Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən “Xocalı soyqırımını unutma” mövzusunda inşa-yazı müsabiqəsinin keçirilməsi təqdirəlayiqdir”

Ceyhun Məmmədov: “Xocalı soyqırımının təbliği milli ruha malik gəncliyin formalaşdırılması baxımından vacibdir”

 

Bu günlərdə Azərbaycan xalqı Xocalı soyqırımının 30-cu ildönümünü qeyd edir. Üstündən 30 illik tarixi müddət keçsə də, Xocalı soyqırımı ilə bağlı həqiqətləri təbliğ etmək, bu qətliamın mahiyyəti və dəhşətli nəticələri haqqında uşaqları, yeniyetmə və gəncləri məlumatlandırmaq, Xocalı soyqırımının bütün dünyada tanınmasına nail olmaq bu gün də qarşıda duran əsas vəzifələrdən biridir.

 

Məlumat üçün qeyd edək ki, soyqırımın 30 illiyi münasibəti ilə Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən “Xocalı soyqırımını unutma” mövzusunda məktəblilər arasında inşa-yazı müsabiqəsi keçiirilmiş, müsabiqədə fərqlənən şagirdlər adıçəkilən dövlət qurumu tərəfindən Fəxri Fərman və medallarla təltif edilmişdir.  

 

Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Ceyhun Məmmədov, gənc nəslin erməni vəhşilikləri haqqında məlumatlandırılması, Xocalı soyqırımı ilə bağlı həqiqətlərin təbliği, uşaq və yeniyetmələrin milli ruhda yetişdirilməsi baxımından bu cür tədbirlərin mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb:

 

“Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən “Xocalı soyqırımını unutma” mövzusunda məktəblilər arasında inşa-yazı müsabiqəsi keçirilməsi təqdirəlayiqdir. Hesab edirəm ki, bu kimi tədbirlərin keçirilməsi vətənpərvər, milli-mənəvi dəyərlərə sadiq gəncliyin yetişdirilməsi baxımıdnan mühüm əhəmiyyət kəsab edir. Üstündən 30 il keçməsinə baxmayaraq, xalqımızın Xocalı qətliamının qurbanlarının xatirəsini ağrı hissi ilə anır, erməni vəhşiliyini lənətləyir.

 

Ermənilər zaman-zaman Azərbaycan xalqının başına bir çox müsibətlər gətirib. Bu müsibətlərdən biri də Xocalıdır. Ermənilər Xocalıda soyqırım törətməklə insnalarımızın mübarizə əzmini qırmağa çalışırdı. Amma Azərbaycan öz mübarizə əzmini qoruyub saxladı, düşmənə müqavimət göstərməkdə davam etdi. Nəhayətdə, 44 günlük Vətən müharibəsində Azərbaycan erməni faşizmi üzərində tarixi qələbə əldə etdi, ərazi bütövlüyünü təmin etdi.

 

Azərbaycan xalqı qarşısında duran mühüm vəzifələrdən biri Xocalı soyqırımının bütün dünyada tanınmasına nail olmaqdır. Bu gün cənab Prezidentin, eləcə də Mehriban xanımın rəhbərliyi ilə dünyanın bir çox ölkələrində bu istiqamətdə geniş təbliğat işi aparılır. Azərbaycan həqiqətlərinin təbliği üçün silsilə tədbirlər həyata keçirilir. Hesab edirəm ki, dövlət qurumları tərəfindən bu cür tədbirlərin keçirilməsi olduqca əhəmiyyətlidir və bu, milli ruha malik, milli tarixə yaxından bələd olan gəncliyin formalaşdırılması baxımından olduqca önəmlidir”.

 

Seymur ƏLİYEV

2022-02-27 00:11:00
942 baxış

Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranları Təşkilatının Masallı rayon təşkilatının sədri vəfat edib

Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranları Təşkilatının Masallı rayon təşkilatının sədri, ehtiyatda olan polis polkovnik-leytenantı Məmmədağa Məmmədəli oğlu Şiriyev 74 yaşında vəfat edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Məmmədağa Şiriyevin vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!  

Hamısını oxu
Tehran sülh istəmir, amma müharibə aparmağı da bacarmır - TƏHLİL!!

