Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Huner Group” şirkətində şəhid övladları ilə görüş keçirilib

Veteran.gov.az xəbər verir ki, “Huner Group” şirkətində şəhid övladları ilə görüş keçirilib. Bu barədə “Huner Group”-un sosial şəbəkədəki hesabında məlumat verilib. Məlumatda deyilir:

 “Huner Group “Hilal kursları” ilə əməkdaşlıq edərək Azərbaycanın ən keyfiyyətli və qabaqcıl təhsil mərkəzlərindən biri olan Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinə hazırlaşan şəhid və qazi övladlarının 1 illik təhsil xərclərini qarşılayıb.

Belə ki, yalnız imtahan əsasında qəbul həyata keçirən TDV Bakı Türk Liseyində təhsil almaq istəyən 15 şəhid və 17 qazi övladı “Hilal kursları”nda hazırlaşaraq yüksək nəticələr əldə etmək üçün çalışırlar.

Bu səbəbdən kiçik dostlarımız Huner Group-un baş ofisində bizi ziyarət etməyə gəldilər. Olduqca maraqlı keçən görüşdə qəhrəman Vətən oğullarının övladları ofisimizlə tanış oldular. Ofisin istirahət sahəsində yerləşən kinozalda onlar üçün vətənpərvərlik mövzusunda hazırladığımız sənədli filmi izlədilər, komanda şəklində müxtəlif oyunlar oynadılar. Günün sonunda qonaqlarımıza Huner Group adından xatirə hədiyyələrimizi təqdim etdik.

Azad və firəvan gələcəyimiz üçün öz həyatlarını qurban verən şəhid və qazilərimizin ailələri, övladları bizim ən dəyərli sərvətimizdir. Onları daim diqqət mərkəzində saxlayıb dəstək olmaq isə mənəvi borcumuzdur.

 

2022-02-17 15:04:00
978 baxış

Digər xəbərlər

“Bugünkü qələbənin əsasında Ulu öndərin siyasəti dayanır”

"Güclü Azərbaycan dövlətinin yaradılması Ulu öndər Heydər Əliyevin dəsti xəttidir. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü davam etdiyi şəraitdə Azərbaycan xalqının israrlı təkidi ilə ümummilli liderin hakimiyyətə gəlməsi dövlətimizi gücləndirdi”.   Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. O qeyd edib ki, bu gün qələbələrimizin əsasında Ulu öndərin qoyduğu siyasət dayanır:   "Bu siyasəti də dövlət başçısı İlham Əliyev uğurla həyata keçirir. Bunun da real nəticəsini biz 44 gün davam edən savaşda gördük və torpaqlarımız işğaldan azad edildi. Hər bir azərbaycanlının gözlədiyi gün gerçək oldu”.  

Hamısını oxu
Azərbaycan hərbçiləri “Tank biatlonu” müsabiqəsində ilk yarışa başlayıblar

Veteran.gov.az apa.az-a istinadən xəbər verir ki, Tankçılarımız Rusiya Federasiyasının Moskva şəhərində “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində ilk yarışa başlayıblar.   Müdafiə Nazirliyindən  verilən məlumata görə, Azərbaycan tankçıları müsabiqənin “Fərdi sürmə” mərhələsində Qazaxıstan, Belarus və Serbiyadan olan komandalarla birlikdə güclərini sınayıblar. Şərti hədəfləri sərrast atəşlə məhv edərək marşrut üzrə müəyyənləşdirilmiş məsafəni qət edən tankçılarımız öz qrupunda ikinci olublar.

