Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Şəhid Tərlan Dərgah oğlu Atakişiyevin doğum günüdür

Bu gün şəhid Tərlan Dərgah oğlu Atakişiyevin doğum günüdür. O, 23 fevral 1977-ci ildə Şamaxı rayonunun Göylər kəndində anadan olub. Tərlan Atakişiyev 1998-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 1998 -2000 Azərbaycan Silahlı Qüvvələrinin  “N” saylı hərbi hissəsində “leytenant” hərbi rütbəsində xidmət edib.

Azərbaycan Ordusunun leytenantı olan Tərlan Atakişiyev 2020-ci il sentyabrın  27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan  işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Tərlan Atakişiyev oktyabrın 24-də Füzuli döyüşləri zamanı şəhid olub, Şamaxı rayonunun Göylər kəndində dəfin olunub

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyatına qatılan və  hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti  İlham Əliyevin 15.12.2020-ci il Sərəncamına əsasən Tərlan Atakişiyev ölümündən sonra “ Vətən uğrunda ”medalı ilə təltif edilib.

Azərbaycan Respublikası ərazisinin işğaldan azad olunması zamanı döyüş tapşırığını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş Tərlan Atakişiyev ölümündən sonra Azərbaycan Prezidenti  İlham Əliyevin 24.06.2021-ci il Sərəncamına əsasən ölümündən sonra “ Döyüşdə fərqlənməyə görə ”medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!

 

2022-02-23 11:27:00
1418 baxış

Digər xəbərlər

İmran Əhmədov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin sədr müavini seçilib

2026-cı il yanvarın 29-da Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının növbədənkənar plenumu keçirilib.  Əvvəlcə, Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, Konstitusiya quruluşunun müdafiəsi uğrunda canlarından keçmiş bütün şəhidlərin əziz xatirələri 1 dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səslənib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin sədri polkovnik Cəlil Xəlilov plenumun gündəliyini elan edib və səsə qoyub, gündəlik yekdilliklə qəbul olunub. Plenum mövcud Rəyasət Heyətinin buraxılması və yeni tərkibinin formalaşdırılması barədə qərar qəbul edib. Yeni tərkibə sədr Əfqanıstan, I Qarabağ müharibəsi və Silahlı Qüvvələr veteranı polkovnik Cəlil Xəlilov, sədr müavini Əfqanıstan, Silahlı Qüvvələr və əmək veteranı ədliyyə polkovniki İmran Əhmədov, üzvlər qismində istefada olan general-mayor Vladimir Timoşenko,  əmək və I Qarabağ müharibəsi veteranı İmran Əbilov, professor, AMEA Veteran Təşkilatının sədri, I Qarabağ müharibəsi veteranı Bədirxan Əhmədov seçiliblər. Plenum yeni tərkib Rəyasət Heyətinə təşkilatın strateji planının hazırlanmasını, təşkilatın fəaliyyətinin təkmilləşdirilməsini, Rəyasət Heyətinin sayı və tərkibi barədə növbəti plenuma qədər təkliflərini verməyi tapşırıb. Rəyasət Heyətində ilk dəfə təmsil olunan sədr müavini İmran Əhmədov göstərilən etimada görə plenum üzvlərinə təşəkkür edib, qarşıda duran vəzifə və öhdəliklərin icrası üçün əlindən gələni əsirgəməyəcəyini bildirib. Plenum işini başa vurub.  

Hamısını oxu
Polkovnik: Azərbaycan gəncliyi qürurumuz və gələcəyimizdir

Bakı, 29 yanvar, AZƏRTAC “Azərbaycan gəncliyi qürurumuz və gələcəyimizdir”. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, 2020-ci ilin Vətən müharibəsi Azərbaycan gəncliyinin mövcud durumu ilə bağlı əsl mənzərəni üzə çıxardı: “2 fevral – Azərbaycan Gəncləri Günüdür. Bizim üçün sevindiricidir ki, müasir Azərbaycan gəncləri öz vətənlərinə, bayraqlarına, milli-mənəvi dəyərlərinə dərin sevgi və bağlılıq hiss edir, dövlətimizin inkişafında yaxından iştirak edirlər. Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğı, ölkəmizdə gənclərlə bağlı həyata keçirilən dövlət proqramları, məqsədyönlü siyasət gənclərimizi dövlətimizin inkişafının avanqard qüvvəsinə çevirib. Gənclər və İdman Nazirliyinin gənclərlə bağlı həyata keçirdiyi layihələr, onlara göstərdiyi qayğı da sevindiricidir və təqdir edilməlidir. 2020-ci ilin 44 günlük Vətən müharibəsi Azərbaycan gəncliyinin gücünü, Vətən sevgisini, cəsarət və mübarizə ruhunu dünyaya göstərdi. Müharibə sübut etdi ki, gənclərimiz dövlətimiz, xalqımız üçün təhdid təşkil edən istənilən təhlükəni aradan qaldırmağa, öz qətiyyətləri, rəşadətləri, cəsarətləri ilə Vətənimizin düşmənlərini darmadağın etməyə, öz adlarını tarixə qızıl hərflərlə yazmağa qadirdir”. Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının gənclərlə sıx əməkdaşlıq etdiyini, öz sıralarını gənc veteranlar hesabına sürətlə genişləndirdiyini vurğulayıb: “Təşkilatımız ilk gündən gənclərlə əməkdaşlığa mühüm önəm verib, onlarla mütəmadi şəkildə görüşlər keçirib. Bu baxımdan “Nəsillərin görüşü” silsiləsindən hər il çoxlu sayda görüş təşkil olunur ki, bu görüşlərdə gənclər və veteranlar bir yerə toplanır, qarşılıqlı fikir mübadiləsi aparırlar. Belə görüşlər gənclərimizin veteranlarımızın həyat və mübarizə yolunu daha yaxından öyrənməyə, öz dünyagörüşlərini zənginləşdirməyə kömək edir. Respublika Veteranları Təşkilatı öz sıralarını həm də gənc veteranlar hesabına sürətlə genişləndirməkdədir. Bu gün Silahlı Qüvvələrimizin tərkibində on minlərlə gənc yer alır. Onlar sərhədlərimizin keşiyində ayıq-sayıq dayanmaqda, Vətənə sədaqətlə xidmət etməkdədirlər. İnanıram ki, gənclərimiz bundan sonra da xalqımızın və dövlətimizin etimadını layiqincə doğruladacaq, bilik və bacarıqları, cəsarət və qəhrəmanlıqları ilə yeni tarix yazacaqlar”.

