Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Xəzər rayonunda veteranlarla görüş keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin  müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 18 fevral 2022-ci il tarixində  Xəzər rayonunda keçirilən tədbirdə iştirak edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə keçirilən tədbirdə Xəzər   rayon  Veteranlar Təşkilatının sədri Səxavət Məcnunov, müavini Samir Məmmədov, Birinci və İkinci Qarabağ müharibəsinin qaziləri və veteranları iştirak ediblər.

Tədbiri giriş sözüq ilə açan polkovnik Adil Haqverdiyevin təklifi ilə torpaqlarımızın toxunulmazlığı uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Adil Haqverdiyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarovanın və sədr müavini, polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb. Çıxışında Xocalı faciəsindən danışan Adil Haqverdiyev bildirib ki, mənfur düşmən Birinci Qarabağ müharibəsi dönəmində şəhərlərimizi, qəsəbələrimizi, kəndlərimizi viran qoydu. Onlar nəinki xalqımıza, eyni zamanda dinimizə, tariximizə, mədəniyyətimizə qarşı da ağır cinayətlər törətdilər. Qürurvericidir ki, 44 günlük  Vətən müharibəsində xalqımızın qəhrəman övladları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşməni darmadağın edərək torpaqlarımızın azadlığını təmin etdi.

Adil Haqverdiyev çıxışında son vaxtlar bəzi qüvvələrin qaziləri, veteranları öz tərəfinə çəkmək, onların nüfuzundan şəxsi ambisiyalarını həyata keçirmək, dövlətimizin maraqlarına zərbə vurmaq üçün istifadə etməyə çalışdıqlarını bildirib, qaziləri ayıq-sayıq olmağa, dövlətin və  Prezidentin ətrafında sıx birləşməyə çağırıb.

Tədbirin sonunda xatirə şəkli çəkilib.

 

 

2022-02-21 12:31:00
1135 baxış

Digər xəbərlər

Arye Qut: Bu, ermənilərin növbəti sərsəmləməsidir...