5 mart 2026-cı il tarixində İranın Naxçıvandakı bir sıra mülki obyektləri dron zərbəsinə məruz qoyması yalnız ölkəmizdə deyil, bütün dünyada ciddi etiraz və narahatlığa səbəb olub. ABŞ-İsrail koalisiyasının dağıdıcı zərbələrinə məruz qaldığı, aqibəti tükdən asılı olduğu bir zamanda İranın Azərbaycana heç bir əsas olmadan dron zərbələri endirməsi, rəsmi Tehranın qeyri-dost və qeyri-məntiqi davranışıdnan xəbər verir. Bu gerçək onu deməyə əss verir ki, molla rejimi nə yaxın, nə də uzaq ölkələrlə münasibətdə sülh istəmir və öz mövcudluğunu xaosda, digər dövlətlərlə qarşıdurmalar fonunda tapır. Bununla yanaşı, İranın Naxçıvandakı mülki obyektlərə zərbə endirməsi sübut edir ki, molla rejimi müharibə aparmağı da bacarmır. Çünki istər beynəlxalq hüquq və konvensiyalar, istərsə də əxlaq və mənəviyyat mülki insanları hərbi əməliyyatların hədəfinə çevirməyi yasaqlayır. Lakin İranın bu hüquqi-mənəvi qadağanı nəzərə almaması, öz hərbi gücünü dinc insanları hədəf almaqla isbatlamağa çalışması İranın müharibə mədəniyyətindən məhrum olduğunu göstərir. Bu, eyni zamanda İranın müharibədə belə heç bir əxlaq, heç bir mənəviyyat tanımadığını sübut edir. Təsadüfi deyil ki, 5 mart 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında dövlət başçısı İranın bu addımını namərdlik kimi qiymələtdirərək deyib: “Bu gün İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir. Naxçıvan Muxtar Respublikasının ərazisini İran dövləti pilotsuz uçuş aparatları ilə atəş altına salmışdır. Atəşin hədəfləri mülki obyektlər idi. Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər istiqamətlər İran tərəfindən namərd atəşə məruz qalmışdır. Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir, bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir”. (https://president.az/az/articles/view/71792 ) Daha sonra çıxışı davam etdirən Müzəffər Ali Baş Komandan Tehran rejimini həm də nankorluqda ittiham edib: “Onu da bildirməliyəm, bu gün səhər mənə məlumat verildi ki, İranın xarici işlər nazirinin müavini Bakıya zəng edir, xahiş edir ki, İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsinə Azərbaycan kömək etsin. Çünki onların imkanı yoxdur. Mənə məruzə edildi. Mən dərhal göstəriş verdim ki, kömək göstərin, təyyarə göndərin. Hətta onlar dedilər ki, biz bunun pulunu da verməyə hazırıq. Dedim ki, lazım deyil, indi dar gündə biz kömək göstərməsək, bəs nə vaxt kömək göstərməliyik? Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?! Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək”. (https://president.az/az/articles/view/71792 ). Məlumat üçün xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələri erməni faşizminə qarşı 44 günlük Vətən müharibəsində belə heç bir mülki obyekti, dinc insanı hədəf almayıb, bir nəfər də olsa sadə vətəndaşa xəsarət yetrməyib. Hətta mülki infrstrukturu və dinc insanları qorumaq üçün ordumuz mülki obyektlər içərisində ermənilərin quraşdırdığı artilleriya qurğularına belə atəş açmayıb, yaxud, bu atəş son dərəcə dəqiqliklə endirilib. Azərbaycan Ordusu eyni həssaslığı 2023-cü ilin 19-20 sentyabr tarixlərində reallaşdırılan anti-terror əməliyyatlarında da sərgiləyib. Məhz bunun nəticəsidir ki, anti-terror əməliyyatından sonra  - 1 oktyabr 2023-cü il tarixində BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreevanın rəhbərliyi ilə Qarabağ regionuna səfər edən BMT missiyası hərbi əməliyyat nəticəsində heç bir mülki infrastruktura zərər dəymədiyini bildrib. Bu rəy onların missiya ilə bağlı hesabatında da yer alıb. (https://azerbaijan.un.org/az/248051-bmt-nin-qaraba%C4%9Fa-missiyas%C4%B1-ba%C5%9Fa-%C3%A7at%C4%B1b ). Bir sözlə, bütün bunlar onu deməyə əsas verir ki, İranın bütün digər məsələlərdə olduğu kimi müharibə mədəniyyəti sahəsində də Azərbaycandan, Müzəffər Ali Baş Komandan İlham Əliyevdən öyrənməli olduğu çox şey var. Lakin molla rejiminin mahiyyətini - sonsuz cılızlığını, sözü ilə əməli arasındakı ənənəvi ziddiyyəti, əxlaq və mənəviyyatdan hədsiz uzaqlığını nəzərə alsaq, əminliklə bir söz demək olar: İran heç vaxt bu ucalğı yüksələ bilməyəcək! Seymur ƏLİYEV  