Hamısını oxu
Qəhrəmanlar unudulmur! Ağaşirin Cəfərov - Qəhrəmanlıq Rəmzi

80 il əvvəl - 1945-ci ildə II Dünya Müharibəsi sona çatdı. Bu müharibə insanlıq tarixinin ən qaranlıq və ən ağrılı dövrlərindən biri olaraq, milyonlarla həyatın itirilməsinə, ölkələrin çökməsinə və insanların hüquqlarının ciddi şəkildə pozulmasına səbəb oldu. II Dünya Müharibəsi yalnız bir döyüşlər silsiləsi deyil, eyni zamanda insanlığın özünü sınadığı və təkrar dəyərləndirdiyi bir prosesdir. 1939-cu ildən 1945-ci ilə qədər davam edən bu müharibə bütün dünyaya bir daha göstərdi ki, hər bir insanın azadlıq və yaşamaq hüququ müqəddəsdir və bu hüquqların pozulması cəmiyyətləri qaranlıq bir gələcəyə sürükləyə bilər. Müharibənin ilk illərindəki üzücü anlar, faşizmin və nasizmin Avropada yayılmasına, milyonlarla insanın məhv öldürülməsinə, həmçinin təbii resursların məhv olmasına qısacası böyük fəlakətlərə səbəb oldu. Lakin bu müharibə həm də müqavimət, döyüş və ümidin simvoluna çevrildi. Biz bu müharibənin bitməsinin 80-ci ildönümündə tarixə necə yanaşmalı olduğumuzu, keçmişdən hansı dərsləri öyrənməli olduğumuzu düşünməliyik. Bu müharibənin təbii olaraq Azərbaycanda da dərin izləri qalmışdır. Həm Sovet İttifaqının bir hissəsi olaraq, həm də müharibə iştirakçılarının həyatlarının şiddətini və çətinliyini yaşamaqla biz bu kədərli tarixə qarşı məsuliyyət daşıyırıq. Şəhidlərimiz və qazilərimiz bizə keçmişin ağırlığını, hər bir ailənin müharibə dövründə çəkdiyi əzabı, hər bir insanın itirdiyi həyatın dəyərini anladır. Ağaşirin Cəfərov kimi şəxsiyyətlər bizə göstərir ki, müharibənin əzabları yalnız müharibə meydanlarında deyil, həm də gündəlik həyatımızda özünü göstərir. Onların fədakarlığı, cəsarəti və mübarizəsi bu günümüzə işıq salır, bizə insanların daha yaxşı gələcək qurmaq üçün necə mübarizə apardığını xatırladır.Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə adını qızıl hərflərlə yazdırmış bu igid döyüşçü, Sovet İttifaqı Qəhrəmanı Ağaşirin Cəfərovun həyat və döyüş yolundan danışmaq böyük şərəfdir. Ağaşirin Cəfərov 25 fevral 1906-cı ildə Neftçala rayonunun Ballıcalı kəndində anadan olmuşdur. Uşaqlıq və gənclik illəri çətinliklər içində keçsə də, vətənə və xalqa bağlılıq hissi onun xarakterində əsas yer tutmuşdur. 1928-1930-cu illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir. Böyük Vətən Müharibəsinin ilk günlərindən qələbə gününə kimi Qafqazdan başlayaraq Berlinədək döyüş yolu keçmiş, özünü bacarıqlı və igid komandir kimi tanıtmışdır. 1942-ci ilin noyabrında 51-ci ordunun tərkibindəki 416-cı Azərbaycan Milli Diviziyasında pulemyotçusu kimi döyüşə başlamışdır. Bu diviziya müharibə tariximizdə xüsusi yer tutur. çünki tərkibi əsasən azərbaycanlılardan ibarət idi və igidlərimiz burada böyük qəhrəmanlıqlar göstərmişdilər. Ağaşirin Cəfərov Melitopol yaxınlığında 1943-cü ilin oktyabrında aparılan döyüşlərdə göstərdiyi igidliklə yadda qalmışdır. Onun sərrast atəşi nəticəsində düşmənin 300-dən artıq canlı qüvvəsi məhv edilmiş, vacib yüksəklik azad olunmuşdur. Bu döyüşdə göstərdiyi rəşadətə görə 1 noyabr 1943-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Qeyd edək ki, bu ad 416-cı diviziyada ilk dəfə məhz Ağaşirin Cəfərova verilmişdi. Bu cəsur döyüşçü müharibə zamanı üç dəfə yaralansa da ruhdan düşməmiş, sona qədər vuruşmuş, Berlinədək şərəfli döyüş yolu keçmişdir. Müharibədən sonra o, doğma kəndinə qayıdaraq kolxoz və kənd soveti sədri kimi çalışmış, daha sonra Bakıda  Neft-qazma idarəsində əmək fəaliyyətini davam etdirmişdir. Sakit və zəhmətkeş həyatı ilə də nümunə olmuşdur. 3 may 1984-cü ildə dünyasını dəyişən qəhrəmanımız Neftçala şəhərinin İsmilli aramgahında dəfn olunmuşdur. Bu gün onun adı Neftçala rayonu Astanlı kənd tam orta məktəbinə verilib. Şəhər parkında onun büstü, bir küçədə isə adı əbədiləşdirilib. Bu təkcə bir insanın xatirəsinə deyil, bir xalqın qəhrəmanlıq irsinə hörmətin təzahürüdür. Ağaşirin Cəfərov kimi qəhrəmanların xatirəsi yaşadıqca bizim milli ruhumuz, vətənpərvərliyimiz və tariximiz də yaşayacaqdır. Onların şücaəti bugünkü gənclər üçün örnək, gələcək nəsillər üçün isə əsl vətənpərvərlik dərsidir. Qəhrəmanlarımızı unutmayaq!  Onları daima yad edək və xatırlayaq!                           Cəlil Xəlilov    Müharibə,Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik  