Xarici KİV-lərdə yayılmış məlumata görə, Ermənistan Müdafiə Nazirliyinin KİV-lərində də fəaliyyət göstərən bir erməni hərbi ekspert anonimlik şərti ilə bildirib ki, guya İsrail Təl-Əvivdə Ermənistan səfirliyinin açılması müqabilində Ermənistana mühüm hərbi sirlər verməyə razılaşıb. Modern.az xəbər verir ki, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut Ermənistan KİV-lərində də yayılmış bu təhrikçi informasiyanı şərh edib. Arye Qut qeyd edib ki, Ermənistan KİV-lərinin və Ermənistanın siyasi elitasının İsrail ilə Azərbaycan arasında ciddi qarşılıqlı münasibətlərə, o cümlədən bu iki ölkənin hərbi strateji əməkdaşlığına həmişə kin-küdurətlə və paxıllıqla yanaşması təəssüf doğurur. Arye Qut vurğulayıb: “Ermənilər bir faktı heç cür “həzm edə” bilmirlər ki, Cənubi Qafqazda İsrailin strateji tərəfdaşı olan Azərbaycan bu hərbi-strateji tərəfdaşlıq sayəsində postsovet məkanında heç bir başqa ölkənin malik olmadığı texnoloji üstünlüklər qazanır. Bu, bizim tərəfdaşlığımızın paxıllığını çəkənlərə real və həqiqi cavabdır. İsrail-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, bu iki dövlət arasında siyasi və hərbi-texniki tərəfdaşlıq ən yüksək etimada və daimi dialoqa əsaslanır. A.Qutun sözlərinə görə, bu gün İsrail-Azərbaycan tərəfdaşlığı şaxələnərək energetika, kənd təsərrüfatı, yüksək texnologiyalar sənayesi, səhiyyə, hərbi-texniki tərəfdaşlıq sahələrini əhatə edir. İsrailli ekspert vurğulayır:“Ermənilər həsəd apara bilər, təhrikçi hərəkətlər törədə, cəfəng xəbərlər yaya bilər, lakin bu gün tarixi fakt ondan ibarətdir ki, Azərbaycanın hərbi sənayesinin qurulmasında İsrailin müdafiə şirkətləri fəal iştirak ediblər və bu iştirak davam edir. Bu baxımdan erməni təhrikçilər bilməlidirlər ki, bizim strateji münasibətlərimizə həsəd aparmaq o qədər də yaxşı hərəkət deyil. Azərbaycan uğurlu geosiyasi və geoiqtisadi təşəbbüslər sayəsində regionun ən güclü geosiyasi aktoruna çevrilib, Cənubi Qafqaz kimi strateji regionda heç bir siyasi, iqtisadi məsələ və nəqliyyat məsələsi Azərbaycanın iştirakı və razılığı olmadan həll edilə bilməz. Azərbaycan ilə İsrail arasında diplomatik münasibətlərin 28 illik tarixi ərzində yəhudi dövləti ilə əhalisinin əksəriyyəti müsəlmanlar olan dövlət arasında strateji münasibətlərin zəruri və həyat qabiliyyətli olması sübut edilib. Bizim dost ölkələr həqiqətən etibarlı strateji tərəfdaşlar kimi qarşılıqlı fəaliyyət göstərir, biz tarixboyu heç vaxt bir-birimizə xəyanət etməmişik, həmişə bir yerdə, çiyin-çiyinə olmuşuq. Ermənistan KİV-lərində guya “İsrailin Təl-Əvivdə Ermənistan səfirliyinin açılması müqabilində Ermənistana mühüm hərbi sirlər verməyə razılaşması” barədə cəfəng provokasion xəbərlər yayması çox gülünc, məsuliyyətsiz, qeyri-ciddi və qeyri-adekvat təsir bağışlayır. Arye Qut soruşur: Doğrudanmı Yerevanda belə düşünürlər ki, İsrailin Müdafiə Nazirliyində və bu nazirliyin nəzarəti altında fəaliyyət göstərən hərbi şirkətlərdə uzaqgörməz, səfeh və məsuliyyətsiz adamlar oturub, onlar Təl-Əvivdə dilənçi kökündə və perspektivsiz Ermənistanın səfirliyinin açılması naminə mühüm hərbi sirləri verməyə hazır olacaqlar. Vəziyyətə daxildən yaxşı bələd olan bir adam kimi, bu təhrikçilərə demək istəyirəm: onu görməyəcəksiniz! Özü də bundan sonra Ermənistan İsrail ilə etimada əsaslanan münasibətlər qurmağa ümid bəsləyir. Təhrikçi erməni cənablara xatırlatmaq istəyirəm ki, İsrailin hərbi-sənaye kompleksi İsrail Müdafiə Nazirliyinin nəzarəti altında fəaliyyət göstərən yetərincə ciddi qurum və peşəkarlardan ibarət çox məsul komandadır. Ermənilərin yaydığı təhrikçi informasiyaya görə, “Azərbaycan cəbhə xəttində ermənilərə qarşı tədbir görə bilməyib, çünki ermənilər İsraildən alınmış informasiya əsasında profilaktik iş aparıblar”. Növbəti sərsəmləmədir... Görünür, rəsmi Yerevan unudur ki, bugünkü Azərbaycan Ordusu qüdrətli, ən müasir texnika və silahlar, ən yüksək döyüş hazırlığı, şəxsi heyətin intizamı və döyüş ruhu deməkdir. Qut qeyd edir ki, müasir müharibədə hansı tərəf döyüş əməliyyatlarını daha müasir yüksək texnoloji vasitələrlə təmin etmək imkanına malikdirsə, həmin tərəf qalib gəlir. İsrailli ekspert vurğulayıb: “2016-cı ilin Aprel əməliyyatı zamanı İsraildən alınmış pilotsuz zərbə qurğularının erməni işğalçılara qarşı səmərəli tətbiqini xatırlamaq kifayətdir və bu barədə çox danışmaq olar. Heç kəs unutmayıb ki, Azərbaycan Silahlı Qüvvələri 2016-cı il aprelin əvvəlində Ermənistanın hərbi provokasiyalarına cavab olaraq və öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə Ermənistan ordusuna sarsıdıcı zərbə endirdilər. Arye Qut yazır: “Bir neçə ay bundan əvvəl mən təmas xəttində oldum və atəşkəs rejiminin amanabənd olmasını real hiss etdim. Müasir, güclü və müstəqil Azərbaycan artıq XX əsrin 90-cı illərinin sonunda gördüyümüz ölkə deyil. Hər kəs çox yaxşı anlayır ki, üçüncü ölkənin dəstəyi olmasaydı, dilənçi kökündə olan Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edə bilməzdi. Azərbaycanın səbri artıq tükənməkdədir. Rəsmi Bakı Ermənistana dəfələrlə xəbərdarlıq edib ki, Azərbaycan mövcud status-kvo ilə heç vaxt razılaşmayacaq. Lakin Ermənistanın hərbi və siyasi rəhbərliyinin sərsəm bəyanatları və İsrail ilə Azərbaycanın arasını vurmaq cəhdləri onu göstərir ki, ermənilər çox narahatdırlar, qorxuya və təşvişə düşüblər”. İsrailli ekspert vurğulayır: “2016-cı ilin Aprel hadisələri zamanı Azərbaycan Ordusunun sürətli əks-hücumundan sonra Ermənistan ordusunun müdafiə xətti sarsıdıldı, Azərbaycan Silahlı Qüvvələri strateji əhəmiyyətli bir neçə yüksəkliyi və yaşayış məntəqəsini öz nəzarəti altına qaytaranda biz Ermənistanda real antiisrail isteriyasının və antisemitizmin şahidi olduq. Erməni diasporu hətta İsraildə də Azərbaycan-İsrail tərəfdaşlığına qarşı etiraz nümayişləri keçirdi. İsrail ilə Azərbaycanın hərbi əməkdaşlığı məsələsinin Ermənistan tərəfindən tənqid edilməsinə gəldikdə, vurğulamalıyıq ki, Azərbaycanın və İsrailin dostlarını və tərəfdaşlarını yalnız bu ölkələr özləri seçir, hərbi-texniki sahədə strateji əməkdaşlığın və tərəfdaşlığın səviyyəsini özləri müəyyən edir”. Qutun sözlərinə görə, İsrail Dövləti Azərbaycanın ədalətli mövqeyini, onun ərazi bütövlüyünü fəal dəstəkləyir. Beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut məqaləsinin sonunda yazır: “Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı 28 ildən çoxdur ki, davam edir. Bu təcavüz nəticəsində Azərbaycanda 1 milyon insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bu mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın ədalətli mövqeyinin Yaxın Şərqdə İsrail Dövləti kimi mühüm strateji tərəfdaş və güclü geosiyasi aktor tərəfindən dəstəklənməsi Azərbaycan üçün çox zəruri və çox əhəmiyyətlidir”.