Hamısını oxu
“XII Qlobal Bakı Forumu daha təhlükəsiz və ədalətli dünya nizamına tarixi çağırışdır”

Cəlil Xəlilov: “Prezidentimizin bu Forumda verdiyi mesajlar sadəcə regionumuzun deyil, bütün planetinimizin gələcəyi baxımından mühüm əhəmiyyətə malikdir” “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu dünyamızın gələcəyi, planetimizin təhlükəsizliyi baxımından mühüm əhəmiyyətə malikdir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, dünyanın nüfuzlu siyasətçilərinin, hökumət nümayəndələrinin təmsil olunduğu Forumda gələcək dünya nizami, sülh və humanizm, habelə qlobal problem və təhdidlərlə mübarizə kimi vacib məqamlara diqqət çəkilib: “Bakıda keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu ümumdünya əhəmiyyətinə malik son dərəcə önəmli  beynəlxalq tədbir, səmərəli müzakirə platformasıdır. Dünyamızın üzləşdiyi problemlər, planetimizin qarşılaşdığı təhdidlər bu bəlalardan birlikdə mübarizəni zəruri edir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı xüsusi əhəmiyyətə malikdir. Cənab Prezidentimiz öz çıxışında bir sıra nüanslara diqqət çəkdi ki, bunların sırasında COP 29, ekoloji və enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq, sülh və təhlükəsizlik səylərinin artırılması və s. kimi məsələlər yer alır. Prezidentimiz öz çıxışında bütün dünyaya planetimizin xilası, sülh və həmrəylik baxımından mühüm mesajlar verdi, vacib çağırışlar səsləndirdi. Hansı ki, bu çağırışlar yeni, daha ədalətli və təhlükəsiz dünya düzəninin formalaşması baxımından həyati əhəmiyyətə malikdir. Prezidentimiz Forumdakı çıxışında Avropa İttifaqının monitorinq missiyasına, bu missiyanın faktiki olaraq kəşfiyyat missiyasına çevrildiyinə diqqət çəkdi. Fransa və digər qüvvələrin Ermənistanı silahlandırmaq, yeni müharibəyə hazırlamaq cəhdləri bir daha dünya siyasilərinin gözü önündə ifşa olundu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ortaya qoyduğu çoxaylı faktlar və dəmir arqumentlərlə bütün dünyaya sübut etdi ki, Cənubi Qafqazda sülhün bərqərar olmasını istəməyən qüvvələr var və bu qüvvələrin başında Fransa, eləcə də erməni diasporu gəlir. Prezidentimizin çıxışında Qərbin korrupsioner məmurları, onların erməni diasporu tərəfindən maliyyələşdirilməsi ilə bağlı həqiqətlər də açıq şəkildə ortaya qoydu. Cənab İlham Əliyev Ermənistanın havadarı qismində çıxış edən korrupsioner məmurları adbad ifşa etdi. Göstərdi ki, Azərbaycan bütün bu faktlar haqqında məlumatlıdır və hər zaman olduğu kimi bu gün də həqqiəti dilə gətirməkdən çəkinmir.   XII Qlobal Bakı Forumu həm yeni dünya düzənin formalaşması, həm də Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından tarixi əhəmiyyətə malikdir. Yüksək səviyyədə təşkil edilən bu Forum ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu daha da artıracaq, dünyadakı hər kəsə sadəcə Cənubi Qafqazda deyil, planetimizdəki reallıqları daha aydın dərk etməkdə kömək edəcək”. Seymur ƏLİYEV  