Hamısını oxu
TUMİB iftar süfrəsi təşkil edib

Tədbirdə şəhid ailələri də iştirak ediblər Veteran.gov.az xəbər verir ki, Türkiyə Universitetləri Məzunları İctimai Birliyi (TUMİB) məzunların Azərbaycana inteqrasiyası, məzunlar arasında koordinasiyanın təmin edilməsi, Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişaf etdirilməsinə töhvə vermək məqsədilə silsilə tədbirlər keçirir. Belə tədbirlərdən biri də aprelin 28-də - Müqəddəs Ramazan ayının qədir gecəsində təşkil edilib. Məzunları bir araya toplayaraq, mənəvi hissləri bir arada yaşamaq məqsədilə keçirilən tədbirdə 150-yə yaxın Türkiyə məzunu ilə yanaşı dövlət və hökumət nümayəndələri, Türkiyə məzunu olmuş Vətən müharibəsi şəhidləri Məmmədağa Səfərov və Murad Məmmədovun ailələri iştirak edib. İftardan öncə ilahiyyatçı hoca Sadiq Ramizoğlu Qurani Kərim oxuyaraq dualar verib. İftardan sonra tədbiri açıq elan edən TUMİB idarə heyətinin sədri Tural Əfəndiyev TUMİB-in hazırkı və gələcək fəaliyyəti haqqında məlumat verib. Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfirinin səlahiyyətli nümayəndəsi, təhsil ataşesi Nihat Büyükbaş Gənclər və İdman Nazirliyinin şöbə müdiri Fuad Babayev cənab nazir Fərid Qayıbov adından məzunları və şəhid ailələrini salamlayıblar. Daha sonra Milli Məclisin deputatı, komitə sədri Sadiq Qurbanov çıxış edərək, Türkiyə-Azərbaycan münasibətlərindəki birlik, qardaşlıq və inkişaf haqqında danışıb. Millət vəkili iki qardaş ölkə arasındakı münasibətlərdə daha böyük irəliləyişlərə nail olmağın vacibliyini diqqətə çatdırıb. Tədbir Yunus Emre İnstitutunun Azərbaycan koordinatoru Səlcuk Karakılıç , doktor Vaqif Qələndər və bir sıra məzunların çıxışları ilə yekunlaşıb.  

Hamısını oxu