Hamısını oxu
Azərbaycan Teatr Xadimləri İttifaqında Milli Teatr Günü qeyd olunub

10 mart 2024-cü il tarixdə Azərbaycan Teatr Xadimləri İttifaqında Milli Teatr Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.  Veteran.gov.az Azərbaycan Teatr Xadimləri İttifaqına istinadən məlumat verir ki, tədbirdə görkəmli sənət adamları, ziyalılar və media nümayəndələri iştirak ediblər. Azərbaycan Teatr Xadimləri İttifaqının tamaşa salonunda keçirilən bayram tədbirini İttifaq sədrinin vəzifə səlahiyyətlərini icra edən, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov idarə edib. Qonaqları salamladıqdan sonra o, bütün teatrsevərləri Milli Teatr Günü münasibəti ilə təbrik edib. Sonra Azərbaycan Teatrının keçmişi və bu günü haqqında danışıb. Qeyd edib ki, «Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 01 mart tarixli Sərəncamına əsasən artıq 12 ildir ki, ölkəmizdə Milli Teatr Günü rəsmi şəkildə qeyd olunur. Teatra, teatrda çalışanlara dövlət qayğısı günbəgün artır. Teatr binaları təmir və bərpa olunur, dünya standartlarına uyğun avadanlıqlarla təchiz edilir». Tədbir iştirakçılarına Azərbaycan teatrının keçmişini və bu gününü əks etdirən videoçarx və fotosərgi nümayiş etdirilib. Xalq artisti Heydər Anatollu, Akademik Musiqili Teatrının aktyorları Hüseyn Əlili və Gültac Əlili öz mahnıları ilə, Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorları məzəli parodiyalarla teatr xadimlərini təbrik ediblər. Çıxışlararası bu il yubiley yaşı tamam olan, teatr sahəsində uğur qazanan sənətçilər mükafatlandırılıb, həmçinin "BAXIŞ-4" festivalının nəticələri açıqlanıb. «SƏNƏTKAR» medalı ilə təltif olunanlar: 1. Xalq artisti Şükufə Yusupova – (Milli Teatr) 2. Xalq artisti Firudin Məhərrəmov – (Sumqayıt Teatrı) 3. Əməkdar artist Azad Şükürov – (ADMİU) «QIZILGÜL» mükafatı ilə təltif olunanlar: 1. Naidə İsmayılzadə (direktor) – (Gənc Tamaşaçılar Teatrı) 2. Əməkdar artist Kübrabəyim Əliyeva 3. Xalq artisti Fatma Mahmudova – (Musiqili Teatr) 4. Əməkdar artist Səmayə Musayeva – (Musiqili Teatr) 5. Elmira Kərimova (AzTXİ) 6. Məlahət Manafova (AzTXİ) 7. Xatirə Babayeva – (AzTXİ) 8. Əməkdar mədəniyyət işçisi, Dağıstanın Əməkdar artisti Laləzar Hüseynova – (Salyan Kukla Teatrı) 9. Əməkdar artist Növrəstə Haşımova – (Sumqayıt Teatrı) Fəxri fərmanla təltif olunanlar:  

