclərlə bağlı siyasətini daha səmərəli şəkildə dəstəkləməyə imkan verəcək. Dövlətimizi, onun siyasətini dəstəkləmək, milli birlik və bərabərliyimizin keşiyində dayanmaq hamımızın, o cümlədən biz veteranların borcudur və biz bundan sonra da bu borcu vicdan və ləyaqətlə yerinə yetirməyə çalışacağıq”.

 

2022-02-04 12:17:00
1152 baxış

Digər xəbərlər

Ermənistan təxribatına layiqli cavab verildi

Hamısını oxu
Ucar Gənclər Evinin təşkilatçılığı ilə "Anım Günü "ndə şəhidlərin xatirəsini əbədiləşdirmək üçün 150 ədəd ağac əkilib

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Ucar Gənclər Evinin təşkilatçılığı ilə 27 sentyabr 2021 - ci il tarixində " Anım Günü " ilə əlaqədar olaraq şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək üçün 150 ədəd ağac əkilib.   Tədbirdə şəhid ailələri, Ucar rayon könüllüləri və Ucar Gənclər Evinin əməkdaşları iştirak edib.   Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik!  

Hamısını oxu
Beyləqanda şəhid məzarları ziyarət olunub

Veteran.gov.az xəbər verir ki, 27 sentyabr Vətən Müharibəsinin anım günü ərəfəsində Yeni Mil və Milabad şəhidləri ziyarət olunub.   2020-ci il 27 sentyabr tarixidə başlayan, Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən Müharibəsinin bir ilinin tamam olması münasibəti ilə şanlı Qələbəni bizə bəxş edən şəhidlərin məzarları Beyləqan Rayon İcra Hakimiyyəti başçısı Asif Ağayev və aparatın məsul nümayəndələri tərəfindən ziyarət edilir. İlk olaraq Yeni Mil və Milabad şəhidlərinin məzarı ziyarət olunub və məzarları üzərinə gül dəstələri düzülüb. Eyni zamanda, Asif Ağayev şəhid ailələri ilə yerindəcə görüşmüş, problemləri və müraciətləri diqqətlə dinlənilmişdir. Şəhid ailələrinə göstərilən dövlət qayğısı, bu istiqamətdə möhtərəm cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev tərəfindən qəbul olunan qərarlar və icrası sahəsində həyata keçirilən tədbirlər barədə onlara ətraflı məlumat verilmişdir.  

Hamısını oxu
Zəfərin Səsi – 8 Noyabrın Qəhrəmanları “Azərbaycan Bayrağı” ordenli, Xüsusi Təyinatlı şəhid Güləddin Şahbabayev

Bəzən elə anlar olur ki, onlar bir xalqın taleyinə həkk olunur və nəsillərin yaddaşında əbədi iz buraxır. 2020-ci ilin payızında - 27 sentyabrda başlayan 44 günlük Vətən müharibəsi də məhz belə bir tarixdir. O gün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azadlığı uğrunda ayağa qalxdı. Bu savaş həm bir millətin birliyini, həm də onun övladlarının Vətənə sədaqətini nümayiş etdirdi. 44 gün… Bu günün hər anı igidlik, mərdlik, fədakarlıq dastanı idi. Hər kəndin, hər şəhərin azadlığına bir qəhrəmanın qanı hopdu.Hər zəfər bir şəhidin adı ilə ucaldı. O qəhrəmanlardan biri də Güləddin Şahbabayev idi.O, 2001-ci il mayın 21-də dünyaya gəlmişdi. 2019-cu ildə hərbi xidmətə yollananda anası onun gözlərində qəribə bir parıltı görmüşdü. O parıltı Vətən sevgisinin, şəhidliyə gedən yolun işığı idi. Güləddin Şahbabayev Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Kəlbəcər, Cəbrayıl, Füzuli və Xocavəndin azad olunması əməliyyatlarında mərdliklə vuruşdu. O, silahdaşları ilə çiyin-çiyinə irəliləyirdi, hər addımında “Vətən sağ olsun!” deyirdi. 2020-ci il oktyabrın 17-si Füzuli döyüşləri zamanı o, şəhidlik zirvəsinə ucaldı. 20 yaşlı bir gənc bütöv bir xalqın qüruru oldu. Bu gün onun məzarı Şabranın Düz Bilici kəndindədir. Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Güləddin Şahbabayev ölümündən sonra “Cəsur döyüşçü”, “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif edilib. Bu medallar onun qəhrəmanlığının, gənc ömrünün Vətən uğrunda fəda edilməsinin rəmzidir. Beş il ötür o möhtəşəm Qələbədən. Azərbaycan bu gün Zəfərin səsini yenidən eşidir, bayrağımız Şuşada, Xankəndidə, Xocalıda, hər bir azad edilmiş torpaqlarımızda dalğalanır. Zəfər paradı isə həm o qələbənin, həm də Güləddin kimi igidlərin xatirəsinin təntənəsidir. Bu parad təkcə hərbi qüdrətin deyil, həm də xalqın birliyinin, milli qürurunun, şəhidlərimizin ölməzliyinin rəmzidir. Çünki bu Zəfərin payı hər bir şəhidindir, Güləddinindir, onun qanıyla yoğrulan torpağındır. Güləddin Şahbabayevin adı bu xalqın yaddaşında daim yaşayacaq. O, Zəfərin səsi, Azərbaycanın qəhrəman övladı, 8 Noyabrın əbədi işığıdır.

Hamısını oxu