Hamısını oxu
Hərbi-siyasi ekspert: “Hər bir vətəndaşımızın seçkilərdə fəal iştirak etməsini arzulayıram”

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov secki-2024.az saytına müsahibəsində fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkiləri barədə fikrini bildirib.      - Sizcə, prezident seçkiləri bir ölkə üçün hansı əhəmiyyəti daşıyır? Xüsusilə Azərbaycan üçün, ölkənin gələcəyi və iqtisadi inkişafı üçün bu seçkilərin əhəmiyyəti barədə fikirlərinizi bilmək istərdik.      -Təbii ki, prezident seçkiləri hər bir demokratik dövlət üçün həyati əhəmiyyətə malikdir. Çünki dövlətin gələcək inkişafı, bu inkişafın əsas istiqamətləri məhz seçkilərin nəticəsində müəyyənləşir. Xalq bu seçkilərdə onun maraqlarını, arzu və istəklərini ifadə edən namizədə səs verərək, dövlətin gələcək inkişafında bilavasitə iştirak edir. Bu baxımdan, prezident seçkiləri Azərbaycan üçün də mühüm əhəmiyyətə malikdir. Biz bu seçkilərə qatılmaq və öz namizədimizə səs verməklə öz taleyimizə sahib çıxır, gələcəyimizi inşa edirik. Ölkəmizin gələcək siyasi nüfuzu, hərbi qüdrəti, eləcə də iqtisadi inkişafı ciddi şəkildə bu seçkilərdən, seçkilərin nəticəsindən asılıdır. Çünki prezident dövləti təmsil edən, onun inkişafına yön verən əsas simadır.      -Azərbaycan ilk dəfədir ki, prezident seçkilərinə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş dövlət kimi gedir. Bu, müstəqil Azərbaycanın tarixində bir ilkdir. Məhz bu cəhətdən sizə görə, Azərbaycan üçün bu seçkilər hansı vacib mənanı daşıya bilər?      -Bəli, bu seçkilərin ən böyük özünəməxsusluğu və unikallığı prosesin Azərbaycanın ərazi bütövlüyü və tam suverenliyi çərçivəsində baş tutacağı ilə bağlıdır. Bu, Azərbaycanın müstəqillik tarixində bir ilkdir. Şübhəsiz ki, 7 fevral prezident seçkilərinin ərazi bütövlüyümüz çərçivəsində reallaşması dövlətimizin qüdrətini əks etdirir. Bu tarixi fakt sübut edir ki, Azərbaycan xalqı 30 illik işğal faktoru fonunda öz mənəvi gücünü, qələbəyə olan inamını, tarixi torpaqlarına sahiblik əzmini itirmədi və öz gücü ilə işğal faktorunu aradan qaldırdı. Şuşa, Laçın, Kəlbəcər, Xankəndi, Əsgəran və yüzlərlə yaşayış məntəqəsini işğaldan azad etməklə öz ərazi bütövlüyünü təmin etdi. Fevralın 7-də işğaldan azad edilən torpaqlarda veriləcək hər bir səs dövlətimizin, xalqımızın böyüklüyünün, qüdrətinin və yenilməzliyinin təcəssümü olacaq.      -Növbədənkənar prezident seçkiləri keçirəcək Azərbaycana, Azərbaycan xalqına hansı arzularınızı ünvanlamaq istərdiniz?      -Mənim seçkilərlə bağlı ən böyük arzum bu seçkilərin bundan əvvəlki analoji proseslər kimi xalqın yüksək fəallığı şəraitində keçməsi, yenə öncəki illərdə olduğu kimi seçkilərdə demokratik və şəffaflığın yüksək səviyyədə təmin olunmasıdır. Xatırladım ki, Azərbaycan bundan öncə keçirilən prezident seçkilərində də seçki prosesinin şəffaf və demokratik şəkildə təşkilinə mühüm diqqət verib, bu amil xarici ekspertlər, müşahidəçilər və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Məhz ona görə arzum budur ki, Azərbaycan xalqı bu seçkilərdə fəal iştirak edərək, ölkəmizin inkişafı və tərəqqisinə, nəticədə xoşbəxt gələcəyinə səs vermiş olsun və qalib xalq kimi yaxın gələcəkdə yeni-yeni tarixi uğurlara imza atsın.

Hamısını oxu