Hamısını oxu
Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi yad edilib

Fevralın 7-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu şəhidimizin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzərək xatirəsini ehtiramla anıb. APA-nın məlumatına görə, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində davam edən tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib,  Dövlət Himni səsləndirilib. Mərasimdə çıxış edənlər xalqımızın tarixən öz qəhrəmanları ilə seçildiyini qeyd edərək Mübariz İbrahimovun göstərdiyi şücaət və qəhrəmanlıqdan danışıblar.  Milli Qəhrəmanın timsalında bütün şəhidlərimizin xatirəsinin xalqımızın yaddaşında daim əziz tutulacağı xüsusi vurğulanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə gizir Mübariz Ağakərim oğlu İbrahimova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verildiyi diqqətə çatdırılıb. Daha sonra tədbir iştirakçılarına şəhidimizin həyat və döyüş yolundan bəhs edən videoçarx nümayiş etdirilib.Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti tərəfindən şəhidlərimizin xatirəsinə həsr olunan, vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqilər səsləndirilib.

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov peşə bayramı münasibətilə sərhədçiləri təbrik edib

“Onlar 44 günlük Vətən müharibəsində də əzmlə iştirak edib, tarixi qələbəmizə böyük töhfələr veriblər” Bu gün Azərbaycan Sərhəd Mühafizəsinin 105 illik yubileyidir. Bu münasibətlə Veteran.gov.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov sərhədçiləri təbrik edib, onların əməyinə diqqət çəkib: “Azərbaycan Sahil Mühafizəsinin 105 illik yubileyi münasibətilə Dövlət Sərhəd Xidmətinin bütün əməkdaşlarını təbrik edir, onlara şərəfli fəaliyyətlərində uğurlar arzulayıram. Düz 105 il bundan öncə sərhədlərimizin keşiyində dayanan, bu sahədə böyük fədakarlıq göstərən sərhədçilərimiz, bu gün də vətən torpaqlarının qorunmasında, onun təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayır. Sərhəd pozucularından tutmuş narkotiklərin qanunsuz dövriyyəsinə qarşı bütün təhdid və təhlükələrə qarşı uğurla mübarizə aparan sərhədçilərimiz, 44 günük Vətən müahribəsində də əzmlə iştirak edib, işğaldakı torpaqlarımızın azad edilməsinə böyük töhfələr verib. Sərhədçilərimiz günümüzdə də bütün sərhədlərimizlə yanaşı, Azərbaycan-Ermənistan şərti sərhədlərinin qorunmasını da müvəffəqiyyətlə təmin etməkdədir. Mən bir daha sərhədçilərimizi peşə bayramları münasibətilə təbrik edir, onlara xidməti fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıram. Əminəm ki, sərhədçilərimiz bundan sonra da vətənimizin keşiyində ayıq-sayıq dayanacaq, xalqımızın və dövlətimizin təhlükəsizliyi naminə heç bir fədakarlıqdan çəkinməyəcəklər”. Seymur ƏLİYEV

Hamısını oxu