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının nümayəndələri aprel döyüşlərinin beşinci ildönümü ilə bağlı tədbirə qatılıb

Respublika Veteranlar Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev  və həmin şöbənin baş mütəxəssisi Nəbi Hacıyev 7 aprel 2021-ci il tarixində  Nəsimi rayonunda aprel döyüşlərinin 5-ci ildönümünə həsr olunan tədbirdə iştirak edib.   Tədbirdə Nəsimi rayon VT-nın sədri Validə Vəliyeva, "Modern İnkişaf və Ailə" İctimai Birliyinin sədri Zərifə Quliyeva, “Dövlət və qanun” qəzetinin baş redaktoru Yasəmən Möhübbətqızı, BVM iştirakçısı Ağababa İsgəndərov, 2016-cı ilin aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsinin qaziləri Mətləb Əhmədov, Elxan İmranov, Elçin Əhmədov və digər qonaqlar iştirak edib.   Validə Vəliyeva tədbiri giriş sözü ilə açaraq qonaqları tədbir iştirakçılarına təqdim edib  Daha sonra söz Zərifə Quliyevaya verilib. Z.Quliyevanın təklifi ilə ilk növbədə torpaqlarımız azadlığı uğrunda qəhrəmancasına həlak olan  şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib. Qazilərlə səmimi söhbət edən Zərifə xanım, onlarla yanaşı durmaqdan qürur duyduğunu ifadə edib.   Daha sonra çıxış edən Yasəmən xanım Vətən müharibəsinin önəmindən danışıb, habelə bu cür tədbirlərin təşkilində göstərdiyi köməkliyə görə Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarovaya və sədr müavini Cəlil Xəlilova minnətdarlığını bildirib.   Ehtiyatda olan polkovnik Adil Haqverdiyev isə çıxışında Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova və sədr müavini Cəlil Xəlilovun salamlarını tədbir iştiakçılarına çatdırıb. Daha sonra aprel döyüşlərinin önəminə toxunan Adil Haqverdiyev, Azərbaycan ordusunun öz qəhrəmanlığı ilə tarix yazdığını qeyd edib.   Tədbirin sonunda qazilərə hədiyyələr təqdim olunub, xatirə şəkli çəkilib.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Vətən müharibəsi şəhidinin ailəsini ziyarət edib

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Sumqayıt Şəhər İcra Hakimiyyətinin, SHXÇDX-nin Tərtər rayon şöbəsinin, veteranlar təşkilatlarının nümayəndələri və qazilər ilə birlikdə Vətən müharibəsinin şəhidi Verdiyev İsax Ədalət oğlunun Sumqayıt şəhərində yaşayan ailəsini ziyarət ediblər.   Əvvəlcə rayon rəhbəri Vətən müharibəsi şəhidinin ailə üzvləri ilə birlikdə Sumqayıt Şəhidlər xiyabanında şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, Şəhidlərin ruhuna dualar oxunub.   Sonra şəhidin ailəsinin yaşadığı mənzilə gələrək onlarla səmimi söhbət edib, qayğıları ilə maraqlanıb. Rayon icra hakimiyyəti tərəfindən ailəyə maddi yardım olunub.   Görüşdə rayon rəhbəri rəşadətli Ordumuzun, igid hərbçilərimizin 44 günlük Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlardan danışıb, vətən torpağı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin hər zaman xalqımızın qəlbində əbədi olaraq qalacağını deyib. Dövlət tərəfindən şəhid ailələrinə xüsusi diqqət göstərildiyini bildirib. Qeyd edib ki, şəhid ailələrinin, qazilərimizin məişət şəraiti günü-gündən yaxşılaşdırılır, onlara yeni mənzillər verilir, ailələrinə xüsusi təqaüd və müavinətlər ödənilir. Bu işlər bilavasitə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin tapşırıq və göstərişləri əsasında aparılır.   Qeyd edək ki, Vətən müharibəsi şəhidi Verdiyev İsax Ədalət oğlu 21 sentyabr 1997-ci ildə Tərtər şəhərində anadan olub. Sentyabrın 27-də başlayan Vətən Müharibəsində fəal iştirak edib. O, oktyabr ayının 6-da Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. 7 oktyabr 2020-ci ildə yaşadığı Sumqayıt şəhərində Şəhidlər xiyabanında dəfin edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.   Şəhidin ailəsi onlara göstərilən yüksək diqqət və qayğıya görə cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.  

Hamısını oxu